İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə19/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   15   16   17   18   19   20   21   22   ...   135

O.HENRİ 

asta  səsi  götürə  bilmişdi.  Qızın belə  gözəl  ədalar  mühitində  olması, 

şübhəsiz, ona dərin təsir göstərməli idi. Deyirlər ki, yax- şı vərdişlər 

yaxşı qanunlardan üstündür. Bəlkə də, yaxşı ədalar yaxşı vərdişlərdən 

də  gözəldir.  Valideyn  nəsihətləri, bəlkə  də,  sizin  puritan  vicdanınızı 

məhv  olmaqdan  qorumağa  qadir  deyil,  amma  stulun  söykənəcəyinə 

toxunmadan  qamətinizi  düzəldib  qırx  dəfə  “prizmalar,  zəvvarlar” 

kəlməsini  təkrar  etsəniz,  şeytan  sizdən  kənar  gəzər.  Nensi  də  van 

Olstin  Fişer  kimi  intonasiyaya  keçərkən  onu 

“noblesse  oblige 

’*

1



 

həyəcanı bürüyürdü. 

Bu  universal  məktəbdə  biliyin  digər  mənbələri  də  mövcud  idi. 

Əgər  sizə  bir  neçə  satıcı  qızın  bir  yerə  yığışıb  içiboş  bilərziklərini 

cingildətdiklərini  görmək  qismət  olarsa,  fikirləşməyin  ki,  modabaz 

Etelin  saç  düzümünü  müzakirə  edirlər.  Bəlkə  də,  kişilərdən  ibarət 

qanunverici  məclislərin  məziyyətləri  bu  toplantıya  xas  deyil,  amma 

onun  əhəmiyyəti  Həvvanın  və  onun  böyük  qızının  Adəmi  yerində 

oturtmaqla bağlı müşavirəsindən heç də az deyil. Bu  - səhnə deyilən 

Dünyaya, eyni zamanda bu səhnəyə inadla Gül Dəstələri Atan kişiyə 

Hücum  və  onlardan  Müdafiə  olunmaq  barədə  Qarşılıqlı  Yardım  və 

Strateji Nəzəriyyələrin Mübadiləsinə dair Qadın Konfransıdır. Qadın 

yaranmışlann ən köməksizi olub, xallı maral kimi gözəl, amma onun 

surətindən  məhrum,  quş  kimi  zərif,  amma  qanadsız,  bal  ansı  kimi 

şirinliklə dolu, amma onun... yaxşısı budur, metaforanı kənara qoyaq 

- aranızda ilan vurmuşlar tapıla bilər. 

Bu  hərbi  müşavirədə  silah  mübadiləsi  edir  və  həyat  müba-

rizəsində qazandıqlan təcrübəni bölüşürdülər. 

- Mənsə ona deyirəm “Utanmaz! - Sedi deyir. - Mənə belə sözlər 

deməyə necə cürət edirsiniz? Məni kim hesab edirsiniz?” O isə cavab 

verir... 

Qara,  şabalıdı,  kürən,  sanşın  və  qızılı  saçlı  başlar  bir-birinə 

yaxınlaşır.  Cavab  məlum  olandan  sonra  gələcəkdə  ümumi  düşmən 

olan  kişi  ilə  dueldə  buna  bənzər  hücumu  necə  dəf  etmək  barədə 

məsləhətləşirlər. 

Nensi  müdafiə  sənətinə  beləcə  yiyələnmişdi  və  qadınlar  üçün 

uğurlu müdafiə elə qələbə deməkdir. 

1

 Veziyyet teleb edir, (fr.) 



60 

downloaded from KitabYurdu.org




YANAN ÇIRAQ 

Universal  mağazanın  tədris  proqramı  çox  zəngindir.  Belə  ki,  heç  bir 

kollec  Nensini  öz  arzulannı  həyata  keçirməyə  -  nikah  lotereyasında  uduşa 

bu cür hazırlaya bilməzdi. 

Onun piştaxtası çox münasib yerə qoyulmuşdu. Yanında musiqi şöbəsi 

yerləşirdi  və  qız  böyük  bəstəkarlann  əsərləri  ilə  tanış  olmaq  imkanı  əldə 

etmişdi.  Hər  halda,  o,  bu  əsərlərə  o  səviyyədə  bələd  ola  bilmişdi  ki,  səylə 

can  atdığı  sirli  “yüksək  cəmiyyətə”  musiqiyə  həssaslıqla  dəyər  verməyi 

bacaran  qadın  kimi  daxil  olmağa  ümid  bəsləyirdi.  O,  demək  olar,  qadın 

üçün  mədəniyyəti  əvəz  edə  bilən  nəfis  bərbəzəklərin,  gözəl,  qiymətli 

əşyaların  və  zərgərlik  məhsullarının  zəngin  olduğu  mühiti  canına  hopdura 

bilmişdi. 

Nensi  öz  şöhrətpərəstliyini  rəfiqələrindən  uzun  müddət  gizli  saxlaya 

bilmədi.  “Bax  bu  da  sənin  milyonçun,  Nensi!”  -  piştaxtasına  münasib 

görkəmli  alıcı  yaxınlaşdığı  vaxt  ətrafdan  səslər  eşidildi.  Qadınlan  alış-

verişlə  məşğul  olan  kişilər  üçün  bu  zaman  mağazanı  boş-boşuna  dolaşıb, 

burun  dəsmalları  satılan  piştaxtanın  yanında  dayanmaq,  tələsmədən 

kvadratşəkilli  batist  dəsmallar  seçmək  adi  vərdişə  çevrilmişdi.  Nensinin 

kübarlara  məxsus  saxta  ədası  və  qüsursuz  gözəlliyi  onlan  cəlb  edirdi. 

Çoxları  onunla  dilxoşluq  etmək  arzusunda  olmuşdu.  Bəlkə,  bəziləri 

milyonçu idi, qalanları isə özünü o şəkildə təqdim etməyə səy göstərirdilər. 

Nensi  onlan  bir-birindən  fərqləndirməyi  öyrənmişdi.  Piştaxtasının  yan 

tərəfində  pəncərə  var  idi;  alıcılan  aşağıda  gözləyən  maşınlar  pəncərədən 

görünürdü. Nensi bilirdi ki, sahibləri kimi, avtomobillərin də siması var. 

Bir dəfə cazibədar bir centlmen Kofetua kralı kimi ona pərəstiş edərək 

dörd  düjün  burun  dəsmalı  aldı.  O  getdikdən  sonra  satıcı  qızlardan  biri 

soruşdu: 

-

 



Nə olub, Nen? Niyə onu başdan elədin? Məncə, yarayan mal İdi. 

-

 



O?  -  Nensi  miss  van  Olstin  Fişerin  arsenalına  məxsus  soyuq, 

lütfkar  və  etinasız  təbəssümlə  dedi.  -  Mənlik  deyil.  Onun  necə  gəldiyini 

gördüm.  Maşını  on  iki  at  gücündə,  sürücüsü  də  irland.  Aldığı  dəsmallar 

ipəkdən idi! Üzüyü də möhürlü. Yox, mənə saxta şeylər lazım deyil. 

61 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Mağazanın

  iki  ən  “zərif’  qadınının  -  şöbə  rəisinin  və  kassirin 

“qəşəng” kavalerləri var idi və hərdən onlan restorana dəvət edirdilər. 

Necə oldusa, bir dəfə Nensiyə də onlarla getməyi təklif etdilər. Nahar 

dəbdə  olan  kafelərin  birində  təşkil  olunmuşdu;  adətən,  Yeni  il 

masasını  bir  il  qabaqcadan  sifariş  vermək  lazım  gəlirdi.  “Qəşəng” 

kavalerlər  ild  nəfər  idi:  biri  daz  (onun  saçları  insanı  öz  girdabana 

salardı  -  bu,  bizə  məlumdur),  o  biri  isə  cavan  idi  və  əhəmiyyətli 

olduğunu,  həyatdan  doyduğunu  həddindən  artıq  ddd-cəhdlə  sübuta 

yetirməyə  çalışırdı;  birincisi  and  içirdi  ki,  şərab  heç  nəyə  yaramır, 

ikincisinin  isə  köynəyinə taxdığı düymələr  brilyantdan  idi.  Bu  gənc 

Nensidə  xeyli  hey-  ranedid  məziyyətlər  gördü.  O,  ümumiyyətlə, 

satıcı  qızlara  qarşı  laqeyd  deyildi  və  qızın  təbii  sadəliyi  məxsus 

olduğu  cəmiyyətin  qaydalan  ilə  üst-üstə  düşürdü;  elə  növbəti  gün 

mağazada  peyda  olub,  ağardılmış  irland  kətan  dəsmallan  yığılmış 

piştaxtanın  üstündən  qıza  evlənmək  təklif  etdi.  Nensi  etirazını 

bildirdi.  Söhbət  etdikləri  bütün  bu  vaxt  ərzində  qonşuluqdakı 

pompadur tipli şabalıdı saç düzümü olan qadın gözlərini onlara dikib 

qulaqlannı şəkləmişdi. Rədd edilmiş aşiq getdikdən sonra Nen- sinin 

üzərinə çoxlu məzəmmət yağışı yağmağa başladı: 

-

 

Səfeh! Bu ki milyonçudur, van Skittlzin qardaşı oğludur. Axı 



o, dddl deyirdi. Yox, doğrudan da, ağlını itirmisən, Nen! 

-

 



Elə düşünürsən? - Nensi dedi. - Ah, deməli, razılaşmaq lazım 

idi?  Əwəla,  o,  milyonçu  deyil.  İllik  xərcləri  üçün  ailəsi  ona  İyirmi 

min pul ayınr; dazbaş dünən ona lağ eləyirdi. 

Şabalıdı saçlı qız yaxınlaşıb gözünü qıydı. 

-

 

Bu  dərəcədə  özündənrazısan?  -  o,  xınltılı  səslə  soruşdu 



(həyəcandan ağzından bayıra çıxan saqqızı unutmuşdu).  - Nədir, bu, 

sənin üçün azdır? Bəlkə, Rokfellerlə, Qladson Daui, ispan kralı, ya da 

digər  əsilzadələrlə  nişanlanmaq  üçün  mormon

olmaq  istəyirsən?  İl 



ərzində iyirmi min sənə azlıq edir? 

Nensi səfeh, qara gözlərin inadkar baxışından azca qızardı. 

-

 

Məsələ  təkcə  pulda  deyil,  Kerri,  -  o,  izah  etməyə  başladı,  - 



dünən dostu onun yalanının üstünü açdı. Teatra getdiyi 

1

 Mormon - Şimali Amerikada çoxallahlılıqla xristianlığın qarışığından ibarət dini təriqət 



62 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə