İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   47   48   49   50   51   52   53   54   ...   96

 
154 
rai
lin  Moskvadakı  səfirinə  SSRİ  nota  göndərərək  İsraillə  diplo-
matik münasib
ətləri kəsdiyini bildirdi. Həmin  gün  SSRİ  Nazirlər 
sovetinin s
ədri  Kosıgin  telefonla  ABŞ  prezidenti  Consonla  əlaqə 
saxladı və onu İsraili danışıqsız hərbi əməliyyatları dayandırmağa 
m
əcbur etməyə çağırdı və xəbərdarlıq etdi ki, əks- təqdirdə SSRİ 
müşahidəçi kimi qalmayacaqdır.  Bir saat 15 dəqiqədən sonra ABŞ 
x
əbər  verdi  ki,  İsrail  hərbi  əməliyyatları  dayandırmağa  hazırdır.  
Bel
əliklə, “6 günlük” müharibə başa çatdı (5-10 iyun). 
  
Altı gün çəkən müharibə tarixə “Altı günlük müharibə” adı 
il
ə düşdü.  BMT-nin 1967-ci il noyabr ayının 10-da “ATƏŞKƏS” 
elan etm
əsi ilə  müharibəyə  son  qoyuldu.    İordaniya  1967  –  ci il 
Ərəb-İsrail müharibəsində 1948-ci ildə qazandığı torpaqları itirdi. 
6000 insan h
əlak oldu.  İsrail ərazisi bu müharibədən sonra iki dəfə 
artdı.    İsrail  Qəzzə  bölgəsini,  Sinay  yarımadasını,  Şərqi  Qüdsü, 
İordan çayının qərb sahilini və Suriyanın Holan təpəliklərini işğal 
etdi.  
Müharib
ənin nəticələri  İsrail  üçün  əlverişli  idi.    1967-ci il 
iyunun 17-d
ən 23-dək BMT-nin Baş Assambleyasının Vaşinqtonda 
Yaxın  Şərqə  dair  xüsusi  sessiyası  oldu.    SSRİ-nin  təkidinə  bax-
mayaraq İsrailin işğalçılıq hərəkətlərini göstərən və onun tutduğu 
əraziləri tərk etməsini tələb edən qətnamə qəbul edilmədi.  Ancaq 
1967-
ci  il  noyabrın  22-də  BMT-nin  TŞ-sının  242  saylı  qətna-
m
əsinə əsasən İsrail təcavüzkar hesab olunur və tutduğu ərazilər-
d
ən dərhal çıxması tələb olunurdu.  Lakin İsrail bu qətnaməyə əməl 
etm
ədi.  1968-ci ilin martında İsveç səfiri Hummar Yarınqin Yaxın 
Şərqlə  əlaqədar  İsrail,  Misir,  Suriya,  İordaniya  nümayəndələri ilə 
danışıqları bir nəticə vermədi.  Beləliklə də, “6 günlük” müharibə 
Yaxın Şərqdə unikal şərait yaratdı.  Bunu bu cür qiymətləndirmək 
olar: “N
ə müharibə, nə də sülh” 1968-ci ildə “yorğunluqla müha-
rib
ə”  gedirdi  ki,  hansı  ki,  İsraillə  Misir sərhədlərdə  çərçivədən 
çıxmayaraq  bir-birlərinə  zərbələr endirirdilər.    SSRİ  1968-ci ilin 
sonunda TŞ-nın 242 saylı qətnaməsini həyata keçirmək üçün ABŞ, 
Böyük Britaniya v
ə Fransaya təkliflərini təqdim etdi.  Fransa  bunu 
d
əstəklədi.  Yuxarıdakı dövlətlərin iştirakı ilə Yaxın Şərqdə ədalət-
li v
ə  möhkəm sülh yaratmaq məsələsi 1969-cu  il  yanvarın  16-da 
keçiril
ən görüşdə müzakirə edildi.  Lakin ABŞ belə hesab edirdi ki, 


 
155 
Yaxın Şərqdə ancaq birgə sülh yaradıla bilər.  1969-cu ildə ABŞ-ın 
dövl
ət katibi Rocers bəyan  etdi  ki,  ABŞ  Yaxın  şərq prosesinin 
nizamlanmasında  birbaşa rol oynamaq qərarına  gəlib.  “Rocers 
planı”  adlı  plan  meydana  çıxdı  ki,  burada  ilk  növbədə  Misir və 
İsrail  arasındaa  sülh  və  hərbi  əməliyyatları  dayandırmaq  əsas yer 
tuturdu.  Planda n
əzərdə  tutulmuşdur  ki,  İsrail  TŞ-nin  242  saylı 
q
ətnaməsini yerinə yetirməlidir, ancaq bu şərtlə ki, Yaxın Şərqdə 
v
əziyyət normalaşdırılsın.  Lakin İsrail bu planı yerinə yetirmədi.  
1972-ci ild
ə  iyulun 22-də  Misirin  Xarici  İşlər Naziri isə  öz 
cavabında ABŞ-ın təklifinə razı olduğunu bildirdi.  
1973-cü il oktyabr müharib
əsi və ona ABŞ-ın münasibəti 
“Altı günlük” müharibədən bir neçə il keçdikdən sonra ərəb 
ölk
ələri, ilk növbədə Misir və Suriya itirdikləri mövqelərini bərpa 
etm
ək üçün 1973-cü ilin oktyabr ayının 6-da İsrailə qarşı yenidən 
müharib
əyə başladılar. Bu tarixdə “Oktyabr”, “Mühakimə günləri”,  
“Ramazan müharib
əsi” kimi də məşhurdur.  Hələ 1973-cü ilin yan-
va
rında  Misir  və  Suriya ümumi hərbi  komandanlıq  təsis etdilər.  
Sonrakı aylarda isə onlar digər ərəb ölkələri ilə, ilk növbədə İraqla 
ərəb həmrəyliyi nümayiş etdirərək birgə əməliyyatın planını işləyib 
hazırladıqları  1973-cü il oktyabr müharibəsində  iştirakçıların 
qüvv
ələr nisbəti aşağıdakı kimi idi.  İsrailin 415 min quru qoşunu, 
1500  tank,  3000  bron  maşını,  945  artilleriyası,  561  təyyarəsi, 84 
vertolyotu,  Misirin 
830 min piyada qoşunu, 2200 tankı, 2400 bron 
maşını,  1120  artilleriyası,  690  təyyarəsi, 161 vertolyotu, 104 
g
əmisi, Suriyanın 332 min piyada qoşunu, 1350 tankı, 1300 bron 
maşını,  655  artilleriyası,  321  təyyarəsi, 36 vertolyotu, 21 gəmisi 
var idi.  Bu müharib
ədə İraqın vertolyotu və gəmisi deyil, ancaq 20 
min  qoşunu,  310  tankı,  300  bron  maşını,  54  artilleriyası,  73 
t
əyyarəsi iştirak edirdi.   
1973-
cü il oktyabrın 6-da Misir və Suriya eyni zamanda İsrail 
qoşunlarının  mövqelərinə  hücum etdilər və  ilk  anda  uğur 
qazandılar.    Müttəfiqlərin məqsədi  o  idi  ki,  İsrailin  işğal  etdiyi 
əraziləri (1967)geri qaytarsınlar.  Bu dövrdə SSRİ Misir və Suriya-
ya maddi v
ə  hərbi cəhətdən kömək edirdi.  Lakin ərəb ölkələri 
uğurlarını davam etdirə bilmədilər. Tezliklə vəziyyət dəyişdi. İsrail 
qoşunları ərəb ölkələrinin irəli  hərəkətini dayandıraraq  Misir və 


 
156 
Suriyaya qarşı hücuma keçdi.  Bu dövrdə ABŞ İsrailə hərbi köməyi 
genişləndirməklə  əlaqədar təcili tədbirlər görməyi qərara  aldı.  
H
əmçinin  ABŞ-ın  təşkil  etdiyi  hava  körpüsü  ilə  İsrailə  kütləvi 
qaydada silahla v
ə  hərbi  materiallar  atılmağa  başlandı.    Bu  isə 
İsrailin  ərəb ölkələri ilə  mübarizəsində  tələbatını  ödəmək üçün 
kifay
ət idi. Bu dövrdə  dünya ictimaiyyəti  Yaxın  Şərqdə  atəşi 
k
əsmək məsələsini kəskin  şəkildə  qarşıya  qoydu.    Bu məsələnin 
müzakir
əsi zamanı İsrail hökuməti tələb etdi ki, xüsusi yerdə onun 
t
əhlükəsizlik problemi dayanmalıdır.  Bu dövrdə ABŞ 1973-cü ilin 
oktyabrın  8-də  BMT-nin  TŞ-nın  iclasında  tələb etdi ki, ərəb 
ölk
ələri  tutduqları  mövqedən çəkilməlidirlər ki, atəşkəs elan 
edilsin.  SSRİ və ərəb ölkələri buna qəti etiraz etdilər.  1973-cü ilin 
oktyabrın  12-də  İsrail  hökuməti cəbhədəki vəziyyətlə  əlaqədar 
olaraq  razılaşdığını  bildirdi.    SSRİ-nin təşəbbüsü ilə  1973-cü ilin 
oktyabrın  20-21-də  SSRİ  Xarici  İşlər naziri Qromiko ilə  ABŞ-ın 
dövl
ət katibi Kissincer arasındakı görüşdə Yaxın Şərqdəki mürək-
k
əb vəziyyət müzakirə  edildi və  onun  nizama  salınması  vacibliyi 
vurğulandı.  1973-cü il oktyabrın 22-də BMT-nin 338 saylı qətna-
m
əsi qəbul edildi.  Bildirildi ki, 12 saatdan gec olmayaraq atəşkəs 
t
əmin edilsin.  Lakin, atəşkəs elan edilsə  də, 3 saat keçməmiş 
yenid
ən hərbi əməliyyatlar başlandı.  Ərəb-İsrail münaqişəsi ancaq 
1973-
cü ilin oktyabrın 25-də 2 fövqəl dövlətin - SSRİ və ABŞ-ın 
f
əal müdaxiləsi ilə dayandırıldı.  Bu sahədə ilk təşəbbüsü isə Avro-
pa birliyi göst
ərdi.  Buna səbəb o idi ki, 1973-cü il oktyabr mü-
harib
əsi  zamanı  ərəb ölkələri ilk dəfə  neft faktorundan istifadə 
etdil
ər. 1973-cü  il  oktyabrın  17-də  neft  çıxaran  ərəb ölkələrinin 
nümay
əndələrinin Küveytdə görüşü keçirdi.  Qərara alındı ki, neft 
satışını  azaltsınlar,  bir  neçə  ölkəyə  neft göndərilməsi üzərinə 
embarqo qoysunlar.  Bundan m
əqsəd  işğal  edilmiş  Fələstindəki 
ərəb torpaqlarından  İsrail qoşunlarının çıxarılmasını təmin etmək 
idi.    İlk  növbədə  ABŞ-a  və  onun  Avropadakı  müttəfiqlərinə 
(Niderland, Portuqaliya)  neft gönd
ərilməsi dayandırıldı. O cümlə-
d
ən, CAR-a da neft göndərilmədi.  Bu energetika böhranı yaratdı.  
O dövrd
ə  ABŞ-ın  dövlət katibi Kisincer  idi.    ABŞ-ın  təkidi ilə 
BMT TŞ-sı 1973-cü ilin oktyabrın 22-də 338, oktyabrın 29-da 339, 
oktyabrın 25-də 340 saylı qətnamələr qəbul etdi.   Neftə qoyulan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə