İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə8/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   4   5   6   7   8   9   10   11   ...   135

O.HENRİ 

idi. Bu mədə  məbədgahına  Sopi  öz  eyibli  çəkmələrini  və  sürtülmüş 

şatvannı  əngəlsiz  keçirə  bilərdi.  O,  masa  arxasında  oturub  bifşteks, 

bir porsiya oladya

1

, bir neçə ponçik və bir tikə piroq yedi. Sonra isə 



restoran  xidmətçisinin  nəzərinə  çatdırdı  ki,  o,  Sopidir  və  lap  xırda 

qəpikləri arasında belə bir ümumi olan heç nə yoxdur. 

-

 

Yaxşı, indi isə, - Sopi dedi, - tez olunl Fironu çağınn. Lütfən, 



tərpənin: centlmeni gözləməyə məcbur etməyin. 

-

 



Fironsuz  da  keçinərsən!  -  ofisiant  yağlı  bulka  kimi  yumşaq 

səslə dilləndi və kokteyldəki albalıya oxşar gözləri işıldadı, - ey, Kon, 

kömək elə! 

İki ofisiant Sopini səliqə ilə sol qulağı üstə səkinin üstünə yıxdı. 

O,  uzun  dülgər  xətkeşi  kimi  yerdən  hissə-hissə  qalxdı,  paltannın 

tozunu  çırpdı.  Həbs  olunmaq  ona  xoş  arzu,  Ada  isə  əlçatmaz  xəyal 

kimi  görünürdü.  İki  ev  aralı  aptekin  yanında  dayanan  polis  gülüb 

yoluna davam etdi. 

Sopi  bəxtini  bir  daha  sınamaq  üçün  cəsarət  toplamazdan  əvvəl 

beş  məhəllə  dolaşası  oldu.  Qddi  və  gözəl  geyinmiş  cavan  bir  qadın 

mağazanın  pəncərəsi  qarşısında  dayanmışdı,  üz  qırx-  maq  üçün 

ləyənçələrə  və  mürəkkəbqabılanna  baxırdı.  İki  addım  kənarda  isə 

zorba,  zabitəli  bir  polis  dirsəyini  yanğınsöndürən  krana  söykəyib 

özünü nümayiş etdirirdi. 

Sopi  ikrah  doğuran  küçə  arvadbazı  rolunu  oynamaq  qərarına 

gəldi.  Nişan  aldığı  qadının  münasib  xarici  görkəmi  və  heybətli 

fironun  yaxında  olması  tezliklə  polisin  güclü  əlini  çiynində  hiss 

edəcəyinə  və  qış  mövsümünü  rahat  adacıqda  keçirəcəyinə  təminat 

verirdi. 

Sopi  missioner  xanımın  hədiyyəsi  olan  qalstuku  düzəltdi,  sözə 

qulaq asmayan manjetini çölə çıxardı, şlyapasını rəşadətlə yan qoydu 

və  düz  gənc  qadına  san  addımladı.  O,  şuxluqla  qadına  göz  vurdu, 

qaqqıldadı,  gülümsədi,  öskürdü,  bir  sözlə,  küçə  avaralarına  məxsus 

bütün  klassik  fəndlərdən  həyasızcasına  istifadə  etdi.  Sopi  gözünün 

ucu ilə baxıb gördü ki, polis diqqətlə onu izləyir. Gənc qadın bir neçə 

addım kənara çəkildi və yeni- 



1

Oladya - buğda unundan hazırlanmış kökə 

26 

downloaded from KitabYurdu.org




FİRON VƏ XORAL 

dən  təraş  ləyənçələrinə  baxmağa  başladı.  Qadının  arxasınca  gedən  Sopi 

sırtıqcasına onunla yanaşı dayandı və şlyapasını qaldınb dedi: 

-

 



Ah, siz necə də gözəlsiniz! Bir az gəzişək? 

Polis izləməkdə davam edirdi. Təhqir olunmuş gənc qadının barmağını 

qaldırması  kifayət  edərdi  ki,  o  artıq  rahat  bir  yolun  astanasında  olsun.  O 

artıq polis  məntəqəsinin  istiliyini  və rahatlığını canında hiss  edirdi. Sopiyə 

tərəf çevrilən gənc qadın onun əlindən tutdu. 

-

 



Məmnuniyyətlə,  Mayk!  -  qadın  sevinclə  dilləndi.  -  Pivəyə  qonaq 

edərsən? Mən elə əvvəldən səninlə danışardım, amma firon baxırdı. 

Gənc  qadın  sarmaşıq  palıd  ağacına  dolaşan  kimi  Sopinin  ətrafında 

dolanırdı.  Beləliklə,  o,  qadınla  əl-ələ  qanun  keşikçisinin  yanından  ötüb-

keçdi.  Müsbət  olanı  o  idi  ki,  Sopi  azadlıqdan  ləzzət  almağa  məhkum 

olunmuşdu. 

Yaxınlıqdakı  küçədə  o,  yol  yoldaşından  kənarlaşıb  aradan  çıxdı.  O, 

reklam İşıqlan ilə bəzədilmiş  məhəllədə dayandı. Bu məhəllədə ürəklər də, 

qəlblər  də,  musiqi  də  eyni  dərəcədə  xoşagəlimli  idi.  Qadınlar  xəzlərində, 

kişilər  isə  isti  paltolarında  soyuq  küləklə  mehriban  ünsiyyətə  girmişdilər. 

Sopini qəfil qorxu hissi bürüdü. Bəlkə, hansısa yaman caduların hesabına o, 

polislərin  qarşısında  dişbatmaz  olub?  O,  az  qala,  çaşıb  qalacaqdı.  Polisin 

yanına çatdığı zaman teatrın işıqlandırılmış girişi qarşısında vüqarla dayandı 

və  “ictimai  yerdə  xuliqanlıq”  adlanan  saman  çöpündən  yapışmaq  qərarına 

gəldi. 

Sopi xınltılı səsi ilə gücü çatdığı qədər hansısa mahnını kefli- lərsayağı 



bağırmağa  başladı.  O,  səkinin  üstündə  rəqs  edir,  bağırır,  ədabazlıq  edir  - 

asayişi pozmaq naminə bütün üsullardan yararlanırdı. 

Polis dəyənəyini fırladı və arxasını qalmaqalçıya çevirərək yoldan ötən 

birinə dedi: 

-

 

Bu,  yeliya  tələbəsidir.  Onlar  bu  gün  Hortford  kollecinin  futbol 



komandası  üzərində  çaldıqlan  qələbəni  bayram  edirlər.  Səs-küy  salırlar, 

amma bu, təhlükəli deyil. Bizi təlimatlandınblar ki, onlara toxunmayaq. 

27 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Çarəsiz  Sopi  heç  nəyə  yaramayan  canfəşanlığına  son  qoydu. 

Doğrudan,  bir  polis  tapılmayacaq  ki,  onun  yaxasından  yapışsın? 

Adadakı  həbsxana  ona  əlçatmaz  Arkadiya  kimi  görünməyə  başladı. 

O,  nazik  pencəyini  bərk-bərk  düymələdi:  soyuq  bütün  bədəninə 

işləyirdi. 

Tütün  dükanında  Sopi  qaz  borucuğunda  siqar  çəkən  cənabı 

gördü. O, ipək parçadan olan çətirini girişdə qoymuşdu. Sopi kandan 

adladı, çətiri götürdü və yavaş-yavaş geri qayıtmağa başladı. Siqarlı 

adam cəld onun arxasınca düşdü. 

-

 

Bu, mənim çətirimdir, - o, dddi şəkildə dedi. 



-

 

Doğrudan?  -  Sopi  soyğunçuluğa  əlavə  kimi  həyasızcasına 



gülümsədi,  -  bəs  nə  üçün  polis  çağırmırsınız?  Bəli,  çətirinizi 

götürmüşəm. Ona görə də fironu çağırın! Bax o, tində dayanıb. 

Çətirin sahibi addımını yavaşıtdı. Sopi də həmçinin. O artıq hiss 

etdi  ki,  tale  yenidən  onunla  amansız  oyun  oynayır.  Polis  maraqla 

onlara baxırdı. 

-

 



Görünür,  -  siqarlı  adam  dedi,  -  əlbəttə...  siz...  bir  sözlə,  belə 

səhvlər olur... mən., əgər bu, sizin çətirinizdirsə... düşünürəm ki, siz 

məni  bağışlayarsınız...  mən  bu  gün  onu  restorandan  götürmüşəm... 

əgər siz onu özünüzünkü hesab edirsinizsə... nə olar... hesab edirəm 

ki, siz... 

-

 



Əlbəttə, bu, mənim çətirimdir, - Sopi hirslə dedi. 

Çətirin  əvvəlki  sahibi  geri  çəkildi.  Polis  isə  əynində  dəbdəbəli 

manto olan hündür, sanşın qadına kömək etməyə tələsdi: ona küçəni 

keçməyə kömək  etmək  lazım  idi,  çünki  iki  məhəllə  aralıda tramvay 

görünürdü. 

Sopi təmir nəticəsində eybəcər hala salınmış küçə ilə şərqə tərəf 

üz tutdu. O, dəbilqəli və dəyənəkli adamlara lənətlər yağdıra-yağdıra 

çətiri  hirslə  çalaya  tulladı.  Onlann  əlinə  keçməyi  nə  qədər  arzulasa 

da, ona günahsız Roma papası kimi baxırlar. 

Nəhayət, Sopi, demək olar ki, heç bir təlaşın və səs-küyün hiss 

olunmadığı  küçələrdən  birinə  çatdı  və  Medison  bağına  doğru 

addımladı. Görünür, insanı doğma ocağa çəkən instinkt hətta bu evi 

parkdakı skamya əvəz eləsə də, heç zaman ölmür. 

Lakin  Sopi  xüsusilə  sakit  olan  dalanların  birində  qəflətən 

dayandı. Burada sivri damı olan köhnə kilsə yerləşirdi. Pəncərə- 

28 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə