İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə16/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   12   13   14   15   16   17   18   19   ...   135

YALANÇI PARILTI 

-

 



Mən  sizə  kömək  edə  bilərəmmi?  -  gənc  oğlan  təklif  etdi,  - 

istəyirsinizsə, fayton çağınm, ya da... 

-Təşəkkür edirəm, - qız astadan, amma minnətdarlıq hissi ilə söylədi. - 

Düz  sözümdür,  narahat  olmağa  dəyməz.  Necə  oldu  axı  yıxıldım? 

Ayaqqabımın dabanları da boş imiş. Heç günahlandırmağa dəyməz. 

Çendler qıza baxdığı zaman ona olan marağının sürətlə artdığına əmin 

oldu. Qız zərif və qəşəng  idi, şux və  mehriban baxış- lan vardı. Əynindəki 

qara rəngli sadə donu satıcılann geyindiyi paltara bənzəyirdi. Yeganə bəzəyi 

məxmər lent olan ucuz həsir şlyapasının altından parlaq tünd-şabalıdı saçlan 

görünürdü. Ona baxmaqla, əsl zəhmətkeş  qızın yaxşı  bir portretini çəkmək 

olardı. 

Birdən  gənc  memarın  ağlına  yeni  fikir  gəldi.  O,  qızı  nahara  dəvət 

edəcək.  Onun  təmtəraqlı,  lakin  tənha  ziyafətində  məhz  bu  çatışmırdı. 

Qısamüddətli  gözəl  məclisini  qadınla  birlikdə  keçirə  bilsə,  bunun  ləzzəti 

ikiqat artıq olardı. O, qarşısındakı qızın nəcibliyinə qətiyyən şübhə etmirdi - 

danışığı və ədası bunu təsdiqləyirdi. Sadə geyiminə baxmayaraq, gənc  hiss 

edirdi ki, onunla bir masa arxasında oturmaq xoşuna gələcək. 

Bu  fikirlər  ağlına  batdığı  üçün  o,  qəti  qərar  qəbul  elədi.  Bəlkə  də,  o, 

ədəb  qaydalannı  pozdu,  amma  öz  zəhməti  hesabına  yaşayan  qızlar  belə 

vəziyyətlərdə  nadir  hallarda  rəsmiyyətə  üstünlük  verirlər.  Adətən,  onlar 

kişiləri əla tanıyır və heç nəyə yaramayan şərtiliyə əməl  etmək əvəzinə, öz 

mülahizələrinə  üstünlük  verirlər.  On  dolları  ağıllı-başlı  xərcləyə  bilsə, 

ikilikdə gözəl nahar edə bilərlər. Qızın boz həyatında bu naharın necə gözəl 

bir  hadisə  olduğunu  təsəvvür  etmək  çətin  deyildi;  qızın  əsl  heyranlığı 

sayəsində onun triumf qələbəsi və aldığı həzz daha şirin olacaqdı. 

-

 



Fikrimcə,  -  o,  ciddi  şəkildə  dedi,  -  ayaqlannızın  dincəlməsi  üçün 

hesab  etdiyinizdən  daha  artıq  vaxt  tələb  olunur.  Mən  sizə  ona  kömək 

etməyin yolunu göstərmək istəyirəm, eyni zamanda mənə də lütfkarlıq etmiş 

olacaqsınız. Siz tindən çıxdığınız vaxt mən kədərli tənhalıqla nahar etməyə 

hazırlaşırdım. Gedək, rahat bir şəraitdə oturanq, nahar edərik, söhbətləşərik. 

51 


downloaded from KitabYurdu.org


O.HENRİ 

Bu  müddət  ərzində  ayağınızın  ağnsı  azalar  və  əminəm  ki,  evə 

asanlıqla gedib çıxacaqsınız. 

Qız  Çendlerin  xoşagələn  və  aydın  sifətinə  ötəri  nəzər  saldı. 

Gözləri alışıb-yandı və mehribancasına gülümsədi. 

-

 



Amma biz tanış deyilik... belə, deyəsən, yerinə düşmür, 

-

 



qız tərəddüdlə dilləndi. 

-

 



Burada pis heç bir şey yoxdur, - o, sadəlövhlüklə dedi. 

-

 



Mən  özümü  sizə  təqdim  edərəm...  icazənizlə...  Mister  Tauers 

Çendler.  Sizin  üçün  mümkün  qədər  yaxşı  keçməsinə  çalışacağım 

nahardan  sonra  çalışaram  ki,  sizinlə  vidalaşaq,  ya  da  sizi  evinizə 

qədər ötürüm, - necə münasib görsəniz. 

-

 

Əlbəttə,  amma  belə  paltarda,  bu  şlyapada!  -  qız  Çendlerin 



qüsursuz kostyumuna nəzər salıb söylədi. 

-

 



Bu, vacib deyil, - Çendler sevincək dilləndi, - doğrusu, siz bu 

geyimdə  oradakı  dəbdəbəli  geyimdə  olan  istənilən  qadından  daha 

cazibədar görünürsünüz. 

-

 



Ayağım  hələ  də  ağnyır,  -  qız  tərəddüdlə  addım  ataraq  etiraf 

etdi.  -  Görünür,  ziyafət  təklifinizi  qəbul  etməli  olacağam.  Mənə... 

miss Merian deyə bilərsiniz. 

-

 



Onda  getdik,  miss  Merian,  -  gənc  memar  şuxluqla,  lakin 

nəzakətlə  dedi.  -  Sizə  uzağa  getmək  lazım  gəlməyəcək.  Yaxınlıqda 

münasib və çox yaxşı bir restoran var. Qoluma girin... bax belə... və 

yavaş-yavaş  getdik.  Təklikdə  nahar  etmək  danxdına-  dır. 

Sürüşdüyünüzə hətta bir az sevinirəm də. 

Onlan  yaxşı  bəzənmiş  masanın  arxasında  əyləşdirən  ofisiant 

qarşılannda sual verirmiş kimi dayandığı vaxt Çendler hər dəfə kübar 

həyata çıxarkən keçirdiyi məmnunluq hissini təkrarən yaşadı. 

Bu restoran onun Brodveydən bir qədər kənarda bəyənib seçdiyi 

restoran kimi dəbdəbəli deyildi, lakin çox az şeydə ondan geri qalırdı. 

Masa arxasında varlı müştərilər oturmuşdu, orkestnn ifası yaxşı idi və 

xoş  söhbətə  mane  olmurdu,  yeməklər  və  qulluq  isə  heç  bir  tənqidə 

layiq  deyildi.  Onun  yoldaşı  sadə  paltanna  və  ucuz  şlyapasına 

baxmayaraq,  özünü  ləyaqətlə  apanrdı  və  bu,  onun  üzünün  və 

əndamının  gözəlliyinə  xüsusi  məlahət  verirdi.  Onun  özünü  təmkinli 

aparmasına baxmayaraq, 



52 

downloaded from KitabYurdu.org




YALANÇI PARILTI 

sifəti şux və cazibədar olan Çendlerə baxdığı hiss olunurdu. Qız onun şən və 

təmiz göy gözlərinə, demək olar ki, heyranlıqla baxırdı. 

Elə  bu  zaman  Tauers  Çendlerin  varlığına  Manhettenin  ağılsızlığı, 

mənasızlıq  və  şöhrətpərəsti  iyin  azğınlığı,  lovğalıq  basili

1

,  çox  ucuz 



ədabazlığın  yaratdığı  taun  hakim  kəsildi.  O,  Brodvey-  dədir...  hər  tərəfdə 

parıltı və dəbdəbə, tamaşaçı da nə qədər istəsən. O, özünü səhnədə hiss edib, 

birgünlük  komediyada  varlı  bir  kübar  avara  və  ağzının  dadını  bilən  adam 

rolu  oynamaq  qərarına  gəldi.  Kostyumu  roluna  uyğun  gəlirdi  və  heç  bir 

qoruyucu mələk ona bu rolu oynamağa mane ola bilməzdi. 

Beləliklə, o, miss Meriana klublar və banketlər, qolf və at yürüşləri, it 

damları və kotilyonlar

2

, xarici ölkələrə səyahətlər barədə yalanlar danışmağa 



başladı, hətta Larçmontda yaxtası olduğuna da işarə vurdu. Boşboğazlığının 

qızda  müəyyən  təəssürat  oyatdığını  gördükdə  həvəslənib  milyonlar  barədə 

yeni yalanlar quraşdırdı və bir neçə soyadı, adətən, meşşanlann söyləyərkən 

ehtiramla  köks  ötürdüklərini  çəkinmədən  yada  saldı.  Bu  zaman  kəsiyi  ona 

məxsus  idi  və  ondan  yaxşı  hesab  etdiyi  nə  vardısa,  qoparmağa  çalışırdı. 

Buna  baxmayaraq,  qızın  qəlbinin  qızıl  guşəsi  oğlanın  gözünü  örtmüş 

təkəbbür dumanının arasından bir, ya iki dəfə bərq vurası oldu. 

-

 



Sizin  haqqında  danışdığınız  həyat  tərzi,  -  qız  dedi,  -  mənə  çox 

mənasız  və  dəyərsiz  görünür.  Doğrudanmı,  bu  geniş  dünyada  özünüzə  elə 

bir iş tapa bilmirsiniz ki, o, sizin üçün maraqlı olsun? 

-

 



İş?!  -  o,  ucadan  dedi.  -  Əzizim  miss  Merian!  Təsəvvür  etməyə 

çalışın  ki,  hər  gün  nahara  çıxarkən  geyiminizi  dəyişmək,  onlarla  görüşdə 

iştirak  etmək  lazımdır;  maşının  sürətini  isə  uzunqulağın  yerişindən  azca 

yüksək etdikdə tində gözləyən polislər üstünə cumub dərhal səni məntəqəyə 

aparacaqlar! Yer üzünün ən işlək adamları elə bizim kimi avaralardır. 

Nahar mərasimi sona çatdı, ofisiant səxavətlə mükafatlandırıldı; onlar 

restorandan çıxıb tanışlıqlannın baş tutduğu küçənin 

1

 



Basil - mikrob 

2

 

Kotilyon 

 

qedim rəqs növü 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə