İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə4/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   2   3   4   5   6   7   8   9   ...   135

O.HENRİ 

Cim anlaşılmaz baxışlarla otağı seyr etdi. 

-

 

Deməli,  artıq  sənin  hörüklərin  yoxdur?  -  o,  mənasız  bir 



inadkarlıqla yenə də soruşurdu. 

-

 



Axtarma,  onlan  tapa  bilməyəcəksən,  -  Della  dedi,  -  mən  ki 

sənə  deyirəm:  onlan  satmışam  -  kəsdim  və  satdım.  Bu  gün  Milad 

axşamıdır, Cim. Mənimlə mehriban ol, çünki sənə görə belə etmişəm. 

Bəlkə də, başımdakı tüklərin sayını hesablamaq olar,  - qadın davam 

etdi və onun mehriban səsi dəyişib dddi ahəng aldı,  - lakin heç kim, 

heç  kim  sənə  olan  sevgimin  ölçüsünü  təyin  edə  bilməz!  Kotletləri 

bişirim, Cim? 

Beləliklə,  Qm  özünə  gəldi.  O,  Dellanı  qucaqladı.  Bir  az  dddi 

olaq  və  bir  neçə  saniyəlik  hansısa  başqa  məsələləri  gözdən 

keçirməklə məşğul olaq. Hansı çoxdur - həftəyə səkkiz dollar, yoxsa 

ilə bir milyon? Riyaziyyatçı da, müdrik də sizə səhv cavab verəcək. 

Sehrbazlar  qiymətli  hədiyyələr  gətirmişdilər,  amma  onlann  arasında 

bir  şey  yox  idi.  Hər  halda,  bu  dumanlı  eyhamlara  sonra  aydınlıq 

gətiriləcək. 

Cim paltosunun dbindən bir bağlama çıxardı və masanın üstünə 

tulladı. 

-

 

Məni yanlış anlama, Dell, - o dedi, - heç bir saç düzümü məni 



öz  qadınımdan  soyuda  bilməz.  Amma  bu  bağlamanı  aç,  o  zaman 

anlayarsan ki, nə üçün əvvəlcə bir az karıxdım. 

Ağ  əllər  tələsik  bağlamanın  ipini  qırdı  və  kağızını  ardı.  Hey-

rətdən doğan çığırtı, ardınca isə  - əfsuslar olsunl - qadınlara məxsus 

göz  yaşlan  və  iniltilər.  Ev  sahibinin  ehtiyatında  olan  bütün 

sakitləşdirici vasitələrdən yubanmadan istifadə etmək lazım gəldi. 

Çünki  masanın  üstündəki  daraq  idi.  Həmin  daraq  dəstini  -  biri 

arxada, ikisi yanda - Della artıq çoxdan Brodvey vitrinlərinin birində 

görüb  bəyənmişdi.  Qeyri-adi,  əsl  bağa  çanağından  hazırlanmış  bu 

daraqların  kənarlan  onun  şabalıdı  saçları  kimi  panltılı  daşlarla 

bəzədilmişdi. Onlar bahalı idi, - Della bunu bilirdi, - və onlara sahib 

olmaq arzusunu həyata keçirməməsi ucbatından ürəyi çox ağnmışdı. 

Daraqlar  indi  ona  məxsus  olsa  da,  artıq  gözəl  hörükləri  yox  idi  ki, 

həsrətində olduğu panltı onlan bəzəyə bilsin. 



14 

downloaded from KitabYurdu.org




VOLXVLARIN HƏDİYYƏSİ 

Buna  baxmayaraq,  o,  daraqlan  sinəsinə  basmışdı  və  özündə  güc  tapıb 

başını qaldırdığı zaman göz yaşlan içində gülümsədi: 

-

 



Mənim saçlarım tez uzanır, Cim! 

Bu zaman qadın üstünə  qaynar su tökülmüş pişik balası kimi  qəflətən 

yerindən sıçrayıb ucadan dedi: 

-

 



Ah, aman Allah! 

Axı Cim hələ də onun füsunkar hədiyyəsini görməmişdi!.. O, ovcunun 

içində  gizlətdiyi  zənciri  tələsik  ona  uzatdı.  Qiymətli  metal,  sanki,  onun 

çılğın və səmimi sevincinin şüalan altında rəqs edirdi. 

-

 

Məgər  gözəl  deyil,  Cim?  Bunu  tapana  kimi  bütün  şəhəri 



dolaşmışam. İndi istəsən, gündə yüz dəfə saata baxa bilərsən. Saatını mənə 

ver görüm. Onlann birlikdə necə göründüyünə baxmaq istəyirəm. 

Amma  Cim  onun  dediyinə  əməl  etmək  əvəzinə  taxta  uzanıb  əllərini 

başının altına qoyaraq gülümsədi. 

-

 

Della,  -  o  dedi,  -  indi  biz  hədiyyələrimizi  müvəqqəti  olaraq 



gizlətməliyik  ki,  bir  qədər  dincələ  bilsin.  Onlar  bu  dəqiqə  bizim  üçün  çox 

dəyərlidir.  Mən  saatı  satdım  ki,  sənin  üçün  bu  daraqları ala  bilim.  İndi  isə 

kotletləri bişirməyin əsl vaxtıdır. 

Uşaq  evindəki  körpələrə  hədiyyələr  gətirən  Volxvlar həmin  şəxslərdir 

ki, onlar, məlum olduğu kimi, müdrik, həm də təəccüb doğuracaq dərəcədə 

müdrik  adamlardırlar.  Milad  hədiyyələrini  onlar  dəb  halına  salıblar,  özləri 

necə  müdrik  idilərsə,  hədiyyələri  də  elə  idi.  Hətta  yaramadıqları  halda 

dəyişdirilməsi  də  mümkün  idi.  Mən  isə  sizə  səkkiz  dollarlıq  mənzildə 

yaşayan  və  heç  bir  müdrikliyə  sığmayan  tərzdə  bir-birinə  ən  dəyərli 

sərvətlərini qurban verən iki səfeh uşaq barədə o qədər də maraqlı olmayan 

əhvalat danışdım. Amma zəmanəmizin müdriklərinə məlum olsun ki, bu iki 

nəfər  bəxşiş  verənlərin  ən  ağıllısı  idi.  Bəxşiş  verənlər  və  qəbul  edənlər 

arasında yalnız onlara bənzəyənləri həqiqətən ən müdrikdirlər; hər zaman və 

hər yerdə. Volxvlar elə onlardırlar. 

15 

downloaded from KitabYurdu.org




O.HENRİ 

İNCƏSƏNƏTƏ SEVGİDƏN 

İncəsənəti sevirsənsə, qurban verməkdən qorxmamalısan. 

İlkin  şərt  budur.  Hekayəmiz  bu  şərtin,  eyni  zamanda  da,  onun 

təkzibinin nəticəsi olaraq meydana gəldi. Bu hekayə məntiq nöqteyi-

nəzərindən  orijinal  və  yeni,  ədəbi  üslubuna  görə  isə  Böyük  Çin 

səddindən azca qədim olacaq. 

Orta Qərbin əsrlik palıd ağadan arasında və yastı düzənliklərində 

böyüyən  Co  Lerrebinin  təsviri  sənətə  böyük  yanğısı  vardı.  O,  altı 

yaşında ikən kartonun üstündə şəhərin suçıxardan qurğusunu və onun 

yanından tələsik ötən mötəbər bir sakinini təsvir etmişdi. Yaradıcılıq 

səyinin  məhsulu  olan  bu  şəkil  çərçivəyə  salınmış,  dənələri  tək-tək 

sıralanmış  qarğıdalı  qıçası  ilə  yanaşı  aptekin  pəncərəsinə 

qoyulmuşdu.  Co  Lerrebinin  iyirmi  yaşı  tamam  olanda  isə  o, 

qalstukunu rahatca bağladı, kəmərini tarım çəkdi və doğma şəhərini 

tərk edərək Nyu-Yorka yollandı. 

Diliya  Keruzer  cənubda,  şamağacı  ilə  əhatə  olunmuş  kənddə 

yaşayırdı  və  onun  fortepianonun  altıoktavalıq  dillərindən  çıxardığı 

səslər  qohumlannın  qəlbində  elə  böyük  ümid  yaratmışdı  ki,  məhz 

onlann  köməyi  ilə  pul  daxılına  “musiqi  təhsilini  tamamlamaq” 

məqsədilə “Şimala” getmək üçün kifayət qədər pul yığılmışdı. Amma 

təhsilini  necə  tamamlayacaqdı  -  bunu  qohumlar  əvvəlcədən  bilə 

bilməzdilər... Belə ki, hekayəmiz elə bundan bəhs edəcək. 

Co  və  Diliya  studiyada  rastlaşdılar.  Rəssamlığı  və  musiqini 

öyrənən  cavanlar  işıq  və  kölgə,  Vaqner,  musiqi,  Rembrandtın 

əsərləri, rəsmlər, divar kağızları, Valdteyfel, Şopen və Ulonqa barədə 

söhbət etmək üçün bura yığışırdılar. 

Co  və  Diliya  bir-birinə  vurulmuşdu,  ya  da  bir-birindən 

xoşlanırdılar  -  zövqünüzə  hansı  uyğundursa,  onu  da  qəbul  edin  -və 

vaxt  itirmədən  izdivaca  girdilər.  Çünki  (yuxanda  qeyd  olunanı 

yadınıza 

salın)  İncəsənəti  sevirsənsə,  qurban  verməkdən 

qorxmamalısan. 



16 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə