İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   29   30   31   32   33   34   35   36   ...   96

 
99 
dımına  arxalanan  Almaniya  İraq  müharibəsində  iştirakdan  imtina 
etmişdi.    ABŞ  hökuməti dərk edirdi ki,  beynəlxalq problemləri 
t
əklikdə həll etmək mümkün deyil, Amerikaya tərəfdaşlar lazımdır.  
Avropa ABŞ – ın tarixi müttəfiqi idi, Avropa ittifaqının möhkəm-
l
ənməsi və  genişlənməsi  ABŞ–ın  mənafelərinə  uyğun  idi.    Avro-
pada olark
ən C.  Buş  “azadlığın  genişlənməsi”  strategiyasını  elan 
etdi.  Bu strategiya bütün d
ünyada  azadlıq  uğrunda  mübarizəyə 
çağırış kimi səslənirdi.  C. Buş Avropaya sonuncu səfərini 2008 – 
ci ilin iyununda etmişdi.  Bu səfər zamanı C. Buş Avropanın apa-
rıcı  ölkələrində  səfərdə  olmuş,  ABŞ  və  Avropa  ittifaqının  illik 
sammitind
ə iştirak etmişdi.  C. Buş bütün avropalıları dost və müt-
t
əfiq adlandırıb bəyan etmişdi ki, ABŞ–ın Avropa ölkələri ilə sıx 
münasib
ətləri var.   
 
ABŞ  Yaxın  Şərq  münaqişəsinin tənzimlənməsində  iştira-
kını davam etdirirdi.  2007 – ci ilin noyabrında ABŞ-ın Annapolis 
şəhərində  İsrail  və  Fələstin rəhbərlərinin  iştirakı  ilə  konfrans 
keçirildi.   
ABŞ  bu  konfransın  qərarları  əsasında  2008  –  ci ilin 
sonuna q
ədər Fələstin dövlətinin yaradılmasına nail olmaq fikrində 
idi.  Lakin bu m
əqsədə çatmaq mümkün olmadı.  Fələstinlilər ara-
sında  razılıq  yox  idi.    Fələstində  faktiki olaraq ikihakimiyyətlilik 
hökm sürürdü. 
Mahmud Abbasın və Həmasın hakimiyyəti.  İsrail-
d
ə isə siyasi böhran yarandı və yeni parlament seçkiləri keçirildi.  
ABŞ 2006 – cı ildə Livana qarşı müharibə zamanı İsraili müdafiə 
etmişdi.    2008  –  ci  ilin  noyabrında  ABŞ  Yaxın  Şərq  münaqişəsi 
üzr
ə  əlaqə  qrupunun  (bu  qrupa  ABŞ,  Rusiya,  Avropa  İttifaqı  və 
BMT daxil idi). 
Misirin  Şarm-  əl-Şeyx  şəhərində  keçirilən icla-
s
ında  iştirak  etdi.    Bu  görüş  zamanı  münaqişənin tənzimlənməsi 
üçün F
ələstin rəhbərliyi qarşısında İsraili tanımaq, terrordan imtina 
etm
ək və əvvəl imzalanmış sazişlərə əməl etmək kimi şərtlər irəli 
sürülmüşdü.   
 
ABŞ–la Liviya arasında münasibətlər R. Reyqanın dövrün-
d
ə kəsilmişdi.  R. Reyqan M. Qəddafini “vəhşi it” adlandırmışdı.  
Liviya neft v
ə  digər sərvətlərlə  zəngin idi.    Liviya kütləvi  qırğın 
silahı  düzəltməyə  çalışır  və  terrorçuluğa  yardım  göstərirdi.    ABŞ 
is
ə Liviyadan bu planlardan imtina etməyi tələb edirdi.  2008 – ci 
ilin avqustunda ABŞ–la Liviya arasında ABŞ təyyarələri tərəfindən 


 
100 
bombalanmış  Liviya  ərazisində  ziyan çəkmiş  əhaliyə  humanitar 
yardımın  təşkili  haqqında  sənəd  imzalandı.    2008  –  ci ilin 
sentyabrında ABŞ –ın dövlət katibi K. Rays Liviyaya səfər etmişdi.  
(Sonuncu d
əfə  ABŞ  –ın  dövlət katibi Liviyada 1953 –  cü ildə 
olmuşdu).    ABŞ  islam  dünyasına  və  Asiyada  Amerikaya  qarşı 
etiraz 
əhval – ruhiyyəsini zəiflətməyə çalışırdı. 
C. 
Buş  xarici  siyasətdə  yenidən  Yaxın  və  Orta  Şərq ölkə-
l
ərinə müdaxiləni əsas götürdü.  2001-ci ilin sentyabrın 11-də Nyu-
Yorkda  baş  vermiş  terror  aktından  sonra  elə  həmin ilin sonunda 
ABŞ  Əfqanıstana  müdaxilə  etdi.   Əfqanıstanda  taliban  rejimi de-
virdi.  2003-
cü ilin martın 21-də İraqın bakterioloji silahlara sahib 
olduğunu bəhanə edərək İraqa hücum təşkil etdi.  Səddam Hüseyn 
rejimi devrils
ə də, İraqda sakitlik yaranmadı.  2001-ci il 11 sentya-
br hadis
ələrindən sonra hərbi büdcə 393 milyard dollara çatdırıldı.   
ABŞ-ın  2002-ci  ilin  may  ayında  Rusiya  Federasiyası  ilə 
strateji  silahların  məhdudlaşdırılması  haqqında  bağladığı  müqa-
vil
əyə əsasən tərəflərdən hər biri ancaq 1700-2000 həcmində nüvə 
başlığı saxlaya bilərdi.  Buş hökumətinin xarici siyasətinin sərtləş-
diyini göst
ərən  əlamətlərdən biri 2002-ci  ilin  iyun  ayında  onun 
raketd
ən müdafiə  sistemlərinin məhdudlaşdırılması  haqqında  mü-
qavil
ədən imtina etdiyini bildirməsi idi.  
2006-
cı  ilin  noyabrın  7-də  keçirilən parlament seçkilərində 
demokratlar partiyası qələbə çaldı. Bu qələbə ilk növbədə İraq ami-
li, C
ənubda baş verən qasırğa zamanı ayrılmış pulun xeyli hissəsi-
nin m
ənimsənilməsi,  ölkədəki korrupsiya, yeni terror qorxusu, bir 
sözl
ə, Buşun siyasətindən narazılıq ilə əlaqədar idi.  
2008-
ci  ilin  noyabrın  4-də  keçirilən prezident seçkilərində 
demokratların  namizədi  Barak  Obama  respublikaçıların  namizədi 
Con Makkeyn
ə  qalib gəldi.  O,  ABŞ-ın  44-cü prezidenti oldu.  
2008-
ci ilin  ikinci  yarısında  ABŞ-ı yeni  maliyyə  böhranı  bürüdü.  
Bunun s
əbəbi bankların kreditlər verməsi və nəticədə iflasa uğra-
ması idi. Tezliklə bu böhran dünya maliyyə və iqtisadi böhranına 
çevrildi.Dün
ya bazarında neftin qiyməti sürətlə aşağı düşdü.  Barak 
Obama prezident kürsüsün
ə  əyləşərkən büdcə  kəsiri 1.  3 trilyon 
dollar idi.Barak Obama 2009-
cu ilin fevralın 11-də “İqtisadiyyata 
yardım planını” senata təqdim etdi.  Planda yüksək gəlirdən vergi-


 
101 
l
əri  artırmaq,  İraqdakı  hərbi xərcləri azaltmaq,  4  milyon  iş  yeri 
açmaq n
əzərdə tutulurdu.   
 
ABŞ – AZƏRBAYCAN  MÜNASİBƏTLƏRİ 
Az
ərbaycan  müstəqillik  qazandıqdan  sonra  düçar  olduğu 
çoxsaylı problemlərin müvəffəqiyyətli həlli  planetin güc mərkəzi 
olan dövl
ətləri ilə qura biləcəyi əlaqələrin keyfiyyət göstəricisindən 
xeyli asılı idi.  Bu baxımdan, ABŞ öz potensialı ilə Azərbaycanın 
milli dövl
ətçilik maraqları dairəsinə daxil idi.   
  H
ər  şeydən  əvvəl,  ABŞ  dünyanın  yeganə  fövqəl dövləti 
olub, planetin n
əhəng siyasi güc mərkəzidir.  Birləşmiş Ştatlar dün-
yada mövcud olan t
əqribən 4 mindən  çox beynəlxalq və məhəlli 
t
əşkilatın  ya  yaradıcısı,  ya da ən  əsas  maliyyələşdiricisidir.  Şüb-
h
əsiz,  belə  geniş  təmsilçilik  imkanları  olan  ABŞ-ın  dünyanın  hər 
hansı bir nöqtəsində baş verəcək hadisə və ya münaqişəyə dərhal  
v
ə  qədərincə  təsir etmək,  prosesləri  planlaşdırıcı  məcraya salmaq 
q
ətiyyəti kifayət qədərdir.    
 
ABŞ dünyanın  ən böyük iqtisadi güc mərkəzi olması, sta-
tistik r
əqəmlərin aşağıdakı siyahısı təsdiqləyir: Onun bütün müəs-
sis
ələri 100% gücü ilə  işləyir.  1991-ci ildə  ABŞ  iqtisadiyyatına 
kapital qoyuluşu 407,6 mlrd dollar olmuşdur.  1995-ci ildə ölkənin 
ixracı 685 mlrd dollar, idxalı isə 746 mlrd dollar olmuşdur. Bu gün 
inki
şafda  olan  dünya  dövlətləri  ABŞ  ixracının təqribən  40%-ni 
alır.  
ABŞ,  həmçinin,  dünyanın  hərbi güc mərkəzidir.  
Dövrümüzün 
ən böyük hərbi təşkilatı  olan  NATO-nun  yaradıl-
masının  və  genişləndirilməsinin  ilhamçısı  məhz  ABŞ 
olmuşdur.Yeni dövrün  siyasi  reallıqlarına  uyğun  olaraq 
Pentaqonun müdafi
ə  büdcəsi 35 % və  hərbi qüvvələrin strukturu 
33 
%  ixtisar  edilsə  də,  əvəzində  silahlı  qüvvələrin 
modernləşdirilməsinə xeyli vəsait ayrılmışdır.   
 
Azərbaycan  isə  zəngin  təbii  ehtiyatları,  bölgənin  ən  iri, 
varlı  və  perspektiv  inkişaf  imkanları  olan  dövləti  kimi  ABŞ-ın 
diqqət mərkəzində saxladığı ölkələrdəndir.  Xüsusilə ABŞ-ın milli 
təhlükəsizlik  sistemində  enerji  təhlükəsizliyi  amili  aparıcı  rol 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə