İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   41   42   43   44   45   46   47   48   ...   96

 
136 
ortaya qoymalı idilər. İsrailin, düşmən bir "Müsəlman-Ərəb dənizi" 
t
ərəfindən bir "ada" kimi əhatə  olunduğu  həqiqət  olduğundan  bu 
v
əziyyətdə görülə biləcək iki şey vardı: 
1)Müs
əlman Ərəb dənizinin kənarlarına əl atmaq, bu dənizin 
"
ətrafındakı" ölkələrlə ittifaq şəraiti axtarmaq idi.  "Ətraf strategi-
yası" adı verilən bu plan, İran və Efiopiya kimi Ərəb Yaxın Şər-
qinin 
ətrafındakı Ərəb olmayan ölkələrlə ittifaqı nəzərdə tuturdu.  
2)Müs
əlman-Ərəb ölkələrindəki  daxili  çaxnaşmaları,  iqtidar 
uğrunda  gedən mübarizələri  qızışdırmaq,  vətəndaş  müharibələri 
meydana çıxarmaq və beləliklə də bu ölkələri parçalamaq.  
İsrail hər iki strategiyasını israrla tətbiq etdi.  ABŞ-ın dəstəyi 
il
ə Efiopiya və İran ilə (Şah dövründə)çox güclü ittifaq qurdu və bu 
minvalla  Ərəb ölkələrinə  qarşı  strateji  bir  güc  əldə  etmiş  oldu.  
M
əsələn, İraqın şimalında 1960-cı illərdə başlayan və 70-ci illərin 
ortalarına qədər davam edən Kürd üsyanı İsrail və İran tərəfindən 
ortaq şəkildə dəstəklənildi.  
Dig
ər tərəfdən İsrail Yaxın Şərqdəki bir çox Ərəb ölkələrini 
daxili  çaxnaşmalarla  qarışdırmaq  və  mövcud  qarşıdurmaları 
qızışdırmaq üçün ciddi səy göstərdi.  Livan, Yəmən, Oman, Çad və 
Sudandakı  vətəndaş  müharibələrinin  hamısında  "İsrail  barmağı" 
vardı.  İsrail bu vətəndaş müharibələrinin hər birində, müharibənin 
Müs
əlman və ya Ərəb olmayan tərəflərini dəstəkləyərək bu ölkələri 
z
əiflətmək və parçalamağa çalışırdı.  
İsrail Xarici işlər Nazirliyində vəzifədə olmuş Oded Yinonun, 
1982-ci ild
ə  Dünya Sionist Təşkilatına  bağlı  İnformasiya  mərkə-
zinin İbrit dilində nəşr orqanı olan Kivunimdə yayımladığı hesabat 
Y
əhudi Dövlətinin Yaxın Şərqdə nə kimi strateji plan yürütdüyünü  
göst
ərən çox əhəmiyyətli bir sənəd idi.  Çünki "1980-ci illərdə İs-
rail Üçün Strategiya"  başlığı ilə nəşr olunan hesabat İsrailin bütün 
Yaxın Şərqi öz daimilik strategiyasına uyğun olaraq tənzimləmək 
ist
ədiyini, bütün bölgəni idarəsi  altına  almaqla  hədələdiyini 
göst
ərirdi.    Yinonun  hesabatı,  Yaxın  Şərq ölkələrinin xüsusilə 
demoqrafik strukturunu 
əsas tuturdu.  Bu demoqrafik strukturun 
xülas
əsi bu idi: Yaxın Şərq ölkələrinin heç biri monoetnik - yalnız 
bir mill
ətdən ibarət olan  sabit və köklü dövlətlər deyildi.  Əksinə, 
süni şəkildə bir-birinə qarşı qoyulmuş etnik tərkibə malik idi.  Bu 


 
137 
v
əziyyət, XIX əsrin sonu və XX əsrin ilk qərinəsində Yaxın Şərqi 
müst
əmləkələşdirən  Avropalı  güclərin müəyyən məqsədlər üçün 
h
əyata keçirdiyi bir tənzimləmə  siyasətinin nəticəsi  idi.  
Müst
əmləkəçilər  İraq,  Suriya,  Livan,  İordaniya  kimi  Yaxın  Şərq 
ölk
ələrini əhali tərkibi və ya məzhəb təməlinə görə deyil, öz idarə-
etm
ə xüsusiyyətlərinə görə meydana çıxartmışdılar.  Sərhədləri isə 
masa üz
ərində  xətkeşlə  çəkmişdilər.  Bu səbəbdən sözügedən 
ölk
ələrin heç biri, fundament millətçilik tarixinə  sahib olmayan, 
süni v
ə dolayısı ilə də asanlıqla dağıla biləcək dövlətlərdir. Suriya  
v
ə ya İraq ölkəsi var, amma nə "Suriya milləti", nə də  "İraq mil-
l
əti" kimi sosial bir gerçəklik  yoxdur.  Bir sözlə, bu dövlətlərin 
s
ərhədləri daxilində  bir-birlərinə  heç də  normal münasibət bəslə-
m
əyən müxtəlif dini və etnik qruplar var.  Belə bir şəraitdə Yaxın 
Şərqdə İsrailin strategiyası nədir? Cavab sadədir; "parçala və idarə 
et" y
əni bu süni dövlətləri  parçalayıb  asanlıqla  nəzarət olun-
malarını təmin etmək.  
"1980-ci ill
ərdə  İsrailin  hazırladığı  Strategiyada  Yaxın 
Şərqdəki hər bir Ərəb ölkəsi təhlil edilir və İsrail tərəfindən necə 
parçalana bil
əcəyi  haqqında  fikir  yürüdülürdü.    (Məsələn,  İraqın 
şimalında  bir  Kürd  dövləti, mərkəzində  bir  Sünni  Ərəb dövləti, 
c
ənubunda isə  Şiə  Ərəb dövləti olmaqla üç yerə  bölünməsinin 
mümkün  olduğu,  İsrailin  bu  istiqamətdə  ciddi səy göstərməsinin 
lazım olduğu bildirilirdi).   
"1980-ci ill
ərdə  İsrail  Üçün  Strategiya"  hesabatında  Suriya 
haqqında yazılan "parçalanma ssenarisi" isə belə idi: "Suriya etnik 
t
ərkibinə  uyğun  olaraq,  bu  günki  Livanda  olduğu  kimi  müxtəlif 
dövl
ətlərə  parçalanacaq.  Beləcə  sahildə  bir  Şiə  dövləti, Hələb 
bölg
əsində də bir Sünni dövləti, Şamda isə buna düşmən mövqedə 
başqa bir Sünni dövləti və Havran, şimali İordaniya və bəlkə bizim 
Holanda bir Dürzi dövl
əti yaranacaq.  Belə bir dövlətləşmə prosesi 
uzun zaman bölg
ədə barış və təhlükəsizliyin zəmanəti olacaq və bu 
h
ədəf bu gün artıq çata biləcəyimiz qədər yaxındır.  
Yinon,  Suriyanın  parçalanmasının  bölgədə  "sülh və  təhlü-
k
əsizliyin zəmanəti" olacağını söyləməklə, şübhəsiz ki, İsrailin təh-
lük
əsizliyini nəzərdə tutur.  Yəhudi dövlətinin təhlükəsizliyi ancaq 
Ərəb dövlətlərinin parçalanması ilə mümkün ola bilər.   


 
138 
İsrail Suriyanın bu cür formada parçalanma fikrini irəli sürər-
k
ən, ölkədəki  Şiə  azlığın  əlində  olan  iqtidarının  yaratdığı  gər-
ginliy
ə diqqət cəlb edirdi: "Bu gün Suriya ordusunun böyük hissəsi 
Sünnidir, amma r
əhbərlik  Şiə  zabitlərindədir.    İraq ordusu isə 
əsasən Şiədir, amma zabitləri Sünnidir.  Bu, böyük əhəmiyyət kəsb 
edir v
ə ordunun sədaqəti uzun ömürlü ola bilməz.  
İqtidardakı güclü hərbi rejim (Hafiz Əsədin rejimi)xaricində 
Suriyanın Livandan heç bir fərqi yoxdur.  Necə ki, bu gün Sünni 
çoxluq il
ə  iqtidardakı  Şiə  azlıq  (əhalinin  yalnız  15%-i)arasında 
davam ed
ən vətəndaş  müharibəsi, mövcud problemin dəhşətini 
ortaya qoyur”. 
XX 
əsrdə  dünyanın  ən  qanlı,  ən narahat və  ən  gərgin 
nöqt
ələrindən ikisi Yaxın Şərq və Balkan Yarımadası oldu.  Hər iki 
bölg
ədə  qanlı  müharibələr, vətəndaş  qarşıdurmaları,  işğallar, 
partizan h
ərəkatlarşı, etnik qırğınlar, sürgünlər baş verdi.  Xüsusilə 
etnik v
ə dini müxtəlifliyə əsaslanan qarşıdurmalar hər iki bölgəni 
qan v
ə gözyaşı ilə suladı. Bir sözlə, son zamanlarda hər iki bölgədə 
zorakı  bir  sülh  küləyi  əsdirilir,  amma  qarşıdurmalara  səbəb olan 
t
ərəflər hələ də soyumayıblar və hər fürsətdə bir-birlərinə girmək 
üçün hazır vəziyyətdə gözləyirlər. Halbuki həm Balkan yarımadası, 
h
əm də  Yaxın  Şərq bir zamanlar belə  deyildi.    Əksinə, hər iki 
bölg
ədə  əsrlərlə  davam edən sabitlik, sülh və  hüzur dövrü 
yaşamışdı.  Balkan yarımadası bölgəsində XIX əsrə qədər, Yaxın 
Şərqdə isə XX əsrə qədər sabitlik əsas hökm sürürdü.
 
 
1956-
cı ildə Misirə İngiltərə-Fransa-İsrail təcavüzü və ABŞ-ın 
buna münasib
əti 
  
Afrikanın  Ərəb dövlətlərindən  olan  Misir  İkinici  Dünya 
müharib
əsindən  sonrakı  illərdə  də  rəsmən müstəqil dövlət hesab 
olunsa da , faktiki olaraq s
ənayesi İngiltərədən asılı olaraq qalırdı.  
O,  İngiltərənin toxuculuq sənayesi  üçün  “pambıq  plantasiyası” 
rolunu  oynayırdı.  Həm də  İngiltərə  Süveyş  kanalından  və  onun 
zonasında  yerləşdirilmiş  hərbi bazalardan Misir və  digər  Ərəb 
ölk
ələri üzərində  ağalıq  üçün  istifadə  edirdi.    Misir  xalqı  İngilis 
əsarəti ilə razılaşmaq istəmirdi, İngilis qoşunlarının Süveyş kanalı 
zonasından  çıxardılması  və  ölkənin həqiqi müstəqilliyinin bərpa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə