İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə35/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   31   32   33   34   35   36   37   38   ...   135

PİMİYENT KÖKƏLƏRİ 

-

 



Kimsə kökələrlə başımı tovlayıb, - dedim, - və mən bunun axırına 

çıxacağam.  Yəqin,  sənə  hər  şey  məlumdur.  Söylə,  yoxsa  səndən  oladya

1

 

düzəldəcəyəm. 



Piştaxtanın üstündən hoppanıb Emsli əmiyə yaxınlaşdım. O, qobura əl 

atdı,  lakin  pulemyotu  yeşikdə  olduğundan  ona  heç  iki  düym  də  yaxınlaşa 

bilmədi. Köynəyinin yaxasından yapışıb onu küncə sıxdım. 

-

 



Kökələr  barədə  hər  şeyi  danış,  -  dedim,  -  yoxsa  özün  kökəyə 

çevriləcəksən. Miss Uillela onları bişirə bilir? 

-

 

Ömründə  bir  dənəsini  də  bişirməyib,  mənsə  onlan  heç 



görməmişəm, - Emsli əmi qətiyyətlə söylədi. - Yaxşı, sakit ol, Ced, sakit ol. 

Həyəcanlandığından  başındakı  yara  ağlını  çaşdınr.  Çalış,  kökələr  barədə 

fikirləşməyəsən. 

-

 



Emsli əmi, - dedim, - mənim başımda yara yoxdur, amma görünür, 

ağlımı  itirirəm.  Cekson  Quş  mənə  dedi  ki,  miss  Uillela-  nın  yanına  kökə 

hazırlamağın  qaydasını  öyrənmək  üçün  gəlir  və  inqrediyentlərin  siyahısını 

əldə  etməyimi  xahiş  etdi.  Mən  ona  kömək  göstərdim,  nəticə  isə  göz 

qabağındadır.  O  nə  edib?  Bu  qırmızıgöz  çoban  mənə  bəngotu  yedizdirib 

məgər? 


-

 

Yaxamı burax, - Emsli əmi dedi, - hər şeyi danışacağam. Görünür, 



Cekson Quş səni aldadıb. Uillela ilə gəzintidən bir gün sonra o, bura gəldi 

və  sən  kökələr  barədə  danışdığın  zaman  ehtiyatlı  olmağımızı  tövsiyə  etdi. 

Dedi ki, bir dəfə düşərgədə kökə bişiriləndə uşaqlardan kimsə sənin başına 

tava ilə vurub. Bundan sonra hirsləndiyin və  yaxud həyəcanlandığın zaman 

yara  səni  narahat  edir  və  sən,  sanki,  dəliyə  çevrilib  kökələr  barədə 

sərsəmləməyə  başlayırsan.  O  dedi  ki,  sənin  fikirlərini  yayındınb 

sakitləşdirmək  lazımdır,  belə  olduqda  təhlükə  aradan qalxar.  Buna  görə  də 

Uillela ilə  mən əlimizdən  gələni  eləyirdik. Hə,  - Emsli əmi  dedi, - Cekson 

Quş kimi qoyun çobanlarına az-az rast gəlmək olur. 

Ced  başına  gələn  hadisəni  danışa-danışa  kisə  və  bankalardan 

götürdüyü  porsiyaları  məharətlə  bir-birinə  qarışdırdı.  Hekayənin  sonunda 

qarşıma qalay boşqabda bir cüt alyanaq, 



1

 

Oladya - buğda unundan kökə 

109 


downloaded from KitabYurdu.org


O.HENRİ 

qəşəng kökə qoydu. Sonra haradansa bir parça yağ və bir şüşə qızılı 

rəngli sirop çıxardı. 

-

 



Bu hadisə çoxdan olub? - soruşdum. 

-

 



Üç  il  keçib,  -  Ced  cavab  verdi.  -  Onlar  indi  Qotur  Eşşək 

rançosunda  yaşayırlar.  Amma  o  vaxtdan  onlan  görməmişəm. 

Deyilənə  görə,  Cekson  Quş  başımı  kökələrlə  tovladığı  müddətdə 

fermasını  yırğalanan  kürsülərlə,  pərdələrlə  bəzəyirmiş.  Artıq  qəm-

qüssəni kənara qoymuşam. Amma uşaqlar hələ də mənə gülürlər. 

-

 



Bu kökələri həmin məşhur resept əsasında hazırlamısan? 

-

 



soruşdum. 

-

 



Sənə axı dedim: heç bir resept yox idi, - Ced dilləndi. 

-

 



Uşaqlar özləri onlann dəlisi olana qədər elə hey qışqınb səs- küy 

salırdılar. Mən də bu resepti qəzetdən kəsib götürdüm. Hə, necədir? 

-

 

Çox  gözəl,  -  dedim.  -  Özün  niyə  dadına  baxmırsan,  Ced? 



Onun ah çəkdiyini gördüm. 

-

 



Mən? - Ced soruşdu. - Onlan heç dilimə də vurmuram. 

110 

downloaded from KitabYurdu.org




İLK TƏLƏB 

Həmin  günlər  maldarlar  özlərini  padşah  kimi  hiss  edirdilər.  Onlar 

sürünün  hökmdan,  otlaqların  əmiri,  çəmənliklərin  lordu,  mal  ətinin 

qrandları

1

  idilər.  Əgər  həvəsləri  olsaydı,  qızıl  kareta-  larda  belə  gəzə 



bilərdilər. Dollarlar üstlərinə yağış kimi yağırdı. Onlara elə gəlirdi ki, pullan 

lazım  olduğundan  çoxdur. Maldar  özünə  qabırğalannda  yara  əmələ  gətirən 

iri qapaqlı, qiymətli  daşlarla bəzədilmiş qızıl saat aldıqdan, gümüş  mismar 

və anqara dərisindən Kaliforniya yəhəri hazırladıqdan, bir də hər rast gələni 

sayı-hesabı bilinməyən içkiyə qonaq etdikdən sonra qalan pullannı hara sərf 

etməli idi? 

Evli  olan  kəmənd  hersoqlannın  izafi  kapitaldan  azad  olmaq  üçün 

imkanları o qədər də məhdud deyildi. Adəmin qabırğasından yarananlar bu 

məsələyə  kifayət  qədər  yaradıcı  yanaşa  bilirdilər.  Pul  kisələrini 

yüngülləşdirməyin bu dahi nümayəndələrinin sinələrində gizlətdikləri illərlə 

orada  mürgüləyə  bilərdi  -  əgər  istisna  hallar  baş  verməsəydi.  Amma  belə 

olduqda  da,  mənim  zavallı  qardaşlarım,  o  pullar  tamamilə  puça  çıxa  bil-

məzdi! 

Bir dəfə arvadı tərəfindən qovulmuş Uzun Bili Lonqli uğurun sevincini 



daha  çox  dadmaq  məqsədi  ilə  Friodakı  Serkl  Branç  barının  yanındakı 

cəngəlliyi buraxıb, şəhərə gəldi. Onun kapitalı, təxminən, yarım milyon idi 

və gəliri durmadan artırdı. 

Uzun Bili bütün elmi dərəcələrini mal-qara düşərgəsində və çöllərdəki 

həyat  yolunda  qazanmışdı.  Bəxti  və  qənaətcilliyi,  düşünən  başı  və  vüqarlı 

vücudunda parlayan iti gözləri onu adi kovboydan sürü sahibinə çevirmişdi. 

Sonra  maldarlıqda  canlanma  yaranmış  və  tale  tikanlı  kaktuslann  arasından 

ehtiyatla keçib onun rançosunun kənannda pərvəriş tapmışdı. 

Lonqli  kiçik  qərb  şəhəri  olan  Çapparozada  özünə  dəbdəbəli  villa 

tikdirmişdi. Sonra elə burada da kübar öhdəliklərinin cəng 



1

 

Qrand - İspaniyada zadəgan 

111 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə