İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   40   41   42   43   44   45   46   47   ...   96

 
133 
yatlar keçirdi.  N
əticədə Fələstinin xeyli ərazisini işğal etdi.  İsrail 
əlavə  daha  6,7 km
2
 
ərazini  işğal  etdi.    Halbuki,  bu  ərazi  BMT 
q
ətnaməsinə əsasən Fələstin  ərəb dövlətinə aid idi.  Bu məsələdə 
h
əm SSRİ, həm ABŞ İsraili müdafiə etdilər.  1948-ci ilin iyulun 8-
d
ə  barışıq  bağlandı  və  bu  oktyabrın  13-nə  qədər davam etdi.  
F
ələstin məsələsində BMT-də vasitəçi olan F. Bernadotun 1948-ci 
ilin  sentyabrın  17-də  öldürülməsi, 1948-ci  il  oktyabrın  15-də 
müharib
ənin yenidən başlanmasına səbəb oldu.  İsrail bu dəfə digər 
rayonları da işğal etdi.  1948-ci ilin dekabrın 11-də BMT bu məsə-
l
ə ilə əlaqədar ABŞ-ın təşəbbüsü ilə 194 saylı qətnamə qəbul etdi.   
Müharib
ə 1949-cu il iyulun 20-nə qədər davam etdi və İsrail dövlə-
tinin q
ələbəsi ilə qurtardı Yerusəlimin qərb hissəsi İsrailin nəzarəti 
altına düşdü. Öz növbəsində Fələstinin hələ təşkil edilməmiş ərəb 
dövl
əti hissəsində  qalan  ərazilərində  Misir və  İordaniya  öz 
n
əzarətlərini təşkil etdilər. Aralıq dənizi boyunca Qəzzə rayonunun 
sahil boyu 
ərazisi Misirə, Fələstinin şərq hissəsi Transiorodaniyaya 
keçdi.  Bunların  ikisinin  birləşdirilməsi nəticəsində  1950-ci ildə 
İordaniya  krallığı  yaradıldı.  Onu  Haşimilər sülaləsi idarə  edirdi.  
İlk gündən ABŞ-İordaniya münasibətləri yaxşılaşdı.  1949-cu ilin 
iyulunda 
Rodos adasında İsraillə Misir, Suriya, İordaniya və Livan 
arasında müqavilə bağlandı. Birinci ərəb-İsrail müharibəsi nəticə-
sind
ə Fələstin ərəbləri öz doğma torpaqlarından qovuldular.  9000-
d
ən çox fələstinli ərəb qaçqın oldu.  BMT-də Fələstin qaçqınları ilə 
əlaqədar  olaraq  xüsusi  komissiya  yaradıldı.    Lakin  indiyə  qədər 
F
ələstin qaçqınlarının problemi həll edilməmiş qalır.  1948-ci ilin 
noyabr
ında BMT-nin Baş Məclisində Fələstin qaçqınlarına kömək 
etm
ək haqqında ilk qətnamə qəbul edildi.  1949-cu ilin aprelində 
keçiril
ən  Lozanna  konfransında  İsrail,  Misir,  Suriya,  Livan, 
İordaniya  arasındakı  seperat  danışıqların  nəticəsi olaraq protokol 
imzala
dı ki, burada sərhədlərdən istifadə etmək razılaşdırıldı.  
 
ABŞ TƏRƏFİNDƏN DƏSTƏKLƏNƏN İSRAİLİN 
YAXIN ŞƏRQ STRATEGİYASI 
 
 
İsrail Yaxın Şərqdə sanki Müsəlman dənizinin ortasında bir 
adada  yaşayırdı  və  varlığını  davam  etdirə  bilməsi müsəlman 


 
134 
ölk
ələrin zəif və passiv qalması ilə bağlı idi.  Ancaq ABŞ-ın gücü 
say
əsində  İsrail  qarşılaşdığı  təhlükələri  asanlıqla  uzaqlaşdıra 
bilirdi. 
Potensial olaraq h
ər bir israillinin beyninin bir küncündə 
özün
ə yer tutmuş bu qorxu, İsrailli psixoloq professor və politop-
loq Benjamin-Beit Hallahmiy
ə görə bir növ "Hıttin Sindromu"dur 
(Hıttin Müharibəsi - Qüdsdə qurulan və bir əsrdən çox ömür sürən 
Xaçlı  Krallığının  1187-ci ildə  Səlahəddin  Eyyubinin  orduları 
t
ərəfindən məğlub edildiyi döyüş idi.  Güclü hərbi güc sayəsində 
Q
ərbdən  gələrək  Qüdsü  işğal  edən  Xaçlı  qüvvələr, nəticədə 
F
ələstindən uzaqlaşdırılmışdı). Benjamin Beit-Hallahmi yazırdı ki, 
"1187-ci ild
əki Hıttin Müharibəsi bu gün Yaxın Şərqdə demək olar 
ki, heç k
əs tərəfindən  unudulmayıb.    Bu,  Səlahaddinin  Xaçlı 
ordusunu m
əğlub etdiyi böyük döyüşdür”. Bu səbəbdəndir ki, İs-
railin 1950-ci ill
ərdən bu yana əsas məntiqini qətiyyən dəyiş-
dirm
ədən tətbiq  etdiyi  strategiyası  -  Yaxın  Şərqdəki Müsəlman-
Ərəb  dünyasını  özünə  qarşı  birləşmiş  bir  cəbhə  meydana gətir-
m
əkdən uzaq tutmaq idi.  Buna görə də Müsəlman-Ərəb dünyasını 
birl
əşdirməyə  və  İsrailə  qarşı  fəaliyyətə  keçirməyə  çalışan  bütün 
c
ərəyanlar İsrailin hər zaman bir nömrəli düşməni olmuşdur. 
Yaxşı, bəs ən təhlükəli strateji təhdid olaraq qəbul etdiyi bu 
düşmənə qarşı İsrail nə kimi regional tənzimləmə siyasəti izləyir? 
Yaşadığı  coğrafiyada,  yəni  Yaxın  Şərqdə  qonşularına  və  digər 
Ərəb və  Müsəlman dövlətlərə  qarşı  hansı  siyasi  tənzimlənmə 
mexanizmin
ə sahibdir? 
Bu  problemin  cavabı  tapmaq  üçün  əvvəlcə  yaxın  keçmişə 
n
əzər salmaq lazımdır.  
İsrail  qurulduğu  gündən etibarən onu təhdid edən  "Hıttin 
Qo
rxusu"na  qarşı  laqeyd  qalmadı.  Yəhudi dövləti sanki "Müsəl-
man d
ənizi" mövqeydə  olan  Yaxın  Şərqdə  həyatda qala bilmək 
üçün geniş miqyaslı "daimilik strategiyası"nı formalaşdırdı.  Strate-
giya  - 
Yaxın  Şərq ölkələrinin  İsrailə  qarşı  birləşmiş  cəbhə  halına 
g
əlməkdən uzaq tutulmasını nəzərdə tuturdu.  
 
İsrail  liderlərinin bu məqsədlə  1950-ci illərdə  ortaya 
qoyduqları  "həll  yolu"  Yaxın  Şərqin sadəcə  müstəmləkə  bölgəsi 
olaraq  qalmasını  təmin etmək idi.    İsrail  Baş  naziri  Ben-Qurion 


 
135 
1956-
cı ilin oktyabrında Fransa və İsrail liderləri arasında keçirilən 
Sevr  konfransında  ortaya  atdığı  Yaxın  Şərqdə  "məskunlaşma" 
planına belə  bir təklif gətirmişdi:  "İordaniyanın  mövcud  olma 
haqqı  yoxdur  və  bölünməlidir.  İordan  çayının  şərq  sahili  İraq 
ərazisinə daxil ediləcək və Ərəb köçkünləri bura yerləşəcək.  Qərbi 
Şəriyə  (çayın  qərb sahili)muxtar vilayət  kimi  İsrailə  veriləcək.  
Livan is
ə  Xristian bölgəsində  tarazlığı  pozan  Müsəlman 
bölg
ələrdən xilas olacaq.  İraq, Şərqi Şəriyə və Ərəb yarımadasının 
c
ənubu  İngilislərin  olacaq.    Süveyş  Kanalı  beynəlxalq statusa 
malik olacaq v
ə  Qırmızı  dəniz  boğazları  İsrailin  idarəsi  altına 
alınacaq".   
  Ben-
Qurion  Yaxın  Şərqin  İsrail  baxımından  etibarlı  hala 
g
ətirilməsi üçün bəzi bölgələrin İsrail tərəfindən  işğal edilməsini, 
b
əzi bölgələrin də  İngiltərə  kimi Qərb gücləri tərəfindən yenidən 
müst
əmləkələşdirilməsini istəyirdi. Yəni bölgə  təkrarən müstəm-
l
əkələşdirilməli və  İsrail  bu  işin  reallaşmasına  kömək etməli  idi.  
Hayfa Universitetind
ən Benjamin Beit-Hallahmi bu mövzuda belə 
deyirdi: "1950-ci ill
ərin  əvvəllərindən etibarən  İsrail  liderləri 
Üçüncü Dünya ölk
ələrində  və  Yaxın  Şərqdə  müstəmləkəçiliyin 
l
əğvinə  yönəlmiş  bütün  fəaliyyətləri  İsrail  üçün  təhdid ünsürü 
olduğunun fərqində idilər və buna görə davranırdılar.  
 
İsrail bu strategiyanın tələblərinə uyğun olaraq 1950-ci illər 
boyu  Yaxın  Şərqdəki müstəmləkəçi güclərlə, yəni Fransa və 
İngiltərə  ilə  bu sahədə  əməkdaşlıq  etdi.    Fransanın  Əlcəzairdəki 
müst
əqillik hərəkatını  yatırtmaq  üçün həyata  keçirdiyi  qanlı 
müharib
ənin və  Müsəlmanlara  qarşı  reallaşdırdığı  qırğınların  ən 
böyük d
əstəkçisi İsrail idi.  İsrail 1956-cı ildə İngiltərə və Fransa 
il
ə ittifaq halında Misirə hücum etdi.  
Lakin  İsrailin  1950-ci illərin  əvvəlində  hazırladığı  və  tətbiq 
etdiyi bu strategiya, çox da uğurlu olmadı.  Yəhudi dövləti keçən 
əsrin ilk yarısında Yaxın Şərqi əsarətdə saxlamış Qərbin müstəm-
l
əkəçi güclərinin bölgəyə istədiyi kimi hakim ola bilməsini təmin 
ed
ə bilmədi.  
Y
əhudi dövlətini quran və  ilk iki onillikdə  dövlətin idarə 
olunmasında  yaxından  iştirak  edən David Ben-Qurion və  onun 
ətrafı bu məqamda daha həqiqi və tutarlı bir "daimilik strategiya" 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə