İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   37   38   39   40   41   42   43   44   ...   96

 
124 
r
ətə  alınması  üçün  hərbi-siyasi və  iqtisadi zəminin  hazırlanması 
z
əruri idi. Yaxın Şərq  regionda ciddi iqtisadi və siyasi maraqları 
olan  ABŞ    İsrail-ərəb  münaqişəsinin  həllinin  mümkün  olduğu 
dövrl
ərdə  də  onun  dondurulması  və  ya gərginliyin  saxlanması 
yolunu tutmuşdu.  İsrailin açıq-aşkar dəstəklənməsi və ona hər cür, 
o cüml
ədən hərbi, maliyyə  və  siyasi  yardımların  göstərilməsi, 
İsrailin Yaxın Şərqdə istənilən an zor tətbiq etməsinə «yaşıl işığın» 
yandırılması,  əslində  bu  münaqişələrin  sonrakı dövrlərdə  daha da 
d
ərinləşməsinə səbəb olmuşdu.  1966-cı ildə ABŞ-ın İsraili müasir 
h
ərbi texnika ilə silahlandırması və BMT-nin 1956-cı ildə  İsrailin 
silahlan
dırılmaması  ilə  bağlı  qəbul etdiyi qətnamənin kobud 
şəkildə pozulması sonrakı dövrlərdə qanlı qarşıdurmaların başlan-
ğıcını  qoymuşdu.    Fələstinin müstəqilliyini nəzərdə  tutan BMT 
q
ətnamələrinin yerinə  yetirilməsi  üçün  İsrailin  siyasi  dairələrinə 
heç bir t
əzyiq göstərməyən  ABŞ,  əksinə, dünya neftinin üçdə 
ikisin
ə malik olan Yaxın Şərqdə konfliktlərin mövcudluğunda çox 
maraqlı idi.   Odur ki,  İsraildən regionda zor vasitəsi kimi istifadə 
edilm
əsi  üçün  onun  silahlandırılmasına  durmadan  yardım  göstə-
rilirdi. 1953-cü ild
ə  İranın  baş  naziri  Müsəddiq tərəfindən neft 
hasilatının  milliləşdirilməsi, sonralar isə  onun  ABŞ-ın  xüsusi 
K
əşfiyyat  İdarəsi tərəfindən devrilməsi  ABŞ-ın  İrana  və  İran 
neftin
ə  girişinə  imkan yaratsa da, yenə  də  neftin  dayanıqlı  idxalı 
üçün  Yaxın  Şərq ölkələrinin  daim nəzarətdə  saxlanmasına  və 
daya
nıqlı neft təhlükəsizliyinin təmin edilməsinə ciddi ehtiyac hiss 
edilirdi. 1960-
cı  ildə  İran,  İraq,  Küveyt,  Səudiyyə  Ərəbistanı  və 
Venesuela t
ərəfindən Neft İxrac Edən Ölkələrin Birliyinin (NİÖB) 
yaradılması  da  ABŞ  və  Böyük  Britaniyanın  Yaxın  Şərq nefti 
üz
ərində tam nəzarətinə təhlükə yaradırdı.  1973-cü ildə ərəb ölkə-
l
ərinin ABŞ-a neft ixracatını dayandırması, 1979-cu ildə isə ABŞ-
ın  müştəri ölkəsi  olan  İranda  şah  rejiminin  devrilməsi və  neft 
hasilatının  dövlət nəzarətinə  alınması  gələcəkdə  neft təhlükə-
sizliyind
ə ciddi problemlərin ola biləcəyindən  xəbər verirdi.  İran, 
Liviya v
ə  Pakistanda 1979-cu ildə  ABŞ  əleyhinə  davam edən 
nümay
işlər neft təhlükəsizliyini tamamilə  sual  altında  qoymuşdu.  
M
əhz həmin dövrdə  ABŞ İsrail-ərəb münaqişəsi kartından istifadə 
ed
ərək,  Yaxın  Şərq ölkələrinin onun nəzarətinə  qaytarılmasına 


 
125 
ciddi sur
ətdə  səy göstərdi.  1981-ci ildə  İsrailin  İraq  ərazisini 
bom
balaması və Misirdə Israillə bağlanmış sülh sazişinin əleyhinə 
mübariz
ələrin  alovlanması  ABŞ-ın  Yaxın  Şərq siyasətinin  əsas 
mahiyy
ətinin nədən ibarət olduğunu aydın göstərdi. Beləliklə, ABŞ 
öz enerji t
əhlükəsizliyini təmin etmək üçün növbəti dəfə  İsrail-
ərəb konfliktini qızışdırmağa müvəffəq oldu.   
F
ələstin  Azadlıq  Təşkilatını  zərərsizləşdirmək  bəhanəsi ilə 
İsrailin  1982-ci ildə  Livana hücumu və  ABŞ-ın  bu  müharibədə 
İsrailə hər cür yardım göstərməsi, əslində ABŞ-ın sonrakı dövrlər 
üçün  Yaxın  Şərqdə  nəzərdə  tutduğu  əməliyyatlara, o cümlədən 
İraqın  zəiflədilməsinə  və  onun neft sənayesinin  ələ  keçirilməsinə 
hesablanmışdı.  ABŞ-ın  1986-cı  ildə  Liviyanı  bombalaması  da 
ABŞ-ın  İraqa  1991-ci ildə  planlaşdırılan  hücumu    üçün  hazırlıq 
m
ərhələsindən ibarət idi.  1994-cü ildə İordaniya və İsrail arasında 
sülh sazişinin imzalanması ilk baxışda müsbət addım kimi qiymət-
l
əndirilsə də, əslində ərəb dünyasında İraqın təklənməsinə və son-
rakı  dövrlərdə  onun  neft  ehtiyatlarının  ABŞ-ın  tam  nəzarətinə 
keçm
əsinə şərait yaratdı.  
T
əəssüf  ki,  ABŞ  iqtisadiyyatının  neftdən  asılılığının  yaxın 
ill
ərdə 1973-cü ilə nisbətən təqribən 3 dəfə artacağını nəzərə alsaq, 
yaxın gələcəkdə İsrail-Ərəb konfliktlərinin soyuyacağına və Yaxın 
Şərqdə  sülh  yaranacağına  əminlik yoxdur. Təəssüf ki, belə 
münaqişələr zamanı onu yaradan və onlardan bəhrələnən qruplar, o 
cüml
ədən ABŞ hökuməti və onlara təsir imkanı olan İsrail lobbisi, 
deyil, h
əm  İsrailin,  həm də  Ərəb  dünyasının  dinc  əhalisi  əziyyət 
ç
əkir.  
 
 
Ərəb-İsrail münaqişəsinin mənbələri və səbəbləri 
Ərəb-İsrail  münaqişəsinin tarixi kökləri çox dərindir.  XIX 
əsrin sonu –  XX  əsrin  əvvəllərində  Fələstində  sionizm hərəkatı 
başlandı  (Sionizm  “sin”  sözündən  götürülmüşdür.    Yerusəlimdə 
yerl
əşən təpələrdən  birinin  adıdır).    Onun  iştirakçıları  Avropada 
yaşayan yəhudilər idi.  Bu dövrdə  Avropada antisemitizmə  qarşı 
çoxsaylı  aktların  qəbul edilməsi Avropa ölkələrində  yerləşən 
y
əhudi icmalarını bu təhlükəyə qarşı birləşməyə məcbur etdi.  Bu 
h
ərəkatın lideri Avstriya jurnalisti Teodor Qertel idi.  


 
126 
Onun 1896-
cı  ildə  çapdan  çıxmış  “Yəhudi dövləti”  adlı 
kitabında  göstərilir  ki,  bütün  dünyada  yaşayan  yəhudilər vahid 
xalq
dır, onların vətəni isə Fələstindir. Müəllif qeyd edir ki, yəhu-
dil
ər yenidən öz vətənlərinə yığışmalıdırlar, çünki Fələstin həm də 
onların “dini və milli mərkəzidir”.  Burada diqqəti cəlb edən əsas 
c
əhət bu hərəkatın yarandığı gündən siyasi xarakter daşıması, ərazi 
iddiası ilə çıxış etməsidir.  
1897-ci ild
ə  Bazeldə  (İsveçrə)birinci sionist konqresi 
keçirildi v
ə  Sionist təşkilatı  yaradıldı  (Bu  təşkilat  1960-cı  ildən 
Ümumdünya sionist t
əşkilatı  adlanır).Onu maliyyə  cəhətdən 
dünya
nın  Rotşild  kimi  iri  sahibkarları  təmin edirdi.  1901-ci ildə 
Y
əhudi milli fondu təşkil  edildi.    1882-ci ilə  qədər Fələstinə  25 
min y
əhudi  qayıtmışdı.    İlk  yəhudilər buraya Çar Rusiyasındakı 
antiy
əhudi talanlarından sonra gəlməyə başladı.  Bu birinci “aliyə” 
adlanırdı.  Onlar burada torpaq alır, kənd təsərrüfatı kommunaları 
yaradırdılar ki, bu da kuftlutsi adlanırdı.  İkinci “aliyə” 1910-1914-
cü ill
ərdə  başladı.  1914-cü ildə  Fələstində  artıq  85  min  yəhudi 
yaşayırdı.  Birinci Dünya müharibəsi dövründə  Fələstinin bir 
t
ərəfdən Türkiyə  və  Almaniya, digər tərəfdən Böyük Britaniya 
t
ərəfindən hərbi  əməliyyat  meydanına  çevrilməsi, Böyük Britani-
yanın Fələstini tutması buraya yəhudi axınını dayandırdı.  
Bu dövrd
ən yəhudi məsələsini həll etmək Böyük Britaniya 
üçün mühüm 
əhəmiyyət kəsb etməyə  başladı.    1916-cı  il  Sayks-
Piko müqavil
əsinə görə Fələstin beynəlxalq zona olmalı idi, lakin 
bu müqavil
ə bir sıra səbəblər üzündən qüvvəyə minmədi.  
1917-
ci  ilin  noyabrın  2-də  dərc edilən Balfur bəyannamə-
sind
ə  göstərilirdi ki, Fələstində  “yəhudi  xalqı  üçün  milli  ocaq” 
meydana g
əlmişdir.    1920-ci ilin aprelin 19-26-da  keçirilmiş  San 
Remo  konfransında  Antantanın  Ali  Şurasının  qərarına  əsasən 
F
ələstin İngiltərənin mandatına verildi.  Bunu 1922-ci ilin iyunun 
24-d
ə Millətlər cəmiyyəti də təsdiq etdi.  Bu hadisədən sonra yəhu-
dil
ərin  buraya  axını  və  burada mövqeyi gücləndi. 1919-1923-cü 
ill
ərdə  yəhudilərin buraya üçüncü, 1924-1929-cu illərdə  isə 
dördüncü axını və ya “aliyə”si baş verdi.  Şərqi Arvopada antise-
mitizm 
əhval-ruhiyyəsinin güclənməsi  axının  əsas səbəblərindən 
biri idi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə