İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə28/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   24   25   26   27   28   29   30   31   ...   135

HİMENEYİN

1

 SORĞU KİTABI 

Bu  sətirlərin  müəllifi  mən  -  Sanderson  Pratt  hesab  edirəm  ki, 

Birləşmiş  Ştatların  təhsil  sisteminin  hava  bürosunun  sərəncamında  olması 

daha məqsədəuyğundur. Bu fikrin lehinə kifayət qədər dəlil göstərə bilərəm. 

Yaxşı,  deyin  görüm,  nə  üçün  bizim  professorları  meteorologiya 

departamentinin  ixtiyarına  verə  bilmərik?  Onlara  oxumağı  öyrədiblər, 

deməli,  səhər  qəzetlərini  asanlıqla  gözdən  keçirib,  havanın  necə  olacağı 

barədə  baş  kontora  teleqraf  göndərə  bilərlər.  Bu  məsələ  digər  tərəfdən  də 

maraq  doğurur.  İndi  sizə  havanın  mənə  və  Aydaho  Orinə  necə  dünyəvi 

təhsil verdiyi barədə danışmaq istəyirəm. 

Bitter-Rut  sıra  dağlarına  məxsus  Montan  dağının  arxasında  qızıl 

axtanrdıq.  Bir  saqqallı  gənc,  bilmirəm  nəyə  arxayın  olub  avans  vermişdi. 

Biz  də  dağları  dolaşır,  oralan  bir  balaca  eşələyirdik.  Özümüzlə 

götürdüyümüz  ərzaq  ehtiyatı  isə  sülh  konfransının  davam  etdiyi  müddətdə 

bir ordunu təmin edə bilərdi. 

Gözəl  bir  gündə  Karlosdan  gələn  poçtalyon  yanımızda  düşərgə  salıb, 

üç  banka  gavalı  mürəbbəsi  yedikdən  sonra  bizə  təzə  qəzet  verərək  getdi. 

Qəzetdə  necə  olacağı  əvvəlcədən  hiss  olunan  hava  barədə  məlumatlar 

verilmişdi. 

Həmin  axşam  qar  yağdı,  güclü  şərq  küləyi  əsdi.  Aydaho  ilə  birlikdə 

düşərgəmizi  yuxarı  hissəyə,  köhnə,  kimsəsiz  bir  daxmaya  köçürdük  və 

bunun  yalnız  noyabr  çovğunu  olduğunu  düşündük.  Hamar  yerlərə  üç  flıt 

hündürlüyündə  qar  yağandan  və  hava  kəskin  soyumağa  başlayandan  sonra 

anladıq ki, yollan qar tutub. Qar üstünü örtənə kimi bir topa yanacaq götürə 

bilmişdik.  Ərzağımız  da  iki  ay  bizə  bəs  edərdi.  Belə  ki,  təbiət  özü  üçün 

istədiyi qədər coşub qəzəblənə bilərdi. 

Adam  öldürmək  sənətini  inkişaf  etdirmək  istəyirsinizsə,  iki  adamı  on 

səkkiz  flıt  eni,  iyirmi  flıt  uzunu  olan  bir  daxmaya  salıb  qapısını  bağlayın. 

İnsan övladı buna tab gətirə bilməz. 

1

 



1

 

Himeney - Qədim Yunanıstanda nikah allahı; toy mahnısı 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Lopa-lopa  qar  yağdığı  zaman  biz  zarafatlaşaraq  qəhqəhəyi  ə 

gülür,  qazançadan  götürdüyümüz  buğdanı  tərifləyərək  çörək 

adlandırırdıq. Üçüncü həftənin sonunda Aydaho belə məzmunda bir 

fərmanla çıxış edir: 

-

 



Bilmirəm  hava  şarından  tənəkə  qazanın  dibinə  düşən  qatıq 

hansı səsi çıxarardı, amma məncə, bu, sizin danışıq üzvlərinizin ifadə 

etdiyi ölü fikirlərin gurultusu ilə müqayisədə məftunedici bir musiqi 

kimi  səslənərdi.  Hər  gün  çıxardığınız  yarım-  çeynənmiş  səslər  inək 

gövşəməsini  xatırladır.  Fərq  ondadır  ki,  inək  tərbiyə  görmüş  zat 

olaraq nəyi varsa, özündə saxlayır, siz isə yox. 

-

 

Mister  Qrin,  -  deyirəm,  -  siz  nə  vaxtsa  mənim  dostum 



olmusunuz; və elə bu da mənə “topal və pırtlaşıq tüklü iti, yoxsa sizi 

seçmək  imkanı  verilsəydi,  indi  bu  daxmanın  sakinlərindən  biri 

quyruğunu bulayırdı” fikrini çılpaqlığı ilə söyləməyə mane olur. 

Bir neçə gün bu tərzdə söhbət etdik. Sonra isə, ümumiyyətlə, heç 

nə  danışmırdıq.  Aydaho  ilə  mətbəx  ləvazimatlannı  bölürdük;  o, 

ocağın bir tərəfində  yemək  hazırlayırdı, mənsə  o  biri  tərəfində.  Qar 

pəncərəyə  qədər  qalxdığı  üçün  bütün  günü  odu  qoruyub  saxlamağa 

məcbur olurduq. 

Sizə  bəyan  edim  ki, nə  Aydahonun, nə də  mənim  təhsilim  var. 

Olsa-olsa,  qrifel  taxtasında  oxumağı,  ya  da  hesablamağı  bacanrdıq: 

“Əgər Conun üç alması, Ceymsin isə beş...” Biz heç vaxt universitet 

diplomuna  xüsusi  maraq  göstərməmişik.  Sadəcə,  dünyanı  dolaşaraq 

müəyyən  bilgilərə  sahib  olmuşduq  və  çətin  vəziyyətlərdə  onlardan 

istifadə  etməyi  bacanrdıq.  Amma  qar  bizi  Bitter-Rutda  daxmaya 

qovduğu zaman ilk dəfə anladıq ki, əgər Homeri, yaxud yunan dilini, 

kəsri və elmin ali sahələrini öyrənsəydik, indi  - tənha qaldığımız bir 

vaxt düşünməyə ehtiyatımız olardı. 

Mən  Şərq  kollecindən  olan  gənclərin  bütün  Qərb  boyu  kovboy 

düşərgələrində  necə  işlədiyinin  şahidi  olmuşdum  və  məndə  belə 

təəssürat yaranmışdı ki, təhsil onlara ilk baxışda göründüyündən daha 

az  əngəl  yaradır;  məsələn,  Sneyk-Riverdə  And  ru  Mak-Vilyamsın 

minik atını qotur tutmuşdu; və o, on mil 



88 

downloaded from KitabYurdu.org




HİMENEYİN SORĞU KİTABI 

yolu  özünü  nəbatatçı  adlandıran  qəribə  adamlardan  birinin  arxasınca  araba 

sürmüşdü. Amma buna baxmayaraq, at gəbərmişdi. 

Bir  dəfə  səhər  Aydaho  odun  parçası  ilə  daxmanın  o  qədər  də  böyük 

olmayan taxçasını eşələyirdi - adamın əli ora çatmazdı. Döşəməyə iki kitab 

düşdü. Mən onlara sarı gedəndə Aydaho ilə göz-gözə gəldik. Həftə ərzində 

o, ilk dəfə danışmağa başladı. 

-  Barmaqlarınızı  yandırmayın,  -  dedi,  - sizdən  yalnız  yatmış  tısbağaya 

yoldaş  olar.  Amma  mən  vicdanla  davranacağam.  Bununla  sizə  zınqırovlu 

ilan ünsiyyəti və don vurmuş şalğam həssaslığı bəxş edib dalınızdan dəyən 

valideynlərinizdən  çox  iş  görmüş  olaram.  Sizinlə  tuz  çıxana  qədər 

oynayacağıq, udan seçdiyi kitabı, uduzan isə o birisini götürəcək. 

Oynadıq  və  Aydaho  oyunu  uddu.  O,  istədiyi  kitabı,  mənsə  o  birini 

götürdüm.  Sonra  daxmanın  müxtəlif  künclərinə  çəkilib  mütaliə  ilə  məşğul 

olduq. 

Mən  on  unsiya'  xalis  külçəyə  belə  bu  kitab  qədər  sevinməmişdim. 



Aydaho da kitaba uşaq nabata baxdığı kimi baxırdı. 

Mənim kitabım o qədər də böyük deyildi: eni beş düym, uzunluğu altı 

düym  olardı.  Kitabın  adı  isə  belə  idi:  “Herkimer:  zəruri  biliklərin  sorğu 

kitabı”. Bəlkə də, səhv edirəm, amma fikrimcə, bu, bütün kitablann arasında 

ən  əhəmiyyətlisi  idi.  Onu  hələ  də  saxlayıram;  oradakı  məlumatların 

hesabına  istənilən  adamı  beş  dəqiqə  ərzində  əlli  dəfə  uda  bilərəm.  Nə 

Solomon,  nə  də  “Nyu-York  tribun”

1  2


  ona  çata  bilər!  Herkimer  onların  hər 

ikisini cibində gəzdirər. Bu şəxs, yəqin ki, ömrünün əlli ilini bu kitaba həsr 

edib və belə bir hikmətə sahib  olana qədər  milyon  mil yol qət  edib. Orada 

bütün  şəhərlərin  əhalisinin  statistikası,  qızların  yetkinlik  dövrünü 

müəyyənləşdirmək  üsulu,  dəvənin  dişlərinin  sayı  barədə  məlumatlar 

verilmişdir.  Bu  kitabdan  dünyanın  ən  uzun  tuneli,  göydəki  ulduzların  sayı, 

suçiçəyi xəstəliyinin neçə gündən sonra üzə çıxdığı, qadın boynunun ölçüsü, 

qubematorlann hansı “veto” hüquqlarına malik olması, Roma 



1

 

Unsiya - 29,86 qrama bərabər aptek ölçüsü 

2

 Tribun - ictimai xadim, natiq, publisist 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə