İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə25/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   21   22   23   24   25   26   27   28   ...   135

O.HENRİ 

elə  o  vəziyyətdə  də  çarpayının  yanında  oturdum  -  dəri  şalvarda  və 

sair... 

-

 



Neçə saatdır atının addım səslərini eşidirəm, Ueb,  - o dedi. - 

İnanırdım ki, gələcəksən. İşarəni gördün? - pıçıltı ilə soruşdu. 

-

 

Düşərgəyə  qayıdan  kimi,  -  cavab  verdim.  -  Kartof-soğan 



kisələrinin üstünə çəkilmişdi. 

-

 



Onlar  həmişə  bir  yerdədir,  -  o,  nəvazişlə  dedi,  -  bütün 

həyatları boyu. 

-

 

Onlar birlikdə gözəl olur, - dedilər, - həm də pörtlədilmiş ətlə. 



-

 

Mən ürəyi və xaçı nəzərdə tuturam, - o dedi, - bizim işarəni. 



Sevgi və əzab - onun mənası budur. 

Qoca  Dok Mesqrov  da  orada  idi; içdiyi  viski  və əlində  tutduğu 

palma yarpağından olan yelpik onu möhkəm əyləndirirdi. Hə, tezliklə 

Santa  yuxuya  getdi.  Dok  əlini  onun  alnına  qoyub  mənə  dedi: 

“Hərarəti  salmaq  üçün  pis  dərman  deyilsiniz.  Lakin  indi  getsəniz, 

yaxşı  olar.  Çünki  diaqnoza  əsasən,  yüksək  dozada  sizə  ehtiyac 

yoxdur. Qız yuxudan ayıldığı zaman tam sağlam vəziyyətdə olacaq”. 

Mən otaqdan çıxıb qoca Mak-Allisterlə görüşdüm. 

-

 

O yatır, - dedim. - İndi siz məndən aşsüzən düzəldə bilərsiniz. 



Fürsəti  əldən  buraxmayın;  tüfəngimi  yəhərin  üstündə  qoyub 

gəlmişəm. 

Qoca gülüb dedi: 

-

 



Qərbi  Texasın  idarə  etməyi  ən  yaxşı  bacaran  adamına 

qurğuşun  boşaltmaqla  nə  əldə  edəcəyəm?  Beləsini  haradan 

tapacağam?  Nə  üçün  səni  yaxşı  hədəf  hesab  edirəm?  Çünki 

kürəkənim  olmaq  istəyirsən.  Ueb,  sən  bir  ailə  üzvü  kimi  mənə 

yaramırsan.  Nopalitoda  isə  səndən  istifadə  edə  bilərəm,  amma  bir 

şərtlə ki, malikanə işlərinə bumunu soxmayacaqsan. Yuxa- nya qalx, 

uzan yat. Bu məsələni oyandıqdan sonra müzakirə edərik. 

Şlyapasını  gözünün  üstünə  endirən  Beldi  Budz  ayağını  yəhərin 

qaşından  çıxardı.  Ueb dlovu çəkib tərpənməz dayanmış atı hərəkətə 

gətirdi.  Qərbdə  qəbul  olunmuş  qaydaya  əsasən,  kişilər  bir-birinin 

əlini sıxdılar. 

78 

downloaded from KitabYurdu.org




ÜRƏK VƏ XAÇ 

-

 



Adios,

  Beldi,  -  Ueb  dedi,  -  səninlə  görüşüb  söhbət  etdiyim  üçün 

şadam. 

Atlar  yerdən  elə  səs-küylə  götürüldülər  ki,  elə  bil,  bir  dəstə  bildirçin 



uçdu;  sonra  onlar  üfüqün  müxtəlif  nöqtələrinə  doğru  istiqamət  aldılar. 

Təxminən  yüzyard'  getdikdən  sonra  Beldi  atını  çılpaq  bir  təpənin  üstündə 

saxlayıb  fəıyad  qopardı.  O,  yəhərin  üstündə  yellənirdi.  Piyada  olsaydı, 

torpaq  ayağının  altından  qaçıb  onu  udardı.  Yəhərin  üstündə  isə  həmişə 

tarazlığını  saxlaya  bilir,  viskiyə  qalib  gəlir  və  ağırlıq  mərkəzinə  həqarətlə 

baxırdı. 

Yəhərin üstündə oturmuş Ueb siqnal eşidib arxaya çevrildi. 

-

 



Sənin  yerində  olsaydım,  -  Beldinin  rişxənd  dolu  cingiltili  səsi 

eşidildi, - artıq kral idim. 

Növbəti  gün  səhər  saat  səkkizdə  Nopalitodakı  evin  qarşısında  atdan 

düşən  Bed  Temer  şporlarını  cingildədə-cingildədə  eyvana  tərəf  addımladı. 

Bu səhər iribuynuzlu mal-qara sürüsünü San-Antonioya aparmalı idi. Missis 

İqer eyvanda qırmızı saxsı küpə ilə sünbülçiçəyini sulayırdı. 

“Kral” Mak-Allisterdən qızına çoxlu müsbət keyfiyyət miras qalmışdı: 

qətiyyət, gümrahlıq və böyük cəsarət, inadkarlıq və özünəinam, buynuzlu və 

dımaqlı heyvanlar üzərində hökmranlıq edən monarxa məxsus vüqar. Mak-

Allister  sürətinə  görə 



allegro,

  xasiyyəti  etibarilə 



fortissimo

  idi.  Santa  bütün 

bu keyfiyyətləri mənimsəyə bilmişdi, amma qadına məxsus şəkildə. Bir çox 

cəhətləri ilə o, inək sürüsü hələ evə kral əzəməti bəxş etməmişdən çox-çox 

əvvəllər  ucsuz-bucaqsız  yaşıl  otlaqların  ağuşuna  aldığı  anasını  xatırladırdı. 

Yaraşıqlı qamət, zəriflik, gözəllik, amiranə baxışlarındakı sərtlik anasından, 

krallara məxsus müstəqil görkəm isə Mak-Allisterdən miras qalmışdı. 

Ueb göstəriş almaq məqsədi ilə müxtəlif düşərgələrdən gəlmiş bir neçə 

idarəedən şəxslə birlikdə eyvanın sonunda dayanmışdı. 

-

 



Xoş gördük! -  Bed dedi, - şəhərdə  mal-qaranı kimə təhvil  vermək 

lazımdır? Həmişə olduğu kimi - Barberəmi? 

Belə  suallara  cavab  vermək  kraliçanın  səlahiyyətinə  aid  idi. 

Təsərrüfatın bütün alğı-satqı və maliyyə məsələlərini o, öz zərif 

1

 

1



 

Yard - İngiltərədə 91, 44 sm-ə bərabər uzunluq ölçüsü 

79 


downloaded from KitabYurdu.org


O.HENRİ 

əllərində  saxlayırdı.  Mal-qaranın  idarə  edilməsi  məsələləri  isə  ərinə 

etibar  edilmişdi.  Mak-Allisterin  “kral**  olduğu  dövrlərdə  qız  onun 

katibi və köməkçisi idi. Beləliklə, o, öz işini ağıllı və səmərəli şəkildə 

davam  etdirirdi.  Santa  sualı  cavablandırmağa  macal  tapmamış 

şahzadə-konsort sakit səslə qərar verdi: 

-

 

Sürünü Simmerman və Nesbitin ağılına təhvil ver. Bu barədə 



yaxın vaxtlarda Simmeımanla danışmışam. 

Bed hündür dabanlan üstündə geri çevrildi. 

-

 

Dayanın,  -  Santa  onu  tələsik  çağırdı.  O,  ərinə  nəzər  saldı: 



qadının inadcıl boz gözlərindən təəccüb oxunurdu. 

-

 



Bu  nə  deməkdir,  Ueb?  -  qadın  soruşdu  və  qaşlan  arasında 

xırda  qınşlar  əmələ  gəldi.  -  Mən  Simmerman  və  Nesbitlə  alver 

eləmirəm. Artıq beş ildir bizdən satışa gedən mal-qaranı Barber alır. 

Onun xidmətindən imtina etmək fikrim yoxdur, - sonra Bed Temerə 

san  çevrildi,  -  mal-qaranı  Barberə  təhvil  verin,  -  qadın  sözünə 

qətiyyətlə yekun vurdu. 

Eyvanda asılmış, içində su olan səhəngə etinasızlıqla baxan Bed 

ayağını ayağının üstünə aşırdı. 

-

 

İstəyirəm bu sürü Simmerman və Nesbitə göndərilsin,  - Ueb 



dedi və mavi gözləri qəzəblə parladı. 

-

 



Cəfəngiyatdır!  -  Santa  dözümsüz  şəkildə  dilləndi.  -  Bed,  siz 

dərhal  yola  düşməlisiniz  ki,  “Kiçik  qarağac”  suvatında  nahar  edə 

biləsiniz.  Barberə  deyərsiniz  ki,  bir  aydan  sonra  bizdə  yararsız 

danaların yeni partiyası olacaq. 

Bed gizlicə Uebə nəzər saldığı zaman onların baxışları toqquşdu. 

Ueb  duydu  ki,  bu  baxışlarla  o,  bağışlanmasını  xahiş  edir,  amma 

bunun həm də təəssüf hissi olduğunu anladı. 

-

 



Sürünü, - o, sərt şəkildə dilləndi, - təhvil verərsən... 

-

 



Barberə,  -  Santa  dərhal  onun  sözünü  kəsdi.  -  Bununla  da 

məsələyə nöqtə qoyuruq. Yenə nəsə gözləyirsiniz, Bed? 

-

 

Xeyr, - Bed dedi. Amma getməzdən əvvəl quyruğunu üç dəfə 



yellətmək üçün inəyə nə qədər vaxt lazımdırsa, düz o qədər ləngidi; 

axı kişi həmişə kişinin tərəfində olur; hətta filis- tinlilər də o şəklidə 

Samsona yiyələndikləri üçün bərk qızanblar. 

-

 



öz  ağana  qulaq  as!  -  Ueb  qışqırdı.  O,  şlyapasını  çıxardı  və 

arvadına elə təzim etdi ki, az qaldı, şlyapa döşəməyə toxunsun. 



80 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə