İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   46   47   48   49   50   51   52   53   ...   96

 
151 
Buna cavab olaraq ABŞ İngiltərə ilə birgə Yaxın Şərqə hərbi 
müdaxil
ə  etməyə  qərar verdilər. 1958-ci ilin iyulun 15-də  Livan 
sahill
ərinə ABŞ-ın 6-cı hərbi donanmasının gəmiləri yan aldılar və 
quruya h
ərbi-dəniz süvari ordusu çıxarıldı. Həmin ilin iyulun 17-də 
is
ə  ingilis hava desant qüvvələri  İordaniyanın  paytaxtı  olan 
Amman şəhərini tutdu. İngilis-amerikan təcavüzkar bloku Livan və 
İordaniya  ərazisindən  İraqa  müdaxilə  etmək üçün istifadə  etmək 
niyy
ətində idi.  
Lakin  SSRİ-nin yenə  də  məsələyə  müdaxilə  etməsi  onları 
İraqda inqilabı devirməyə və Suriyada amerikansayağı hakimiyyət 
t
əşkil  etməyə  imkan vermədi. Hələ  iyulun 16-da  SSRİ  rəsmi 
şəkildə  İraq  respublikasını  tanıdığını  elan  etmişdi.  Sovet  İttifaqı 
d
ərhal  Livandan  ABŞ  ordusunun  və  İordaniyadan  ingilis  ordu-
sunun  çıxarılmasını  tələb etməklə  bərabər,  SSRİ,  ABŞ,  İngiltərə, 
Fransa v
ə Hindisdanın iştirakı ilə Yaxın Şərq məsələsinin tənzim-
l
ənməsinə dair konfransın çağrılmasının təklif etdi. Türkiyədə baş 
ver
ən hadisələrlə  əlaqədar olaraq Suriya sərhədində  yenidən öz 
ordusunu c
əmləşdirdi.  Lakin  SSRİ  Türkiyəni  ciddi  şəkildə 
x
əbərdarlıq etdikdən sonra Türkiyə öz fikrindən əl çəkdi.  
ABŞ tərəfi SSRİ-nin bu təklifini qəbul etmədi. Belə olduqda 
SSRİ-nin müraciəti  əsasında  BMT-nin  Baş  Məclisinin fövqəladə 
sessiyası  çağırıldı.  Məclis  Yaxın  Şərqdə  baş  verən  prosesləri 
müzakir
ə edərək yekunda Livan və İordaniyadan tez bir zamanda 
ingilis v
ə  amerikan  ordusunun  çıxarılması  haqqında  qərar qəbul 
etdi. ABŞ və İngiltərə uzun müddət konfransın işini uzatsalar da, 
sonda öz h
ərbi qüvvələrini  regiondan  çıxarmağa  başladılar. 
Bundan sonra Livan hökum
əti  “Eyzenhauer  doktrinası”  na 
qoşulmaqdan imtina etdiyini bildirdi və SSRİ ilə yaxınlaşdı. Məhz 
SSRİ-nin maddi və mənəvi dayağı nəticəsində ABŞ buna qarşı hər 
hansı  tədbir görmədi.  Bundan  sonra  Livanın  ardınca  İraq  da  bu 
doktrinadan imtina etdiyini r
əsmi şəkildə bildirdi.  
Bel
əliklə,  Misirə  “3-lər təcavüzü” kimi bu doktrina da 
müv
əffəqiyyətsizliyə  düçar  oldu.  Lakin  ABŞ  özünün  Yaxın  Şərq 
siyas
ətindən  əl çəkmirdi  1959-cu  il  martın  24-də  İraq  Bağdad 
paktından çıxmasını elan etdi. Paktın digər üzvləri olan İngiltərə, 
Türkiy
ə, Pakistan və  İran  1959  –cu ilin iyulun 25-də  SENTO 


 
152 
(M
ərkəzi Müqavilə  Təşkilatı)  adlanan hərbi blok təşkil  etdilər. 
Onun 
baş  qərargahı  Bağdaddan  Ankaraya  köçürüldü.  Bu  hərbi 
blokun vasit
əsi ilə  ABŞ  bu  bloka  daxil olan ölkələrin  ərazisində 
g
ələcəkdə,  lazım  gələrsə,  hərbi-strateji tədbirlər  planı  həyata 
keçirm
əyi  və  bu  ərazilərdən “soyuq müharibə”  və  Yaxın  Şərq 
siyas
əti ilə  əlaqədar olaraq bir plasdarm (meydan) kimi istifadə 
etm
əyi planlaşdırdı.  
 
1967-ci il “Alt
ı günlük” müharibə və ABŞ-ın ona 
münasib
əti 
 
1964-cü ild
ə  Fələstin  Azadlıq  Təşkilatı  yaradıldı.    İsrailə 
qarşı  partizan  müharibəsi  başladı.    Öz  doğma  yurd-yuvalarından 
çıxarılan  və  ya  qaçıb  canını  qurtaran  fələstinlilər, bu vəziyyətin 
günahkarı yəhudiləri görürdülər. 
1966-
cı  il  noyabr  ayının  13-də  İsrail  ordusu  tank  və  zirehli 
avtomobill
ərlə İordaniya  sərhədini keçərək 4000 sakini olan Samu 
k
əndinə hücum etdi və kənd əhalisini qırğına məruz qoydu.  1967-
ci ild
ə  aprel  ayının  7-də  Suriya  topçularına  havadan təcavüzə 
Suriya t
əyyarələri də qarışdı.  Hava müharibəsində Suriyaya məx-
sus 6 t
əyyarə partladıldı.  
Misir
ə  ingilis-fransız-İsrail  təcavüzündən sonra mütəmadi 
olaraq  İsrailin  Misir  və  Suriya ilə  olan sərhədində  sərhəd pozun-
tuları baş verirdi ki, bu hal 1967-ci ildə o dərəcədə kəskinləşdi ki
silahlı münaqişəyə səbəb oldu.  İsraillə Suriya və Misir sərhədində 
qoşunların yerləşdirilməsi baş verdi.  1967-ci il mayın 16-da Misir 
v
ə  Suriya bəyanat  verdi  ki,  İsrail  hücum  etdiyi  təqdirdə  ona 
müqavim
ət göstərəcəklər.  1967-ci  il  mayın  20-də  bu ölkələrdən 
h
ər hansı birinə üçüncü bir ölkə hücum edərdisə, bir-birinə kömək 
etm
ək  haqqında  bu  ölkələr  arasında  müqavilə  bağlandı.    1967-ci 
ild
ə  İordaniya  da  Misir  və  Suriya ilə  belə  bir müqavilə  bağladı.  
Ərəb ölkələri arasında  yaranan  müdafiə  ittifaqı  İsrailin  siyasətinə 
qarşı  ərəb ölkələrinin birliyini möhkəmləndirmək məqsədi  daşı-
yırdı.    1967-ci  ilin  mayın  16-da Birləşmiş  Ərəb Respublikasının 
silahlı  qüvvələri  Baş  ştabının  rəisi  BMT  qoşunlarının  komanda 
r
əisinə müraciət etdi ki, barışıq xəttindəki qoşunları geri çəksinlər.  


 
153 
çünki onlar h
ərbi əməliyyatlar zamanı zərər çəkə bilər.  1967-ci il 
mayın 18-də BMT qoşunları öz yerlərindən köçürüldülər.  1967-ci 
il mayn 23-d
ə  Nasir Birləşmiş  Ərəb Respublikasının  prezidenti 
C
amal  Əbqül  Nasir  elan  etdi  ki,  Misir  Bərzə  və  Akap körfəzini 
g
əmilər üçün bağlı elan edir.  Bu əslində İsrailin Eylat limanının 
mühasir
əyə alınması demək idi.  Buna cavab olaraq İsrail 1967-ci 
il mayın 20-də ölkədə səfərbərlik elan etdi.  Həmin vaxt Qahirəyə 
vasit
əçi  missiyası  ilə  BMT-nin  baş  katibi  U.  Tan  gəldi və  Misir 
prezidenti il
ə bu məsələ müzakirə edildi.  Bu məsələnin BMT TŞ-
nin müzakir
əsinə  verilməsi  haqqında  1967-ci  il  mayında  qərar 
q
əbul edildi.  Mayın 29-da TŞ yenidən toplandı.  Yaxın Şərqdə və-
ziyy
ət daha da kəskinləşirdi.    ABŞ  başda  olmaqla  SSRİ,  Fransa 
İngiltərə danışıqlar prosesini sürətləndirməyə cəhd etsələr də, nəti-
c
əsiz qaldı.  1967-ci il iyunun 5-də İsrail qonşu ərəb dövlətlərinə 
silahlı basqın etdi.  İsrailin əlində əsas bəhanə beynəlxalq su yolla-
rının  bağlanması  və  İsrailin  mühasirəyə  alınması  idi.    Bu  zaman 
İsrailin  ixtiyarında  50  min,  İordaniyada  55  min,  Suriyada  isə  75 
min qoşun var idi.  İsrail birinci Misirə zərbə vurdu.  Misir qoşun-
ları  Sınay  yarımadasında  İsrail  qoşunları  ilə  birinci  gün  qarşı-
qarşıya dayandılar.  Lakin İsrailin hava qüvvələri hücuma keçdikdə 
Mi
sir aciz qaldı. 1967-ci il iyunun 9-da İsrail qoşunları hücuma ke-
ç
ərək  Suveyş  kanalına  gəlib  çatdılar.  Misirə  zərbə  endirdikdən 
sonra İsrail qoşunları hücumlarını İordaniyaya yönəltdilər.  1967-ci 
il iyunun 7-d
ə  İordaniya  qoşunlarını  geri  çəkməyə  məcbur  oldu.  
İyunun 9-da İsrail qoşunları Suriyaya girdilər və onları sərhəddən 
xeyli uz
aqlaşdırdılar. Nəticədə bir neçə gün ərzində İsrail öz ərazi-
sini  xeyli  genişləndirdi.  Onun  ərazisi 68,7 min km
2
 
oldu.    İsrail 
t
ərəfindən  İordan  çayının  qərb sahili, Yerusəlimin  Şərq hissəsi 
işğal olundu, həmçinin İsrail Misirə tabe olan Sinay yarımadası və 
Suriyaya m
əxsus olan Holan təpələrinə nəzarəti öz əlinə aldı.  Bu-
nun
la da, Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranmış oldu.  1967-ci 
il iyunun 5-d
ə  SSRİ  hökuməti hərbi  əməliyyatları  dərhal kəsmək 
t
ələbi ilə  çıxış  etdi.    ABŞ  əvvəlcə  İsraili  müdafiə  etdi və  İsrailin 
t
əcavüzkar kimi tanınmasına qarşı çıxdı. 1967-ci ilin 6,7,9 iyunun-
da BMT-
nin TŞ İsraildən tələb etdi ki, atəşi dərhal dayandırsın və 
tutduğu ərazilərdən qoşunları çıxarsın.  1967-ci il iyunun 10-da İs-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə