İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə3/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   2   3   4   5   6   7   8   9   ...   135

VOLXVLARIN HƏDİYYƏSİ 

Milad  bayramıdır,  amma  Cimə  hədiyyə  almaq  üçün  onun  cəmi  bir  dollar 

səksən  yeddi  sent  pulu  var!  Uzun  aylar  hər  sentə  qənaət  etməklə,  nəhayət, 

artıra bildiyi məbləğ bu idi. Həftəyə iyirmi dollarla uzağa getmək mümkün 

deyil. Xərclər onun hesabladığından artıq alınırdı. Həmişə elə olur. İndi isə 

Cimə hədiyyə almaq üçün cəmi bir dollar səksən yeddi sent pulu var! Onun 

Cimi  üçün!  Milad  günü  ona  bağışlayacağı  hədiyyə  barədə  düşünərkən  o 

qədər sevincli anlar yaşamışdı ki... Nəsə nadir, qiymətli bir şey olmalı idi ki, 

Çimin adına, az da olsa, layiq olsun. 

İki  pəncərənin  arasındakı  divara  güzgü  vurulmuşdu.  Mebellə  təchiz 

olunmuş  səkkiz  dollarlıq  mənzildə  nə  vaxtsa  aynaya  baxmısınız?  Çox  anq 

və çox diribaş adam onun laylarında ardıcıl olaraq dəyişən əksini müşahidə 

edərək  zahiri  görkəmi  barədə  dəqiq  təsəvvür  əldə  edə  bilər.  Zərif  bədən 

quruluşu olan Della bu bacarığa yiyələnə bilmişdi. 

O,  birdən  pəncərənin  ağzından  aralanıb  güzgüyə  tərəf  atıldı.  Gözləri 

parıldayırdı, amma iyirmi saniyə ərzində üzünün rəngi qaçdı. Cəld hərəkətlə 

sancaqlan çıxarıb sagnı açdı. 

Sizə deməliyəm ki, Ceyms Dillinqhem Yunq cütlüyünün fəxr etdiyi iki 

sərvət  mövcuddur.  Biri  -  Cimə  atasından  və  babasından  miras  qalmış  qızıl 

saat,  o  biri  -  Dellanın  saçlan  idi.  Çariça  Savskaya  qarşı  evdə  yaşasaydı, 

Della  qəsdən  başını  yuyub  saçlarını  pəncərə  qarşısında  qurudardı  ki, 

ülyahəzrətin bütün paltarlarını və daş-qaşını  kölgədə qoysun. Çar Solomon 

həmin  evdə  qapıçı  işləyib  var-dövlətini  zirzəmidə  gizlətsəydi,  Cim 

yaxınlıqdan  keçəndə  qəsdən  hər  dəfə  saatı  cibindən  çıxarardı  ki, 

qısqanclıqdan onun saqqalını necə yolduğunun şahidi olsun. 

Budur,  Dellanın  gözəl  saçlan  açılıb,  panltı  ilə  dalğalanır  -  elə  bil, 

şabalıdı  şəlalə  şırnağı  idi.  Dizinə  qədər  uzanan  saçları  bütün  bədənini  plaş 

kimi  qucaqlamışdı.  Amma  o,  tez  əsəbi  və  tələsik  hərəkətlə  onları  yenidən 

yığmağa  başladı.  Sonra,  sanki,  tərəddüd  edirmiş  kimi  bir  an  tərpənmədən 

dayandı  və  qırmızı  rəngli  köhnə  xalçanın  üstünə  iki-üç  damcı  göz  yaşı 

düşdü. 

Köhnə  qəhvəyi  jaketini  çiyninə  atıb,  köhnə  qəhvəyi  şlyapasını  başına 



qoyub nəm gözlərindəki parıltı ilə sürətlə aşağı, küçəyə qaçdı. 

11 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Qarşısında  dayandığı  lövhədə  yazılmışdı:  “M-me  soph- 



ronie.

 

Saçlardan  düzəldilmiş  müxtəlif  məmulatlar”.  Della  tələsik  ikinci 



mərtəbəyə qalxdı və təngnəfəs halda dayandı. 

-

 



Mənim saçlanmı alarsınızmı? - o, madamdan soruşdu. 

-

 



Mən  saç  alıram,  -  madam  cavab  verdi.  -  Şlyapanızı  çıxarın, 

mala baxmaq lazımdır. 

Şabalıdı şəlalə yenidən axıb göz oxşadı. 

-

 



İyirmi  dollar,  -  madam  vərdiş  etdiyi  hərəkətlə  sıx  kütlənin 

çəkisini yoxlayaraq dedi. 

-

 

Onda tez olun, - Della dedi. 



Növbəti iki saat çəhrayı qanadlar üstündə ötüb-keçdi - köhnəlmiş 

metaforaya  görə  üzr  istəyirəm.  Della  Cimə  hədiyyə  almaq  üçün 

mağazaları dolaşdı. 

Nəhayət,  tapdı.  Şübhəsiz,  bu  hədiyyə  Cim  üçün  yaranmışdır, 

yalnız  onun  üçün...  Digər  mağazalarda  buna  bənzər  heç  bir  şey  yox 

idi.  Axı  o,  hər  yerin  altını  üstünə  çevirmişdi.  Bu,  db  saatlan  üçün 

nəzərdə  tutulmuş,  keyfiyyəti  ilə  adamı  valeh  edən,  sadə  və  dddi 

görünüşlü  platin  zəndr  idi.  Bütün  yaxşı  əşyalar,  əslində,  belə 

olmalıdır.  Onu  ən  dəyərli  saatlar  üçün  münasib  hesab  etmək  olardı. 

Della zəndri görən kimi düşündü kl, bu yalnız Cimə qismət olmalıdır. 

O,  elə  Qmin  özünə  bənzəyirdi.  Ciddi  və  ləyaqətli  -  bu,  onlann  hər 

ikisini fərqləndirən keyfiyyətlər idi. İyirmi bir dollar kassaya ödəndi 

və  Della  dbində  səksən  yeddi  sentlə  evə  tələsdi.  Belə  bir  zəndrlə 

hansı  cəmiyyətdə  olur-olsun,  Cim  saata  baxmaqdan  utanmayacaq. 

Onun saatı nə qədər gözəl olsa da, Om ona, adətən, gizlində baxırdı, 

çünki o, bərbad dəri kəmərdən asılmışdı. 

Evdə  Dellanın  coşqunluğu  azaldı  və  öz  yerini  ehtiyatlı  bir 

qənaətdlliyə verdi. O, saçburan sancaqlan götürdü, sobanı yandırdı və 

səxavətlə  məhəbbətin  dağıtdıqlarını yenidən düzəltməyə  başladı. Bu 

isə həmişə çox ağır zəhmət tələb eləyir, dostlar, çox ağır. 

Heç  qırx  dəqiqə  keçməmiş  başını  dimdik  dayanmış  xırda 

hörüklər  bəzəyirdi  kl,  bu  görkəmdə  dərsdən  qaçmış  oğlan  uşağına 

bənzəyirdi.  O,  uzun  müddət  diqqətlə  və  tənqidi  nəzərlərlə  güzgüdə 

özünə baxdı. 



12 

downloaded from KitabYurdu.org




VOLXVLARIN HƏDİYYƏSİ 

“Hə,  -  öz-özünə  dedi,  -  əgər  Cim  məni  görən  kimi  öldürməzsə,  o 

zaman  düşünəcək  ki,  Koni-Aylendin  xorda  oxuyan  qadınlarına  oxşayıram. 

Ancaq mən nə edə bilərdim, nə edə bilərdim ki, cəmi bir dollar səksən yeddi 

sent pulum vardı!?” 

Saat yeddidə qəhvə dəmlənmiş, bərk qızdırılmış tava isə qaz sobasının 

üstündə qoyun ətindən hazırlanmış kotletləri gözləyirdi. 

Cim  heç  vaxt  gecikməzdi.  Platin  zənciri  ovcunda  gizləyən  Della  giriş 

qapısına yaxın qoyulmuş masanın uc tərəfində oturmuşdu. Tezliklə aşağıdan 

onun  ayaq  səslərini  eşitdi  və  bir  anlığa  rəngi  ağardı.  O,  hər  cür  xırda  şey 

üçün Allaha qısa dualar etməyə alışdığından, tələsik pıçıldadı: 

-

 



İlahi, elə et ki, həmişə onun xoşuna gəlim! 

Qapı açıldı,  Cim  içəri  girdi  və  qapını  arxasınca  bağladı.  Onun  anq  və 

qayğılı  sifəti  var  idi.  İyirmi  iki  il  ailə  qayğısı  ilə  yüklənmək  asan  məsələ 

deyildi!  Onun  artıq  çoxdan  təzə  paltoya  ehtiyacı  var  idi  və  əlləri  əlcəksiz 

donurdu. 

Cim bildirçin görmüş ov tulası  kimi  qapının ağzında donub- qaldı. O, 

gözlərini Dellaya dikib  dayanmışdı, qadın bu baxışlar- dakı  mənanı anlaya 

bilmədiyi üçün qorxmağa başladı. Bu gözlərdə nə qəzəb, nə heyrət, nə tənə, 

nə  də  dəhşət  oxunurdu.  Onlar  gözlənilən  hisslərin  heç  birindən  xəbər 

vermirdi.  O,  sadəcə,  gözünü  çəkmədən  qadına  baxır,  sifətindəki  qeyri-adi 

ifadə isə dəyişmirdi. 

Masanın arxasından sıçrayan Della onun üstünə atıldı. 

-

 

Cim,  əzizim,  -  o  çığırdı,  -  mənə  belə  baxma!  Saçlarımı  kəsdirib 



satmışam,  çünki  sənə  Milad  bayramında  heç  nə  hədiyyə  etməsəydim, 

yaşaya  bilməzdim.  Onlar  yenidən  uzanacaq.  Sən  hirslənmirsən,  düzdür? 

Başqa  cür  bacarmazdım.  Mənim  saçlanm  tez  uzanır.  Hə,  Milad  bayramı 

münasibətilə məni təbrik elə, Cim, sonra da bayramı qeyd edək. Bilsən sənə 

necə hədiyyə hazırlamışam, necə gözəl, necə ecazkar bir hədiyyə? 

-

 



Sən saçlarını kəsdirmisən? - Cim gərgin vəziyyətdə soruşdu, beyni 

iti işləsə də, bu faktı dərk eləyə bilmirdi. 

-

 

Hə,  kəsib  satmışam,  -  Della  dedi.  -  Amma  sən  məni,  onsuz  da, 



sevəcəksən!? Saçlarım qısa olsa da, həmin qadınam. 

13 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə