İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə5/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   2   3   4   5   6   7   8   9   ...   135

İNC6S6N6T6 SEVGİDƏN 

Mənzil  kirayələyib,  mister  və  missis  Lerrebilər  öz  təsərrüfat-  lannı 

idarə  etməyə  başladılar.  Bu,  fortepiano  dillərinin  ən  aşağı  lya  diezi  kimi 

uzaq dalanların birində yerləşən gözdən uzaq tənha bir mənzil idi. Ər-arvad 

xoşbəxt idi. Onlar bir-birinə  məxsus idilər, incəsənət də onlara. Kim cavan 

və  varlıdırsa,  ona  məsləhətim  bundan  ibarətdir:  mülkünü  sat  və  kasıblara 

payla...  daha  yaxşısı  isə  -  bu  pulları  dalandara  ver,  qoy  öz  Diliyası  və 

incəsənəti ilə birlikdə belə bir mənzildə yaşaya bilsin. Bu mənzilin sakinləri, 

şübhəsiz,  mənim  sözlərimi  təsdiqləyərlər  ki,  dünyanın  ən  xoşbəxt 

adamlandırlar.  Xoşbəxtliyin  yaşadığı  mənzil  dansqal  ola  bilməz.  Qoy  üzü 

üstə  yıxılmış  komod  bilyard  masasını,  buxarı  lövhəsi  aynanı,  yazı  masası 

qonaq  otağını,  əlüzyuyan  isə  pianinonu  əvəz  etsin!  Əgər  dörd  divar 

üstünüzə  gələrsə  -  bədbəxtlik  deyil!  Təki  öz  Diliyanızla  bu  divarların 

arasına sığışasınız. Əgər evinizdə mehribanlıq və həmrəylik yoxdursa, onda 

qoy  o  qədər  nəhəng  və  geniş  olsun  ki,  ora  Qızıl  darvazadan  keçərək, 

Qatteros  burnunda  şlyapanızı,  Qorn  bumunda  paltannızı  asaraq  daxil  ola, 

Labradordan isə çıxa biləsiniz! 

Co rəssamlıq sənətini dahi Maestrinin özündən öyrənirdi. Siz, şübhəsiz 

ki, bu adı eşitmisiniz. O, öz dərslərinin üstündə möhkəm əsir, öyrədəndə isə 

asan  öyrədir.  Görünür,  elə  bu  da  ona  effektli  təzadların  ustası  kimi  böyük 

şöhrət  qazandırıb.  Diliya  musiqini  Rozenştokdan  öyrənirdi.  Əlbəttə,  siz 

fortepiano  dillərinin  sakitliyini  pozan  bu  şəxsin  necə  böyük  şöhrət  sahibi 

olduğundan xəbərdarsınız. 

Co  və  Diliya  pullarını  xərcləyib  qurtarana  kimi  çox  xoşbəxt  idilər. 

Həmişə belə olur... lakin mən ədəbsiz görünmək istəməzdim. Qarşılarındakı 

məqsəd  onlara  tamamilə  aydın  idi:  Co  qısa  zamanda  elə  rəsm  əsərləri 

yaratmalı  idi  ki,  nazik  bakenbard-  lan  və  qalın  pul  kisəsi  olan  yaşlı 

centlmenlər  onlara  sahib  olmaq  üçün  onun  emalatxanasında  bir-birini 

qapazlasınlar, Diliya isə musiqinin bütün sirlərindən agah olmalı, ondan elə 

doymalı  idi  ki,  parter  və  lojalarda  boş  yerləri  görəndə  şəxsi  apartamentinə 

çəkilərək  estrada  səhnəsinə  çıxmaqdan  imtina  etməyi,  qəfil  baş  ağnlannı 

onunla müalicə etməyi bacarsın. 

17 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Amma fikrimcə, ən gözəl şey onlann balaca mənzildə yaşadıqlan 

həyatın özü idi: dərsdən qayıtdıqdan sonra edilən coşqun və maraqlı 

söhbətlər; ikilikdə nahar və rahat səhər yeməyi mərasimləri; bir-biri 

İlə saf arzulan bölüşmələri - özü də hər biri özünün yox, sevgilisinin 

uğuru  haqda  şirin  xəyala  dalırdı;  qarşılıqlı  olaraq  bir-birinə  kömək 

etməyə  və  bir-birini  ruhlandırmağa  hazır  olmalan  və  -  zövqümdəki 

iddiasızlığa  görə  məni  bağışlasınlar  -  yatmazdan  əvvəl  pendir  və 

zeytunla buterbrodu. 

Lakin  günlər  bir-birini  əvəz  edirdi  və  yüksəklərə  qaldınlmış 

İncəsənət  bayrağı  hələ  də  öz  dirəyində  çarəsiz  halda  dalğalanırdı. 

Bəzən  belə  də  olur,  halbuki  bayraqdann  günahı  yoxdur.  İşgüzarlığa 

üstünlük verən qaba adamların söylədiyi kimi, hər şey evdən kənara, 

evin  içinə  isə  heç  nə.  Mister  Maestri  və  Ler  Rozenştoka  xidmət 

haqqını  ödəmək  üçün  pul  tapılmırdı.  Amma  İncəsənəti  sevirsənsə, 

heç  nədən  qorxmamalısan.  Beləliklə,  Diliya  bir  dəfə  bəyan  etdi  ki, 

musiqi dərsi demək qəranna gəlib, çünki dolanmaq lazımdır. 

Günlərlə  evi  tərk  edib  şagird  axtardı  və  nəhayət,  bir  axşam 

yüksək əhvali-ruhiyyədə evə qayıtdı. 

-

 



Co, əzizim, dərs almışam! - o, təntənəli şəklidə bəyan etdi.  - 

Bilirsən necə mehriban insanlardır! General... general A. B. Pinkni və 

qızı. Yetmiş birinci küçədə öz evləri var. Qəşəng evdir, Col Sən bir 

onlann  giriş  qapısını  görəydinl  Vizantiya  üslubunda  -  gərək  ki,  sən 

onu  beiə  adlandırırdın.  Otaqlar!  Ah,  Co,  mən  heç  vaxt  belə  bir  şey 

görməmişdimi 

Mən onun qızı Klementinaya dərs deyəcəyəm. Təsəvvür edirsən, 

elə ilk baxışdan qıza bağlandım. O qədər zərif, o qədər nəzakətlidir 

ki...  Özünü də  çox  sadə  aparır. Başdan-ayağa ağ  geyinir.  On  səkkiz 

yaşı  var.  Həftədə  üç  dəfə  onunia  məşğul  olacağam.  Sən  bir  Özün 

fikirləş,  Co,  dərsin  biri  beş  dollara!  Bu  ki  möcüzədir!  İki-üç  belə 

dərsdən  sonra  Ler  Rozenştokla  məşğələlərimi  yenidən  bərpa  edə 

biləcəyəm. Yaxşı da, əzizim, qaşqabağını sallama, gəl yaxşı bir şam 

yeməyi təşkil edək. 

-

 

Bunları  söyləmək  sənə  asan  gəlir,  Dili,  -  mətbəx  bıçağı  və 



balta  İlə  silahlanan  Co  konservləşdirilmlş  noxud  bankasına  hücum 

edərək etirazını bildirdi. - Bəs mənim vəziyyətim necə 



18 

downloaded from KitabYurdu.org




İNC6S6N6T6 SEVGİDƏN 

olacaq?  Deməli,  sən  dərs  dalınca  qaçıb  pul  qazanacaqsan,  mən  isə  yüksək 

incəsənət  dairələrində  qayğısız-qayğısız  dolaşacağam?  Benvenuto 

Çellininin  qalıqlarına  and  olsun  ki,  buna  razı  olmaram!  Yəqin  ki,  mən  də 

qəzet satmaqla, ya da küçələrə daş döşəməklə evə əlavə pul gətirə bilərəm. 

Diliya yaxınlaşıb, onun boynuna sarıldı. 

-

 

Co, sevgilim, necə də axmaqsan! Axı sən rəssamlığı atmamalısan. 



Başa  düş,  əgər  mən  musiqini  buraxıb  kənar  işlə  məşğul  olsaydım...  amma 

mən dərs deyə-deyə özüm də öyrənirəm. Mən ki öz musiqimdən aynlmıram. 

Həftəyə  on  beş  dollara  milyonçu  kimi  yaşayanq.  Mister  Maestridən 

uzaqlaşmağı ağlına belə gətirmə. 

-

 

Yaxşı,  -  Co  rəfdən  balıqqulağı  formalı  çini  salatqabını  götürərək 



dedi.  -  Hər  halda,  sənin  dərs  dalınca  qaçmağın  mənə  ağır  gəlir.  Yox,  bu, 

incəsənət deyil. Amma sən, əlbəttə, əsl xəzinəsən, afərin! 

-

 

İncəsənəti  sevirsənsə,  fədakarlıqdan  qorxmamalısan,  -  Diliya 



təmtəraqla dedi. 

-

 



Maestri  parkda  çəkdiyim  o  etüddəki  səma  təsvirini  təriflədi,  -  Co 

bildirdi.  -  Tinki  isə  iki  əsərimin  vitrininə  qoyulmasına  razılıq  verdi.  Bəlkə 

də, hansısa pullu sarsağın gözü tutdu, onlan aldı. 

-

 



Mütləq  alacaqlar,  -  Diliya  mehribancasına  dedi.  -  İndi  isə  general 

Pinkniyə və bu dana ətinə görə taleyə şükür edək. 

Növbəti  həftə  ərzində  Lerrebi  cütlüyü  səhər  yeməyinə  erkən  başladı. 

Co  şəkil  çəkdiyi  mərkəzi  parkda  səhər  işıqlannın  effektlərinə  aludə 

olmuşdu; saat yeddidə Diliya onu bura səhər yeməyi, zərif qayğılar, öpüşlər 

və  həvəslə  doyurub  yola  salırdı,  incəsənət  -  tələbkar  sevgilidir.  Co  artıq 

axşamlar nadir hallarda yeddidən tez evə qayıdardı. 

Şənbə günü Diliya bir az rəngi ağarmış və yorğun halda, lakin incə bir 

məğrurluq  nümayiş  etdirərək  üç  ədəd  kağız  beş-  dollarlığı  balaca  qonaq 

otağındakı  (səkkizin  on  futa)  balaca  masanın  (səkkizin  on  düymə)  üstünə 

qoydu. 

-

 



Klementina  arabir  məni  məyus  edir,  -  o,  bir  qədər  yorğun  tərzdə 

dedi. - Deyəsən, qız o qədər də çalışqan deyil. Eyni şeyi 

19 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə