İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə24/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   20   21   22   23   24   25   26   27   ...   135

ÜRƏK VƏ XAÇ 

kral yataq otağının doqquzuncu əzəmətli qoruyucusunun arasında ola bilər. 

Xeyirimiz isə  yalnız ondan  ibarətdir ki, onlarla birlikdə şəkillərimiz çəkilir 

və varislərin dünyaya gəlməsi üçün məsuliyyət daşıyınq. Bu, fırıldaqla oyun 

oynamaqdır.  Bəli,  Ueb,  sən  şahzadə-konsortsan.  Mən  sənin  yerində 

olsaydım, səltənət fasiləsi və yaxud 



habeas corpus,

  ya da  buna  bənzər  nəsə 

təşkil  edərdim.  Hər  şeyi  qurban  vermək  naminə  olsaydı  belə,  mən  kral 

olardım. 

Beləliklə,  Beldi  sözlərinin  təsdiqi  olaraq  kral  icraçısı  Varvik-  sayağı 

stəkanını boşaltdı. 

-

 

Beldi,  -  Ueb  təntənəli  şəkildə  dedi,  -  biz  uzun  müddət  eyni 



düşərgədə  inək  otarmışıq.  Hələ  uşaqlıqdan  eyni  otlaqda  atılıb-düşüb,  eyni 

cığırları  tapdamışıq.  Öz  ailə  sirlərimi  təkcə  sənə  açıram.  Mən  Santa  Mak-

Allister  ilə  evləndiyim  zaman  sən  Nopalito  rançosunda  adi  bir  at  təlimçisi 

idin.  Mən  isə  başçınız  idim;  bəs  indi  kiməm?  Yüyəndəki  toqqa  qədər  də 

dəyərim yoxdur. 

-

 



Qoca  Mak-Allister  Qərbi  Texasda  mal-qara  kralı  olduğu  vaxt,  - 

Beldi  iblisə  xas  hiyləgərliklə  yaltaqlandı,  -  sən  kozır  idin.  Elə  sən  də 

rançoda onun kimi ağa idin. 

-

 



Doğrudur,  -  Ueb  razılaşdı,  -  amma  bu,  onun  mənim  Santanı 

kəməndə  salmaq  cəhdimi  anlayana  kimi  belə  idi.  Sonra  o,  məni  otlağa, 

evdən  kifayət  qədər  uzağa  göndərdi.  Qoca  öldükdən  sonra  Santanı  “mal-

qara  kraliçası”  adlandırmağa  başladılar.  Mən  yalnız  mal-qaraya  baxıram. 

Bütün  işləri  o  özü  idarə  edir;  bütün  pullar  onun  sərəncamındadır.  Hətta 

turistləri  nahara  qonaq  etmək  üçün  bir  cöngə  belə  sata  bilmərəm.  Santa 

“kraliçadır”, mən isə mister “Heç kim”. 

-

 



Sənin  yerində  olsaydım,  artıq  kral  idim,  -  islahedilməz  monarxist 

Beldi Budz təkrar etdi, - kraliça ilə evlənən adam hər vəziyyətdə - istər duza 

qoyulmuş  olsun,  istərsə  qaxac  edilmiş  -  eyni  zamanda  da  hər  yerdə  - 

otlaqdan  ta  piştaxtaya  qədər  -  onunla  eyni  olmalıdır  Ueb,  çoxları 

Nopalitodakı sözün sənə  məxsus olmadığına qəribə baxır. Mən  missis İqer 

barədə  xoşagəlməz  bir  şey  demək  istəməzdim,  o,  Rio-Qrandanın  ən  gözəl 

qadınıdır, amma kişi öz evinin ağası olmalıdır. 

75 


downloaded from KitabYurdu.org


O.HENRİ 

İqerin  təmiz  qırxılmış  qarabuğdayı  sifəti  dəyişib,  incidilmiş, 

melanxolik  bir  ifadə  aldı.  Sifətinin  ifadəsi,  qanşıq  sanşın  saçlan  və 

sadəlövh mavi gözləri məktəblini xatırladırdı; elə bil, kimsə dəstəbaşı 

yerini  möhkəmcə  qamarlayıb  əlindən  almışdı.  Amma  onun  yetmiş 

dtiymlük  qüvvətli  vücudu  və  kəmərinə  taxdığı  tapançalar  belə  bir 

müqayisə üçün yolverilməz idi. 

-

 



Sən  məni  necə  adlandırdın,  Beldi?  -  o  soruşdu.  -  Həmin  o 

konsert nə deməkdir? 

-

 

“Konsort”,  -  Beldi  düzəliş  etdi,  -  “şahzadə-konsort”.  Bu, 



lüzumsuz kartlara verilən təxəllüsdür. Sən öz məzlyyətlərinlə birlikdə 

haradasa kozır valetlə üçlük arasında qərar tutmusan. 

Köksünü  ötürən  Ueb  İqer  vinçestrinin  çexolunun  kəmərini 

döşəmədən qaldırdı. 

-

 

Mən bu gün rançoya qayıdıram, - o, laqeyd tərzdə dedi. 



-

 

Səhər öküz naxırını San-Antonioya yola salmalıyam. 



-

 

Quru gölə qədər səninlə yol yoldaşıyam, - Beldi bildirdi. 



-

 

San-Markosdakı  düşərgəmdən  mal-qaranı  çıxanblar,  ikiillikləri 



seçib ayınrlar. 

Atlanna  minən  bu  hər  iki 



companeros

1

  səhər  susuzluqlannı 



yatırmaq üçün durduqlan dəmiıyol qəsəbəsindən uzaqlaşdı. 

Quru  gölün  yanında  yollan  aynldığı  üçün  atlannı  saxlayıb 

papiros çəkdilər. Yolun çox hissəsini bir kəlmə belə danışmadan qət 

etmişdilər. Sükutu yalnız at dımaqlan arasında əzilən otun titrək səsi 

və  taxta  üzəngilərin  altında  itib-batan  kolun  xışıltısı  pozurdu. 

Texasda  söhbət  nadir  hallarda  rabitəli  alınır.  İki  cümlə  arasında  bir 

mil  yol  getmək,  nahar  etmək,  qətl  törətmək  mümkündür;  bütün 

bunlar inkişaf etməkdə olan tezisə heç bir xələl gətirmir. Buna görə 

də  Ueb  on  mil  arxada  başladıqlan  söhbətə  müqəddiməsiz-filansız 

qayıtdı; 

-

 

Bilirsən, Beldi, Santa həmişə belə müstəqil olmayıb. Sən qoca 



Mak-Allisterin  bizi  bir-birimizdən  uzaq  saxladığı,  qızın  görüşmək 

üçün  mənə  necə  işarə  verdiyi  günləri  xatırlayırsan.  O,  fermaya  bir 

tüfəng  gülləsi  məsafəsində  yaxınlaşsam,  məni  dəlmə-deşik  edib 

aşsüzənə  çevirəcəyinə  söz  vermişdi.  Qızın  göndərdiyi  işarəni 

xatırlayırsan... ürək, üstündə də xaç. 

1

 Dostlar (isp.) 



76 

downloaded from KitabYurdu.org




ÜRƏK VƏ XAÇ 

-

 



Mən?  -  Beldi  sərxoşlara  xas  küsəyənliklə  dedi.  -  Ay  səni,  qoca 

mehtər! Xatırlayırammı? Lənətəgəlmiş uzunayaqlı qumru quşu, düşərgədəki 

bütün uşaqlann sizin o heroqliflərdən xəbəri vardı? Onları “Çarpaz sümüklü 

qarın”  adlandırınq.  Həmişə  də  rançodan  bizə  gətirilən  yükün  üstündə 

görərdik.  Un  kisələrinin  üstündə  kömürlə,  qəzetlərdə  isə  karandaşla 

çəkilərdi.  Bir  dəfə  qoca  Mak-Allisterin  rançodan  göndərdiyi  təzə  aşpazın 

kürəyinə də tabaşirlə çəkildiyini görmüşdüm. Düz sözümdür, vallah! 

-

 



Atası Santanı, - Ueb  qısaca izahat verdi, - mənə yazmaya- cağına 

və xəbər göndərməyəcəyinə söz verməyə məcbur etmişdi. Bax elə ona görə 

də  o,  “ürək  və  xaç”  işarəsini  fikirləşib  tapmışdı.  Nə  vaxt  məni  görmək 

istəsəydi, həmin işarəni gözümə sataşsın deyə hara gəldi çəkərdi. Və elə bir 

hal olmayıb ki, bu işarəni görüb həmin gecə qanad açıb rançoya uçmayım. 

Onunla kiçik at tövləsinin arxasındakı ağaclıqda görüşərdim. 

-

 

Bundan xəbərimiz vardı, - Beldi söhbəti uzatdı, - sadəcə, özümüzü 



bilməyən  kimi  göstərirdik.  Hamımız  sizi  dəstəkləyirdik.  Bilirdik  ki,  atını 

düşərgədə  niyə  həmişə  hazır  vəziyyətdə  saxlayırsan.  Yükün  üstündə 

“sümüklü  mədəni”  görərkən  başa  düşürdüm  ki,  bu  gecə  qoca  Pinto  ot 

yemək  əvəzinə  yol  ölçəcək.  Skerrini  xatırlayırsan...  o  çoxbilmiş  at 

təlimatçısını?  Kollecdən  olan  oğlanı  deyirəm,  sərxoşluqdan  müalicə 

olunmaq  üçün  otlağa  gəlmişdi.  Skerri  harada  “sevgilinin  yanına  gəl” 

möhürünü  görürdüsə,  bax  bu  cür  qaldınb  deyərdi:  “Hə,  bu  gecə  dostumuz 

Leandryenə Qellispunktu üzüb keçəcək”. 

-

 

Santa, - Ueb dedi, - axınncı dəfo mənə xəbər göndərəndə xəstə idi. 



Düşərgəyə qayıtdığım vaxt o dəqiqə hiss etdim və həmin gecə Pintona qırx 

mil  yolu  dördayaq  çapdım.  Qız  ağaclıqda  yox  idi.  Mən  də  evə  getdim, 

qapının ağzında məni qoca Mak-Allister qarşıladı. 

-

 



Sən  ölmək  üçün  bura  gəlmisən?  -  o  dedi.  -  Bu  gün  alınmayacaq. 

İndicə  meksikalını  sənin  arxanca  göndərdim.  Santa  səni  görmək  istəyir. 

Otağa keç, onunla danış. Çıxandan sonra mənimlə söhbət edərsən. 

Santa yataqda uzanmışdı və ağır xəstə idi. Amma elə bil, gülümsədi və 

əllərimiz bir-birinə qovuşdu. Necə gəlmişdimsə, 

77 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə