İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   49   50   51   52   53   54   55   56   ...   96

 
160 
F
ələstin problemi 1974-cü ildə  də  BMT-nin  baş 
assambleyasının 29-cu sessiyasında təkrar müzakirə olundu.  1974-
cü  ilin  noyabrın  22-də  BMT-nin  Baş  assambleyası  3236  saylı 
q
ətnamə  qəbul  etdi.    Yasir  Ərafat  1974-cü ildə  Fələstin  azadlıq 
t
əşkilatına əmr verdi ki, İsraildən başqa Qəzzə bölgəsində, İordan 
çayının  qərb sahilində  olan  ərazilərdə  zorakılıq  aksiyalarını 
dayandırsınlar,  Fələstin  xalqının  hüquqlarını  müdafiə  edən, o 
cüml
ədən öz müqəddəratını  təyin etmək hüququnu, milli müstə-
qillik v
ə  suverenliyini,  öz  doğma  yerlərinə  qayıtması  hüququnu 
t
əsdiq edən BMT-nin Baş Assambleyasının qətnaməsində öz əksini 
tapmışdı. Qətnamədə göstərildi ki, Fələstin xalqının nümayəndəsi 
kimi FAT BMT-
nin bütün orqanlarının işində  müşahidəçi statusu 
il
ə iştirak edə bilər. Bu hadisədən sonra Fələstin Azadlıq Təşkilatı 
beyn
əlxalq  miqyasda  tanındı  və  tezliklə  dövlətlərin bir çoxunun 
paytaxtlarında  FAT  nümayəndəliyi  açıldı.    Fələstin məsələsi ilə 
əlaqədar BMT-nin 1975-ci ildə  qəbul  edilmiş  3375  saylı  qətna-
m
əsində göstərilirdi ki, FAT Yaxın Şərqə dair bütün konfranslarda 
başqa  iştirakçılarla  bərabər hüquq əsasında  iştirak  edə  bilər. 
H
əmçinin BMT-nin nəzdində fələstinlilərin hüquqları üzrə komitə 
t
əşkil  edildi.    Yenə  həmin ildə  qəbul edilən BMT-nin 3379 saylı 
q
ətnaməsinə  əsasən sionizm müzakirə  edilərək rasizmin və  irqi 
ayrı-seçkiliyin forması kimi qiymətləndirildi.  
FAT-
ın rəhbərliyi və silahlı dəstələri Livan ərazisinə və İsrail 
s
ərhədi  ətrafına  yerləşdikdən  sonra  İsrail  dövləti bundan qorxuya 
düşərək FAT-ı məhv etmək planları hazırlamağa başladı.  1972-ci 
ilin 
əvvəllərində  İsrail-Livan sərhədində  vəziyyət gərginləşdi.  
İsrail  Fələstin  partizanlarının  onun  ərazisinə  soxula biləcəyindən 
ehtiyat ed
ərək Livandakı qaçqın düşərgələrinə basqın etdi.  1972-ci 
ilin aprelind
ə  BMT  Livanın  xahişi  ilə  Yaxın  Şərqdə  barışıq 
şərtlərinin yerinə yetirilməsini müşahidə etmək üçün oraya müşa-
hid
əçilər göndərdi.  Livan 1972-ci ilə qədər münaqişədən kənarda 
qalsa da, 1972-75-ci ill
ərdə  Livanda vəziyyət dəyişildi.    Faktiki 
olaraq Livan ictimaiyy
əti iki hissəyə bölünmüş oldu: 
1.  Sol cinah – bunlar Milli-v
ətənpərvər qüvvələr adlanırdı ki, 
onun t
ərkibi müsəlman  –  şiələr, müsəlman sünnilər və  mütərəqqi 
sosialist partiyası, kommunistlər və s.  idi.  


 
161 
2.  Sağ cinah – onun tərkibi isə xristianlar idi.  
1969-cu il Qahir
ə sazişinə əsasən Livanda 300 min fələstinli 
yerl
əşmişdi.    Bu  hal  Livanda  etnos-dini  şəraiti daha da dərinləş-
dirdi.  
Falankistl
ər xristianların maraqlarını qorumaq üçün iri silahlı 
d
əstələr təşkil  etdilər.Xristianlardan  təşkil  edilmiş  milislər fələs-
tinlil
əri Livan sərhədlərindən  qovmağa  başladılar.    Beləliklə  də, 
Livan f
ələstinlilərlə İsrail arasında döyüş səhnəsinə çevrildi.  Belə 
bir milis d
əstəsini müsəlman  şiə  və  sünnilər də  təşkil  etdilər.  
N
əticədə Livanda vəziyyət mürəkkəbləşdi, açıq mübarizə həddinə 
çatdı.  Açıq mübarizə üçün ancaq bəhanə lazım idi.  1975-ci ilin 
aprelin 13-d
ə  Livanın  paytaxtı  Beyrutun  ətrafında  falanqistlərin 
qrupları  avtobusu  saxladılar,  onun  27  sərnişinini  güllələdilər.  
Bel
əliklə,  Livanda qanlı  vətəndaş  müharibəsi  başladı  və  15 ilə 
q
ədər, yəni 1990-cı ilə qədər davam etdi.  Bu hadisə regionda və-
ziyy
ətin inkişafına əhəmiyyətli təsir göstərdi.  Ərəb ölkələrinin Li-
vanda qan tökülm
əsinin  qarşısını  almaq  cəhdləri bir nəticə  ver-
m
ədi. 1976-cı ilin oktyabrın 21-də ərəb ölkələrinin müşavirəsində 
q
ərara  alındı  ki,  ərəb ölkələrindən  yığılan  30  min  nəfərlik  qoşun 
Suriya il
ə Livan arasında yerləşdirilsin.  
1978-
ci ilin mart ayının 15-də - fələstinli partizanların İsrail 
ərazisinə soxulmasından dörd gün sonra İsrail qoşunları terrorizmlə 
mübariz
ə pərdəsi altında Cənubi Livan ərazisinə soxuldular.  Litani 
çayına qədər olan Livan ərazisini işğal etdilər.  “Litani” əməliyyatı 
n
əticəsində “Təhlükəsizlik zonası” adlı zona təşkil edildi.  Bu zona 
Livanın  cənubunda  İsraillə  sərhəddə  təşkil  edildi.    Livandakı 
xristianlar  - 
İsraili  müdafiə  etdilər və  “Cənubi  Livan  qoşunu”nda 
birl
əşdilər.  
 BMT-nin T
əhlükəsizlik  Şurasının  1978-ci il 19 mart tarixli 
425  saylı  qətnaməsinə  əsasən Cənubi  Livandan  İsrail  qoşunları 
çıxarılmalı, Livanın ərazi bütövlüyünə, suverenliyinə, siyasi müs-
t
əqilliyinə hörmət edilməli idi.  Həmçinin Livan ərazisində BMT-
nin qüvv
ələri yerləşdirilməli idi.Bütün  bunlar  ABŞ-ın  göstərdiyi 
s
əy nəticəsində mümkün oldu.  
70-ci ill
ərin birinci yarısında bütövlükdə ABŞ diplomatiyası, 
ilk növb
ədə  dövlət  katibi  H.  Kissincer  çalışırdı  ki,  Yaxın  Şərqdə 


 
162 
h
ərbi əməliyyatların geniş miqyasda başlaması təhlükəsini azaltsın. 
ABŞ  SSRİ  və  BMT ilə  birlikdə  Cenevrə  sülh konfransının 
sponsorlarından biri oldu. ABŞ  ərəb-İsrail  qoşunlarının  ayrılması 
haqqında sazişin bağlanması üçün cəhdlər göstərməyə başladı.  
1974-
cü  ilin  yanvar  ayının  18-də  ABŞ  və  BMT-nin vasitə-
çiliyi il
ə  Misir və  İsrail  qoşunlarının  ayrılması  haqqında  saziş 
bağlandı.  Bu Yaxın Şərqdə ABŞ-ın sülh təşəbbüsünün ilk nəticəsi 
idi.    Kisincerin  “Mövcümi  diplomatiyası”  öz  səmərəsini  verdi.  
ABŞ  Kissincerin  “Addımbaaddım”  yanaşma  planını  reallaşdırdı, 
T
ərəflərin mövqeyini tədricən yaxınlaşdırmağa çalışaraq məsələnin 
birind
ən digərinə  keçilməyə  başladı.  Lakin ABŞ-ın  fəaliyyəti 
göst
ərdi ki, İsrail və Ərəb dövlətləri birinci dəfə həlledici addımı 
atmadılar  və  münaqişənin dinc yolla həllinə  tərəfdar  olmadılar.  
Əksinə, regionda vəziyyət daha da kəskinləşdi.  1976-cı  ilin 
noyabrında ABŞ inzibati idarəsinə Cimmi Karter başçılıq etməyə 
başladı.  
1980-ci ild
ə  Fələstin probleminin ədalətli həlli  haqqında 
Venesiya b
əyannaməsi qəbul edildi.  
 
C. Karterin prezidentliyi dövründ
ə ABŞ-ın xarici siyasətində 
Yaxın Şərq problemi 
Karterin fikrinc
ə, regionda vəziyyətin mürəkkəbliyini göstə-
r
ən cəhət burada nə  sülh, nə  də  müharibənin  olmaması  idi.    Bu 
proses is
ə uzun sürə bilməzdi, yeni qarşıdurmanın olması vacib idi.  
Bundan  başqa,  ABŞ  inzibati  idarəsi  başa  düşürdü  ki,  xaricə  neft 
gönd
ərilməsi üzərində  ərəb dövlətləri yenidən embarqo  qoya 
bil
ərlər, yeni müharibə  baş  verə  bilər.  Bu isə  milli təhlükəsizlik 
üçün çox ciddi potensial t
əhlükə yaradırdı.  1977-ci ilin fevralında 
bel
ə  bir qərar qəbul  edildi  ki,  ABŞ  1977-ci  ilin  ikinci  yarısında 
Cenevr
ədə sülh konfransı çağırılmasına cəhd göstərsin.  Konfrans 
Yaxın  Şərq məsələsinin müzakirəsinə  həsr edilməli idi.  1977-ci 
ilin iyunun ortalarında Karter hökuməti BMT-nin TŞ-nin 242 saylı 
q
ətnaməsi əsasında sülh təşəbbüsü ilə çıxış etdi.  Karter şəxsən özü 
sülh  danışıqlarının  bərpasına  hazırlıqda  iştirak  etdi.    Mübahisəli 
m
əsələlərin həlli yolları axtarıldı.  1977-ci ilin payızına yaxın Ce-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə