9
il
ə nəşr etdirdiyi tədqiqat materialları göstərirdi ki, ABŞ nüvə
silahlarının istehsalı üçün də düşünülmüş ölçülər üzərində işləmiş
v
ə müharibə olacağı təqdirdə əsas vəzifə sovet nüvə potensiallarına
nüv
ə silahları vasitəsi ilə ilk zərbə vurmaqdır. Bundan sonra
İngiltərə və ABŞ-da SSRİ ilə münasibətdə amerikan hərbi-strateji
planları və xüsusilə də sovetlərə nüvə zərbələrinin endirilməsi
planlarını özündə əks etdirən sənədlər çap edilmişdi.
Xirosima v
ə Naqasaki faciələrindən sonra ABŞ hərbi maşını
v
ə ona dəstək verən idarə aparatı “sovet təhlükəsi”nə qarşı
qabaqlayıcı tədbir kimi nüvə silahları vasitəsilə aviozərbələr
planını özündə əks etdirən direktivlər hazırlamağa başladı. Onlar
bel
ə adlanırdı: ”Amerika hərbi siyasətinin formalaşmasının əsasları
(1492/2) ” v
ə “ABŞ hərbi qüvvələrinin istifadə edilməsi planları və
strateji konsepsiyası (1518) ”. Bu direktivlər ABŞ qərargah rəis-
l
ərinin birləşmiş komitəsi tərəfindən 1945-ci ildə ayrı-ayrılıqda
müvafiq olaraq 19 sentyabr v
ə 9 oktyabrda təsdiqləndi. Direk-
tivl
ərin hazırlanmasında “əməyi keçənlər” birinci direktivə əsa-
slanaraq bildirirdil
ər ki, ilk zərbə konsepsiyasını reallığa çevirmək
mümkündür. Onlar deyirdil
ər: ” Biz heç bir vəchlə icazə verə
bilm
ərik ki, bizim təcavüzkar davranışlarımıza mane olmağa zəmin
yaradan yalan v
ə təhlükəli ideyalar səbəbindən bizə ilk zərbə
endirilsin.
Bunları nəzərə alaraq bizim hökumət tez bir zamanda
siyasi bir addım atmalıdır ki, bununla eyni bir zamanda ilk zərbə
konsepsi
yası əsasında hazırlıq işləri görülmüş olsun”
1945-
ci ilin oktyabrında Qərargah rəislərinin birləşmiş
komit
əsi atom silahı istehsalının sürətləndirilməsi barədə idarə
dair
əsinə bir sıra təklif və tələblər göndərdi. Noyabrın 31-də isə
tam m
əxfi bir şəkildə atom silahlarının və digər nüvə silahlarının
t
ətbiq olunacağı yerlər müəyyənləşdirildi. Yaponiyanın taleyini
yaşayacaq şəhərlər bunlar olmalı idi: Moskva, Lelinqrad(indiki
Sankt-Peterburq), Qorki,
Kuybişev, Sverdlovsk, Novosibirsk,
Omsk, Saratov, Kazan, Ba
kı (göründüyü kimi ABŞ-ın direk-
tivl
ərində təkcə nüvə potensiallı mərkəzlərin deyil, həm də neftlə
z
əngin şəhərlərin məhv edilməsi məsələsi əks olunmuşdu ki, bu
da bütün SSRİ ərazisində məhz Bakı idi. Bakını əhəmiyyəti hətta
ABŞ hökumət dairələrində belə diqqət mərkəzində idi-red),
10
Daşkənd, Çelyabinsk, Nijni-Taqil, Maqnitaqorsk, Perm, Tiblisi
(Tiflis-red) , Novokuznetsk,
Qroznı, İkutsk, Yaroslavl.
1948-ci ild
ə atom silahı vasitəsilə təşkil olunacaq aviozərbə-
l
ərin umumi və konkret əməliyyat planları hazırlandı. Onların şərti
adları belə idi:”Broyler”, “Frolik”, “Xarrou” və s.
Ümumiyy
ətlə, QRBK-nin sədlərində əks olunan direktivlərdə
strateji planlaşdırma bu prizmadan qurulurdu: “Əgər ABŞ tezliklə
mü
əyyən olunmuş yerlərdə hərbi bazalar yaradıb onlar arasında
əlaqəni tənzimləyə bilsə, o zaman tezliklə müharibəyə başlamaq
imkanı artar və sonra Rusiyanın (SSRİ-red)həyati əhəmiyyətli
s
ənaye mərkəzlərinə və şəhər mərkəzlərində hərbi-hava əməliy-
yatları icra etmək mümkün olacaqdır. . . . . Strateji hərbi-hava
uçuşlarını və hər ehtimala qarşı böyük yerüstü əməliyyatlara
başlamaq məqsədi ilə əhəmiyyətli regionların ələ keçirilməsi üçün
mütl
əq bir şəkildə piyada, hərbi-hava və hərbi-dəniz qüvvələrini
seçib hazırlamaq lazımdır”.
Direktivl
ərdə qeyd edilirdi ki, xüsusilə sovet neft sənaye
m
ərkəzlərini (əsasən Bakı və onun ətraf əraziləri-red) Aralıq
d
ənizinin şərqində və yaxud Qahirə-Suveyş regionunda salınacaq
h
ərbi bazalardan qalxacaq hərbi təyyarələr vasitəsi ilə bombardman
edilm
əsi gərəklidir ki, effektiv nəticələr verə bilsin. Moskvanın
ətraf rayonlarının isə B-29 markalı təyyarələr vasitəsi ilə vurulması
is
ə əldə olunacaq effektiv nəticələrin maddi və mənəvi dayağı
olmalı idi. Buraya aparılacaq təyyarələrin bazasının isə həm
Qahir
ə-Suveyş, həm də Britaniya adalarında yerləşməsi nəzərdə
tutulurdu. Ural v
ə Kuzbas kimi regionları isə Hindistanda
yerl
əşəcək bazalardan çətinlik çəkmədən zərbə altında qoymaq
olar
dı. Beləliklə, keçiriləcək hərbi–hava əməliyyatlarının ABŞ
üçün uğurlu olması üçün bazaların məhz Yaxın Şərqdə, Britaniya
adalarında və Hindistanda yaradılması zəruri idi.
H
ələ bir neçə il əvvəl prezidentin köməkçisi K. Klifford
müharib
ə kursunu özündə əks etdirən “Sovet İttifaqı ilə müna-
sib
ətdə Amerika siyasəti” adlı məruzəsini prezidentə təqdim etmiş-
di. M
əruzədə deyilirdi: “ Sovet İttifaqının əsas mərkəzlərinin,
s
ənaye mərkəzlərinin və zəngin faydalı qazıntılarının olduğu
n
əhəng ərazisi səbəbindən zəifliyi o dərəcədə deyil. Bu səbəbdən
11
ona qarşı təkcə atom yox, bioloji müharibə də aparmaq lazımdır.
Bel
əliklə ABŞ SSRİ-ni effektiv bir şəkildə məhv etmək istəyirsə,
özünü atom v
ə bioloji müharibəyə hazırlamalıdır. ”
1947-ci ild
ə C.Forrestolun başçılığı ilə Müdafiə Nazirliyi
yaradıldı. Onun nazir təyin edilməsi ilə anti-sovet kompaniya ölkə
daxilind
ə yeni impuls aldı.
Müdafi
ə nazirliyi ilə birgə prezident başda olmaqla Milli
T
əhlükəsizlik Şurası da (MTŞ)hərbi planların hazırlanmasında
yaxından iştirak edirdi. 1947-ci ildən başlayaraq bu iki dövlət
t
əşkilatı tərəfindən hazırlanan planlar sonda QRBK (Qərargah
R
əislərinin Birləşmiş Komitəsi) tərəfindən nəzərdən keçirilib
t
əsdiqlənirdi. Bu dövrdə MTŞ-nin qəbul etdiyi 7, 20/1, 20/2, 58
nömr
əli memorandumlar xüsusilə əhəmiyyətlidir. Bunlardan 7
nömr
əli memorandum ən maraqlı idi.
1947-1949-cu ill
ərdə hərbi planları ümumi şəkildə belə
hazırlanmışdır. Birincisi - ümumdünya sosializm quruluşunu “dəf
etm
ək”, əgər mümkün olarsa, SSRİ ilə müharibə qaçılmaz reallıq
idi.
İkincisi--SSRİ və onun müttəfiqləri hərbi və iqtisadi cəhətdən
ABŞ-ın səviyyəsinə çatmamalıdır. Üçüncüsü--ABŞ nüvə silahını
birinci olaraq istifad
ə etməyə hazır olmalıdır.
1948-
ci ilin martında MTŞ-nın 7 nömrəli memorandumunda
ABŞ-ın əsas hərbi və xarici siyasət məkanında vəzifələri öz əksini
tapırdı. Bunun əsasında aşağıdakı tədbirlər görülməli idi: Ölkə da-
xilind
ə ABŞ hərbi potensialını gücləndirmək, ABŞ-ın atom
bombası sahəsində şəriksiz monopoliyasını qorumaq, ölkə daxilin-
d
ə “sovet təhlükəsi” haqqında geniş təbliğat proqramı hazırlamaq,
h
əmçinin, geniş informasiya vasitələrinin köməkliyi ilə bizim
xarici siyas
ətimizin ictimaiyyət tərəfindən dəstəklənməsini təşkil
etm
ək, ölkə xaricində müharibə olacağı təqdirdə əks-hücumun təş-
kili zamanı diqqəti Qərbi Avropaya yönəltmək də nəzərdə
tutulurdu.
”D
əmir pərdə”nin şimal tərəfi Norveçdən başlayaraq cənubi-
şərqdə Türkiyənin cənub sərhədləri boyunca uzanırdı və öz
daxilind
ə sosialist Avropasını birləşdirirdi. Bu ölkələrdə mövcud
quruluşlara qarşı təşkil ediləcək müqavimət hərəkatına kömək
Dostları ilə paylaş: |