İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə30/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   26   27   28   29   30   31   32   33   ...   135

HİMENEYİN SORĞU KİTABI 

Yolda o, mənə dedi: 

-

 

Ah, bu gün ulduzlar nə gözəl və parlaqdır, mister Pratt! 



-

 

Öz  vəziyyətlərinə  rəğmən,  -  dedim,  -  kifayət  qədər  gözəl 



görünürlər.  Bax  o  böyük  ulduz  bizdən  altı  yüz  altı  milyard  mil  uzaqda 

yerləşir. Otuz altı il  lazımdır ki, onun işığı gəlib bizə çatsın. On səkkiz fut 

uzunluğu olan teleskopla - on üçüncü kəmiyyətin ulduzlan da daxil olmaqla 

- qırx üç milyon ulduzu görmək mümkündür. Əgər hansısa biri batarsa, onu 

yenidən görmək üçün sizə iki min yeddi yüz il lazım gələr. 

-

 



Oy!  -  missis  Sempson  dedi.  -  Bu  barədə  heç  nə  bilmirdim.  Çox 

istidir, bu rəqslərin ucbatından tamam tər içindəyəm. 

-

 

Nəzərə  alsaq  ki,  bədəninizdə  iki  milyon  tər  vəzisi  var  və  onların 



hamısı  eyni  vaxtda  fəaliyyətdədir,  təəccüblənməyə  ehtiyac  qalmayacaq,  - 

dedim. - Hər biri düymün dörddəbiri uzunluğunda olan tərötürücü damarlan 

bir-birinin ucuna bağlasaq, uzunluğu yeddi milə çatar. 

-

 



Məıyəm  ana!  -  missis  Sempson  söylədi.  -  Elə  bil,  suvarma 

kanallarını  təsvir  edirsiniz,  mister  Pratt.  Bu  cür  elmi  bilikləri  haradan 

mənimsəmisiniz? 

-

 



Müşahidələrimdən, - cavab verdim. 

-

 



Mister  Pratt,  -  qadın  dedi,  -  mən  mədəniyyətə  həmişə  hörmət 

bəsləmişəm. Şəhərimizin kütbeyin səfehləri arasında təhsil görmüş şəxslərin 

sayı  o  qədər  fizdir  ki,  adam  mədəni  centlmenlərlə  söhbət  edəndə  bundan, 

sözün  əsl  mənasında,  zövq  alır.  Lütfon,  istədiyiniz  vaxt  mənə  qonaq  gələ 

bilərsiniz. 

Bax  bu  şəkildə  ikimərtəbəli  evin  sahibəsinin  iltifatını  qazana  bildim. 

Həftənin  ikinci  və  beşinci  günləri  qadının  qonağı  olur,  Herkimerin 

orijinalında  aşkar  edilmiş,  təsnif  edilmiş,  təsvir  edilmiş  dünya 

möcüzələrindən  danışırdım.  Aydaho  və  şəhərin  digər  donjuanlan  onların 

sərəncamında qaları günlərin hər dəqiqəsindən istifadə edirdilər. 

Mən  bilmirdim  ki,  Aydaho  qoca  X.  M.-in  eşq  fəndlərinin  köməyi  ilə 

missis  Sempsona  təsir  göstərmək  istəyir.  Vərdiş  etdiyim  yolla  qadına  bir 

səbət yabanı gavalı apardığım axşam məsələdən xəbər tutdum. Onun gözləri 

parlayır,  şlyapası  isə  hədələyici  tərzdə  qaşlarından  birinin  üstünə  sarı 

əyilmişdi. 

downloaded from KitabYurdu.org




O.HENRİ 

-

 



Mister  Pratt,  -  o,  söhbətə  başladı,  -  səhv  etmirəmsə,  mister 

Qrin sizin dostunuzdur? 

-

 

Artıq doqquz ildir, - mən cavab verdim. 



-

 

Onunla əlaqəni kəsin, - qadın dedi, - o, centlmen deyil. 



-

 

Başa düşün, xanım, - mən söylədim, - o, ədəbsizlik, israfçılıq 



və  yalandan  irəli  gələn  çatışmazlığın  adi  hal  aldığı  şəhərin 

sakinlərindən  biridir.  Lakin  heç  vaxt,  hətta  ən  gərgin  vəziyyətlərdə 

belə onun centlmenliyini inkar etməyə hünərim çatmayıb. Ola bilsin, 

öz  geyimi,  sırtıqlığı  və  bütün  ekspozisiyalan  ilə  yaxşı  təsir 

bağışlamasın,  amma  təbiəti  etibarilə  köklüyə  olduğu  kimi,  aşağı 

dərəcəli cinayətlərə də meyilli deyil. Doqquz il Aydaho ilə bir yerdə 

olan  adam  kimi  onu  məzəmmət  edə  bilmərəm  və  başqalarının  da 

bunu etməsini istəməzdim. 

-

 

Mister  Pratt,  çox  təqdirəlayiq  haldır  ki,  siz  öz  dostunuzu 



müdafiə edirsiniz, - missis Sempson dedi, - amma bu heç də vəziyyəti 

dəyişmir,  çünki  o,  mənə  hər  qadının  ciddiliyinə  xələl  gətirə  bilən 

təhqiramiz bir təklif edib. 

-

 



Ola  bilməzi  -  dedim.  -  Yəni  Aydaho  belə  bir  zarafata  yol 

verib?  Bunu,  daha  çox,  məndən  gözləmək  olardı.  Onun  yalnız  bir 

günahı var, buna da çovğun səbəb olub. Bir dələ biz qar yağdığı üçün 

dağlarda  ləngiməli  olduq  və  dostum  riyakar,  ədəbsiz  şeirlərin 

qurbanına çevrildi. Görünür, bu şeirlər onun davranışına təsir edib. 

-

 



Məhz belədir, - missis Sempson dedi. - Onu tanıdığım andan 

bəri  Rubay  Ate  adlandırdığı  bir  qadının  allahsız  şeirlərini  ifadəli 

tərzdə mənə oxuyur. Şeirlərinə əsasən qiymət versən, başa düşərsən 

ki, bu yaramaz qadın həyatda nələr görməyib. 

-

 

Deməli,  Aydaho  yeni  kitab  əldə  eləyib,  -  dedim,  -  əvvəllər 



oxuduğu kitabın müəllifinin 

“mon de plume”

si

1



 X. M. idi. 

-

 



Yaxşısı  budur,  o,  elə  həmin  qadından  yapışsın,  -  missis 

Sempson söylədi, - onun necəliyindən asılı olmayaraq. Bu gün isə o, 

bütün  sərhədləri  aşdı.  Ondan  üstünə  məktub  tikilmiş  gül  dəstəsi 

almışam. Siz, mister Pratt, tərbiyə görmüş qadını seçə bilirsiniz, eyni 

zamanda mənim Roza mühitində hansı mövqeyə malik olduğumdan 

da xəbərdarsınız. Bir anlığa təsəvvür 



'Təxəllüs (fr.) 

94 

downloaded from KitabYurdu.org




HİMENEYİN SORĞU KİTABI 

edin ki, özümlə bir bardaq şərab və bir kömbə çörək götürüb kişi ilə meşəyə 

qaçır  və  mahnı  oxuya-oxuya  onunla  ağacların  altında  atılıb-düşürəm.  Mən 

nahar vaxtı azca qırmızı şərab içirəm, amma bu, o demək deyil  ki, kolların 

arasında  şərab  içə-  içə  hansısa  iblisi  əyləndirmək  vərdişim  var.  Əlbəttə,  o 

özü  ilə  şeir  kitabı  gətirəcəyini  də  məktubda  yazmışdı.  Amma  yox,  yaxşısı 

budur,  öz  cəncəlli  gəzintisinə  tək  getsin.  Ya  da  özü  ilə  Rubay  Atesini 

götürsün.  O  ki  şıllaq  atmayacaq,  məgər  onun  şərabdan  daha  çox  çörək 

götürməsi qadının xoşuna gəlməyəcək? Hə, mister Pratt, centlmen dostunuz 

barədə indi nə fikirdəsiniz? 

-

 

Görürsünüz, xanım, - dedim, - böyük ehtimalla Ayda- honun təklifi 



öz-özlüyündə  poeziya  olub;  sizin  xətrinizə  dəymək  məqsədi  güdmürmüş. 

Yəqin,  bu,  məcazi  şeirlər  imiş.  Belə  şeirlər  qanun  və  qaydaları  təhqir  edir, 

amma  poçtlar  onların  yayılmasına  icazə  verir;  çünki  elə  hesab  edirlər  ki, 

müəllif  düşündüyünü  yazmır.  Əgər  siz  buna  barmaqarası  baxsaydınız, 

Aydahonun  yerinə  şad  olardım,  -  dedim.  -  Və  qoy  bizim  fikirlərimiz 

poeziyanın  rəzil  sərhədlərini  aşıb  hesab  və  faktlann  yüksəkliyinə  qalxsın. 

Bizim  fikirlərimiz,  -  dedim,  -  yəqin  ki,  bu  ecazkar  günlə  səsləşir.  Bura 

istidir, düzdür? Amma unutmayaq ki, soyuq hava kütləsi ekvatordan on beş 

min fut hündürlükdə yerləşir. Qırx və qırx doqquzuncu dərəcə en dairəsində 

isə onun yerləşdiyi hündürlük dörd min futdan doqquz min futa qədər olur. 

-

 

Ax,  mister  Pratt,  -  missis  Sempson  söylədi,  -  bu  yaramaz  Rubayın 



şeirləri əsəblərimi korladıqdan sonra sizdən  eşitdiyim  ecazkar faktlar mənə 

böyük sevinc bəxş edir. 

-

 

Gəlin  yolüstü  bu  tirin  üstündə  oturaq,  -  mən  dedim,  -  və  şairlərin 



zalımlığını,  əxlaqsızlığını  unudaq.  Təsdiq  edilmiş  faktların,  qəbul  olunmuş 

ölçülərin  və  çəkilərin  uzun  sütunu  mövcuddur,  gözəlliyi  burada  axtarmaq 

lazımdır.  Üstündə  oturduğumuz  tirdə,  missis  Sempson,  -  söylədim,  - 

statistika  istənilən  poemadan  gözəldir.  Kəsikdəki  halqalar  göstərir  ki,  bu 

ağac altı yüz il yaşayıb. O, iki min fut dərinlikdə üç min ildən sonra kömürə 

çevrilir. Dünyanın ən dərin kömür şaxtası Nukastl yaxınlığındakı 

downloaded from KitabYurdu.org



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə