İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə23/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   19   20   21   22   23   24   25   26   ...   135

O.HENRİ 

gözəl  paltardır.  Gəlib  baxarsan.  Sənə  həftədə  bir  dollar  qaytararam. 

Mütləq! 

Şükranlıq  günü...  Nahar  günortaya  təyin  olunmuşdu.  On  İkiyə 

İyirmi  dəqiqə  qalmış  Qreys  Meydaya  baş  çəkdi.  Hə,  qız,  doğrudan 

da,  cazibədar  idi.  Elə  bil,  qırmızı  rəng  üçün  yaranmışdı.  Meyda 

əynində  köhnə  ətək  və  göy  rəngli  bluzka  pəncərə  qabağında  oturub 

nəyisə çitəyirdi... oy, çaşdıml O, zərif əl işi ilə məşğul idi. 

-

 

Ay Allahl Sən hələ geyinməmisən?  - qırmızı don ah çəkdi. - 



Çiyinlərim  qınşmayıb  ki?  Belə  məxmər  tikmələr  çox  cazibədardır, 

düzdürmü? Nə üçün geyinməmisən, Meyda? 

-

 

Paltarım  hazır  deyil,  -  Meyda  dedi,  -  mən  gedə  bilməyə-



cəyəm. 

-

 



Bədbəxtliyə  bir  bax!  Doğrudan  da,  çox  təəssüflənirəm, 

Meyda.  Bir  şey  geyin  gedək,  yalnız  özümüzünkülər  olacaq,  sən  ki 

bilirsən, heç kəs flkir verməyəcək. 

-

 



özümü  al-qırmızı  dona  hazırlamışdım,  -  Meyda  dedi,  -  bir 

halda  ki  o  yoxdur,  getməsəm,  yaxşıdır.  Mənimçün  narahat  olma. 

Tələs, yoxsa gecikərsən. Qırmızı rəng sənə çox yaraşır. 

Nahar  mərasiminin  davam  etdiyi  müddətdə  Meyda  pəncərənin 

qarşısında əyləşmişdi.  Qızların hindtoyuğunun  anaq  sümüyünü  necə 

hay-küylə  qopardıqlannı,  qoca  Bahmanın  özünəməxsus  zarafatlara 

necə  təkcə  qaqqanaq  çəkib  güldüyünü,  yalnız  Şükranlıq  günü 

mağazada  peyda  olan  gonbul  missis  Bahmanın  brilyantlarının  necə 

parladığını,  hamını  razı  salmaq  məqsədi  ilə  mister  Remsinin  necə 

mehribancasına,  gülərüzlə  xidmət  göstərdiyini  təsəvvür  edirdi. 

Gündüz  saat  dörddə  qız  nəzəri  cəlb  etmədən  asta-asta  Şlegelin 

dükanına  yollandı  və  qalan  dörd  dollan  ödəyə  bilməyəcəyini  ona 

dedi. 

-

 



Ay  Allah!  -  Şlegel  aaqla  çığırdı.  -  Siz  nə  üçün  bu  qədər 

kədərlənirsiniz?  Götürün  onu.  Don  hazırdır.  Olanda  ödəyərsiniz. 

Məgər siz iki ildir hər gün dükanımın yanından keçmirsiniz? Məgər 

mən  bilmirəm  kimin  üçün  paltar  tikirəm?  Nə  vaxt  imkanınız  olsa, 

onda  ödəyərsinz.  Götürün  onu.  O,  çox  yaxşı  alınıb  və  əgər  siz  bu 

paltarda  gözəl  görünərsinizsə,  əla  olar.  Bu  da  paltar.  Nə  vaxt 

imkanınız olsa, pulunu ödəyərsiniz. 

72 

downloaded from KitabYurdu.org




AL-QIRMIZI DON 

Meyda qəlbini çulğalayan böyük minnətdarlıq hissinin yalnız milyonda 

birini kəkələyə bildi; donu götürdü və evə tələsdi. Dükandan çıxarkən üzünə 

yağış damcısı düşdü. Qız buna əhəmiyyət verməyib gülümsədi. 

Mağazaları  faytonlarla  dolaşan  xanımlar,  siz  bunu  başa  düşə 

bilməzsiniz. Qarderoblannı ata pullan hesabına dolduran qızlar, siz də bunu 

anlamazsınız;  Meydanın  Şükranlıq  günündə  soyuq  yağış  damcısını  hiss 

etməməsinin səbəbi sizə heç zaman çata bilməz. 

Saat beşdə qız əynində al-qırmızı don küçəyə çıxdı. Güclü yağış yağır, 

şiddətli  külək  onu  suya  qərq  edirdi.  Çətirlərini  aşağı  endirən  adamlar 

plaşlarının  düymələrini  möhkəm bərkidərək qızın yanından qaça-qaça ötür, 

evə,  ya  da  tramvaylara  doğru  tələsirdilər.  Onların  əksəriyyəti  belə  tufanda 

aydın  yay  günlərində  olduğu  kimi  rahat  gəzişən  bəxtəvər  gözlü  gözəl  qıza 

təəccüblə baxırdı. 

Təkrar  edirəm,  pul  kisəsi  ağzına  kimi  dolu,  tez-tez  paltar  dəyişən 

xanımlar,  siz  bunu  anlamazsınız.  Daim  gözəl  əşyalar  barəsində  düşünə-

düşünə,  bayramda  al-qırmızı  don  geyinmək  naminə  düz  səkkiz  ay  ac 

qalmağın  nə  demək  olduğunu  təsəvvür  edə  bilməzsiniz.  Yağış,  dolu,  qar 

yağır, külək əsir, qasırğa tüğyan edir: sizin üçün nə fərqi var, düzdürmü? 

Meydanın nə çətiri, nə də qaloşu var idi. Onun al-qırmızı donu vardı və 

o, bu paltarda küçəyə çıxmışdı. Qoy lap dünya dağılsın! Tamarzı ürək ildə, 

heç olmasa, bir dəfə xoşbəxtliyin bir damlasını hiss etməlidir. Yağış isə hələ 

də yağır, damcılanıb qızın barmaqlannın ucundan sürüşürdü. 

Kimsə  tindən  çıxıb  qızın  yolunu  kəsdi.  O,  başını  qaldırdı.  Bu,  mister 

Remsi idi; heyranlıqdan və maraqdan gözləri alışıb- yanırdı. 

-  Miss  Meyda,  -  o  dedi,  -  siz  təzə  paltarda  çox  gözəlsiniz.  Təəssüf  ki, 

naharda  iştirak  etmədiniz.  Siz  tanıdığım  qızların  ən  ağıllısısınız.  Yağışlı 

havada  gəzinti  qədər  heç  nə  insan  sağlamlığına  xeyir verə  bilməz.  Olarmı, 

mən də sizinlə gəzim? 

Meyda qızardı və asqırdı. 

73 

downloaded from KitabYurdu.org




O.HENRİ 

ÜRƏK VƏ XAÇ 

Beldi  Budz  şüşəyə  san  uzanıb  onu  götürdü.  Nəyi  götürməyə 

uzanmasından  asılı  olmayaraq,  adətən,  o...  amma  burada  söhbət 

Beldidən getmir. O, bu dəfo birinci və ikincidən forqli olaraq özünə 

bir  barmaq  artıq  süzdü.  Beldi  məsləhətçi  kimi  çıxış  edirdi. 

Məsləhətçininsə haqqını ödəmək lazımdır. 

-

 

Sənin  yerində  olsaydım,  indi  kral  idim,  -  Beldi  elə  inamla 



söylədi ki, qoburu cınldadı, şporu

1

 dngildədi. 



Enliətək  stetsonunu  peysərinə  san  itələyən  Ueb  İger  parlaq 

saçlannı  qanşdırdı.  Lakin  bərbərlərə  məxsus  bu  qayda  işə  yara-

madığından o, Beldiyə daha yüksək ixtiraçılıq nümunəsi göstərməyə 

çalışdı. 

-

 

Kraliçaya evlənmək heç də onun kölgəsinə çevrilmək demək 



deyil, - Ueb bildirdi və iztirablarına son qoydu. 

-

 



Şübhəsiz,  -  Beldi  hüsn-rəğbətlə  desə  də,  hələ  də  onda  oyun 

kartlarının  məziyyətləri  ilə  dərindən  məşğul  olan  bir  adamın  üzücü 

ehtirası  hiss  olunurdu.  -  Əslində,  kral  sənsən.  Yerində  olsaydım, 

təkrar paylanmasını tələb edərdim. Sənə gərəksiz kartlan sırıyıblar... 

deyim sən kimsən, Ueb İger? 

-

 



Kim?  -  Ueb  soruşdu,  onun  solğun  mavi  gözlərində  ümid 

qığılcımlan parladı. 

-

 

Sən şahzadə-konsortsan. 



-

 

Bir  az  yavaş  ol,  -  Ueb  dedi,  -  mən  sənə  heç  vaxt  söyüş 



öyrətməmişəm. 

-

 



Bu,  -  Beldi  izah  etdi,  -  oyun  kartlan arasında  tituldur;  amma 

o,  rüşvət  götürmür.  Başa  düş,  Ueb,  bu  möhürlə  Avropada  bəzi 

heyvanları damğalayırlar.  Təsəvvür  et ki,  sən,  yaxud  mən  və  yaxud 

hər hansı bir holland hersoqu kral ailəsinin bir üzvü ilə evlənir. Bir 

müddətdən sonra da o qadın kraliça olur. O zaman biz kim oluruq - 

kral?  Əsla!  Tacqoyma  mərasimində  bizim  yerimiz  haradasa  -  kiçik 

kral tövlələrinin birinci mehtəri ilə 

1

 



Şpor —

 rnahmTZ 



74 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə