İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə10/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   6   7   8   9   10   11   12   13   ...   135

O.HENRİ 

həftədir bunu hiss edirəm. Yaxşı, açığını söylə. Mən daşınmaz əmlakı 

nəzərə almadan iyirmi dörd saat ərzində on bir milyon nağd pul əldə 

edə  bilərəm.  Əgər  qaraciyərin  qaydasında  deyilsə,  “Avara”  yola 

düşməyə  hazır  vəziyyətdə  dayanıb,  səni  iki  günə  Baham  adalarına 

çatdıra bilər. 

-

 

Demək olar, düz tapmısınız, ata. Söylədikləriniz həqiqətə çox 



yaxındır. 

-

 



Bəs o qızın adı nədir? - Entoni uzaqgörənliklə soruşdu. 

Riçard  kitabxanada  var-gəl  etməyə  başladı.  Kobud  ata  oğlunun 

etibannı qazanmaq üçün kifayət qədər diqqət və şəfqət göstərdi. 

-

 



Niyə  evlənmək  təklif  etmirsən?  -  qoca  Entoni  soruşdu.  -  O, 

çox  şad  olar.  Sənin  pulun  da  var,  yaraşığın  da,  özün  də  yaxşı 

oğlansan.  Əllərin  təmizdir,  “Evrika”  sabununa  bulaşmayıb.  Düzdür, 

kollecdə oxumusan, amma o, buna fikir verməz. 

-

 

Hələ belə bir fürsət ələ düşməyib, - Riçard dərindən köksünü 



ötürdü. 

-

 



Elə  et  ki,  düşsün,  -  Entoni  dedi.  -  Onunla  parka  get,  ya  da 

gəzməyə apar, bu da olmursa, kilsədən evə ötür. Fürsət! Tfiı! 

-

 

Siz  yüksək  cəmiyyətin  nə  demək  olduğunu  bilmirsiniz,  ata. 



O,  kübar  dəyirmanına  su  tökənlərdən  biridir.  Hər  saatı,  hər  dəqiqəsi 

bir neçə gün əvvəldən təyin olunur. Bu qızsız yaşaya bilmərəm, ata: 

onsuz  bu  şəhərin  iyli  bataqlıqdan  heç  bir  fərqi  yoxdur.  Məktub  isə 

yaza bilmirəm; sadəcə, o halda deyiləm. 

-

 

İşə  bir  bax  da!  -  qoca  dedi.  -  Doğrudanmı,  sənin  üçün 



ayırdığım  o  qədər  vəsaitlə  bu  qızın  sənə  vaxt  ayırmasına  nail  ola 

bilmirsən? 

-

 

Mən görüşü uzun müddət təxirə salmışam. Birigün günorta o, 



Avropaya  yola  düşür, iki  il  orada  yaşayacaq.  Sabah  axşam  bir  neçə 

dəqiqəliyə  onunla  görüşə  biləcəyəm.  İndi  Larçmontda  bibisinin 

qonağıdır.  Ora  gedə  bilmərəm.  Amma  sabah  axşam  onu  mərkəzi 

vağzalda  qarşılamağa  icazə  veriblər  -  qatar  doqquzun  yarısında 

gələcək.  Oradan  Uollok  teatrına  qədər  Brodvey  boyu  çaparaq 

gedəcəyik.  Orada  -  vestibüldə  anası  ilə  bütün  kompaniya  bizi 

gözləyəcək. Doğrudanmı, elə düşünürsünüz ki, altı dəqiqə ərzində o, 

mənim evlənmək barədə təklifimə qulaq 



32 

downloaded from KitabYurdu.org




QIZIL VƏ MƏHƏBBƏT 

asa  bilər?  Əlbəttə  yox.  Bəs  teatrda,  ya  da  tamaşadan  sonra  buna  imkan 

olacaqmı?  Olmayacaq!  Yox,  ata,  bu,  o  qədər  də  sadə  məsələ  deyil,  sizin 

pullannızın bu işdə heç bir köməyi olmayacaq. Zamanın bir dəqiqəsini belə 

pulla  almaq  mümkün  deyil;  əgər  mümkün  olsaydı,  varlılar  hamıdan  çox 

yaşayardılar.  Miss  Lentri  gedənə  qədər  onunla  danışmağa  heç  bir  ümid 

yoxdur. 

-

 



Yaxşı,  Riçard,  oğlum,  -  Entoni  şuxluqla  cavab  verdi,  -  indi  öz 

klubuna  gedə  bilərsən.  Çox  şadam  ki,  qaraciyərinlə  bağlı  narahatlığın 

yoxdur. Lakin aradabir qüdrətli Mammon allahının səcdəgahında durub onu 

mədh etməyi unutma. Deyirsən, pulla zamanı almaq olmaz? Əlbəttə, hansısa 

məbləğə  əbədiyyətin  kağıza  bükülüb  evinə  gətirilməsini  sifariş  verə 

bilməzsən; amma qoca Xronosun qızıl mədənlərini gəzməkdən dabanlarında 

əmələ gələn döyənəkləri öz gözümlə görmüşəm. 

Həmin  axşam,  axşam  qəzetini  oxuyan  Entoni  qardaşın  yanına  həlim, 

sentimental,  yaşlı,  bir  sözlə,  var-dövlətin  məzlum  vəziyyətə  saldığı  Ellen 

bibi gəldi və köksünü ötürüb, eşqə düşənin iztirabından söz saldı. 

-

 

Bütün  bunları  artıq  ondan  eşitmişəm,  -  Entoni  qardaş  əsnəyə-



əsnəyə  söylədi,  -  ona  dedim  ki,  hesabımdakı  pullar  qulluğunda  hazırdır. 

Amma  o,  pulun  səmərəsini  inkar  etməyə  başladı.  Deyir,  guya,  pul  ona 

kömək  edə  bilməz.  Guya,  yüksək  dairələrə  məxsus  etiketi  bir  dəstə 

milyonçu ilə də yerindən tərpətmək olmaz. 

-

 

Ah,  Entoni,  -  Ellen  bibi  ah  çəkdi.  -  Hədər  yerə  pula  bu  qədər 



əhəmiyyət verirsən. Əsl sevgidən söhbət gedən yerdə pulun heç bir mənası 

yoxdur.  Məhəbbət  hər  şeyə  qadirdir.  Kaş  ki  o,  ürəyini  əvvəlcədən  açmış 

olaydı!  Qız  bizim  Riçarda  “yox”  deyə  bilməzdi.  İndi  isə  qorxuram  ki, 

gecdir.  Qızla  danışmağa  imkan  tapa  bilməyəcək.  Sənin  qızıllann  bizim 

oğlana xoşbəxtlik bəxş edə bilməz. 

Növbəti axşam düz saat səkkizdə Ellen bibi güvə yemiş futl- yarından 

qədim qızıl üzüyü çıxarıb qardaşı oğluna verdi. 

-

 



Onu bu gün barmağına tax, Riçard, - qadın xahiş etdi. - Bu üzüyü 

anan  bağışlamışdı;  deyirdi  ki,  sevgidə  xoşbəxtlik  gətirir,  özünə  nişanlı 

tapanda onu sənə çatdırmağımı istəmişdi. 

33 


downloaded from KitabYurdu.org


O.HENRİ 

Gənc  Rokvoll  onu  ehtiramla  qəbul  edib,  çeçələ  barmağına 

taxmağa  çalışdı.  Üzük  ikinci  oynağa  çatıb  pərçimləndi.  Riçard  onu 

çıxanb  kişilərin  adətkərdə  olduğu  bir  şəkildə  jiletinin  cibinə  qoydu. 

Sonra telefonla zəng edib keb

1

 çağırtdırdı. 



Saat  səkkiz  otuz  ikidə  o,  miss  Lentrini  vağzalda  səs-küylü 

izdihamın arasında tapdı. 

-

 

Anamı və o biri tanışları gecikdirmək olmaz, - qız dedi. 



-

 

Vollok teatnna, bacardıqca tezi - Riçard kebmenə



2

 əmr etdi. 

Qırx ikinci küçədən Brodveyə doğru istiqamət aldılar və Qərbin 

yumşaq  çəmənliklərdən  Şərqin  sıldınmlı  qayalarına  aparan  ulduzlu 

yolu sürətlə çapmağa başladılar. 

Otuz  dördüncü  küçəyə  çatmamış  Riçard  pəncərəni  qaldınb 

kebmenə dayanmağı əmr etdi. 

-

 



Üzüyü  saldım,  -  o,  günahkarcasına  dedi.  -  O,  anamın 

yadigandır  və  onu  itirmək  mənim  üçün  ağırdır.  Sizi  çox 

yubatmayacağam - onun hara düşdüyünü görmüşəm. 

Bir dəqiqə keçməmişdi ki, o, üzüklə birlikdə qayıtdı. 

Amma bu müddət ərzində yolu kəsərək bir tramvay vaqonu düz 

kebin qarşısında dayandı. Kebmen onu soldan keçmək istədi, amma 

ağır poçt furqonu onun yolunu kəsdi. O, sağa dönməyə çalışdı, amma 

mebellə  dolu  arabanın  ucbatından  geri  çəkilməyə  məcbur  oldu:  heç 

bu arabanın  yeri  deyildi.  O,  geri  dönmək istəsə  də, dönmədi, dlovu 

əlindən buraxıb deyinməyə başladı. Onu hər tərəfdən fayton və atlann 

ağlasığmaz qanşıqlı- ğı əhatəyə almışdı. 

Bu  böyük  şəhərdə  tamamilə  gözlənilmədən  bütün  hərəkətin 

dayanmasına səbəb olan nadir küçə tıxaclarından biri əmələ gəlmişdi. 

-

 



Nə  üçün  yerinizdən  dəbərmirsiniz?  -  miss  Lentri  acıqla 

soruşdu, - gecikəcəyik. 

Riçard  kebin  içində  qalxıb  ətrafa  nəzər  saldı.  Furqonların, 

arabaların,  kebiərin,  avtobus  və  tramvaylann  donub-qalmış  axını 

Brodveyiə Altına küçənin kəsişdiyi geniş ərazini doldura- 

1

 Keb - İngiltərədə: biratlı minik faytonu 

2

 Kebmen - keb sürücüsü 

34 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə