İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə33/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   29   30   31   32   33   34   35   36   ...   135

PİMİYENT KÖKƏLƏRİ 

Mən qayıdıb Emsli əmidən soruşdum: “Sən qoyun çobanı dedin?” 

- Hə, qoyun çobanı dedim, - Emsli əmi təkrar etdi. - Düz eşitmisən: qız 

Cekson Quşla gedib. Onun səkkiz otlaq sahəsi və Şimal qütbündən cənuba 

doğru səpələnmiş dörd min baş əla cins merinosu var. 

Dükandan  çıxıb  onun  kölgəsində  oturdum  və  kürəyimi  kaktus  koluna 

söykədim.  Qumu  götürüb  qeyri-ixtiyari  çəkmələrimin  boğazına  tökür, 

Ceksonlar cinsindən olan quşlara dair monoloqlar söyləyirdim. 

Ömrümdə  heç bir qoyun çobanını şikəst  etməmişdim, bunu heç lazım 

da  bilməmişdim.  Nə  vaxtsa  onlardan  biri  ilə  rastlaşmışam.  O,  at  üstündə 

gedə-gedə  latın  qrammatikasını  oxuyurdu;  ona  heç  barmağımı  da 

toxundurmadım.  Digər  kovboy-  lardan  fərqli  olaraq, qoyun  çobanlan  məni 

heç vaxt əsəbiləşdirmirdilər. Mən, daha çox, masa arxasında oturub yemək 

yeyən, ştiblet geyinən və adamla cürbəcür mövzularda söhbət edən mızılan 

şikəst  edib  eybəcər  hala  salmaq  istəyirdim.  Bəzən  elə  olur  ki,  yaxınlıqdan 

ötərkən  onlara  dovşana  baxdığın  kimi  baxır,  hələ  bir  xoş  söz  də  deyərək 

havalar  barədə  söhbət  etməli  olursam.  Əlbəttə,  nə  orada,  nə  də  başqa  bir 

yerdə  heç  bir  içki  məclisi  ola  bilməzdi.  Ümumiyyətlə,  mən  onlarla 

münasibət  saxlamağı  gərəkli  hesab  etmirdim,  öz  xeyirxahlığım  sayəsində 

onlara rahat nəfəs almağa imkan verdiyimə görədir ki, indi belələrindən biri 

miss Uillala Liraytla gəzintiyə çıxmışdı. 

Havanın  qaralmasına  bir  saat  qalmış  onlar  atlannı  çapa-çapa  geri 

döndülər və Emsli əminin darvazasının qarşısında dayandılar. Qoyun adam 

Uillalaya atdan düşməyə kömək etdi və onlar bir müddət dayanıb bir-birinə 

ədalı,  fəndgir  sözlər  söylədilər.  Sonra  isə  qanadlanmış  Cekson  yəhərin 

üstünə  atılaraq  qazançayaoxşar  şlyapasını  qaldırdı  və  öz  qoyun  rançosuna 

doğru yol aldı. Bu  müddət ərzində çəkməmi  qumdan təmizləyib kaktusdan 

aralandım.  Pimiyentdən  yanm  mil  uzaqlaşmamışdı  ki,  çal  atımın  belində 

ona çatdım. 

Mən  bu  çobanı  “qırmızıgöz”  adlandırsam  da,  əslində,  belə  deyildi. 

Onun görmə aləti boz, kirpikləri qırmızı, saçı isə sarı 

103 


downloaded from KitabYurdu.org


O.HENRİ 

olduğundan,  adama  qırmızıgöz  təsiri  bağışlayırdı.  Qoyun  çobanına 

bir  bax!..  O,  ən  yaxşı  halda  qoyunqapan  yırtıcı  quşu,  boynuna  san 

rəngli  ipək  yaylıq  bağlamış,  ayağına  bantikli  baş-  maqlar  geymiş 

böcəyi xatırladırdı. 

-

 



Xoş  gördük!  -  dedim.  -  Siz  hazırda  atış  fəndlərinə  görə 

Cedson  Həqiqi  Ölüm  adlı  adamla  yanaşı  gedirsiniz.  Adətən,  atəş 

açana  qədər  özümü  naməlum  adamlara  belə  təqdim  edirəm,  çünki 

meyitin əlini sıxmağı xoşlamıram. 

-

 

Bəs beləl - o, tam sakit dilləndi. - Sizinlə tanışlığıma şadam, 



mister Cedson. Mən isə Qotur Eşşək vadisindən Cekson Quşam. 

Elə  bu  an  bir  gözüm  təpənin  üstündə  kəkliyi,  o  biri  gözüm  isə 

qarağacın  quru  budağına  qonmuş  qırğını  gördü.  Qırx  beş  kalibrii 

tüfəngimdən dalbadal atəş açaraq onlan vurdum. 

-

 

Üçündən ikisi,  - dedim.  - Quşlar, yəqin ki, gülləmə necə tuş 



gəldiklərini sizə söyləyiblər. 

-

 



Sərrast atəşdir, - qoyun çobanı gözünü qırpmadan dedi. 

-

 



Elə  olub  ki,  üçüncü  dəfə  atəş  açarkən  hədəfə  dəyməyəsiniz? 

Keçən həftə gözəl yağdı, mister Cedson, indi otlar yaxşı göyərəcək. 

-Yalançı  bülbül,  -  onun  fasonlu  atına  bir  az  da  yaxınlaşaraq 

dedim,  -  kor  valideynləriniz  sizə  Cekson  adını  versələr  də,  dk- 

kildəyən  quşa  çevrilmisinlz.  Gəlin  yağışın  və  təbiət  hadisələrinin 

təhlilinə  son  qoyub  tutuquşulann  lüğətinə  daxil  olmayan  məsələlər 

barədə  danışaq.  Siz  pimlyentli  gənc  qızlarla  at  gəzintisinə  çıxmaq 

kimi pis vərdişə yiyələnmisiniz. Mən, - dedim, 

-

 

yaramaz  hərəkətlərinə  görə  qızardılmış  quşcuğazları  çox 



görmüşəm. Miss Uillelanın Ceksonlar cinsindən olan quşcu- ğazların 

qoyun  yunundan  düzəldilmiş  yuvasına  ehtiyacı  yoxdur.  Bu  zarafata 

son  qoymaq  niyyətiniz  var,  yoxsa  dəfn  mərasiminə  işarə  vuran 

“Həqiqi Ölüm” ləqəbimlə üzbəüz qalmaq istəyirsiniz? 

Cekson Quş əvvəlcə azca qızardı, sonra güldü. 

-

 



Ax,  mister  Cedson,  -  o  dedi,  -  siz  səhvə  yol  verirsiniz.  Bir 

neçə  dəfə  miss  Llraytın  yanına  gəlmişəm,  amma  məqsədim 

düşündüyünüz kimi olmayıb. 

104 

downloaded from KitabYurdu.org




PİMİYENT KÖKƏLƏRİ 

Mən əlimi tapançaya sarı uzatdım. 

-

 

Lakin bəzi yaramazlar, - dedim, - cəsarət edib ədəbsiz... 



-

 

Bir  dəqiqə  səbir  edin,  -  quşcuğaz  dilləndi,  -  imkan  verin,  izah 



edim.  Arvad  mənim  nəyimə  gərəkdir?  Siz  mənim  rançomu  görəsiniz... 

Yeməyi  özüm  bişirir,  paltarımı  özüm  çitəyirəm.  Yemək  məni  qoyunlardan 

ayıran  yeganə  həzz  mənbəyidir.  Mister  Cedson,  nə  vaxtsa  miss  Liraytın 

bişirdiyi kökələrin dadına baxmısınız? 

-

 

Mən? Yox, - dedim, - onun aşpazlıq bacarıqlarından xəbərim belə 



yoxdur. 

-

 



Bu ki, - o dedi, - Epikürün ambroziya

1

 tonqalında qızardılmış qızıl 



bürclər  toplusudur.  Mən  kökələrin  hazırlanması  reseptini  əldə  etmək  üçün 

həyatımın iki ilini qurban verərdim. Elə buna görə də miss Liraytın yanına 

gəlirdim,  -  Cekson  Quş  dedi,  -  amma  onu  öyrənmək  mənə  qismət  olmadı. 

Bu  qədim  resept  artıq  yetmiş  beş  ildir  ailə  tərəfindən  sirr  olaraq  qorunub 

saxlanılır.  Yalnız  nəsildən-nəslə  ötürülür,  kənar  adamlara  onun  sirrini 

açmırlar.  Əgər  resepti  əldə  edə  bilsəydim,  rançoda  özümə  o  kökələrdən 

bişirər, ən xoşbəxt adam olardım, - Quş söylədi. 

-

 



Əminsiniz  ki,  -  ona  dedim,  -  kökə  yoğuran  əllərin  arxasınca 

düşməmisiniz? 

-

 

Əminəm,  -  Cekson  dedi.  -  Miss  Lirayt  gözəl  qızdır,  lakin  təkrar 



edirəm: mənim niyyətimin sərhədləri qastro... - o, əlimin qobura uzandığını 

görüb  ifadəsini  dəyişdi:  -  Bu  resepti  əldə  etmək  istəyini  aşmır,  -  sözünə 

yekun vurdu. 

-

 



Görünür,  siz  o  qədər  də  pis  adam  deyilsiniz,  -  mən  nəzakətli 

olmağa  çalışaraq  dedim.  -  Az  qala,  qoyunlarınızı  yetim  qoymaq  fikrinə 

düşmüşdüm,  amma  bu  dəfə  uçub  getməyinizə  imkan  verirəm.  Lakin 

unutmayın:  kökələrdən  möhkəm  yapışın  və  sousa  yersiz  həssaslıq 

qarışdırmağı ağlınıza belə gətirməyin, yoxsa rançonuzda oxunan nəğmələri 

eşitməyə bilərsiniz. 

-

 

Səmimiyyətimə  inandığınız  üçün,  -  çoban  söylədi,  -  xahiş  edirəm 



mənə köməklik göstərəsiniz. Miss Liraytla möhkəm 

1

 

Ambroziya - qədim yunan əsatirində: cavanlıq və daimi həyat verən ətirli yemək 

105 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə