İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə22/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   18   19   20   21   22   23   24   25   ...   135

AL-QIRMIZI DON 

qırmızıdan daha çoxdur. Bu rəngdən ötrü Bütün kişilərin ürəyi gedir. 

-

 

Mənim  daha çox al-qırmızıdan xoşum  gəlir, - Meyda dedi, - qoca 



Şlegel  səkkiz  dollara  tikəcəyinə  söz  verib.  Çox  qəşəng  olacaq.  Qırçınlı 

yubka, lifi gümüşü bafta ilə bəzədilmiş ağ yaxalıq və iki sıra... 

-

 

Yavaş, güllən boşa çıxar! - Qreys çoxbilmiş adamlar təki gözlərini 



qıydı. 

-

 



... və iki sıra ağ zərxara haşiyə və büzmələr və ... 

-

 



Yavaş, güllən boşa çıxar, yavaş! - Qreys təkrar etdi. 

-

 



...  və  dəbdəbəli  qolları  və  məxmərdən  qatlamalı  manjetləri...  Sən 

nə demək istəyirsən? 

-

 

Elə  bilirsən  al-qırmızı  rəng  mister  Remsinin  xoşuna  gəlir?  Dünən 



ən gözəl rəngin qırmızı olduğunu söyləyəndə özüm eşitmişəm. 

-

 



Qoy  olsun,  -  Meyda  dedi.  -  Mən  al-qırmızıya  üstünlük  verirəm; 

kimin xoşuna gəlmir, yolunu dəyişsin. 

Bütün  bunlardan  o  qənaətə  gəlmək  olardı  ki,  hətta  al-  qırmızı  rəngin 

pərəstişkarları  da  bundan  sonra  azca  yanlışlığa  yol  verə  bilərlər.  “Ən 

təhlükəlisi odur ki, əgər imperatorlar al- qırmızı libaslarının əbədi olduğunu 

hesab  edirlərsə,  o  da  sifətinin  rəngindən  və  ətrafdakılann  münasibətindən 

asılı olmayaraq, al-qırmızı don geyinə bilər”, - qız düşünürdü. 

Meyda  səkkiz  ay  qənaət  etməklə  on  səkkiz  dollar  artıra  bilmişdi.  Bu 

pullar  don  üçün  zəruri  olanları  almağa  və  paltarın  tikilməsi  üçün  Şlegelə 

əvvəlcədən dörd dolları ödəməyə bəs etmişdi. Qalan dörd dolları Şükranlıq 

günü ərəfəsində toplaya bilərdi. Və o zaman bayrama təzə paltar geyinərdi, 

bu isə həyatında möcüzənin baş verməsi demək idi! 

Hər  il  Şükranlıq  günü  “Uley”  qalanteriya  mağazasının  sahibi  qoca 

Bahman öz işçilərini nahara qonaq  edirdi. Bazar günlərini  nəzərə almasaq, 

qalan  üç  yüz  altmış  dörd  gün  ərzində  o,  sonuncu  banketin  əsrarəngizliyini 

və qarşıdakının nəşəsini xatırladıb işçiləri daha böyük əzmkarlıqla işləməyə 

sövq edirdi. Adətən, mağazanın ortasında uzun masa açılardı. Vitrinlər sarğı 

kağızlan ilə örtülər, tindəki balaca restorandan alınmış hindtoyuğu əti və 

downloaded from KitabYurdu.org



O.HENRİ 

digər ləziz yeməklər arxa qapıdan gətirilərdi. Bilirsiniz ki, dəbdəbəli 

universal mağazalar kimi çoxlu şöbələrdən ibarət olan “Uley” liftlərə 

və manekenlərə malik deyil. O qədər kiçikdir ki, onu, sadəcə, “böyük 

mağaza” adlandırmaq olar; siz oraya sakitcə daxil olub lazım olanlan 

ala və oranı uğurla tərk edə bilərsiniz. Şükranlıq günü nahar zamanı 

isə mister Remsi həmişə... 

Ay  səni,  lənətə  gəlmişl  Mən  hər  şeydən  əvvəl  mister  Remsi 

barədə  danışmalı  idim.  O,  al-qırmızı  və  ya  san-yaşıl  və  yaxud 

quşüzümündən  hazırlanmış  qırmızı  boyadan  daha  vacibdir.  Mister 

Remsi  mağazanın  müdiri  idi  və  mən  onun  barəsində  yüksək 

fikirdəyəm.  O,  qaranlıq  künc-bucaqda  gənc  satıcılarla  rastlaşdığı 

zaman  heç  vaxt  qızları  çimdikləməzdi.  Amma  işdə  sakitlik 

yarandıqda  müxtəlif  hadisələr  danışar,  onlan  güldürərdi.  Bu,  heç  də 

onun qızian ləyaqətsiz lətifələrə qonaq etməsi demək deyildi. Mister 

Remsi  əsl  centlmen  olmaqla  yanaşı,  həm  də  qəribə  və  qeyri-adi 

keyfiyyətlərə  malik  idi.  O,  insan  sağlamlığı  ilə  dddi  maraqlanır, 

hesab  edirdi  ki,  qətiyyən  hamının  xeyirli  hesab  etdiyi  yeməklərlə 

qidalanmaq  olmaz.  O,  kresloda  rahat  əyləşənlərə,  qasırğadan 

daldalanmaq  üçün  sığınacaq  axtaranlara,  qaloş  geyinənlərə,  dərman 

içənlərə,  məxsusi  olaraq  öz  qayğısına  qalanlara  qəti  etirazını 

bildirərdi.  On  gənc  satıcı  qızın  hər  biri  yuxuya  getməzdən  əvvəl 

qurduqları  şirin  xəyallarda  missis  Remsi  olub,  ona  donuz  ətindən 

soğanlı  kotletlər  bişirərdi.  Çünki  qoca  Bahman  gələn  11  onu  özünə 

ortaq etmək fikrində idi. Qızlardan hər biri düşünürdü ki, əgər onu ələ 

keçirə  bilərsə,  toy  piroqunun  səbəb  olduğu  qannağrısı  kəsənə  kimi 

onun başından sağlamlıqla bağlı səfeh ideyaları çıxara bilər. 

Bayram  məclisinin  əsas  təşkilatçısı  mister  Remsi  idi.  Hər  dəfə 

iki  italyan  dəvət  olunardı  -  skripkaçı  və  arfaçalan.  Nahardan  sonra 

hamı bir qədər rəqs edərdi. 

Beləliklə, təsəvvür edin, mister Remsini məftun etmək məqsədi 

ilə  iki  don  düşünülmüşdü:  biri  al-qırmızı,  digəri  qırmızı  rəngdə. 

Əlbəttə,  o  biri  qızlar  da  geyinəcəkdilər,  amma  onlar  hesaba 

alınmırdılar.  Yəqin,  onlar  bluza  oxşar  bir  şeydə  və  qara  yubkada 

olacaqdılar;  bu  geyimlərin  isə  al-qırmızı  və  qırmızı  donlann 

əsrarəngizliyi ilə müqayisədə heç bir dəyəri yox idi. 



70 

downloaded from KitabYurdu.org




AL-QIRMIZI DON 

Qreys  də  pul  toplaya  bilmişdi.  O,  hazır  paltar  admaq  fikrində  idi. 

Tikişə  vaxt  itirməyin  nə  mənası  vardı?  Əgər  yaxşı  bədən  quruluşun  varsa, 

həmişə  münasib  bir  şey  tapmaq  olar.  Düzdür,  həmişə  paltarın  belini  tikib 

daraltmağa  məcbur  olurdu,  çünki  orta  ölçülü  olan  hər  bel  onunkundan 

kifayət qədər enli olurdu. 

Şükranlıq  günündən  əvvəlki  axşam  gəlib  çatdı.  Meyda  qəlbində 

xoşbəxt  sabahın  fərəhi  ilə  evə  tələsirdi.  O,  al-qırmızı  donu  barədə  xəyala 

dalmışdı.  Amma  arzuları  daha  parlaq  idi.  Elə  parlaq  idi  ki,  bu,  gəncliyi 

həyatın  nəşələrinə  doğru  sövq  etdirir.  Əks  halda  gənclik  öz  təravətini  tez 

itirərdi.  Meyda  incinirdi  ki,  al-qırmızı  rəngli  paltar  ona  yaraşacaq  və  artıq 

mininci  dəfə  idi  ki,  qırmızı  yox,  məhz  al-qırmızı  rəngin  mister  Remsinin 

xoşuna  gələcəyinə  özünü  inandırmağa  çalışırdı.  Qərara  gəlmişdi  ki,  evə 

çatan kimi paltar şkafinın aşağı yeşiyindən papiros kağızına bükülmüş dörd 

dollan götürsün və Şlegellə hesablaşaraq pal tan özü evə gətirsin. 

Qreys  də  həmin  evdə  yaşayırdı.  Meydanın  otağının  üstündəki  otaq 

onunku idi. 

Meyda evdə mərəkə qopduğunu hiss etdi. Bütün künc- bucaqdan səslər 

eşidilirdi,  ev  sahibəsi  qəzəbli  halda  çığırıb  elə  taraq-turuq  salmışdı  ki,  elə 

bil,  nehrə  çalxalayırdı.  Bir  neçə  dəqiqədən  sonra  Qreys  göz  yaşları  içində 

Meydanın  yanına  gəldi.  Gözləri  elə  qızarmışdı  ki,  heç  qırmızı  paltar  da 

onunla müqayisə oluna bilməzdi. 

-

 

O,  köçməyimi  tələb  edir,  -  Qreys  dedi.  -  Qoca  qarğa.  Ona  dörd 



dollar  borcum  var.  Çamadanımı  qapının  ağzına  qoyub,  otağı  da  bağlayıb. 

Nə getməyə yerim var, nə də pulum. 

-

 

Dünən pulun var idi axı, - Meyda dedi. 



-

 

Paltar  admışam,  -  Qreys  dedi,  -  fikirləşirdim  ki,  sahibə  gələn 



həftəyə kimi gözləyər. 

O,  hıçqırıb  bumunu  çəkdi.  Sonra  dərindən  köks  ötürüb  yenidən 

ağlamağa başladı. 

Bir anlıq sükut - və Meyda dörd dollannı ona uzatdı. 

-

 

Gözəlim, canım  mənim! - Qreys ucadan dedi və yağışdan sonrakı 



göy  qurşağı  kimi  işıq  saçmağa  başladı.  -  İndi  apanb  qoca  simicin  pulunu 

verərəm, sonra da gedib paltan ölçdürərəm. Çox 

71 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə