124
r
ətə alınması üçün hərbi-siyasi və iqtisadi zəminin hazırlanması
z
əruri idi. Yaxın Şərq regionda ciddi iqtisadi və siyasi maraqları
olan ABŞ İsrail-ərəb münaqişəsinin həllinin mümkün olduğu
dövrl
ərdə də onun dondurulması və ya gərginliyin saxlanması
yolunu tutmuşdu. İsrailin açıq-aşkar dəstəklənməsi və ona hər cür,
o cüml
ədən hərbi, maliyyə və siyasi yardımların göstərilməsi,
İsrailin Yaxın Şərqdə istənilən an zor tətbiq etməsinə «yaşıl işığın»
yandırılması, əslində bu münaqişələrin sonrakı dövrlərdə daha da
d
ərinləşməsinə səbəb olmuşdu. 1966-cı ildə ABŞ-ın İsraili müasir
h
ərbi texnika ilə silahlandırması və BMT-nin 1956-cı ildə İsrailin
silahlan
dırılmaması ilə bağlı qəbul etdiyi qətnamənin kobud
şəkildə pozulması sonrakı dövrlərdə qanlı qarşıdurmaların başlan-
ğıcını qoymuşdu. Fələstinin müstəqilliyini nəzərdə tutan BMT
q
ətnamələrinin yerinə yetirilməsi üçün İsrailin siyasi dairələrinə
heç bir t
əzyiq göstərməyən ABŞ, əksinə, dünya neftinin üçdə
ikisin
ə malik olan Yaxın Şərqdə konfliktlərin mövcudluğunda çox
maraqlı idi. Odur ki, İsraildən regionda zor vasitəsi kimi istifadə
edilm
əsi üçün onun silahlandırılmasına durmadan yardım göstə-
rilirdi. 1953-cü ild
ə İranın baş naziri Müsəddiq tərəfindən neft
hasilatının milliləşdirilməsi, sonralar isə onun ABŞ-ın xüsusi
K
əşfiyyat İdarəsi tərəfindən devrilməsi ABŞ-ın İrana və İran
neftin
ə girişinə imkan yaratsa da, yenə də neftin dayanıqlı idxalı
üçün Yaxın Şərq ölkələrinin daim nəzarətdə saxlanmasına və
daya
nıqlı neft təhlükəsizliyinin təmin edilməsinə ciddi ehtiyac hiss
edilirdi. 1960-
cı ildə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və
Venesuela t
ərəfindən Neft İxrac Edən Ölkələrin Birliyinin (NİÖB)
yaradılması da ABŞ və Böyük Britaniyanın Yaxın Şərq nefti
üz
ərində tam nəzarətinə təhlükə yaradırdı. 1973-cü ildə ərəb ölkə-
l
ərinin ABŞ-a neft ixracatını dayandırması, 1979-cu ildə isə ABŞ-
ın müştəri ölkəsi olan İranda şah rejiminin devrilməsi və neft
hasilatının dövlət nəzarətinə alınması gələcəkdə neft təhlükə-
sizliyind
ə ciddi problemlərin ola biləcəyindən xəbər verirdi. İran,
Liviya v
ə Pakistanda 1979-cu ildə ABŞ əleyhinə davam edən
nümay
işlər neft təhlükəsizliyini tamamilə sual altında qoymuşdu.
M
əhz həmin dövrdə ABŞ İsrail-ərəb münaqişəsi kartından istifadə
ed
ərək, Yaxın Şərq ölkələrinin onun nəzarətinə qaytarılmasına
125
ciddi sur
ətdə səy göstərdi. 1981-ci ildə İsrailin İraq ərazisini
bom
balaması və Misirdə Israillə bağlanmış sülh sazişinin əleyhinə
mübariz
ələrin alovlanması ABŞ-ın Yaxın Şərq siyasətinin əsas
mahiyy
ətinin nədən ibarət olduğunu aydın göstərdi. Beləliklə, ABŞ
öz enerji t
əhlükəsizliyini təmin etmək üçün növbəti dəfə İsrail-
ərəb konfliktini qızışdırmağa müvəffəq oldu.
F
ələstin Azadlıq Təşkilatını zərərsizləşdirmək bəhanəsi ilə
İsrailin 1982-ci ildə Livana hücumu və ABŞ-ın bu müharibədə
İsrailə hər cür yardım göstərməsi, əslində ABŞ-ın sonrakı dövrlər
üçün Yaxın Şərqdə nəzərdə tutduğu əməliyyatlara, o cümlədən
İraqın zəiflədilməsinə və onun neft sənayesinin ələ keçirilməsinə
hesablanmışdı. ABŞ-ın 1986-cı ildə Liviyanı bombalaması da
ABŞ-ın İraqa 1991-ci ildə planlaşdırılan hücumu üçün hazırlıq
m
ərhələsindən ibarət idi. 1994-cü ildə İordaniya və İsrail arasında
sülh sazişinin imzalanması ilk baxışda müsbət addım kimi qiymət-
l
əndirilsə də, əslində ərəb dünyasında İraqın təklənməsinə və son-
rakı dövrlərdə onun neft ehtiyatlarının ABŞ-ın tam nəzarətinə
keçm
əsinə şərait yaratdı.
T
əəssüf ki, ABŞ iqtisadiyyatının neftdən asılılığının yaxın
ill
ərdə 1973-cü ilə nisbətən təqribən 3 dəfə artacağını nəzərə alsaq,
yaxın gələcəkdə İsrail-Ərəb konfliktlərinin soyuyacağına və Yaxın
Şərqdə sülh yaranacağına əminlik yoxdur. Təəssüf ki, belə
münaqişələr zamanı onu yaradan və onlardan bəhrələnən qruplar, o
cüml
ədən ABŞ hökuməti və onlara təsir imkanı olan İsrail lobbisi,
deyil, h
əm İsrailin, həm də Ərəb dünyasının dinc əhalisi əziyyət
ç
əkir.
Ərəb-İsrail münaqişəsinin mənbələri və səbəbləri
Ərəb-İsrail münaqişəsinin tarixi kökləri çox dərindir. XIX
əsrin sonu – XX əsrin əvvəllərində Fələstində sionizm hərəkatı
başlandı (Sionizm “sin” sözündən götürülmüşdür. Yerusəlimdə
yerl
əşən təpələrdən birinin adıdır). Onun iştirakçıları Avropada
yaşayan yəhudilər idi. Bu dövrdə Avropada antisemitizmə qarşı
çoxsaylı aktların qəbul edilməsi Avropa ölkələrində yerləşən
y
əhudi icmalarını bu təhlükəyə qarşı birləşməyə məcbur etdi. Bu
h
ərəkatın lideri Avstriya jurnalisti Teodor Qertel idi.
126
Onun 1896-
cı ildə çapdan çıxmış “Yəhudi dövləti” adlı
kitabında göstərilir ki, bütün dünyada yaşayan yəhudilər vahid
xalq
dır, onların vətəni isə Fələstindir. Müəllif qeyd edir ki, yəhu-
dil
ər yenidən öz vətənlərinə yığışmalıdırlar, çünki Fələstin həm də
onların “dini və milli mərkəzidir”. Burada diqqəti cəlb edən əsas
c
əhət bu hərəkatın yarandığı gündən siyasi xarakter daşıması, ərazi
iddiası ilə çıxış etməsidir.
1897-ci ild
ə Bazeldə (İsveçrə)birinci sionist konqresi
keçirildi v
ə Sionist təşkilatı yaradıldı (Bu təşkilat 1960-cı ildən
Ümumdünya sionist t
əşkilatı adlanır).Onu maliyyə cəhətdən
dünya
nın Rotşild kimi iri sahibkarları təmin edirdi. 1901-ci ildə
Y
əhudi milli fondu təşkil edildi. 1882-ci ilə qədər Fələstinə 25
min y
əhudi qayıtmışdı. İlk yəhudilər buraya Çar Rusiyasındakı
antiy
əhudi talanlarından sonra gəlməyə başladı. Bu birinci “aliyə”
adlanırdı. Onlar burada torpaq alır, kənd təsərrüfatı kommunaları
yaradırdılar ki, bu da kuftlutsi adlanırdı. İkinci “aliyə” 1910-1914-
cü ill
ərdə başladı. 1914-cü ildə Fələstində artıq 85 min yəhudi
yaşayırdı. Birinci Dünya müharibəsi dövründə Fələstinin bir
t
ərəfdən Türkiyə və Almaniya, digər tərəfdən Böyük Britaniya
t
ərəfindən hərbi əməliyyat meydanına çevrilməsi, Böyük Britani-
yanın Fələstini tutması buraya yəhudi axınını dayandırdı.
Bu dövrd
ən yəhudi məsələsini həll etmək Böyük Britaniya
üçün mühüm
əhəmiyyət kəsb etməyə başladı. 1916-cı il Sayks-
Piko müqavil
əsinə görə Fələstin beynəlxalq zona olmalı idi, lakin
bu müqavil
ə bir sıra səbəblər üzündən qüvvəyə minmədi.
1917-
ci ilin noyabrın 2-də dərc edilən Balfur bəyannamə-
sind
ə göstərilirdi ki, Fələstində “yəhudi xalqı üçün milli ocaq”
meydana g
əlmişdir. 1920-ci ilin aprelin 19-26-da keçirilmiş San
Remo konfransında Antantanın Ali Şurasının qərarına əsasən
F
ələstin İngiltərənin mandatına verildi. Bunu 1922-ci ilin iyunun
24-d
ə Millətlər cəmiyyəti də təsdiq etdi. Bu hadisədən sonra yəhu-
dil
ərin buraya axını və burada mövqeyi gücləndi. 1919-1923-cü
ill
ərdə yəhudilərin buraya üçüncü, 1924-1929-cu illərdə isə
dördüncü axını və ya “aliyə”si baş verdi. Şərqi Arvopada antise-
mitizm
əhval-ruhiyyəsinin güclənməsi axının əsas səbəblərindən
biri idi.
Dostları ilə paylaş: |