İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   27   28   29   30   31   32   33   34   ...   96

 
93 
hallarda müvafiq t
ədbirlərə  hazır  olmaq,  məlumatların  təhlili və 
infrastrukturların  müdafiəsi təşkil  edirdi.    Daxili Təhlükəsizlik 
Nazirliyi Pentaqondan sonra 
ən böyülk nazirlik idi.   
Beyn
əlxalq əməkdaşlıq daxili təhlükəsizliyin elementlərindən 
biri kimi mü
əyyən edilmişdi.    
  2001  – 
ci  ilin  sentyabrın  11  –  də  olmuş  terror  aktlarının 
hazırlanması  və  həyata keçirilməsində  ABŞ  Səudiyyə  Ərəbistan-
dan olan m
ilyonçu  Usama  ben  Ladenin  başçılıq  etdiyi  “Əl  – 
Qaida” t
əşkilatını günahlandırdı.  ABŞ kəşfiyyatı müəyyən etmişdi 
ki,  U.ben Ladenin  m
ənzil qərargahı,  təşkilatın  təlim  bazaları 
Əfqanıstanda yerləşir. ABŞ Əfqanıstandan U.ben Ladenin verilmə-
sini t
ələb etdi.  Lakin Əfqanıstan rəhbərliyi ABŞ – ın tələbinə əməl 
etm
ədi və bildirdi ki, U.  ben Ladenin günahı sübut edilməmişdi.   
Şərqi və Cənubi Asiyada nüfuz uğrunda mübarizədə ABŞ – 
ın əsas rəqiblərindən biri Çin Xalq Respublikası idi.  ABŞ Çindən 
çoxlu  kredit  almışdı.    2008  –  ci ildə  ABŞ  –  ın  xarici  borcu  5,8 
trilyon dollar olmuşdu ki, bunun təxminən 2 trilyon dolları Çinin 
payına  düşürdü.  Ona görə  ÇXR ilə  münasibətlərə  ABŞ  böyük 
diqq
ət yetirirdi.  Çin  ABŞ  –  ın  Asiya  –  Sakit okean siyasətinin 
m
ərkəzində dayanırdı. ABŞ Çinin hərbi – dəniz donanmasını güc-
l
əndirmək yolu ilə  Hind  okeanında  və  Asiyada təsirinin  artma-
sından narahat idi.  Çin təyyarədaşıyan gəmilər inşa etmək, dəniz 
quldurları ilə mübarizə məqsədi ilə Ədən körfəzinə hərbi gəmilər 
gönd
ərmək fikrində  idi.    ÇXR yeni raketdən müdafiə  silahları 
yaradır və Cənubi Çin dənizində yerləşən Xaynan adasında kosmik 
raketl
ər üçün buraxılış meydançası inşa edirdi.   
 
ABŞ  –  ın  diqqət mərkəzində  saxladığı  məsələlərdən biri 
Koreya  Xalq  Demokratik  Respublikasının  nüvə  silahı  yaratmaq 
ist
əməsi idi.  C. Buş hökuməti 6 il ərzində Şimali Koreya ilə əlaqə 
saxlamaqdan  imtina  etmişdi.    ABŞ  KXDR  –  la 1994 –  cü ildə 
bağlanmış sazişi ləğv etmiş və onu  “şər oxu” – na daxil etmişdi.  
1987  –  ci ild
ə  Cənubi  Koreyanın  sərnişin  təyyarəsi KXDR–ın 
agentl
əri tərəfindən  partladıldıqdan  sonra  onun  adı  ABŞ  dövlət 
departamentinin h
ər il nəşr etdiyi terrorçuluğa kömək edən dövlət-
l
ərin siyahısına daxil edilmişdi.  2006 – cı ilin oktyabrında KXDR 
il
ə özünün ilk nüvə reaktorunu partlatdıqdan sonra ABŞ – ın ona 


 
94 
münasib
əti dəyişdi.    2008  –  ci ilin iyununda C.Buş  hökuməti 
KXDR–
ın adını terrorçuları müdafiə edən dövlətlərin siyahısından 
çıxartdı.  Çünki  Şimali  Koreya  özünün    nüvə  proqramı  haqqında 
b
əyannamə ilə çıxış və nüvə reaktorunun soyuducu qülləsini ləğv 
etmişdi.  ABŞ hökuməti KXDR–lə ticarətə icazə verdi.  Şimali Ko-
reya beyn
əlxalq maliyyə  təşkilatlarından  kredit  almağa  başladı.  
Lakin ABŞ şirkətlərinin KXDR–də bizneslə məşğul olması hələ də 
qadağan  olunurdu,  KXDR  –ın  ABŞ  bankalarındakı  vəsaitlər 
dondurulmuşdu. 2008 – ci ilin sonunda KXDR – ın mövqeyi dəyiş-
di,  o,  nüv
ə obyektlərinə beynəlxalq komissiyanın üzvlərini burax-
maqdan imtina etdi.   
   
ABŞ  Hindistanla  münasibətləri  yaxşılaşdırmağa  başladı.  
ABŞ Hindistanda təhsilə və kənd təsərrüfatına kapital qoydu, mü-
dafi
ə  və  atom  elektrik  stansiyaları  tikintisi  sahəsində  kömək etdi.  
ABŞ  hesab  edirdi  ki,  Hindistan Asiyada onun strateji 
dayaqlarından  biri  ola  bilər və  Çinin  nüfuzunun  artmasının 
qarşısını almaq üçün ondan istifadə etmək olar.   
 
ABŞ  –  ın  “şər oxu” –  na  aid  etdiyi  İranla  münasibətləri 
g
ərgin idi.  ABŞ – ın rəsmi dairələrinə hətta İrana qarşı müharibə 
ehtimalından  danışırdılar.  MAQATE  İranın  nüvə  silahı  yaratma-
dığını,  ABŞ  isə  İranın  atom  bombası  düzəltmək istədiyini iddia 
edirdi.   
ABŞ  –  ın  xüsusi  xidmət  orqanlarının  hazırladığı  və  nəşr 
etdirdiyi s
ənəd deyilirdi ki,  İran  hələ  2003-cü ildə  nüvə  silahı 
yaratmağa  yönəlmiş  işləri  dayandırmışdı.    2008–ci ilin əvvəlində 
ABŞ-da  İranın  nüvə  tədqiqatlarına  mane  olmaq  planı  hazırlandı.  
Bu  plan  İranda  enerji,  kompüter və  digər infrastruktur sisteminin 
işində təxribatları nəzərdə tuturdu.    
 
ABŞ  hökuməti  Polşa  və  Çexiya  ərazisində  raketdən 
müdafi
ə sistemi yerləşdirmək istəyirdi.  ABŞ bu məqsədini Avropa 
ölk
ələrini  İran  raketlərinin  hücumundan  qorumağın  zəruriliyi ilə 
əsaslandırmağa çalışırdı.   
2008–
cı  ilin  yayında  ABŞ  –  la  Polşa  və  Çexiya  arasında 
raketd
ən müdafiə  sisteminin yerləşdirilməsi  haqqında  razılıq  əldə 
edildi. 
Lakin  İran  Avropa  ərazisinə  çatan raketlərə  malik deyildi. 
Dig
ər tərəfdən isə,  ABŞ  hökuməti  Polşa  və  Çexiya  ərazisində 
raketd
ən müdafiə  sisteminin  yaradılması  ideyasını  NATO 


 
95 
ç
ərçivəsində  irəli sürməmişdi.  Bu isə  bir  sıra  NATO  ölkələrinin 
narazılığına  səbəb  olmuşdu.  Onlar  ABŞ  –  ın  həmin  addımlarını 
Şərqi Avropa ölkələri ilə  ikitərəfli hərbi  ittifaqın 
möhk
əmləndirilməsi kimi qiymətləndirirdilər.Rumıniya  və  Ma-
carıstan  ərazisində  ABŞ  hərbi  bazalar  yaradırdı.  Amma bunlar 
NATO  bazaları  sayılırdı.    ABŞ  –  ın  Polşa  və  Çexiyada raketdən 
müdafi
ə  sistemi yaratmaq cəhdləri  Rusiyanın  narahatlığına  səbəb 
oldu.   
Rusiya  ABŞ  –  ın  niyyətini öz təhlükəsizliyi  üçün  qurğu 
yaradan amil kimi qiym
ətləndirirdi.  ABŞ  Rusiyanın  İrana  nüvə 
texn
ologiyaları göndərməsindən narazı idi.   
2008  – 
ci  ilin  fevralında  ABŞ  Kosovanın  müstəqilliyini 
tanımışdı.    Əhalisinin  əksəriyyəti albanlardan ibarət olan Kosovo 
Serbiyanın  vilayətlərindən biri idi.  Rusiya Kosovonun müstəqil-
liyinin  tanınmasına  kəskin etirazını  bildirmişdi.    Rusiya  keçmiş 
sovet  respublikalarını  öz  sıralarına  qatmaq  istəyən NATO –  nun 
şərqə  doğru  genişlənməsinin  əleyhinə  idi.    Rusiya ilə 
qarşıdurmanın kəskinləşməsini istəməyən  ABŞ və NATO 2008 – 
ci ilin aprelind
ə Ukrayna və Gürcüstanın NATO – ya daxil olması 
m
əsələsini müzakirə etmədilər.   
  2008  –  ci il avqustun 8 –  12 d
ə  Rusiya ilə  Gürcüstan 
arasında müharibə ABŞ – la Rusiya arasında münasibətlərin pisləş-
m
əsinə  səbəb oldu.    ABŞ  hökuməti  Rusiyanın  siyasətini kəskin 
t
ənqid edirdi.    Eyni  zamanda  ABŞ  hökuməti  başa  düşürdü  ki 
Rusiya il
ə münasibətlərdə gərginliyin artması hər iki tərəfə yalnız 
ziyandır.    ABŞ  bir  sıra  problemləri Rusiya ilə  əməkdaşlıq 
z
əminində həll etmək istəyirdi.  İranın nüvə tədqiqatlarının qarşı-
sını  almaq  üçün  Əfqanıstandakı  terrorçulara  qarşı  müharibədə 
Rusiya il
ə əməkdaşlıq etmək mümkün idi.  Bundan əlavə, strateji 
hücum silahlarının ixtisarına dair yeni müqavilə hazırlamaq lazım 
idi,  çünki strateji hücum 
silahlarının  ixtisarına  dair  birinci  müqa-
vil
ənin müddəti 2009 – cu ilin dekabrında başa çatırdı.  ABŞ – da 
yeni müqavil
ə layihəsi hazırlanmışdı, lakin Gürcüstan hadisələri ilə 
müqavil
ə  layihəsi konqresdə  müzakirə  edilmədi.    2009  –  cu ildə 
ABŞ  –  da  rusiyaşünaslar  A.Asmon və  E.  Kaçins tərəfindən nəşr 
edilmiş  “Rusiya  balansı”  adlı  kitabda  yazılmışdı  ki,  ABŞ  –  ın 
Rusiya siyas
əti  aydın  olmadığına  və  yüksək səviyyəli  görüşlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə