İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   32   33   34   35   36   37   38   39   ...   96

 
109 
verici, icraedici v
ə məhkəmə sistemindən ibarətdir.  Bu sistemlər 
is
ə  ölkənin siyasi və  dini rəhbərinin nəzarəti  altındadır.  Hakim 
partiya 1979-cu ild
ə Ruhulla Xomeyni tərəfindən yaradılan İslam 
Res
publikası partiyadır.  
 
İnzibati  cəhətdən ölkədə  25 ostan (vilayət)və  bir paytaxt 
mahalı  var.    Tarixi  Azərbaycan  torpaqları  –  Qərbi  Azərbaycan, 
Şərqi Azərbaycan, Zəncan, Savalan inzibati əyalətləridir.  Müasir 
İran neft və təbii qaz sənayesi inkişaf etmiş aqrar-sənaye ölkəsidir.  
Öt
ən  əsrin 70-ci illərində  dünyada  yaranmış  enerji  böhranı 
n
əticəsində İran külli miqdarda valyuta əldə etmişdir.   
  Ölk
ə faydalı qazıntılarla (dəmir, mis filizi və s.) zəngindir.  
Neft v
ə  təbii  qaz  ehtiyatları  isə  dünya  əhəmiyyətinə  malikdir.
 
Neft v
ə qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir 
v
ə dövlətin valyuta gəlirinin 90%-nı verir.   Ən böyük neft emalı 
zavodları Adaban və Tehran sənaye rayonlarındadır.   
  Metallurgiya yerli xammala 
əsaslanır.Maşınqayırma  səna-
ye
sinin inkişafında AFR və Böyük Britaniyaya məxsus şirkətlərin 
f
əaliyyəti  böyükdür.  Ənənəvi sahələrdən  xalçaçılıq  və  sənətkarlıq 
xüsusil
ə seçilir.  
 
İran dağlıq ölkədir.  Dağ və yaylalar onun ərazisinin təxmi-
n
ən 4/5 hissəsini tutur.  Kənd təsərrüfatı məhsullarının böyük his-
s
əsini bitkiçilik verir.  Dənli bitkilərin əkinləri üstünlük təşkil edir. 
Heyvandarlıq davar saxlanması üzrə ixtisaslaşmışdır.   
  Ölk
ənin xarici ticarət  əlaqələrində  dəniz nəqliyyatından 
geniş istifadə olunur. Ən mühüm limanları Ənzəli, Bəndər-Xomey-
ni, B
əndər-Abbas, Buşəhrdir.  Xark və Abadan neft daşınan liman-
lardır.  Boru-kəmər nəqliyyatının inkişafı neft və  qaz sənayesi ilə 
bağlıdır.  
Ərəb dünyasının ümumi ərazisinin (14 mln. km
2
) 27%-i Asi-
ya
nın ərəb ölkələrinin payına düşür (ərəb ölkələrinin 10-u Afrika-
dadır).  Asiyanın ərəb ölkələrindən Livan və Suriya Aralıq dənizi 
sahilind
ə (Levant tarixi vilayətində), əksəriyyəti Ərəbistan yarıma-
dasında, İordaniya və İraqın bir hissəsi isə Kiçik Asiyada yerləşir.  
İran  körfəzindəki Bəhreyn ada dövləti isə  1986-cı  ildə  torpaq 
b
əndlər üzərində  salınmış,  Asiyada  ən uzun (25 km)körpü 
vasit
əsilə Ərəbistan yarımadası ilə birləşdirilmişdir.  


 
110 
Ərəbistan yarımadası Nil vadisi ilə yanaşı, ilk məskunlaşmış 
ərazi və  dünya mədəniyyətinin  beşiklərindən biri hesab edilir.  
Ərəbistan dünya siyasətində  və iqtisadiyyatında tarixən görkəmli 
rol oynamış və oynamaqda davam edir.  Sirli Ərəbistanı zəbt etmək 
q
ədim vaxtlarda Makedoniyalı  İsgəndərin,  Roma  imperatorlarının 
arzusu  olmuşdur.    Bu  ərazi  uğrunda  İran  şahları  və  Osmanlı 
sultanları,  Avropa  müstəmləkəçiləri uzun müddət mübarizə  apar-
mışlar.  İran körfəzindən keçməklə Hindistanı fəth etmək xəyalında 
olan Napoleon da 
ərəblər adasını ələ keçirmək arzusunda olmuşdu.   
 
İran  körfəzi siyasi-hərbi çəkişmələr  baxımından  həmişə 
dünyanın ən gərgin regionlarından biri olmuşdur.  Qədim dövrlərdə 
İran imperiyası İran körfəzindən daxili dəniz kimi istifadə etmişdir.  
Güman edilir ki, el
ə buna görə də onu İran körfəzi adlandırmışlar.  
Ərəb ölkələrində  onu  Ərəb körfəzi, Qərbdə  isə  sadəcə  olaraq 
Körf
əz adlandırırlar.  XVI əsrdə bura gələn avropalılar onu “Mir-
vari körf
əzi” adlandırmışlar.  Çünki körfəzin sahillərində yerləşən 
dövl
ətlər onun dibindən  mirvari  çıxarırdılar.    Sonradan  körfəz 
sahili dövl
ətləri zəbt etməyə  təşəbbüs göstərən Böyük Britaniya 
yerli tayfaların ciddi müqaviməti ilə qarşılaşmış  və bununla əlaqə-
dar körf
əzi Dəniz Qulduru sahili adlandırmışdır.  Bu regionda iri 
neft  ehtiyatları  aşkar  edildikdən sonra onu Neft körfəzi adlan-
dırmağa başlamışlar.  Yəqin ki, dünyada elə bir körfəz tapılmaz ki, 
bu q
ədər ad qazanmış olsun.   
 
Asiyanın ərəb ölkələri əhalisinin 4/5-dən çoxu dörd ölkədə 
-  
İraq,  Səudiyyə  Ərəbistanı,  Yəmən və  Suriyada cəmləşmişdir.  
Milli  azlıqlar  arasında  kürdlər üstünlük təşkil  edir.    Kürdlər , 
əsasən, İraq və Suriyada yaşayırlar.  Son illər kütləvi mühacir axını 
hesa
bına  (işçi  qüvvəsinin  çatışmaması  ilə  əlaqədar)  İran  körfəzi 
sahilind
əki dövlətlərin əhalisinin etnik tərkibi mürəkkəbləşmişdir. 
Xarici mühacirl
ər  arasında  hindlilər,  pakistanlılar,  iranlılar  üstün-
lük t
əşkil  edir.    Küveyt,  Bəhreyn, Qatar kimi ölkələrdə  xarici 
mühacirl
ər (əsasən, digər ərəb ölkələrindən gələnlər)ölkə əhalisinin 
70-80%-
nı təşkil edir.  bu isə ölkədə yerlilər və gəlmələr proble-
mini yaradır.  
Ərəblərin böyük əksəriyyəti islam dininə etiqad edir.  Livan-
da (qism
ən də Suriyada)yaşayan ərəblərin yarıya qədəri xristiandır. 


 
111 
Aralıq  dənizi və  İran  körfəzi sahilləri, həm də  İraqın  şimal-
q
ərbindəki Mesopotamiya  ovalığında  əhali  sıx  məskunlaşmışdır.  
İri  şəhərlərin  əksəriyyəti (Beyrut, Dəməşq,  Amman,  Bağdad, 
Küveyt,  Əbu-Dabi, Dubay, Bəsrə)də  məhz bu bölgələrdədir.  
Urbanizasiya s
əviyyəsinə  görə  Asiyanın  bir  sıra  ərəb ölkələri 
NİEÖ-dən geri qalmırlar.  Küveyt, Bəhreyn, Qatar və BƏƏ-də şə-
h
ər  əhalisinin xüsusi çəkisi 90%-ə  çatmışdır.  Bu ölkələrin səhra-
larında  son  20-25 il ərzində  yeni,  müasir  şəhərlər  salınmışdır 
(BƏƏ-də  Əl-Ayn və  b).  Şəhərlərin zövqlə,  ərəb  memarlıq  üslu-
bunda tikilm
əsi, onların istirahət guşələri, təmizlik və yaşıllığı bura 
g
ələnləri, hətta  “yaşıllar”  partiyasının  üzvlərini də  heyrətləndirir.  
H
əqiqətən möcüzədir.  Möcüzənin  sirri isə neftdir, “qara qızıldır”.  
 
Bu  gün  “Ərəblər  adası”  dünyamiqyaslı  nəhəng neft və 
maliyy
ə dövlətlərinin “adasıdır”.  
 
İran  körfəzi sahili ərəb dövlətləri (Səudiyyə  Ərəbistanı, 
Oman,  Küveyt,  BƏƏ,  Bəhreyn,  Qatar)dünya  iqtisadiyyatında  baş 
ver
ə  biləcək dəyişiklikləri düzgün qiymətləndirmiş  və  qısa  tarixi 
müdd
ətdə  neft hay-küyünün bəhrəsindən məharətlə  istifadə 
et
mişlər.  Məhz  bu dövrdə (1970-ci illərin enerji böhranını yadı-
nıza salın)XXI əsrə sıçrayış üçün start meydançasına çevrilə bilən 
iri infrastruktur sah
ələrini – sənaye müəssisələrinin çoxunu yarada 
bilmişlər.  Cəmi 20 mln.  nəfər əhalisi olan (bunun da 1/3-ə qədəri 
xarici mühacirl
ərdir) bu ölkələr qısa müddətdə nəinki ərəb və mü-
s
əlman aləmində, həm də  dünyada nüfuzlu qüvvəyə  çevrilmiş  və 
bir çox m
əsələlərin həllində fəal rol oynamağa başlamışlar.  Güclü 
maliyy
ə-iqtisadi potensiala malik olan bu ölkələr dünya 
t
əsərrüfatının  inkişafına  və  onun strukturunun dəyişilməsinə  təsir 
ed
ə bilən bir qüvvə kimi formalaşırlar.  
 
Ərəbistan yarımadasında yerləşən ərəb ölkələrinin əksəriy-
y
ətinin  aqroiqlim  şəraiti kənd təsərrüfatı  üçün  əlverişli  deyildir. 
Yalnız Aralıq dənizi sahilində (Livan, Suriya), Ərəbistan yarıma-
dasının  cənubunda (Yəmənin cənubunda)və  Mesopotamiya  ovalı-
ğında müxtəlif bitkilərin (dənli, sitrus, tərəvəz və s.) yetişdirilməsi 
üçün 
əlverişli şərait vardır.  
Neft, t
əbii  qaz,  xurma  ağacları  Asiyanın  ərəb  ölkələrinin 
iqtisadi r
əmzidir.  Dünya əhəmiyyətli neft və təbii qaz ehtiyatları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə