İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   50   51   52   53   54   55   56   57   ...   96

 
163 
nevr
ə konfransını çağırmaq üçün SSRİ-dən də razılıq alındı.  Lakin 
Suriyanın etirazı bu planın baş tutmamasına səbəb oldu.  
1978-
ci  ilin  qışında  Vaşinqtonda  Misirlə  İsrail  arasında 
seperat  danışıqlar  başlandı.  1978-ci  ilin  bütün  yarım  ili  ərzində 
ABŞ  tərəflərin  mövqeyinin  yaxınlaşması  üçün  bütün  diplomatik 
s
əyləri fəallaşdırdı.    Lakin  irəliləyiş  hiss  olunmadı.  Belə  olan 
şəraitdə ABŞ prezidenti Misir prezidenti Ənvər Sadata və İsrailin 
baş naziri Beginə təklif etdi ki, Kemp-Deviddə birbaşa danışıqlara 
başlasınlar.  Bu danışıqlar nizamasalma işlərini görməkdə mühüm 
addım olmalı idi.  Karter vasitəçi rolunu öz üzərinə götürdü.  Da-
nışqlar çox kəskin şəraitdə gedirdi və hər an pozulmaq qorxusu var 
idi.  Karter çox böyük z
əhmət bahasına İsrailin baş nazirini güzəştə 
getm
əyə  razı  sala  bildi.    Nəticədə  1978-ci  ilin  sentyabrın  17-də 
ABŞ nümayəndə heyəti həm ərəblərə, həm də yəhudilərə əlverişli 
olan layih
ə ilə çıxış etdi.  Bir çox tədqiqatçılar belə hesab edirdilər 
ki, 
bu  saziş  ərəblərin mənafeyinə  ziddir,  sülhün  bağlanması  işini 
l
əngitmişdir.    Tədqiqatçılar  ABŞ  inzibati  idarəsinin bu məsələdə 
günahkar hesab edirl
ər.  Onların fikrincə, bu sənəd İsrailin maraq-
la
rına  uyğundur və  ərəblərin birliyini pozur. Lakin  ABŞ  prezi-
dentinin  yazılarını  oxuyarkən məlum olur ki, onun fikrincə, bu 
s
ənəd  qonşu  dövlətlərin  barışmasında  ilk  addımdır.  Prezident 
göst
ərirdi ki, gec-tez digər ərəb dövlətləri də bu addımı atmalıdırlar.  
Kemp-Devid müqavil
əsi isə 1979-cu ilin martında bağlandı. 
ABŞ  çalışırdı  ki,  “Kiçik  addımlar”  diplomatiyasına  əməl  edilsin.  
Bu is
ə  o deməkdir ki, əvvəlcə  İsraillə  ərəb dövlətlərindən biri 
ikit
ərəfli qaydada sülh bağlasın.  1978-ci il sentyabrın 6-7-də ABŞ-
ın  təşəbbüsü ilə  Kemp-Deviddə  ABŞ  prezidenti  Karterin 
vasit
əçiliyi ilə İsrailin baş naziri Begin və Misir prezidenti Ənvər 
S
ədat  arasında  görüş  keçirildi.    Bu  görüş  nəticəsində  iki mühüm 
s
ənəd  imzaladı.  Bu tarixə  Kemp  Devid  sazişi  kimi  düşdü.  
S
ənədlərdən biri “Yaxın  Şərqdə  sülhün çərçivəsi”  adlanırdı  ki, 
burada aşağıdakı məsələlər öz əksini tapmışdır: 
- Q
əzzə bölgəsində və İordan çayının qərb sahilində yaşayan 
f
ələstinlilərə məhdud özünü idarə hüququ verilməsi
-  242 v
ə  338  saylı  qətnamələrə  uyğun  olaraq  ərəb-İsrail 
münaqişəsini qəti şəkildə nizama salmaq; 


 
164 

beş il ərzində fələstinlilərə muxtariyyət təqdim etmək; 

İsraillə  Misir,  İordaniya,  fələstinlilər  arasında İordan  çayı-
nın  qərb sahili və  Qəzzə  bölgəsinin gələcəyi  haqqında  danışıqlar 
aparmaq.  
İkinci  sənəd “Misirlə  İsrail  arasında  sülh  müqaviləsi 
bağlamağın çərçivəsi” adlanırdı ki,  burada yaxın üç ay müddətində 
bu işə hər iki tərəfin hazırlaşması tələb olunurdu.  
Bu dövrd
ə  Dəməşqdə  keçirilən  ərəb ölkələrinin dövlət 
başçılarının  müşavirəsində  Misirlə  diplomatik münasibətləri kəs-
m
ək  haqqında  qərar qəbul  edildi.    Ona  qarşı  iqtisadi  baykot 
başlandı.  Ərəb ölkələri liqasının  ştab-mənzili Qahirədən köçürül-
dü.  Müşavirədə həmçinin “Siyasi bəyanat” qəbul edildi.  Bəyanat-
da bildirilirdi ki, 
ərəb dövlətləri Kemp-Devid  sazişlərini  tanımır.  
Ərəb dövlətləri bunu “təslimolma” kimi qəbul etdilər.    Ərəb 
ölk
ələrinin yüksək dairələrinin  müşavirəsində  (1978-ci il noyabr, 
Bağdad)  Kemp-Devid  sazişləri mühakimə  edildi, qəbul edilmədi, 
Misir 
əleyhinə  sanksiya tətbiq etmək qərara  alındı.    1979-cu ilin 
martın 8-dən 13-nə qədər ABŞ prezidenti C. Karter və dövlət katibi 
Vens Misir v
ə  İsraildə  oldular.  Bu dövrdə  ABŞ  “kiçik  addımlar 
diplomatiyası” yeridirdi.   
1979-
cu ilin mart ayının 26-da Kemp-Deviddə Misirlə İsrail 
arasında sülh müqaviləsi bağlandı ki, onun şərtləri aşağıdakılar idi: 
1.  Misirl
ə İsrail arasında müharibə vəziyyətinin qurtarması 
2.  Qarşıdan gələn ilin üç ayı ərzində İsrailin Sinay yarıma-
dasında öz qoşunlarını çıxarması haqqında öhdəlik götürməsi 
3.  Misirl
ə İsrail arasında tam həcmdə diplomatik münasibət-
l
ərin  yaradılması  öhdəliyinin Misirin öz öhdəsinə  götürməsi.  
Misirl
ə  İsrail  arasında  ticarət  əlaqələrinin  yaradılması,  Suveyş 
kanalından İsrail gəmilərinin keçməsinə icazə verilməsi, həmçinin 
bunun Tiran b
ərzəxinə və Akab körfəzinə də aid edilməsi  
Sinay yarımadasından İsrail qoşunları 1982-ci ilin aprelin 25-
n
ədək  çıxarıldıqdan  sonra  oraya  müşahidəçi  kimi  ABŞ,  Böyük 
Britaniya, İtaliya və Niderlandın qoşun kontingentləri yerləşdirildi.  
Bütün bunlar yen
ə də Yaxın Şərq problemini həll edə bilmə-
di.  Bu problem yen
ə də dünyanın mədəsində həzm edilə bilməyən 


 
165 
bir tik
ə  kimi  qaldı.    Bu məsələyə  görə  Misir  Ərəb dövlətləri 
liqasından çıxarıldı.  
Bu dövrd
ə  Kemp-Devid müqaviləsinə  görə  SSRİ  ilə  ABŞ 
arasındakı  münasibətlər gərginləşdi,  ərəb dövlətlərindən müna-
qişədə  iştirak  edənlərin digərləri də  ABŞ-dan  narazı  qaldılar.  
Bütün bunlarla b
ərabər,  Yaxın  Şərq  problemi  ABŞ  rəhbərliyinin 
yen
ə də maraq dairəsi olaraq qaldı.  
 
Amerika-
İsrail strateji ittifaqı 
1981-
ci il noyabrın 30-da ABŞ-ın və İsrailin müdafiə nazir-
l
əri  Vaşinqtonda  «strateji  əməkdaşlıq  sahəsində  qarşılıqlı 
anlaşmaya dair memorandum» imzalamışdı.   
H
əmin sənədin  giriş  hissəsində  hər iki tərəf «Birləşmiş 
Ştatlarla  İsrail  arasında  ümumi  dostluq  telləri»  olduğunu  və 
«qar
şılıqlı  təhlükəsizliyi təmin etmək sahəsində  hər iki ölkə 
arasında münasibətlərin mövcudluğu»nu təsdiq etmişdi.   
Vaşinqtonun  Təl-Əvivə  «meyli»nin səbəbi  ərəb  xalqlarının 
milli-
azadlıq hərəkatına qarşı mübarizə üçün ondan istifadə etmək 
v
ə  ən mühüm strateji dayaq məntəqəsində  Amerika imperializ-
minin mövqel
ərini möhkəmlətmək niyyətləri idi.   
Amerika Birl
əşmiş  Ştatlarının  hegemonluq  planları  ilə 
dövt
ələb  İsrail  ekspansiyaçılığının  uzlaşdırılmasına  o  əsas təşkil 
etmişdir ki, hər iki ölkə arasındakı «xüsusi» münasibətlər qırx ilə 
yaxın  bir  müddətdə  onun üzərində  dayanır.    Londonda  çıxan 
«Tayms» q
əzeti həmin münasibətləri xarakterizə edərək hələ 1971-
ci ild
ə  yazmışdı  ki,  ABŞ  ilə  İsrail  arasındakı  münasibətlərin 
«Amerika tarixind
ə misli-bərabəri olmamışdır… Bütün sahələrdə – 
müdafi
ə, iqtisadi əməkdaşlıq,  kəşfiyyat  məlumatları  mübadiləsi, 
ikili t
əbəəlik və  qarşılıqlı  diplomatik  yardım  sahələrində  olan bu 
əlaqələr, məsələn, Birləşmiş  Ştatlarla  Böyük  Britaniya  arasındakı 
əlaqələrdən çox-çox sıx olmuşdur».  Axı məlumdur ki, Vaşinqtonla 
Londonun beyn
əlxalq meydanda siyasi xətlərinin eyniliyini bir 
çoxları uzun zaman az qala «ailə ittifaqı» kimi təsəvvür edirdilər.   
Bu dövrd
ə  həmişə  olduğu  kimi,  Birləşmiş  Ştatların  siyasi 
h
əyatında İsrail lobbisi olduqca mühüm rol oynayır, burada sionist 
yuxarı təbəqə ağalıq edirdi.  İsrail lobbisi xeyli hissəsini öz nəzarəti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə