İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə20/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   16   17   18   19   20   21   22   23   ...   135

YANAN ÇIRAQ 

hansısa qızla bağlı bir məsələ idi. Mənsə yalançılan xoşlamıram.  Bir sözlə, 

o,  xoşuma  gəlmir,  vəssalam.  Məni  ucuz  qiymətə  admaq  olmaz.  Düzdür, 

varlı  adama  ilişmək  istəyirəm.  Amma  istəyirəm  ki,  o,  insan  olsun. 

Taqqıldayan pul daxılı yox. 

- Sənin yerin dəlixanadır, - şabalıdı pompadur üzünü yana çevirib dedi. 

Beləliklə,  Nensi  həftəyə  səkkiz  dollarına  rəğmən  öz  yüksək  İdeyadan 

ilə  yaşatmaqda  idi.  O,  boyat  çörəyinin  hesabına  qüvvə  toplayır,  kəmərini 

dadıa  möhkəm  bərkidərək  sirli  “dəfinənin”  izi  ilə  yoluna  davaım  edirdi. 

Onun  üzündə  anadangəlmə  kişi  ovçularına  xas  xəfif,  üzüntülü,  kədərli  və 

mübariz təbəssüm kök salmışdı. Mağaza onun üçün meşəni əvəz edirdi; ov 

sərfəli və qəşəng olduqda tez silaıhını qaldınb nişan alır, aımma hər dəfə də 

ovçuya,  ya  da  qadına  məxsus  səhv  etməmək  instinkti  onu  atəş  açmaqdan 

saxlayır və o, yeni cığıra qədəm qoyurdu. 

Lu  isə  camaşırxanada  inkişaf  edirdi.  Həftədə  qaızandığı  on  səkkiz 

dollar əlli sentdən mənzilə və yeməyə altı dollar ödəyirdi. Qalaınlan paltara 

sərf olunurdu. Nensi ilə müqayisədə zövqünü və ədalarını İnkişaıf etdirmək 

imkaınları  məhdud  idi.  Bütün  günü  boğanaq  havalı  camaşırxanada  paltar 

ütüləyə-ütüləyə  keçirəcəyi  gözəl  gecə  baırədə  arzulara  dalırdı.  Ütüsünün 

altında  tez-tez  bahalı  və  dəbdəbəli  paltarlar  olardı.  Bəlkə  də,  geyimə  qarşı 

böyük maraq ona bu metal ötürücülər vasitəsilə keçirdi. 

İş vaxtı qurtaranda artıq Den onu küçədə gözləyirdi - Lunun sədaqətli 

kölgəsi. 

Bəzən  baxışları  Lunun  getdikcə  rəngbərəng  və  zövqsüz  şəkil  alan 

geyiminə dikildiyi zaman təmiz gözlərində narahatlıq hiss olunurdu. O, qızı 

mühakimə  etmirdi.  Sadəcə,  onun  yoldan  ötənlərin  nəzərini  cəlb  etməsi 

xoşuna gəlmirdi. 

Əvvəllər olduğu kimi, Lu rəfiqəsinə sədaqətli idi. Hara getmələrindən 

asılı  olmayaraq Nensi  öz sarsılmaz qaydaları Hə onlan  müşayiət edər, Den 

də şən bir əhvalla heç bir etiraz bildirmədən əlavə xərclərə qol qoyardı. Bu 

əyləncə  axtaran  üçlüyə,  belə  demək  mümkünsə,  Lu  parlaqlıq,  Nensi  əda, 

Den  isə  etibar  bəxş  edirdi.  Münasib  kostyumlu,  uyğun  qalstuk  taxmış, 

mehriban və zarafatcıl bu gəncə həmişə arxalanmaq olardı. O, yanında 

downloaded from KitabYurdu.org




O.HENRİ 

olarkən  unutduğun,  olmadıqda  isə  tez-tez  xatırladığın  yaxşı 

adamlardan idi. Tələbkar Nensiyə belə standart əyləncələr bəzən xoş 

gəlmirdi.  Amma  o,  gənc  idi.  Gəndik  isə  acgöz  olur  və  ən  yaxşısı 

olmadıqda keyfiyyəti kəmiyyətlə əvəz edə bilər. 

-

 



Den elə hey israr edir ki, evlənək, - Lu bir dəfə etiraf etdi, 

-

 



amma  evlilik  nəyimə  gərəkdir?  Öz  başımın  ağasıyam,  pullarımı 

istədiyim kimi xərdəyirəm. O isə işləməyə icazə verməyəcək. Qulaq 

as, Nen, nə üçün o mağazaya bağlanıb qalmısan? Nə istədiyin kimi 

yeyə,  nə  də  geyinə  bilirsən.  Bir  “hə”  de,  səni  camaşırxanaya 

düzəldim.  Lovğalığını  bir  qədər  azaltsan,  bizim  işdə  yaxşı  qazana 

bilərsən. 

-

 

Məsələ  lovğalıqda  deyil,  Lu,  -  Nensi  dedi,  -  hətta  indi 



qazandığımın  yarısını da  versələr,  orada qalmağa  üstünlük  verərəm. 

Yəqin, vərdiş etmişəm. Şans gözləyirəm. Axı bütün həyatımı piştaxta 

arxasında  keçirməyə  hazırlaşmıram.  Hər  gün  yeni  nəsə  öyrənirəm. 

Daim varlı, tərbiyə görmüş adamlarla ünsiyyətə girirəm, baxmayaraq 

ki onlara yalnız xidmət göstərirəm... 

-

 



heç nəyi boşa vermədiyimə inana bilərsən. 

-

 



Öz milyonçunu tapa bildin? - Lu istehza ilə donquldandı. 

-

 



Hələ ki yox, - Nensi cavab verdi. - Seçim edirəm. 

-

 



Ay Allah, seçim edir! Bax ha, Nensi, lap yarımçıq milyonçu 

olsa  belə,  əldən  buraxma.  Mənimlə  zarafat  edirsən?!  Milyonçular 

səninlə mənim kimi işçilər barədə heç düşünmürlər də. 

-

 



Bu, onlar üçün daha pis, - Nensi ağıllı-ağıllı cavab verdi, 

-

 



halbuki  bizlərdən  biri  pullan  necə  xərdəməyi  onlara  öyrədə 

bilərdi. 

-

 

Əgər onlardan biri mənimlə kəlmə kəssə, - Lu ucadan güldü, - 



sadəcə, ürəyim gedər! 

-

 



Çünki  onlarla  ünsiyyətin  yoxdur.  Fərq  təkcə  ondadır  ki,  bu 

modabazlarla  ehtiyatlı  olmaq  lazımdır.  Lu,  sənə  elə  gəlmir  ki,  belə 

palto üçün qırmızı ipək astar bir qədər parlaqdır? 

Lu rəfiqəsinin boz rəngli sadə jaketinə baxdı: 

-

 

Məncə, sənin bozarmış cındınnla müqayisədə - yox... 



-

 

Bu  jaket,  -  Nensi  məmnun  halda  dedi,  -  eynən  missis  van 



Olstin  Fişerin  jaketinin  fosonundadır.  Parçasına  üç  dollar  doxsan 

səkkiz sent vermişəm - onunkundan yüz dollar ucuz. 



64 

downloaded from KitabYurdu.org




YANAN ÇIRAQ 

-  Bilmirəm,  -  Lu  güldü,  -  milyonçu  belə  tələyə  necə  düşə  bilər.  Nə 

olur-olsun, qızıl balığı səndən əvvəl tutacağam. 

Əslində,  rəfiqələrdən  kimin  haqlı  olduğunu  yalnız  filosoflar  söyləyə 

bilər.  Mağaza  və  kontorlarda  qəpik-quruşa  işləyən  on  minlərlə  qız  kimi 

qürur  və  vasvasılıqdan  məhrum  olan  Lu  da  səs-küylü,  boğanaq 

camaşırxanada  ütüsünü  sevinclə  işlədirdi.  Qazancı  ona  artıqlaması  ilə  bəs 

edir,  geyiminin  dəbdəbəsi  getdikcə  artırdı.  Lu  artıq  Denin  -  dözümlü, 

sarsılmaz,  dəyişməz  Denin  münasib,  amma  qəşəng  olmayan  kostyumuna 

çəp nəzərlərlə baxırdı. 

Nensi  isə  onminlərə  məxsus  idi.  İpək  paltarlar  və  cavahiratlar, 

yaxalıqlar  və  bərbəzəklər,  ətirlər  və  musiqi  -  incə  zövqün  qadın  üçün 

yaranmış bu dünyası onun taleyi idi. Əgər bu dünya ona lazımdırsa, əgər bu 

dünya  onun  üçün  həyat  deməkdirsə,  qoy  o,  bu  həyatı  yaşasın.  Və  o,  İsav 

kimi  doğuşdan  ona  verilən  hüquqlan  başqalarına  bağışlamır

1

.  Şorbası 



həmişə kasıbyanadır. 

Nensi  belə  idi.  O,  mağaza  mühitində  inkişaf  edir,  tələsmədən,  kasıb 

şam  yeməyini  inamla  yeyib  ucuz  paltarlar  barədə  düşünürdü.  O  artıq 

qadınlan  tanıyırdı.  İndi  isə  öz  ovu  olan  kişiləri,  onlann  məziyyətlərini 

öyrənirdi. Vaxt gələr, arzuladığı qəniməti ələ keçirər: ən irisini, ən yaxşısını 

- o, özünə söz vermişdi. 

Onun  arzu  işığı  sönmürdü  və  nə  vaxt  peyda  olacağından  asılı 

olmayaraq, adaxlını qəbul etməyə hazır idi. 

Lakin  bəlkə  də,  şüursuz  olaraq  o,  başqa  bir  şeyi  də  öyrənə  bilmişdi. 

Həyata baxış ölçüsü hiss olunmadan dəyişmişdi. Onun nəzərlərində dollann 

panltısı tədricən azalmağa və onda “səmimiyyət”, “şərəf’, bəzən də, sadəcə, 

“xeyirxahlıq”  kimi  keyfiyyətlərlə əvəzlənməyə başlamışdı. Gəlin  müqayisə 

edək: bəzən qalın  meşədə sığın qovan ovçu qəfil çay şırıltısının sakitlik və 

rahatlıq verdiyi çiçəkli tarlaya gedib çıxır. Belə vəziyyətdə Nem- vrod

2

 özü 


də nizəsini endirərdi. 

Hərdən  Nensi  fikirləşirdi  ki,  doğrudanmı,  ürəklərin  üstlərini  örtən 

dəriyə bu qədər ehtiyacı var? 

1

 İncildəki əfsanəyə görə, İsav öz birincilik (ilklik) hüququnu bir boşqab mərci şorbasmm müqabilində 

kiçik qardaşına vermişdir. 

2

Nemvrod - Bibliya hadisələrində mahir ovçu 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə