İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   39   40   41   42   43   44   45   46   ...   96

 
130 
BMT Baş Məclisinin xüsusi sessiyası Fələstin məsələsini müzakirə 
etm
ək üçün 11 dövlətin nümayəndələrindən ibarət komitənin yara-
dılması haqqında qərar qəbul etdi.  
  Komit
ənin 1947-ci ilin sentyabrın 3-də Baş Məclisə təqdim 
etdiyi m
əruzədə 3 plan təklif olundu:1. Fələstində yalnız bir xalqın 
üstünlüyü il
ə tək bir dövlətin yaradılması; 2.  Bir-birlərindən təcrid 
olunmuş  şəkildə  iki dövlətin  yaradılması;  3.  Kantonizasiya  (ayrı-
ayrı aidiyyatı üzrə şəhərlər və kəndlər əsasında bölünmə).   
1947-
ci  ilin  mayında  BMT  Baş  assambleyasının  xüsusi 
sessiyası Fələstin məsələsi ilə əlaqədar komissiya yaratdı.  Komis-
siya F
ələstin məsələsini həll etmək üçün iki plan tərtib etdi.  Bu 
planlardan birin
ə görə, Fələstin iki hissəyə bölünür, İsrail və ərəb 
dövl
əti  yaradılırdı.  Yerusəlim vahid inzibati ərazi hesab edilir və 
BMT-nin idar
əsinə  verilirdi.  İkinci plana  görə Fələstin  ərazisində 
ərəb və  yəhudi  əhalisini birləşdirən federativ dövlət  yaradılırdı.  
BMT-nin 1947-ci ilin sentyabr-
noyabr ayında olan ikinci sessiya-
sında da bu məsələ təkrar müzakirə olundu.  
Diskussiyalar
ın  nəticəsi olaraq BMT-nin  Baş  Assambleyası 
1947-
ci  ilin  noyabrın  29-da 2/3 səslə  (Səsvermədə  33 dövlət, o 
cüml
ədən SSRİ və ABŞ iştirak edirdi) məşhur 181 saylı qətnaməni 
q
əbul etdi.  Həmin qətnaməyə görə, Fələstin üzərində Böyük Brita-
niya  mandatı  təxirə  salınır,  bu  ərazidə  müstəqil  ərəb  və  yəhudi 
dövl
əti  yaradılırdı.    Ərəb dövlətinin  ərazisi 11,1 min kv. km 
(43%)  , y
əhudi dövlətinin ərazisi isə 14,1 min kv. km olmalı idi.  
F
ələstinin bütövlükdə 1 milyon 845 min əhalisi var idi ki, onlardan 
t
əşkil  ediləcək  ərəb dövlətində  725 min ərəb, 10 min yəhudi, 
y
əhudi dövlətində isə 498 min yəhudi, 407 min ərəb yaşamalı idi.   
Bu plana s
əs verməzdən  əvvəl  ABŞ  dövlət departamentinə 
MKİ  tərəfindən xəbərdarlıq  gəldi. Burada göstərilirdi  ki,  ABŞ-ın 
planın  lehinə  səs verməsi onun bu ərazilərdə  möhkəmlənməsinə, 
xüsusil
ədə  neft sənayesi ilə  bağlı  planlaşdırılan  layihələrə  ciddi 
z
ərər verəcəkdir. Bundan əlavə  qeyd olundu ki, gələcəkdə  quru-
lacaq y
əhudi dövlətini müdafiə  etmək  onun  imkanları  xaricində 
olacaqdır.  Qərargah rəislərinin birləşmiş  komitəsi də  eyni məsələ 
üzr
ə  çıxış  edərək bildirdi ki, lehinə  səs vermə  ərəb dövlətlərinin 
sovetl
ərə  meyl etməsinə  səbəb ola bilər və  addım  atılarkən buna 


 
131 
fikir verm
ək lazımdır. Həm ölkə daxilində, həm də xaricində ABŞ-
ın bu qərarına qarşı etirazlar bildirilsə də,  Harri Trumen Fələstinin 
bölüşdürülməsi və  2 müstəqil dövlətin  yaradılmasının  lehinə  səs 
verdi.  
   Q
ətnamədə  1948-ci il avqustun 1-nə  qədər  ingilis  qoşun-
larının Fələstin ərazisindən çıxarılması, iki ay sonra ərəb və yəhudi 
dövl
ətlərinin elan edilməsi, Yerusəlim üçün (qətnamədə  Vifleem 
şəhərinin də  adı  çəkilirdi) beynəlxalq rejimin təyin  olunması,  bu 
dövl
ətlərin və  Yerusəlim  şəhərinin vahid iqtisadi ittifaqda birləş-
m
əsi nəzərdə tutulurdu. 
F
ələstin  ərazisinin 1%-ni təşkil  edən  Yerusəlim beynəlxalq 
n
əzarətə  verilir,  indizm,  xristianlıq  və  islamın  “müqəddəs yeri” 
hesab edilirdi. Burada 100 min y
əhudi və 100 min ərəb yaşamalı 
idi. 
Bu dövl
ətlər və Yerusəlim vahid “İqtisadi ittifaq”da birləşirdi.  
1948-
ci ilin mayın 14-də Böyük Britaniya Fələstin üzərində 
öz mandatının qurtardığını bildirdi və onun ərazisindən öz qoşun-
larını çıxartdı.  1948-ci ilin may ayının 14-dən 15-nə keçən gecə 
İsrail dövlətinin yarandığı elan edildi.  Hökumətin rəhbəri isə ölkə-
nin böyük siyasi xadiml
ərindən olan David Ben Qurion oldu.  
H
əmin  gün  “İsrail  dövlətinin  yaranması  haqqında  bəyannamə” 
q
əbul edildi.   
Mayın 15-də isə ərəb liqası dövlətləri öz qoşunlarını Fələstin 
yeritdi v
ə  1949 cu ilə  qədər dava edən və  tarixə  “müstəqillik 
uğrunda müharibə” kimi daxil olan müharibə başlandı.   
ABŞ  dövlətin  yaradılması  haqqında  elan  verildikdən dərhal 
sonra onu de-fakto, 1949-
cu il yanvarın 30-da isə de –yure tanıdı. 
Lakin  bütün  bunlara  baxmayaraq  ABŞ  dünya  ictimaiyyətindən 
ehtiyat ed
ərək birinci ərəb-İsrail  müharibəsində  iştirak  edən 
t
ərəflərə  maddi  yardım  etməkdən  imtina  etmişdi  və  müharibədə 
iştirak  etmək istəyən amerikan könüllülərinə  Fələstinə  getməyə 
icaz
ə  verməmişdi.  Lakin  buna  baxmayaraq  1000  amerikan 
könüllül
əri  İsrail  tərəfdən müharibəyə  qoşularaq  İsrail  hərbi 
qüvv
ələrinin və  Mahal  (ərəb-israil müharibəsi  başlanan  zaman 
y
əhudi könüllülərindən ibarət hərbi təşkilat) təşkilatının tərkibində 
müharib
ədə iştirak etmişdi.   


 
132 
  Birinci 
ərəb-İsrail  müharibəsi  zamanı  ABŞ  qeyri-rəsmi 
şəkildə  gizlicə  olaraq  İsrailə  hərbi sursat və  100 milyon dollar 
h
əcmində vəsait ayırmışdı 
1948-49-cu il müharib
ələri  İsrail  tərəfindən  “azadlıq  müha-
rib
əsi”, ərəblər tərəfindən isə “fəlakət müharibəsi” adlandırıldı.  
 
 
Ərəb-İsrail münaqişəsinin inkiaşfı və ABŞ-ın buna 
münasib
əti 
Ərəb-İsrail münaqişəsini aşağıdakı mərhələlərə bölmək olar: 
1)  Birinci 
ərəb-İsrail müharibəsi (1848-49-cu illər)   
2)İngiltərə, Fransa, İsrailin Misirə qarşı təcavüzü (1956)   
3)1967-ci il “6 günlük” müharib
əsi 
4)1973-cü il “oktyabr” müharib
əsi 
5)1970-ci ill
ərdə Fələstin problemi və onun aktuallaşması 
6)1980-ci ill
ər Ərəb-İsrail münaqişəsinin inkişafı 
7)Yaxın Şərqdə sülh prosesi (1991)   
8)Al-aksa intif
adı (2000-ci ildə və onun nəticələri)   
Birinci 
Ərəb-İsrail müharibəsi (1848-49-cu illər)və ABŞ 
İsrail dövlətinin birtərəfli qaydada yaradıldığı elan edildikdən 
sonra 1848-49-cu ill
ərdə birinci İsrail-ərəb müharibəsi başlandı ki, 
buna F
ələstin müharibəsi də deyirlər.  1948-ci il mayın 15-də İsrail 
dövl
ətinə qonşu olan ərəb dövlətlərinin ona qarşı hücumu başladı.  
Bu dövl
ətlər Misir, İordaniya, Suriya və Livan idi.  Tezliklə İraq və 
S
əudiyyə  Ərəbistanı,  Yəmən də  İsrailə  müharibə  elan etdilər.  
Yaxın  Şərqdəki  bu  şəraitdə  BMT  işə  qarışmalı  oldu.  BMT  ərəb 
dövl
ətlərinin bu hərəkətini mühakimə  edərək  onları  günahkar 
hesab etdi. 
Dünyanın super dövləti olan ABŞ ərəb dövlətlərini təq-
sirl
əndirdi.  BMT-nin işə qarışması nəticəsində 1948-ci ilin mayın 
29-
da barışıq əldə edildi.  Barışıq 1948-ci ilin iyunun 11-də qüv-
v
əyə mindi.  Lakin barışıq uzun sürmədi.  1948-ci il iyulun 8-də 
İsraillə  ərəb dövlətləri  arasında  döyüşlər  başlandı.    İyulun  8-dən 
18-
ə  qədər davam edən  döyüşlərdə  İsrail  ərəb ölkələrinin  qoşun-
larına  qarşı  müvəffəqiyyətli hücumlar etdi ki, bu da həmin 
ölk
ələrin müdafiəyə keçməsinə səbəb oldu.  İlk əvvəl İsrailin neçə 
d
əfə  müharibənin  əvvəlində  məğlubiyyətinə  baxmayaraq tezliklə 
onun ordusu 
ərəb ölkələrinin ərazisinə daxil oldu, səmərəli əməliy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə