İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə21/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   17   18   19   20   21   22   23   24   ...   135

O.HENRİ 

Həftənin  dördüncü  günü  axşam  mağazadan  çıxan  Nensi  Altına 

küçədən keçərək camaşırxanaya yollandı. Lu və Den bir həftə əvvəl 

onu musiqili komediyaya dəvət etmişdilər. 

Camaşırxanaya  yaxınlaşanda  oradan  çıxan  Deni  gördü.  O, 

həmişəkindən fərqli olaraq qaşqabaqlı idi. 

-

 

Camaşırxanaya girmişdim görüm ondan bir xəbər varmı, 



-

 

Den dedi. 



-

 

Kimdən? - Nensi soruşdu. - Məgər Lu burada deyil? 



-

 

Elə bilirdim xəbəriniz var, - Den dedi. - Bazar ertəsindən bəri 



nə burada olub, nə də öz mənzilində. Əşyalannı da götürüb. Buradakı 

qızlardan birinə deyib ki, Avropaya getməyə hazırlaşır. 

-

 

Onu, doğrudanmı, heç kim görməyib? - Nensi soruşdu. Den 



qıza sərt nəzərlərlə baxdı. Onun bir-birinə sıxılmış 

dodaqlannda qəmginlik, boz gözlərində isə polad soyuqluğu vardı. 

-

 

Camaşırxanada  deyirlər  ki,  -  o,  kinli-kinli  söylədi,  -  onu 



dünən  avtomobildə  görüblər.  Yəqin,  Lu  ilə  daim  baş  sındırdığınız 

həmin milyonçulardan biri imiş. 

Nensi  birinci  dəfə  idi  özünü  kişi  xeylağı  qarşısında  itirirdi.  O, 

titrəyən əlini Denin əlinin üstünə qoydu: 

-

 

Siz elə danışırsınız ki, elə bil, bu, mənim günahımdır, Den. 



-

 

Mən elə demək istəmirdim, - Den bir qədər yumşalmış halda 



dedi. 

O, jiletinin dbini eşələyirdi. 

-

 

Məndə bu günə biletlər var, - böyük şövqlə sözə başladı, 



-

 

əgər siz... 



Nensi cəsarəti dəyərləndirməyi bacanıdı. 

-

 



Mən sizinlə gedərəm, Den, - dedi. 

Nensi Lu ilə bir də üç aydan sonra görüşdü. 

Bir  dəfə  axşam  sata  qız  evə  tələsirdi.  Sakitliyin  hökm  sürdüyü 

şəhər bağının hasan yaxınlığında onu harayladılar. Çevrildiyi zaman 

Lu artıq onu bağnna basmışdı. 

İlk  öpüşlərdən  sonra  bir-birindən  azca  kənarlaşdılar  -  adətən, 

ilanlar  öz  qurbanlannı  sancmaq  və  yaxud  ovsunlamaq  məqsədi  ilə 

belə edirlər - dillərinin ucunda bir-birinə veriləsi 



66 

downloaded from KitabYurdu.org




YANAN ÇIRAQ 

minlərlə  sual  yatırdı.  Bu  zaman  Nensi  gördü  ki,  Luya  dərzi  sənətinin 

şedevrləri,  bahalı  xəzlər  və  panltılı  cavahiratlarla  dolu  var-  dövlət  qismət 

olub. 


-

 

Ay  səni,  səfeh!  -  Lu  səs-küylə  və  mehribancasına  dedi.  -  Hələ  də 



bu  mağazada  işləyirsən?!  Görürəm,  pintiliyindən  də  əl  çəkməmisən.  Bəs 

məşhur qənimətin nə oldu? Hələ əldə edə bilməmisən? 

Lu  hiss  etdi  ki,  rəfiqəsinin  qismətinə  var-dövlətdən  daha  yaxşı  pay 

düşüb.  Nensinin  gözlərindəki  parlaqlıq  daş-qaş  panl-  tısını  üstələmiş, 

yanaqları  çiçək  kimi  aglmışdı,  dodaqları  fərəh  dolu  etirafları  zorla  saxlaya 

bilirdi. 

-

 

Hə,  hələ  də  mağazada  işləyirəm,  -  Nensi  dedi,  -  amma  növbəti 



həftəyə  kimi.  Çünki  həyatda  ən  dəyərli  qənimətimi  tapmışam.  İndi  sənin 

üçün elə bir əhəmiyyəti yoxdur, doğrudur, Lu? Denə ərə gedirəm - Denə! O, 

indi mənim Denimdirl Nə oldu sənə, Lu? Lu!.. 

Şəhər  bağçasının  tinindən  polisi  daha  mətin  göstərən  -  hər  halda, 

zahirən  belə  görünürdü  -  yeni  yığılmış  dəstənin  iradəli  cavan  qanun 

keşikçilərindən  biri  peyda  oldu.  O,  dəmir  barmaqlığın  yaxınlığında  bahalı 

xəzdə,  barmaqlarında  brilyant  üzüklər  olan  bir  qadının  acı-acı 

hönkürdüyünü,  anq,  sadə  geyimli  qızın  onu  qucaqlayaraq  sakitləşdirməyə 

çalışdığını  gördü.  Amma  gələcək  Hibson

1

  fironlannın  nümayəndəsi  özünü 



görməzliyə vuraraq ötüb-keçdi. Bağçanın dəmir barmaqlıqlannı döyəcləyən 

dəyənəyin  səsi  uzaq  ulduzlara  gedib  çatsa  da,  burada  polisin  gücsüz 

olduğunu anlamaq üçün onun ağlı bəs edərdi. 

Hibson (1850 - 1896) - Amerika yazıçısı və rəssamı 

downloaded from KitabYurdu.org




O.HENRİ 

AL-QIRMIZI DON 

Gəlin “al-qırmızı” adı İlə məşhur olan rəng barədə söhbət açaq. 

Bu  rəng  bəşəriyyətin  oğul  və  qızları  arasında  ədalətli  olaraq  nüfuz 

qazanmışdır. İmperatorlar iddia edirlər ki, bu rəng yalnız onlar üçün 

yaranmışdır.  Şənlik  həvəskarları  hər  yerdə  burunlannın  rəngini 

qırmızı ilə göyün qarışığından ibarət bu möcüzəli çalara çatdırmağa 

çalışırlar.  Deyirlər  şahzadələr  al-  qırmızı  rəng  üçün  yaranıblar; 

əlbəttə,  bu,  belədir,  çünki  vəliəhdlərin  qarnı  sancılananda  sifətləri 

odunböcəyinin fındıqburun fizionomiyalı varislərində olduğu kimi al-

qırmızı  rəngə  boyanır.  Bütün  qadınlar  bu  rəngi  sevirlər  -  o,  əlbəttə, 

dəbdə olduğu zaman. 

Hazırda al-qırmızı paltarlar geyinirlər. Küçədə onu addımbaşı və 

davamlı  olaraq  görmək  mümkündür.  Əlbəttə,  dəbdə  olan  başqa 

rənglər də mövcuddur - elə bu günlərdə san-yaşıl yun paltar geyinmiş 

zərif  bir  qadın  görmüşəm:  yubkasına  balaca  kvadratlardan  ibarət 

bəzək  vurulmuşdu,  aşağı  hissəsindən  üç  sıra  qırçın  gedirdi, 

şəbəkələrlə bəzədilmiş ləçəyinin altından büzmə taxmalar görünürdü, 

paltann  ikiqat  büzmələr  vurulmuş  qollan  aşağıdan  şəbəkəli  lentlərlə 

dartılıb  sıxılmışdı,  altından  isə  büzməli  haşiyələr  nəzəri  cəlb  edirdi; 

lakin  al-qırmızı  paltarlar  daha  çox  dəbdədir.  Razı  deyilsiniz?  Onda 

istənilən gün iyirmi üçüncü küçədən keçməyə çalışın. 

Bax  elə buna  görə də Meyda  -  “Uley”  qalanteriya  mağazasının 

satıcısı,  iri  qonur  gözləri  və  darçın  rəngli  saçlan  olan  qız  -  süni 

brilyant  bəzək  sancağı  taxmış,  nəfəsindən  nanəli  konfetin  ətri  gələn 

Qreysə bu sözləri dedi; 

-

 



Mənim  Şükranlıq  gününə  al-qırmızı  rəngli  donum  olacaq, 

dərziyə sifariş vermişəm. 

-

 

Nə  danışırsan!  -  Qreys  yeddi  tam  onda  beş  ölçülü  bir  neçə 



əlcəyi  altı  tam  dörddə  üç  ölçülü  qutuya  yığaraq  dedi.  -  Mənsə 

qırmızıdan istəyirəm. Hər halda, Beşind küçədə qırmızı al- 



68 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə