İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə12/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   8   9   10   11   12   13   14   15   ...   135

O.HENRİ 

Delsi  universal  mağazada  işləyirdi.  O,  lent,  ya  da  universal 

mağazalarda içi doldurulmuş bibər, avtomobil və yaxud digər hansısa 

bəzək-düzək əşyalan satırdı. Bütün əməkhaqqından həftədə altı dollar 

nağd  alırdı.  Qalanı  isə  kredit  kartına  və  Tanrının  bilavasitə  nəzarət 

etdiyi  baş  kitabda  kiminsə  debetinə  yazılırdı...  daha  doğrusu, 

günahkaram,  cənab  İlkin  Eneıjl  -  deyəsən,  belə  adlanır,  düzdürmü? 

Hə, deməli, İlkin Enerjinin baş kitabında. 

Delsinin  mağazada  işlədiyi  birind  il  ona  həftəyə  beş  dollar 

ödəyirdilər.  Bu  pula  necə  yaşadığını  bilmək  ibrətamiz  olardı.  Bu, 

sizin  üçün  maraqlı  deyil?  Çox  yaxşı,  yəqin  ki,  sizi  daha  yüksək 

məbləğ  maraqlandırır.  Altı  dollar  daha  yüksək  məbləğdir. Mən  sizə 

onun həftə ərzində altı dollara necə yaşadığı barədə danışacağam. 

Bir  dəfə  axşam  saat  altıda  Delsi  şlyapasını  başına  keçirib  elə 

sancaqladı  ki,  sancaq  beyindyinin  səkkizdəbir  düym  məsafəsində 

pərçimləndi  və  müştərilərə  daim  sol  böyrünü  çevirən  iş  yoldaşı 

Sediyə dedi: 

-

 



Bilirsən, Sedi, Piqqi

1

 ilə razılaşmışıq ki, bu gün birlikdə nahar 



eləyək. 

-

 



Ola  bilməzi  -  Sedi  heyranlıqla  ucadan  dedi.  -  Xoşbəxt 

adamsan!  Piqqi  qeyri-adi  dərəcədə  qəşəngdir,  qızları  da  ən  qəşəng 

yerlərə  aparır.  Bir  dəfə  o,  Blanşı  Hofmana  aparmışdı,  orada  isə 

həmişə  əla  musiqi  və  qiyamət  insanlar  olur.  Sən  vaxtını  yaxşı 

keçirəcəksən, Delsi. 

Delsi  evə  tələsirdi.  Qızın  gözləri  panldayırdı.  Tezliklə  onu 

gözləyən  əsl  xoşbəxt  həyatın  təsirindən  qızın  yanaqları  allanmışdı. 

Cümə günü idi; Delsinin həftəlik qazancından əlli sent qalmışdı. 

Həmişə  bu  vaxtlar  olduğu  kimi,  küçələr  adamla  dolu  idi. 

Brodveyin  elektrik  lampaları  işıq  saçır,  gecə  kəpənəklərini 

qaranlıqdan  özünə  cəlb  edirdi;  onlar  qanadlarını  yandırmağı 

öyrənmək  üçün  onlarca,  yüzlərcə  mil  məsafəni  qət  edib  buraya 

uçurdular. Yaxşı geyinmiş kişilər - onlann sifəti qoca dənizçilə- 

’Piqqi (ing.) - donuz balası 

38 

downloaded from KitabYurdu.org




YARIMÇIQ HEKAYƏ 

rin  albalı  tumlarından  düzəltdiyi  şeyləri  xatırladırdı  -  onların  baxışlanna 

əhəmiyyət  vermədən  irəliyə  doğru  tələsik  addımlayan  Delsiyə  sarı  çevrilib 

baxırdılar.  Gecə  kaktusu  Manhetten,  ölü  kimi  bəyaz  rəngli,  kəskin  iyli 

ləçəklərini açmağa başlamışdı. 

Delsi  ucuz  mal  satılan  mağazaya  girdi  və  öz  əlli  sentinə  krujevalı 

yaxalıq  aldı.  Əslində,  bu  pullar  başqa  şey  üçün  nəzərdə  tutulmuşdu:  şam 

yeməyi üçün on beş sent, səhər və  nahar yeməyinin hər birinə on sent. On 

sent  isə  Delsi  qənaətlə  topladığı  pulun  üstünə  əlavə  etmək  istəyirdi;  beş 

sentini də biyan nabatına verəcəkdi, onu ağzına atıb ovurdunu şişirdəndə elə 

bilirsən  flüsdur

1

;  elə  soranda  da  flüs  kimi  uzun-uzadı  qurtarmaq  bilmir. 



Nabatlar,  əlbəttə,  israfçılıq  idi,  amma  həzzdən  məhrum  həyatı  yaşamağa 

dəyərdimi?! 

Delsi  mebelli  otaqlarda  yaşayırdı.  Mebelli  otaqlarla  pansion  arasında 

fərq  var:  mebelli  otaqlarda  ac  qaldığın  zaman  qonşuların  bundan  xəbəri 

olmur. 

Delsi  öz  otağına  qalxdı  -  pəncərəsi  həyətə  açılan  hüznlü  daş  evin 



üçüncü  mərtəbəsinə.  Qaz  sobasını  yandırdı.  Alimlərin  dediyinə  görə, 

cisimlərin ən möhkəmi almazdır. Onlar səhv edirlər. Mənzil sahiblərinə elə 

tərkibli maddə məlumdur ki, onun qarşısında almaz gili xatırladır. Onlar qaz 

pilətəsindəki odluğa ondan sürtürlər və siz stulun üstünə çıxıb dımaqlannız 

sınana  qədər  onu  qaşısanız  da,  faydası  olmayacaq.  Hətta  sancaqla  da  onu 

qurdalayıb  deşmək  mümkün  deyil.  Ona  görə  də  gəlin  onu  dayanıqlı 

adlandıraq. 

Beləliklə,  Delsi  qazı  yandırdı.  Onun  dörddəbir  şam  gücündə  olan 

işığında otağa nəzər salaq. 

Çarpayı, stol, komod, əlüzyuyan, stul - bunun baiskan ev sahibəsi idi. 

Qalanlan  isə  Delsiyə  məxsus  idi.  Komodda  onun  cavahiratı  yerləşirdi: 

Sedinin  hədiyyəsi  olan  qızıl  suyuna  çəkilmiş  balaca  çini  güldan,  konserv 

zavodunun  reklamı  verilmiş  təqvim,  yuxu  kitabı,  şüşə  nəlbəkidə  düyüdən 

hazırlanmış pudra və çəhrayı rəngli lent sannmış bir dəstə yalançı albalı. 

General Kiçenerin, Vilyam Meldunun, hersoginyaMalboronun 

l

Flüs - diş etinin iltihabı 

39 


downloaded from KitabYurdu.org


O.HENRİ 

və  Benvenuto  Çellininin  portretləri  əyri  güzgüyə  söykədilmişdi. 

Divarda  Roma  dəbilqəsi  geyinmiş  irlandın  gips  barelyefi,  onunla 

yanaşı  isə  parlaq  qırmızı  kəpənəyi  qovan  limon  rəngli  oğlan  uşağı 

təsvir olunmuş bir oleoqrafiya asılmışdı. Delsinin bədii zövqü bundan 

uzağa  getmirdi;  bununla  belə,  bu  zövq  heç  vaxt  yerindən 

tərpənməmişdi  də.  Plagiatlar  barəsində  dedi-qodular  onu  heç  vaxt 

narahat  etmirdi;  heç  bir  tənqidçi  bu yeniyetmə  entomoloqa

1

  gözünü 



qıyıb həqarətlə baxa bilməzdi. 

Piqqi saat yeddidə onun arxasınca gəlməli idi. O, özünü tələsik 

qaydaya  saldığı  müddətdə  biz  ədəblə  üzümüzü  çevirək  və  bir  az 

qeybət qıraq. 

Delsi  otağa  görə  həftədə  iki  dollar  ödəyir.  İş  günləri  səhər 

yeməyi ona on sentə başa gəlir,- geyinənə kimi özünə qəhvə dəmləyir 

və qaz pilətəsində yumurta qaynadır. Bazar günləri xudmani mədislər 

təşkil edir - Billi restoranında dana ətindən kotlet və ananaslı oladya 

yeyir;  bu,  ona  iyirmi  beş  sentə  başa  gəlir  və  on  sent  də  çaya  görə 

ödəyir.  Nyu-York  israfçılığa  bu  cür  vadar  edir.  Gündüzlər  Delsiyə 

işdə səhər yeməyi həftə ərzində altmış sentə, nahar isə bir dollar beş 

sentə  başa  gəlir.  Axşam  qəzetinə  -  Nyu-Yorkun  elə  bir  sakinini 

göstərin ki, bu qəzetsiz keçinə bilsinl - həftədə alt sent, iki bazar günü 

qəzetinə  -  biri  evlənmə barədə  elanlar,  digəri  oxumaq üçün nəzərdə 

tutulur  -  on  sent  ödəyir.  Cəmi  dörd  dollar  yetmiş  altı  sent.  Axı  hələ 

geyinmək də lazımdır və... 

Yox, mən imtina edirəm. Parçanın çox ucuz satışı və iynə- sapın 

köməyi ilə əmələ gələn möcüzələr barədə eşitmişəm; amma nədənsə, 

şübhə  edirəm.  Delsinin  həyatna  ali  həqiqətin  bütün  yazılmamış, 

müqəddəs, təbii və işləməyən qanunlan üzündən aid edilməli olan və 

hər bir qadının yaşamalı olduğu sevinclər barədə düşünəndə qələmim 

havadan asılı qalır. O, cəmi iki dəfə Koni-Aylenddə olub və karuselə 

minib.  İldə  sizə  cəmi  bircə  dəfə  həzz  almaq,  doğrudan  da, 

danxdıncıdır. 

Piqqi barədə yalnız bir neçə söz söyləmək lazımdır. Qızlar ona 

bu ayamanı verdikləri zaman donuzların mötəbər ailə 



1

Entomoloq - zoologiyanın həşəratlar bəhsi ilə məşğul olan mütəxəssis və s. 

40 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə