İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   51   52   53   54   55   56   57   58   ...   96

 
166 
altında saxladığı kütləvi informasiya vasitələrinin köməyilə rəsmi 
siyas
ətin və  ictimai rəyin  formalaşmasına  fəal təsir göstərirdi.  
Londonda  çıxan  «Middl  İst  interneşnl»  jurnalı  yazırdı  ki,  «Bunu 
inkar ed
ən bir adam çətin tapılar ki, xüsusi mənafeli heç bir qrup 
Kapitoliya t
əpəsinə  təsir göstərməkdə  və  hökumətdə  həlledici 
xadiml
ərə  yol  tapmaqda  İsrail  lobbisinə  çata bilməz.  Məsələn, 
1975-
ci  ilin  mayında  sionist  lobbisinin  qazandığı  təsirli qələbə 
kimi bir q
ələbə qazanmaq hələ heç bir lobbiyə, - nə etnik, nə siyasi, 
n
ə  də  korporativ lobbiyə  müyəssər  olmuşdur;  o  zaman  o…  76 
senatoru  İsrailə  yardımı  artırmaq  tələbi ilə  prezidentə  məktubu 
imzalamağa inandırdı».  
Yaxın  Şərqdə  Amerika imperializminin təcavüzkarlıq  hərə-
k
ətlərinin xeyli fəallaşması,  irticaçı  üsul-idarələrin  silahlı  qüv-
v
ələrin  iştirakı  ilə  regionda indiyədək misli görünməmiş  geniş 
miqyasda h
ərbi manevrlərinin keçirilməsi, qonşu ərəb dövlətlərinə 
qarşı  İsrailin cəza tədbirlərinin gücləndirilməsi  –  yuxarıda  adı 
ç
əkilmiş  sənədin meydana gəlməsinin fonu idi. Əlbəttə, onu 
Vaşinqtonun Yaxın və Orta Şərqdəki bütün strategiyasından, İsrail 
il
ə  Misir  arasında  ABŞ-ın  himayəsi  altında  bağlanmış  seperat 
sövd
ələşmədən,  regionda Pentaqonun hərbi qüvvəsinin  olmasını 
möhk
əmləndirmək,  ərəb  dünyasında  təfriqəni dərinləşdirmək 
m
əqsədinin güclənməsindən kənarda nəzərdən keçirmək  olmaz.  
Eyni zamanda b
əzi  ərəb ölkələrini Amerika – İsrail hərbi strate-
giyası  məcrasına  cəlb etmək məqsədilə  bu ölkələrə  güclü təzyiq 
göst
ərilirdi.    ABŞ  Səudiyyə  Ərəbistanına  «AVAKS»  aviasiya 
k
əşfiyyat sistemləri və başqa növ silahlar verməklə neft krallığını 
ilk növb
ədə  Vaşinqtonun  hərbi partnoyruna çevirməyi nəzərdə 
tuturdu.  S
əudiyyə  Ərəbistanına  «AVAKS» sistemləri  satılması 
q
ərarını İsrail qarşısında müdafiə etmək vəzifəsini ABŞ-ın keçmiş 
prezidenti R. Nikson öz öhd
əsinə götürmüşdür.  O demişdir: «İsrai-
lin dostu kimi m
ən belə  hesab edirəm ki, indiki mərhələdə  bu 
sövdanın  bəyənilməsi nəinki Birləşmiş  Ştatların,  həm də  İsrailin 
özünün m
ənafeyinə  uyğundur».    O,  prezident  R.  Reyqanı  «bütün 
ehtimala gör
ə, Ağ evdə Harri Trumendən sonra İsrailin ən qızğın 
t
ərəfdarı» kimi xarakterizə etmişdir.  


 
167 
Amerika-
İsrail  memorandumu  Vaşinqtonun  Yaxın  Şərqdəki 
siyas
ətini daha da hərbiləşdirmək yolunda yeni bir mühüm addım 
idi.  Amerika-
İsrail  rəsmi təhlükəsizlik  paktı  haqqında  fikir 
prezident Reyqan
ın belə bir əqidədə olmasından irəli gəlmişdir ki, 
h
ərbi cəhətdən güclü olan İsrail sadəcə ABŞ-ın təkcə emosiyalarla 
bağlı olduğu müttəfiqi deyil, həm də strateji fəalı hesab edilməlidir.  
Reyqan hökum
əti  çalışırdı  ki,  İsraili,  habelə  qərbərəst  ərəb 
dövl
ətlərini Yaxın Şərqdə yeni antisovet «strateji partnyorluğuna» 
c
əlb etsin.  
Amerika-
İsrail  memorandumuna  görə,  ABŞ-ın  məqsədi bu 
memorandumu imzalamaqla «h
əmin  regionda  Sovet  İttifaqının 
n
əzarəti  altında  olan,  bu  regiona  gətirilib  çıxarılan  qüvvələr 
t
ərəfindən sülh və təhlükəsizlik üçün təhlükəyə qarşı durmaq  idi.  
Bu cür b
əyanatlar elə  bir  şəraitdə  verilirdi  ki,  ABŞ-ın  və  İsrailin 
h
ərbi nazirlərinin «sovet hərbi təhlükəsindən qorumaq» dərdinə 
qaldıqları  xalqlar  belə  bir təhlükənin  mövcud  olduğunu  qəti rədd 
edirdil
ər.  Məsələn, İordaniyanın kralı Hüseyn «Nyu-York tayms» 
q
əzetinin müxbiri ilə müsahibəsində qeyd etmişdi ki,  «İndi elə bir 
ərəb çətin  tapılar  ki,  gecələr  Şərqdən təhlükə  baş  verə  biləcəyini 
fikirl
əşib gözünə yuxu getməsin.  Ərəblərin böyük əksəriyyəti belə 
hesab edirdil
ər ki, ərəb regionu üçün başlıca təhlükə xəyali «sovet 
t
əhlükəsi» deyildir.  Bu təhlükə daha artıq dərəcədə İsrail tərəfin-
d
ən irəli gəlir, bu isə habelə Birləşmiş Ştatların yardımının nəticə-
sidir.  M
ərakeşdə çıxan «Əl-Bəyan» qəzeti qeyd etmişdir: «Bir çox 
ərəb ölkələri sual verirlər:  Sazişin  müəllifləri  doğrudan-doğruya 
h
əmin regionun ərəb ölkələrindən hər hansı birinə SSRİ-nin basqın 
etm
əyə  hazırlaşdığına  dair  heç  olmasa  bircə  misal gətirə 
bil
ərlərmi? Belə misal yoxdur.  
Memoranduma gör
ə, tərəflərin strateji əməkdaşlığı  tam  bir 
sıra  məsələlər kompleksini əhətə  edir.    Bunların  arasında  «döyüş 
hazırlığını  təmin etmək üçün tərəflərin  razılaşdırılmış  birgə 
f
əaliyyətini təşkil  etmək və  ona kömək etmək» məsələsi  vardır.  
Regionda  Amerikanın  hərbi qüvvələrinin  olmasını  möhkəmlən-
dirm
ək və  İsrailin  onsuz  da  böyük  olan  hərbi qüvvəsini daha da 
artırmaq  sahəsində  qarşılıqlı  tədbirlər nəzərdə  tutulurdu.  Həmin 
s
ənəd  Aralıq  dənizinin  şərq hissəsində  hərbi-dəniz və  hərbi hava 


 
168 
t
əlimləri də  daxil olmaqla gələcəkdə  birgə  hərbi təlimlər keçiril-
m
əsini nəzərdə  tuturdu.  Məlum  olduğu  kimi,  amerikalılar  Sovet 
İttifaqının və digər sosialist ölkələrinin bilavasitə sərhədləri yaxın-
lığındakı  rayonlarda  artıq  çoxdan  bəri müxtəlif qəbildən olan 
manevrl
ər düzəldirdilər.  1981-ci ilin noyabrında onlar «Brayt star» 
(«Parlaq  ulduz»)şərti adə  ilə  çox iri manevrlər keçirtdilər; bu 
manevrl
ərdə ABŞ-ın sılahlı qüvvələrindən əlavə Misirin, Sudanın, 
Somalinin v
ə Osmanın  da döyüş bölmələri iştirak edirdilər.  Me-
mo
randum İsrailə Amerikanın «sürətlə əməliyyat qüvvələri» üçün 
dayaq  bazası  rolunu  ayırırdı.    ABŞ-İsrail  starateji  birliyinin  əsl 
m
əqsədi  Yaxın  Şərq ölkələrinin  daxili  işlərinə  Amerika imperia-
lizminin  qarışmasından,  siyasəti Reyqan hökümətinin  planlarına 
uyğun  gəlməyən  ərəb dövlətinə  qarşı  hərbi qüvvədən istifadə 
etm
ək hüququ qazanmaqdan ibarət idi.    
S
ənəd hər iki tərəfin hərbi-strateji planlarını daha sıx uzaqlaş-
dırmaq  məqsədilə  müdafiə  nazirləri tərəfindən xüsusi əlaqələn-
dirm
ə  şurası  və  «texniki xidmət, təmir vasitələrindən və  digər 
infrastrukturdan istifad
ə  etmək  hüququ  da  daxil  olmaqla  döyüş 
hazırlığının təmin edilməsi sahəsində birgə fəaliyyətin təşkil ilə… 
elmi t
ədqiqat və təcrübə-konstruktur işlərində, habelə hərbi ləvazi-
mat ticar
əti sahəsində…» məşğul olmalı birgə işçi qrupları yaradıl-
masını da nəzərdə tuturdu.  Beləliklə, burada söhbət ərəb dövlətləri 
bar
əsində  İsrailin bütün təcavüzkar hərəkətləri üçün Amerika 
Birl
əşmiş  Ştatlarının  üzərinə  tam məsuliyyət  qoyan,  İsraili  isə 
Vaşinqtonun  əl ata biləcəyi hərəkətlərin bilavasitə  iştirakçısına 
çevri
ən ittifaqdan gedirdi.  
H
ər iki ölkənin xüsusi xidmət idarələrinin, o cümlədən 
Amerikanın  MKİ  ilə  İsrailin  «Mossad»  kəşfiyyat  idarəsinin birgə 
f
əaliyyəti hələ  1950-ci illərdən  başlanmışdır.    ABŞ  Yaxın  Şərqə 
aid m
əlumat  toplamaq  işində  «Mossad»a  geniş  səlahiyyətlər ver-
mişdir.1959-cu ildən  başlayaraq  MKİ-nin  bütün  Yaxın  Şərq 
əməliyyatları  «Mossad»la  əlaqələndirilmişdir.  Hər iki kəşfiyyat 
xidm
əti idarəsinin  Afrikadakı  «kooperasiyası»  yaxşı  məlumdur.  
1981-
ci ilin yayında Təl-Əvivin İraq nüvə reaktoru üzərinə basqını 
haqqında  dünya  mətbuatında  xəbər verilərkən  yazılmışdı  ki,  bu 
basq
ında da MKİ-nin iştirakı olmuşdur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə