3
GİRİŞ
Qloballaşmanın yeni mərhələsinə daxil olduğu müasir dövrdə
Az
ərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə əlaqələri daha da
inkişaf edir. Müstəqililk qazanmış respublikamız üçün bu əlaqələr
çox
əhəmiyyətlidir. Gənclərimizin dünya tarixinə, xüsusilə də ABŞ
tarixin
ə marağının getdikcə artdığını nəzərə alaraq “ABŞ-ın xarici
siyas
əti (1945-2010-cu illər)” mövzusunda dərs vəsaiti yazmağı
q
ərara aldııq. Dərs vəsaiti ali
məktəblərimizin həm bakalavr, həm
d
ə magistr pilləsi üçün nəzərdə tutulmuşdur. Bu vəsaitdən ali
m
əktəb müəllimləri, həmçinin tarixlə maraqlanan hər bir oxucu
istifad
ə edə bilər.
4
I.
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri
ABŞ İkinci dünya müharibəsində də ən çox qazandı və Yer
kür
əsində özünün birinci super dövlət olduğunu bir daha sübut
etdi. Müharib
ədə iştirak edən digər ölkələrlə müqayisədə onun
əsas üstünlüyü ərazisinin (Havay adalarından başqa)hərbi əməliy-
yat meydanına çevrilməməsi və heç bir dağıntıya məruz qalmaması
idi.
ABŞ müharibə dövründə antihitler koalisiyasının əsas cəbhə-
xanasına çevrildi, ölkə inhisarçılarının gəliri 87 milyard dolları
ötüb keçdi. Bu dövrd
ə ölkədə avtomobil istehsalı dörd dəfə artdı.
Onun silahlı qüvvələri döyüş texnikasına və sayına görə dünyada
birinci yeri tuturdu v
ə tərkibində 12 milyondan çox əsgər
və zabit
vardı. ABŞ-ın müharibədə itkisi cəmi 300 min nəfər oldu ki, bu da
SSRİ ilə müqayisədə 70 dəfədən az idi. Müharibədən sonra o,
dünya s
ənaye məhsulunun 54,6%-nı istehsal edirdi. Dünya qızıl
ehtiyatlarının isə 53,3%-i bu güclü dövlətin əlində mərkəzləşmişdi.
ABŞ-ın belə inkişafını həm daxili, həm də xarici amillər müəyyən
edirdi. Müharib
ə illərində Avropanın qabaqcıl dövlətlərindən olan
İngiltərə və Fransa indi ona borcu olan
dövlətlərə, Almaniya və
Yaponiya is
ə müharibədə məğlub edilərək, müvəqqəti də olsa, zəif
v
ə gücsüz rəqiblərə çevrilmişdi. Digər tərəfdən isə ABŞ-ın özündə
daxili bazarın geniş tutumu, sürətli kapital yığımı və onun ixracı,
h
əmçinin məhsuldar qüvvələrin coşqun yüksəlişi imkan verirdi ki,
o, super dövl
ət statusunu qoruyub saxlasın.
ABŞ-ın bu dövrdə öz daxilində və dünyada 2367 hərbi bazası
var idi.
Əgər 1940-cı ildə ölkədə silahlanmaya 3,5 milyard dollar
x
ərclənirdisə, 1948-ci ildə hərbi xərclər 13,4 milyard dollar təşkil
edirdi.
Harri Trumeni prezidentliyi dövründ
ə ABŞ-ın xarici siyasəti
Dünya
hegemonluğuna doğru. ABŞ-SSRİ münasibətləri
İkinci dünya müharibəsi ABŞ-ın təcridçilik siyasətindən “əl
ç
əkməsinə” səbəb olan başlıca amil oldu. 1945-ci ilin dekabrın 19-
da Trumenin konqres
ə göndərdiyi məktubunda da bu özünü çox
açıq şəkildə göstərirdi:Bu bizim xoşumuza gəlsə də, gəlməsə də
biz bir şeyi etiraf etməliyik ki, əldə olunan qələbə “Amerika xal-
5
qının üzərinə dünyanı idarə etmək kimi bir məsuliyyəti qoy-
muşdur”.
ABŞ-ın hegemonluğuna nail olmaq yolunda başlıca maneə
is
ə SSRİ idi.
ABŞ xarici siyasət planında bu kimi məsələlər çoxdan bəri
xüsusi metod v
ə üsullar vasitəsilə hazırlanmışdır ki, bu onun
diplomatiyasına xüsusi bir “rəng” verirdi. ABŞ heç bir vəchlə
beyn
əlxalq əhəmiyyətli məsələlərin həllində hər hansı bir dövlətin
vasit
əçi və ya aparıcı bir rolda çıxış etməsinə yol vermirdi. Hətta
bu m
əsələ hər hansı bir ölkənin daxili problemi də olsa, onun
r
əyini formal olaraq soruşur və digər dövlətlərin verəcəkləri rəy-
l
ərlə hesablaşmırdı. ABŞ dövlət departamenti bu birtərəfli “bəyən-
nam
əni” beynəlxalq hüquq normaları çərçivəsində “təsdiq etmək”
v
ə onun “militarist görkəminə” beynəlxalq arenada “sülhpərvər
görk
əm” verməyə çalışırdı.
T
əcridçilik siyasətindən imtina edildikdən
sonra ABŞ özünün
dövrün t
ələblərinə uyğun olaraq ətraflı şəkildə hazırlanmış və
möhk
əmləndirilmiş “Açıq qapılar” adı ilə məşhur olan öz doktrina-
sının yenidən xarici siyasət arenasına gətirdi. Vaşinqton əmin idi
ki,
haradakı qapılar onun üçün açıqdır, orada onun iqtisadi,
maliyy
ə və siyasi mövqeyi daim güclü olacaqdır. Bu isə ABŞ ka-
pita
lının dünyada hökmranlığını təmin edirdi. Beləliklə, “Açıq qa-
pılar” proqramı ABŞ-ı dünyada yeganə hegemon dövlət edəcək bir
siyasi proqram idi. Müharib
ədən sonra cərəyan
edən siyasi hadi-
s
ələr göstərdi ki, bu proqram siyasi cəhətdən əlverişsiz bir
xarakter
ə malik idi ki, bu da sonda siyasi xətdə ciddi “əyrintilərin”
olduğunu göstərdi. Müharibədən sonra bunun ilk fəsadlarını biz
sosializm v
ə kapitalizm sistemləri arasında baş vermiş ziddiy-
y
ətlərin əsas faktorlarından biri kimi müşahidə etdik.
H
ələ müharibə qurtarmamışdan əvvəl Vaşinqton böyük
diplomatik hazırlıq işlərinə başlamaqla gələcəkdə dünyada yeganə
hegemon dövl
ətə çevrilmək üçün bir sıra proqram layihələrini
n
əzərdən keçirdi. Bu planları həyata keçirmək üçün mütləq bir
şəkildə hüquqi, dünyəvi və beynəlxalq bir təşkilat lazım idi ki, bu
da g
ələcəkdə BMT ola bilərdi.