İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   43   44   45   46   47   48   49   50   ...   96

 
142 
qiym
ətləndirən prezident lazım olan vaxtda Yaxın və Orta Şərqdə 
ABŞ hərbi qüvvələrini tətbiq etməyə icazə verilməsini konqresdən 
xahiş etdi.  
  
Doktrinanın məzmunu aşağıdakı kimi idi:  
D. Eyzenhaur 1957 – 
ci ilin yanvarın 5 –də konqresə göndər-
diyi m
əktubda göstərirdi ki, “Hər  hansı  bir  ölkə  digər dövlət 
t
ərəfindən hər  hansı  bir  təcavüzə  məruz  qalarsa,  o  ABŞ  –  ın 
iqtisadi v
ə  hərbi köməyindən istifadə  edə  bilər”.  Eyzenhauer öz 
doktri
nasında Sovet təhlükəsini xüsusilə qeyd edirdi.  O, göstərirdi 
ki beyn
əlxalq kommunizmin nəzarət etdiyi istənilən millət öz ərazi 
bütövlüyünü v
ə  siyasi müstəqilliyini təmin etmək üçün hərbi 
yardıma ehtiyac hiss edərsə ABŞ, ona kömək etməyə hazırdır.   
  Qlobal siyasi s
əpkidə  Doktrina  irimiqyaslı  hərbi müna-
qişələrə  cavab olaraq irəli  sürülmüşdü.    Bu  SSRİ  –  nin  Süveyş 
böhranı  ilə  əlaqədar olaraq Misirə  soxulmaq cəhdinin  qarşısının 
alınmasına yönəldilmişdi.  Böyük Britaniya və Fransanın uğursuz-
luğu nəticəsində regiona ağalıqda bir boşluq yaranmışdı.  Ona görə 
d
ə  prezident  regionda  ABŞ  –  ın  təsirinin gücləndirilməsini vacib 
hesab edirdi.  V
əziyyəti mürəkkəbləşdirən amillərdən biri Misir 
lideri  Kamal  Əbdül  Nasirin  SSRİ    ilə  ABŞ  –  ın  maraqlarının 
toqquşmasına imkan yaradan mövqeyi idi.  Kamal Əbdül Nasir bu 
dövrd
ə  kömək  aldığı  üçün  “müsbət bitərəf” mövqedə  dururdu.  
Eyzenhauer Konqres
ə  göndərdiyi məktubda  yazırdı  ki,  “mən 
m
əktubumda ölkədəki vəziyyət  haqqında  ümumi  beynəlxalq 
şəraitin xülasəsini verirəm.  Bütün dünya ümid bəsləyir ki, biz 
azadlığı təmin etməyi ilk növbədə öz şəxsi işimiz hesab etməliyik.  
Orta  Şərqdə  vəziyyətin xeyli mürəkkəbləşdiyini  ilk  növbədə  mən 
siz
ə  izah etmək istəyirəm.    İlk  növbədə  xatırlatmaq  istəyirəm ki, 
bizim 
əsas milli məqsədimiz beynəlxalq  işlərdə  bütün dünyada 
sülhü t
əmin etməkdir.  Bu sülh hüquqa əsaslanmalıdır.    Bu  sülh 
dün
yanın bütün xalqlarını əhatə etməli və möhkəm olmalıdır.  Həm 
d
ə  bu böyük və  ya kiçikliyindən  asılı  olmayaraq  dünyanın  bütün 
dövl
ətlərinə  aid edilməlidir.   Sülh proqramının  əsas hissələrindən 
biri dövl
ətlərin bir – birinə inamı və qarşılıqlı etibarıdır. Bu inam 
bahalı silahlarla yaradılmış hamiləlikdən qurtarmağın əsas yoludur.  
Bizim hökum
ətimiz bu məqsədə çatmaq üçün yorulmaz iş aparır, 


 
143 
lakin biz o zaman müv
əffəqiyyət qazana biləcəyik iki, bütün 
dövl
ətlərdə  sülhün  mövcudluğu  ilə  bizim səylərimizin birləşməsi 
t
əmin edilsin.   
I.
Orta  Şərqdə  vəziyyət öz mürəkkəb və  uzun tarixində  ən 
k
əskin nöqtəsinə çatmışdır.  Son onilliklərdə əksər dövlətlər burada 
tam öz idar
ələrini təmin etməyi  bacarmamışlar.    Başqa  dövlətlər 
regionda 
əhəmiyyətli  nüfuz  qazansalar  da,  ancaq  onların  təhlükə-
sizliyi ilk növb
ədə  güclərin nə  dərəcədə  olması  ilə  müəyyən 
edilirdi. Birinci Dünya müharib
əsindən sonra bu ölkələrdə özünüi-
dar
əyə  və müstəqilliyə doğru inkişaf müşahidə edilməyə başladı.  
Hadis
ələrin belə  gedişini  ABŞ  alqışladı.  Bizim ölkəmiz Orta 
Şərqin bütün dövlətlərinin tam suverenliyini, müstəqilliyini dəstək-
l
əyir.  Müstəqilliyə  təkamül yolu ilə  nail olmaq sülh prosesinin 
əsasında dayanır.  Ancaq regionda tez – tez həyəcanlar baş verir. 
Daim  qarşılıqlı  etimadsızlıq  və  qorxu sərhədlərin  pozulması  ilə 
müşahidə olunur.  Bu isə gərginliyi artırır.  Orta Şərqin müəyyən 
ərazilərində  qeyri-sabit  şərait  yaradır.    Tamamilə  bu  yaxınlarda 
orada h
ərbi əməliyyatlar başlamış, Qərbi Avropa dövlətlərinin işə 
qarışması ilə nəticələnmişdir.  Həmin Avropa dövlətlərinin region-
da t
əsiri güclü olsa da, hadisələrin gedişi indi onların nüfuzunun bu 
regionda aşağı düşdüyünü göstərdi.  1956 – cı ilin oktyabr ayında 
İsrailin  Misirə  hücumu  zamanı  bu  ölkələrlə  Ərəb ölkələri  arasın-
dakı ziddiyyətlər bir daha aşkar olundu.  Bu qeyri-sabitliyin hökm 
sürm
əsindən və  dərinləşməsindən beynəlxalq kommunizm hər an 
faydalana bil
ər.  
II.  Rusiya hökum
əti çoxdan öz ağalığını orta şərqdə bərqərar 
etm
əyə cəhd edir.  Bu həm Çarizm dövründə olmuş və həm də bol-
şeviklərin dövründə  davam edir. Onun səbəbini tapmaq çətin 
deyildir.    Rusiyanın  təhlükəsizliyini heç nə  qorxutmur.  Heç kim 
Rusiya 
əleyhinə  təcavüz  üçün  Orta  Şərqdən bir meydan kimi 
istifad
ə etmək fikrində deyildir.  ABŞ–da da belə bir fikir qətiyyən 
olmamışdır.    SSRİ  –  nin  şərqdən  -  ABŞ  tərəfdən təhlükəsi üçün 
heç bir 
əsas yoxdur.  Mən bunu tam ciddi və qətiyyətlə elan edi-
r
əm.  Rusiyanın öz xüsusi iqtisadi maraqları onu  bu regiona diqqət 
yetirm
əyə  sövq  edir.    Rusiya  Süveyş  kanalından,  demək olar ki, 
istifad
ə etmir və ondan asılı deyildir.  1955- ci il kanaldan keçən 


 
144 
yükl
ərin cəmi 1%-i SRRİ – nin yüklərinin payına düşürdü.  Regio-
nun 
əsas təbii sərvəti  olan  neft  ehtiyatlarına  SSRİ  –  nin  ehtiyacı 
yoxdur.    İş  ondadır  ki,  SSRİ  özü  ən böyük neft ixrac edən 
ölk
ələrdən biridir.  Buradan belə bir nəticə çıxır ki, Rusiyanın bu 
regiona  marağı  sırf  siyasi  xarakter  daşıyır.    Onun  bütün  dünyanı 
kommunistl
əşdirmək  haqqında  plan  elan  etdiyini  əsas götürsək, 
onun  Orta  Şərqə  ağalığa  nail  olmaqla  nəyə  ümid  etdiyini  aydın 
etm
ək  olar.    Bu  region  kontinentin  şərq  yarımkürəsinin kəsişdiyi 
bir nöqt
ədə yerləşir.  Süveyş kanalı Asiya və Avropa dövlətlərinə 
bütün ticar
ətlərini aparmaq imkanını verir.  Bunun üçün vacib şərt 
is
ə  onların  hərtərəfli  inkişafını,  çiçəklənən  iqtisadiyyatını  dəstək-
l
əmək üçün tədbirlərin görülməsidir.   
III. 
Orta Şərq özünü Avrasiya və Avropa üçün darvaza kimi 
t
əqdim edir.  Bu ərazidə  dünya neft ehtiyatlarının  2/  3  hissəsi 
yerl
əşir.  bu region Avropa, Asiya, Afrikanın bir çox dövlətlərinin 
neft
ə olan tələbatını ödəyir.  Xüsusilə Avropanın bir çox ölkələri 
üçün  Orta  Şərq həm  onların  neftə  olan tələbatını  ödəyir,  həmdə 
onlar üçün n
əqliyyat  yoludur.    Bu  fakt  Süveyş  kanalı  və  neft 
k
əmərləri bir müddətə bağlandıqda bir daha sübut edildi.  Belə olan 
t
əqdirdə  alternativ nəqliyyat  yolları  və  neft mənbələri axtarmaq 
z
ərurəti  meydana  çıxır.    Lakin  bunlar  yaxın  gələcək üçün hələ 
mümkün deyildir.  Bütün bunlar is
ə  Orta  Şərqin  çox mühüm 
əhəmiyyət kəsb etdiyini bir daha yəqin  edir.    Əgər bu regionun 
dövl
ətləri öz müstəqilliklərini itirsələr,  əgər  onların  üzərində  yad 
gücl
ərin  dominatlığı  təmin edilərsə,  azadlığa  münasibətə  düşmən 
əhval  –  ruhiyyə  bu region və  bir  sıra  başqa  azad  dövlətlər üçün 
faci
ə  yaradar.    İqtisadi  həyat  da  aşağı  səviyyəyə  düşər.    Əgər 
Marşal  planı  və  NATO olmasa idi, təhlükə  Qərbi Avropanı  da 
əhatə edəcəkdi.  Asiya və Afrikanın müstəqil dövlətləri üçün ciddi 
t
əhlükə yaranmış olardı.  Orta Şərqdə də onlar iqtisadiyyatlarının 
asılı  olduğu  bazarlarını  itirmiş  olardı.    Bu  ABŞ  üçün  də, onun 
iqtisadiyyatı üçün də gələcəkdə xoşagəlməz hallara səbəb ola bilər.  
Başqa amillər də vardır ki, bunlar maddi səbəblərdən irəli gəlmir.  
Orta  Şərq üç mühüm dinin -  islam, xristian və  yəhudi dinlərinin 
meydana g
əldiyi mərkəzdir.  Məkkə  və  Yerusəlim o qədər də 
böyük  şəhərlər  deyildir.    Lakin  bu  şəhərlər dini rəmz daşıyırlar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə