291
BMT T
əhlükəsizlik Şurası 26 fevral 2011-ci il tarixində Liviya
r
əhbərliyinə qarşı sanksiya tətbiqi təklifi barəsində qətnamə qəbul
etmişdir. Qətnamədə Liviyaya qarşı hərbi embarqonun tətbiqi, ölkə
r
əhbərlərinin xaricdəki hesablarının dondurulması və onların xaricə
s
əfərlərinə qadağa qoyulması təklif edilirdi.
Q
ətnamədə göstərilirdi ki, dinc Liviya vətəndaşlarına qarşı
hücumlar "b
əşəriyyətə qarşı cinayət kimi qiymətləndirilə bilər". Bu
hala is
ə Haaqadakı Beynəlxalq Məhkəmə tərəfindən baxıla bilər.
Avropa Birliyi Liviyada dinc nümayişçilərə qarşı əsassız güc
t
ətbiqinə görə məsuliyyət daşıyan Müəmmar Qəddafi və onun ailə
üzvl
ərinə qarşı sanksiyalar paketini razılaşdırmışdı.
ABŞ NATO-dakı tərəfdaşları ilə Liviyada Müəmmar Qəddafi
rejiminin h
ərbi müdaxilə ilə devrilməsi imkanlarını müzakirə
et
mişdir. Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi Syuzan Rays
Vaşinqtonun Liviya müxalifəti ilə əlaqələr qurduğunu bildirmişdi.
ABŞ-ın BMT-dəki səfiri Syuzan Rays bildirirdi ki, «Biz problemin
h
əlli üçün bütün mümkün variantları müttəfiqlərimizlə müzakirə
edirik».
Fransa prezidenti Nikola Sarkozi il
ə Böyük Britaniyanın baş
naziri Devid Kemeron Avropa Birliyin
ə üzv olan bütün dövlətləri
bu addımı atmağa çağırmışdılar. Fars körfəzi ərəb dövlətlərinin
əməkdaşlıq şurası Qəddafi rejimini legitimliyini itirmiş hakimiyyət
kimi tanımışdı. ABŞ-ın Liviya müxalifətinin qurduğu Milli Şuranı
hökum
ət kimi tanımağa hazır olduğunu isə Birləşmiş Ştatların
dövl
ət katibi Hillari Klinton da bəyan etmişdi. Eyni mövqeni
İtaliyanın xarici işlər naziri Franko Frattini də ortaya qoymuşdur.
Liviyadakı durumla bağlı ABŞ dövlət baçısı Barak Obama
bildirmi
şdi ki, Amerika müttəfiqləri ilə bərabər Liviya lideri
Mü
əmmar Qəddafini cilovlamağa çalışır. Prezident Qəddafinin
opponentl
ərinə qarşı hücumlarına cavab vermək üçün bütün
variantların nəzərdən keçirildiyini bəyan etmişdir.
BMT-
nin İnsan Hüquqları Şurası Liviyada insan hüquqları
sah
əsində pozuntuların araşdırılması üçün 3 nəfərdən ibarət
komissiya t
əşkil etmişdi.
292
BMT-
nin Təhlükəsizlik Şurası Liviya üzərində uçuşsuz
zonanın yaradılmasına və Liviya rəhbərliyinə qarşı daha sərt sank-
siyalara çağırmışdı. Şura bunu Ərəb Liqasının belə bir zonanın
yaradılması barədə xahişi ilə əlaqədar etdiyini vurğulamışdı.
Bununla belə, Təhlükəsizlik Şurasının daxilində Liviyaya hərbi
müdaxilə məsələsində ciddi fikir ayrılığı qalırdı. BMT diplomatları
deyirlər ki, qətnamə Liviya üzərində bütün uçuşları qadağan etməli
və üzv ölkələr Tripolinin qətnamənin tələbini yerinə yetirməsini
təmin etməlidirlər. Onlar deyirlər ki, ilk növbədə belə bir zonanın
yaradılmasında ərəb ölkələrinin iştirakı məqsəduyğun sayılır. Məhz
bu məqamı vurğulamaq üçün əsasən Britaniya və Fransa tərəfindən
cizgilənmiş qətnamə layihəsinin tərtibində Livan da iştirak edirdi.
Liviya
ya hərbi müdaxiləyə müxalif olanlar var və bunlar heç də
təkcə Rusiya və Çin deyildi. Almaniya da bildirir ki, uçuşsuz zona
barəsində bir çox suallar açıq qalmışdı.
BMT-nin T
əhlükəsizlik Şurası Liviya hava məkanında uçuşlara
qadağan olunan zonanın yaradılması barədə qərar qəbul etmişdi.
BMT T
əhlükəsizlik Şurasının qətnaməsində hərbi əməliyyatların
mümkünlüyü v
ə Liviya Mərkəzi Bankının və neft şirkətinin hesab-
larının dondurulması imkanları qeyd olunmuşdu. Bu tədbirlər
müxalif
ətin nəzarəti altında olan şəhərin bombardman olmasının və
yerli dinc
əhalinin qətlə yetirilməsinin qarşının alınmasına
yön
əldilimişdi.Təhlükəsizlik Şurasının 15 üzvündən 10-u qətnamə-
nin lehin
ə səs vermişdi.
Liviyanın səmasının blokadaya alınması barədə BMT Təhlükə-
sizlik Şurası 1973 saylı qətnaməni qəbul etməsindən sonra ABŞ,
Fransa, İtaliya, Kanada və s. ölkələr koalisiya yaratdılar.
Fransızlar, amerikalılar və ingilislərin Liviyaya zərbələrinə
S
əudiyyə Ərəbistanı və Qətər də qoşula biləcəklərini bəyan etdilər.
Afrika İttifaqı, Türkiyə, Rusiya, Çin, Hindistan, Ərəb Dövlətləri
Liqası bombardmanları qətiyyətlə pislədi. Kanada, İspaniya və
Danimarkanın hərbi təyyarələri Liviyaya qarşı yeni zərbələrdə
iştirak etmək üçün Aralıq dənizindəki aviabazalara gətirilmişdi.
293
Q
əddafi rejimi hərbi bazalar və nəqliyyyat qovşaqlarının
yanında mülki əhalini yerləşdirərək "canlı qalxan"lar yaradırdı.
Q
əddafinin komanda məntəqəsi Bab əl Əziziyyədə yerləşirdi.
Q
əddafi rejiminə qarşı hazırlanmış "Odisseya. Sübh" əməliy-
yatı ABŞ-ın 1991-ci ildən bəri qatıldığı ən mühüm hərbi əməliy-
yatların ssenarisi üzrə keçirilirdi. Əməliyyyatın əvvəlində "Toma-
hav
k" qanadlı raketlərindən istifadə edilərək aviasiyaya "yol"
açıldı. Liviyadakı 20 hədəfə 110 belə raket buraxılmışdı. Beynəl-
xalq koalisiyanın başlıca hədəfi Qəddafiyə sadiq qoşunların əlində
olan v
ə 300 km məsafədəki hədəfləri vura bilən "SA-5" raket
sisteml
əri oldu. Bundan başqa, Qərbin təyyarələrinin hədəfləri ara-
sında Liviyanın 50 "SA-6" raket sistemləri, 30 "hava-torpaq" siste-
mi v
ə 15 radar sistemi də var idi. Bu sistemlər Aralıq dənizi sahil-
l
ərində yerləşirdi. Liviyanın Hava Hücumundan Müdafiə Qüv-
v
ələrində 5 zenit-raket alayı və 3 zenit-raket briqadası vardı. Onlar
S-200 "Anqara", S-75 "Dvina", "Osa" v
ə "Kvadrat" zenit-raket
kompleksl
əri ilə təchiz olunmuşdular.
Əməliyyatın növbəti mərhələlərində Liviyanın hava səmasında
patrul uçuşlarında olan qırıcıların elə səmada yanacaqla təmiantı,
pilotsuz t
əyyarələrlə nəzarət və müşahidənin təminatı, kəşfiyyatçı
t
əyyarələrin uçuşları, radar qurğularının məhv edilməsi nəzərdə
tutulmuşdu. Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qərarı ilə
Liviyanın qapadılmış səmasının patrul nəzarəti üçün görülməli idi.
Liviyaya qarşı əməliyyatlarda ABŞ, Böyük Britaniya, Kanada,
Fransa v
ə İtaliya da iştirak edirdi. Liviyadakı mövqelərə ilk zərbə-
l
əri Fransa Hərbi-Hava Qüvvələrinin "Miraj" təyyarələri tərəfindən
endiri
lmişdi. Bundan başqa, Liviyanın səmasında uçuşsuz zonanın
t
əminatı üçün Siciliyadakı aviabazada Norveç və Danimarkannın
h
ərbi təyyarələri də yerləşdirilmişdi.
Liviyaya qarşı tərtib edilmiş "Odissey Şəfəq" planının üç
m
ərhələsi müəyyənləşdirilmişdir.
1.
İlkin mərhələdə əsasən hava hücumundan müdafiə
obyektl
əri olmaqla 31 hədəf bombalanmalı idi.
2.
İkinci mərhələnin hədəfləri Liviyada iki hərbi-hava bazası
v
ə Qəddafinin Tripolidəki iqamətgahı idi.
294
3.
Son m
ərhələdə isə koalisiya qüvələri Qəddafiyə sadiq
qoşunlara zərbələr endirməyi planlaşdırırdı.
Liviyaya qarşı əməliyyatlarda 3 "B-2" bombardmançı, 56
qırıcı-bombardmançı təyyarələrdən istifadə olunurdu. Hava zərbə-
l
əri F-16, F-18, "Rafale", "Tayfun", "Tornado", "Mirag 2000" təy-
yar
ələri ilə endirilirdi.
Avropa ölk
ələri arasında BMT-nin tətbiq etdiyi uçuşa qadağa
zonasının təmin olunması məqsədilə ABŞ-ın başçılığı ilə koalisiya
qüvv
ələrinin Liviyaya hava və raket hücumları ilə bağlı fikir ayrı-
lıqları yaranmışdı. Uşuşa qadağa zonasında əməliyyatlara nəzarətin
ələ alınması ilə bağlı Brüsseldə keçirilən müzakirələ zamanı
NATO-nun 28 üzvü konsensus
əldə edə bilməmişdi.
S
əudiyyə Ərəbistanında səfərdə olan Rəcəb Tayyib Ərdoğan
deyib ki, NATO-nun
əməliyyatı işğala çevrilməməlidir. Rusiyanın
Baş naziri Vladimir Putin uçuşa qadağa zonasını kəskin tənqid
e
tmişdi. Rusiya prezidenti Dmitri Medvedev isə baş nazirini tənqid
ed
ərək, onun şərhlərini qəbuledilməz adlandırmışdı. NATO üzvü
Almaniya koalisiyada iştirak etməmək qərarını müdafiə etmişdi.
NATO Liviyaya silah t
ədarükünə dair embarqonun əməl
olunması ilə bağlı əməliyyat aparırdı. NATO-nun Avropadakı
Birl
əşmiş Silahlı Qüvvələr Komandanlığı yanında strateji planlaş-
dırma üzrə direktoru briqada generalı Pyer Sen-Aman bildirmişdi
ki,
"NATO artıq əməliyyat aparır".
NATO-
nun baş katibi Anders foq Rasmusen Şimali Atlantika
Alyansının BMT Təhlükəsizlik Şurasının Liviyaya silah tədarü-
kün
ə dair embarqoya nəzarətlə bağlı qətnaməsinin icrasının təmin
olunmasına dair qərar qəbul etməsi haqqında məlumatı vermişdir.
NATO generalı onu da bildirib ki, "Birləşmiş müdafiəçi" kodu
il
ə əməliyyat aparılan zaman NATO dənizçiləri Mərkəzi Aralıq
d
ənizindən keçəcək və göyərtələrində silah və muzdluların olması
il
ə bağlı şübhəli gəmiləri yoxlayacaqlar.
Liviyada h
əyata keçirdiyi hərbi əməliyyatlara komandanlığı
NATO öz üz
ərinə götürmüşdü. Bunu NATO-nun baş katibi Anders
Foq Rasmussen b
əyan etmişdi.
Mü
əmmar Qəddafi ölkəsinə qarşı aparılan hərbi əməliyyatları
pisl
əyərək Liviyaya dair Londonda keçirilmiş konfransın iştirak-
295
çılarını hərbi əməliyyatlara xitam verməyə səsləyib. “Liviyaya
qarşı aparılan barbar və şərəf gətirməyən hücumu dayandırın,
Liviyanı liviyaylıların ixtiyarına verin. Siz hər an insan itkisini
artıran, insan qırğını ilə nəticələnən əməliyyatlarla məşğulsunuz”.
ABŞ-ın Maliyyə Nazirliyi Liviya dövlətinə və ölkə başçısı
Mü
əmmər Qəddafiyə məxsus 30 milyard dollarlıq vəsaiti - nağd
pulu v
ə qiymətli kağızı dondurmuşdur. Bu ABŞ tarixində misli
görünm
əmiş iri həcmdə dondurmadır.
Fevralın 27-də BMT Təhlükəsizlik Şurası Qəddafi, ailə üzvləri
v
ə yaxın silahdaşlarının ölkədən çıxmasını yasaqlayan qətnamə
q
əbul etmişdi. Sanksiyanın başqa bəndlərinə görə, Qəddafi və
qohumlarının xaricdəki bütün hesabları dondurulur, Liviyaya bütün
növ silahların satışı yasaqlanır, Beynəlxalq Cinayət Məhkəməsinə
dinc sakinl
ərin öldürülməsini araşdırmaq tapşırılırdı.
Avropa Birliyi d
ə fevralın 28-də Qaddafiyə, onun ailə üzvlərinə
v
ə ətrafındakı şəxslərə sanksiyalar tətbiq etmişdi ki, sanksiyalar
Liviyaya silahın və xüsisi vasitələrin satışına embarqonu, Qəddafi
klanı təmsilçilərinin Avropa Birliyi ölkələrinə səfərinə yasağı,
onların hesablarının dondurulmasını nəzərdə tuturdu.
NATO alyansda Liviya lideri Mü
əmmar Qəddafiyə qarşı
beyn
əlxalq hərbi kampaniyaya nəzarətlə bağlı fikir ayrılıqlarına
baxmayaraq, BMT-
nin Liviyaya qarşı tətbiq etdiyi silah embar-
qosuna
əməl etməyə razı olmuşdu.
Liviya hadis
ələri zamanı may ayına qədər ölkəni 140 min adam
t
ərk etmişdir.
Alyansın yalnız 6 ölkəsi əslində Liviya hökumət qüvvələrinə
qarşı hava zərbələrində iştirak edirdi.
NATO alyansının 3 aparıcı lideri ABŞ prezidenti Barak
Obama, Fransa prezidenti Nikola Sarkozi v
ə Britaniyanın baş
naziri Devid Kameron birg
ə bəyanatla bildirmişdilər ki, hələlik
söhb
ət polkovnik Qəddafinin hakimiyyətdən getməsi məqsədi ilə
müharib
ənin başlamasından getmir.
NATO Liviyadakı hərbi əməliyyatların birinci mərhələsinin
başa çatdığını və ikinci mərhələnin başlandığını bildirmişdir. İkinci
m
ərhələdə məqsədin Liviya lideri Müəmmər Qəddafinin komanda
m
əntəqələrinin məhv edilməsi olduğunu bildirən NATO təmsil-
296
çil
əri Qəddafinin özünün aradan götürülməsi haqda heç bir söhbət
getm
ədiyini vurğulamışdılar.
Mart ayının 19 –da saat 20:45 də ABŞ, Böyük Britaniya və
Fransa başda olmaqla koalisyon qüvvələr Liviyada müxalif qüvvə-
lərə qarşı silahlı mübarizənin qarşısının alınması “məqsədi” ilə
“Odyssey Dawn” (Odisseyin başlanğıcı) adlı hərbi əməliyyata
başladılar. Hərbi əməliyyatlar havadan zərbələr endirməklə həyata
keçirilirdi,
lakin istisna deyildir ki,lazım gəldikdə NATO qüvvələri
qurudan da Qəddafi qüvvələrinə qarşı əməliyyatlara başlaya bilər.
İlkin məlumatlara görə Liviyanın hava məkanı koalisiya
qüvvələrinin nəzarəti altındadır və hələ ki, 4 günlük əməliyyatların
nəticəsi olaraq Liviya ordusunun Havadan Hücüm Əleyhinə
Müdafiə Sistemləri (HHƏMS) sıradan cıxardılmış, mühim hərbi
obyektlər isə bombalanmışdır.
Liviyaya qədər Tunis və Misirdə də inqilabi partlayış baş
vermişdir. Lakin bu ölkələrin heç birində açıq şəkildə xarici
müdaxilə olmamışdır.Aparıcı dövlətlər rəsmi bəyanatlar şəkilində
hakimiyyətin xalqa təhvil verilməsini tələb etmişlər.Diqqət olunası
məqam Liviyadakı hadisələrin digərlərindən fərqinin olması və
Qərbin maraqlarıdır.
Liviyadakı hadislər Tunis və Misir inqilabından nə ilə
fərqlənirdi? Əsas fərq burada tərəflər arasında silahlı toqquşma-
ların olmasıdır. Eyni zamanda nəzərə alsaq ki, Liviya Tunis və
Misirdən fərqli olaraq zəngin neft və qaz ehtiyyatlarına malikdir,
onda tam fərqli bir situasiyanın yarandığını görə bilərik.
Əslində ABŞ başda olmaqla Qərbi narahat edən iki məsələ var.
Birinci –
İnqilabçı qüvvələrin silahlı olması və kimlərdən təşkil
olunduğunun qeyri-müəyyənliyidir. Nə qədər qəribə səslənsə də,
bu belədir. Fərz edək ki,silahlı inqilabçılar Qəddafi rejimini devirir
və ölkədə həmin bu qüvvələrin başçılığı ilə hakimiyyət qurulur.
Hadisələrin bu cür gedişatı isə heç də Qərbə sərf edən bir situasi-
yanın yaranacağını vəd etmirdi. Çünki, inqilabçılar arasında vahid
komandanlığın olmaması və silahlı müxaliflərin rejimi devirdikdən
sonra bir-
biriləri ilə mübarizə aparacaqları istisna olunmur, bu isə
xaos və anarxiyanın uzun müddət hökm sürəcəyindən xəbər
verirdi. Doğrudur, NATO qüvvələrinin Liviyaya müdaxiləsinə bir
297
neçə gün qalmış inqilabçılar geri çəkilərək öz mövqelərini təhvil
verirdilər. Lakin, inqilabçılar hələ də güclü idilər və onların orduya
qarşı əks hücum planı real görünürdü. Digər tərəfdən isə, əgər
burada inqilabçılar bir çoxlarının fərz etdiyi kimi Qərbin dəstəyi ilə
hərəkət edib mübarizəni davam etdirsəydilər, onda Qərb onları ən
sadə üsulla, yəni gizli şəkildə silahlandırmaqla mübarizə meyda-
nına atardı. Hazırkı vəziyyət isə fərqlidir.
İkinci məsələ isə əslində humanitar müdaxilənin pərdə arxası
əsas faktordur. Bu amil hərbi müdaxilənin demək olar ki, əsas
məqsədlərini ortaya qoyur. Bu neft amilidir. Liviyadakı qeyri-sabit
vəzyyət qara qızılın qiymətinin günü-gündən artmasına və Avropa-
nın enerji sahəsində stabilliyinin pozulmasına gətirib çıxar-
mışdı.Nəzərə almaq lazımdır ki,hal-hazırda dünya bazarlarında
neftin qiyməti rekord həddədir. Liviyada baş verən inqilab isə bu-
nun əsas səbəbidir.Eyni zamanda adı çəkilən ölkə Avropanın əsas
enerji təmin edicilərindəndir. Deməli, enerji resurslarının sabit,
vaxtında daşınması və çatdırılması BMT TŞ – da qəbul olunmuş
qətnamədə lehinə səs vermiş ölkələr üçün daha çox lazımdır.
S
əsvermədə iştirak edən 15 ölkədən 10 – u bu qətnamənin leyhinə
səs vermişdir. Səsvermədə öz səsvermə hüququndan istifadə
etməyən ölkələr sırasında isə Rusiya, Almaniya, Çin, Hindistan və
Braziliya
nı göstərmək olar.
1999 – cu ilin mart
ın 24-də NATO təyyarələri Yuqoslaviya
ərazilərini səmadan bombalamağa başladı.Nəticədə isə serblər
Kosovadan sıxışdırlaraq çıxarıldı və burada dominat millət kimi
alb
anlar yer aldılar. Milli zəmində baş verən toqquşmalar sona
çatdı və ən nəhayət dünya xəritəsində Kosova adlı bir dövlət
yarandı. Oxşar məqamlar təyyarlərlə aviazərbələrin endirilməsi və
NATO qüvvələrinin iştirakıdır. Lakin, tam şəkildə oxşar ssenarinin
təkrarlanacağı real görünmür. Ehtimal olunan gedişat ondan
ibarətdir ki, Liviyada Qəddafi rejimi devriləcək, Qərb isə burada
tez bir zamanda sabitliyin yaranmasına çalışacaq və öz maraqlarına
cavab verən bir hökümətin qurulmasını təmin edəcək. Doğ-
rudur, AB
Ş–ın Afirkadakı baş komandanı general Karter Hem
rəsmi şəkildə Qəddafinin devrilməsinin məqsəd olmadığını və
yalnız mülki əhalini müdafiə məqsədi ilə əməliyyatlara start
298
verildiyini bildirmişdi. Lakin, müdaxilənin elə ilk günlərindən
Qəddafinin iqamətgahının bombalanması bu bəyanatın “reallığını”
hansı səviyyədə əks etdirdiyini ortaya qoyur .
299
Ədəbiyyat siyahısı
1.
Baxışov M.Ə. ABŞ-ın müasir tarixi. Bakı, 2006
2.
Baxışov M.Ə. NATO-nun şərqə doğru genişlənməsi //
Beynəlxalq həyat/, №2, 1999
3.
Baxışov M.Ə. Kosova münaqişəsi//Beynəlxalq həyat/№2, 2001.
4.
Baxışov M.Ə. Körfəz müharbəsi, onun beynəlxalq münasibətlərə
təsiri // Beynəlxalq həyat/, №2, 2001
5.
Baxışov M.Ə. Avropa İttifaqının şərqə doğru genişlənməsi //
Tarix və onun problemləri/, №4, 2006.
6.
M.Qasımlı., M.Fətəliyev. Avropa və Amerika ölkələrinin müasir
tarixi. II hissə, Bakı, 2008.
7.
S.Mustafayeva: Avropa və Amerika ölkələrinin ən yeni tarixi. II
hissə. Bakı 2010.
8.
S.Mustafayeva. ABŞ və Böyük Britaniyanın ən yeni tarixi. 1918-
2007-
ci illər. Bakı, 2009.
9.
Латинская Америка в международных отношениях XX века.
М., 1988
10.
Рейган Р. Жизнь по-американски. М, 1992
11.
Эйзенхауэр Д. Крестовый поход в Европу. М, 1980
12.
Абрамов Ю.К. Феномен Рональда Рейгана. //
Политические портреты. М., 1989
13.
Давыдов Ю.П. Политика США в Восточной Европе. //
США: экономика, политика, идеология. - 1990. - № 2
14.
Иванян Э.А. История США. М., 2004
15.
Иванян Э.А. Рональд Рейган: хроника жизни и времени.
М., 1991
16.
Киссинджер Г. Дипломатия. М., 1997.
17.
Кудрявцев В.Б. Военная политика НАТО и европейская
безопасность. // США: экономика, политика, идеология. – 1991
№6
18.
Д.В.Кузнецов. Арабо-Израильский конфликт: История и
современность. Благовешенск, 2006.
19.
Мельников Ю.М. Внешнеполитические доктрины США.
Происхождение и сущность программы «новых рубежей»
президента Кеннеди. М., 1970
20.
Никонов В.А. Республиканцы: от Эйзенхауэра к Никсону .
М., 1988
300
21.
Позиция руководства США в связи с вводом советских
войск в Афганистан в 1979 г. // Новая и новейшая история. -
1997
22.
Усачёв И.Г. Джон Фостер Даллес. Политический миф и
реальность. М., 1990
23.
Уткин А.И. Американская стратегия для XXI века. М.,
2000
24.
Шальнев А. Билл Клинтон. М., 1993
25.
Ближний Восток: проблемы региональной безопасности –
М., 2000 – 207 с.
26.
Ланда Р.Г. История арабских стран. – М., 2005.
27.
Новейшая история арабских стран Азии, 1917-1985 – М.:
Наука, 1988, 636 с.
28.
Современные международные отношения и мировая
политика/Отв.ред.А.В.Торкунов – М.: Изд-во «Дрофа», 2004.
29.
Андреев А.Р. История Иерусалима – М.: ЭКСМО/
Алгоритм, 2004, 413 с.
30.
Кисилев В.И. Палестинская проблема – М.: Знание, 1987,
63
с.
31.
Кутаков Л.Н. «Шестидневная война» 1967 г. На Ближнем
Востоке и ООН. М., 1977.
32.
аш-Шазли Саад эд-Дин. «Октябрьская война» 1973 г. //
Азия и Африка сегодня, 1993, №9, 10, 11
33.
Захаров А.М., Фомин О.И. Кэмп-Дэвид: политика,
обреченная на провал – М.: Наука, 1982, 234 с.
34.
Агарышев А.А. От Кэмп-Дэвида к трагедии Ливана. М.:
Молодая гвардия, 1986-224 с.
35.
Панкратьев В.П. путь в Мадрид после ликвидации кризиса
в Персидском заливе. М., 1997.
36.
Аванов В.Л. США и ближневосточная проблема //
Вопросы истории, 1979, № 9
37.
Борисов Р.В. США: ближневосточная политика в 70-е годы
–
М.: Наука, 1982, 215 с.
38.
Колобов О.А. Политика США по отношению к Израилю и
арабским странам на рубеже 80-90-х годов ХХ века. Нижний
Новгород: 1995, 180 с.
301
MÜNDƏRİCAT
I.
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri ....... ...........4
II. ABŞ-ın Yaxın Şərq siyasəti. ......................................... ......107
III. ABŞ-ın Qafqaz siyasəti.......................................................224
IV. ABŞ və Rusiyanın Şərqi Avropada və keçmiş sovet
m
əkanında nüfuz dairəsi uğrunda mübarizəsi........................256
V.ABŞ və Ərəb ölkələri 2011-ci ildə ................................. .......288
Document Outline - SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA
- ŞƏHLA MÜZƏFFƏR qızı QURBANOVA
- V.ABŞ və Ərəb ölkələri 2011-ci ildə
- BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərində uçuşsuz zonanın yaradılmasına və Liviya rəhbərliyinə qarşı daha sərt sanksiyalara çağırmışdı. Şura bunu Ərəb Liqasının belə bir zonanın yaradılması barədə xahişi ilə əlaqədar etdiyini vurğulamışdı. Bununla...
Dostları ilə paylaş: |