İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə14/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   10   11   12   13   14   15   16   17   ...   135

O.HENRİ 

BİRJA DƏLLALININ ROMANI 

Səhər  saat  onun  yansında  bir|a  dəllalı  Maksuel  Harvl  gənc 

stenoqraflst  qadının  müşayiəti  ilə  tələsik  addımlarla  kontora  daxil 

olduğu zaman ona məxsus kontorun etibarlı klerki Pitçe- rin, adətən, 

anlaşılmaz  sifətində  bir  anlıq  maraq  və  təəccüb  ifadəsi  yarandı. 

“Salam, Pitçer” kəlməsini qınq-qınq söyləyə-söyləyə o, öz masasına 

doğru  elə  cumdu  ki,  sanki,  onun  üstündən  tullanacaqdı,  sonra  da 

tələsik onu gözləyən məktublar və teleqramlar dəıyasına baş vurdu. 

Gənc  stenoqraflst  qadın  artıq  bir  il  idi  Maksuel  in  yanında 

işləyirdi. Onun gözəlliyində stenoqrafiyaya aid heç nə yox idi. Onun 

təmtəraqlı pompadur

1

 saç düzümündən zəhləsi gedirdi. O, nə sep, nə 



qolbaq,  nə  də  medalyon  taxırdı.  İstənilən  an  restorana  dəvət 

olunmağa hazır adam təsiri bağışlamırdı. Ciddi geyinmişdi, əynindəki 

boz  rəngli  paltarı  sadə  və  gözəl  idi.  Qara  şlyapası  yaşıl  rəngli 

tutuquşu lələyi ilə bəzədilmişdi. Bu səhər onun utancaq və mülayim 

görkəmi  işıq  saçırdı.  Xəyala  dalmış  gözləri  panldayır,  yanaqlan 

çiçəklərlə örtülmüş şaftalını xatırladırdı. Xoşbəxt sifətindən xatirələrə 

daldığını duymaq olardı. 

Qızı əvvəlki kimi təmkinli maraqla izləyən Pitçer onun bu səhər 

özünü  qeyri-adi  apardığının  şahidi  oldu.  Birbaşa  iş  masasının 

yerləşdiyi qonşu otağa keçmək əvəzinə, qız kontorda ləngiyib, sanki, 

nəyisə  gözləyirdi.  Əgər  o,  Maksuelin  masasına  kifayət  qədər 

yaxınlaşmışdısa, deməli, o, qızı görməli idi. 

Masanın  arxasında  oturan  adam  isə  artıq  adamlıqdan  çıxmışdı. 

Bu, işi başından aşan nyu-yorldu dəllal - təkər və yaylann köməyi ilə 

hərəkətə gətirilən maşın idi. 

-  Bəli.  Nədir?  Nə  olub?  -  Maksuel  qəfildən  soruşdu.  Açılmış 

zərflər yalançı qar təpəsi kimi masanın üstündə qalaqlanmışdı. Onun 

heç nə ifadə etməyən, kobud, iti və boz gözlən, demək olar ki, acıqla 

qıza dikilmişdi. 

1

Pompadur - dəlicəsinə tərs, öz bildiyini edən idarə başçısı 

44 

downloaded from KitabYurdu.org




BİRJA DƏLLALININ ROMANI 

-

 



Heç  bir  şey,  -  stenoqrafist  qız  cavab  verdi  və  üzündə  xəfif 

təbəssüm, kənara çəkildi. 

-

 

Mister  Pitçer,  -  o,  etibarlı  klerkə  müraciət  etdi,  -  mister  Maksuel 



dünən sizə yeni stenoqrafist qadının dəvət olunması barədə bir söz deyibmi? 

-

 



Deyib,  -  Pitçer  cavab  verdi,  -  o,  mənə  yeni  stenoqrafist  tapmağı 

tapşırmışdı.  Mən  də  dünən  büroya  sınaq  məqsədi  ilə  bir  neçə  adam 

göndərmələrini xəbər vermişdim. İndi  ona on beş  dəqiqə  qalıb, amma  hələ 

də nə bir dəbdəbəli şlyapa, nə də bir saqqız çubuğu gəlib çıxıb. 

-

 

Onda hələ ki  məni əvəz edən yoxdur,  - gənc  qadın  dedi, - həmişə 



olduğu kimi, işimə davam edəcəyəm. 

O,  dərhal  öz  masasına  yaxınlaşdı  və  qızılı-yaşıl  tutuquşu  lələyi  ilə 

bəzədilmiş qara şlyapasını həmişəki yerindən asdı. 

Həmişə  məşğul  olan  bu  Nyu-York  dəllalını  birjanın  həyəcanlı 

anlarında  görməyən  adam  özünü  antropologiya  bilicisi  saya  bilməz.  Şair 

“şərəfli həyatın firavan saatlanndan” danışır. Birja dəllalının təkcə hər saatı 

işlə dolu deyil, həm də hər dəqiqəsi, hər saniyəsi kəmərdən yapışıb, bufer və 

ayaq yerlərindən asılı qalıb. 

Bu  gün  isə  Harvi  Maksuelin  qızğın  iş  günü  idi.  Teleqraf  aparatı 

sıçrayışla  öz  lentlərini  açır,  masanın  üstündəki  telefon  isə  xroniki  hay-

küydən  əzab  çəkirdi.  Adamlar  dəstə-dəstə  kontora  axışır  və  baryer 

arxasından  kimisi  mehribanlıqla,  kimisi  acıqla,  kimisi  sərt,  kimisi  əsəbi 

danışırdı.  Teleqram  aparanIann  biri  girir,  biri  çıxırdı.  Klerklər  qasırğa 

zamanı  sürətlə  ora-bura  qaçışan  dənizçilər  kimi  qaçır  və  atılıb-düşürdülər. 

Hətta Pitçe- rin fizionomiyası da canlanmaya bənzər bir şey ifadə edirdi. 

Bu  gün  birjada  qasırğa,  çovğun  və  uçqun,  zəlzələ  və  vulkan 

püskürməsi  baş  vermişdi  və  bütün  bu  təbii  nizamsızlıq  dəllala  məxsus 

kontorun  miniatüründə  əks  olunmuşdu.  Maksuel  stulunu  divara  yaxın 

qoyub,  rəqs  edə-edə  sazişlərə  imza  atırdı.  O,  arlekinlərə  məxsus  peşəkar 

cəldliklə  gah  teleqrafdan  telefona,  gah  da  masanın  arxasından  qapıya  sarı 

sıçrayırdı. 

Dəllal  hökm  sürən  bu  gərginliyin  içində  birdən  qarşısında  yırğalanan 

dəvəquşu lələkləriylə bəzənmiş məxmər, şalvann 

45 


downloaded from KitabYurdu.org


O.HENRİ 

altından qızılı rəngli corab, pişiyəbənzər çanta və az qala, döşəməyə 

qədər  uzanan,  ucunda  gümüş  ürəkcik,  qoz  boyda  iri  muncuqlarla 

bəzədilmiş  boyunbağılan  gördü.  Bu  aksesuarlar  özündənrazı  gənc 

qadına məxsus idi. Bu hadisəni izah etməyə hazır Pitçer də elə burada 

durmuşdu. 

-

 

Boş  yerlə  bağlı  stenoqrafiya  bürosundan  göndərilib,  -  Pitçer 



dedi. 

Maksuel yerində fırlandı: əlləri kağız və teleqraf lentləri ilə dolu 

idi. 

-

 



Hansı boş yer? - o, qaşqabaqlı soruşdu. 

-

 



Stenoqraflst  yeri,  -  Pitçer  cavab  verdi,  -  siz  dünən  mənə 

tapşırdınız ki, bu gün stenoqraflst qadın dəvət eləyim. 

-

 

Siz dəli olmusunuz, Pitçer, - Maksuel dedi, - mən sizə bu cür 



göstərişi  necə  verə  bilərəm?  Miss  Lesli  bütün  ilboyu  öz  vəzifəsinin 

öhdəsindən  layiqincə  gəlib,  özü  getmək  istəmədiyi  halda  bu  yer 

onundur. Bizdə boş yer yoxdur, xanım. Pitçer, büroya məlumat verin 

ki,  daha  heç  kimi  göndərməsinlər  və  bir  də  heç  kimi  yanıma 

gətirməyin! 

Gümüş  ürəkcik  yırğalandı  və  kontor  mebelinə  saymazyana 

toxunaraq  hiddətlə  kontoru  tərk  etdi.  Pitçer  fürsət  tapıb  mühasibə 

“qoca”nın günbəgün huşsuz və unutqan olduğunu söylədi. 

İş  gününün  coşqunluğu  getdikcə  artırdı.  Maksuelin  müştə-

rilərinin böyük həcmdə pullar yatırdığı müxtəlif adlı səhmlər birjada 

toplanıb altı yerə bölünmüşdü. Alğı-satqı ilə bağlı əmrlər qaranquşlar 

təki  ora-bura  uçuşurdu.  Maksuelin  portfelinin  bir  hissəsini  təhlükə 

gözləyirdi  və  o,  hansısa  mürəkkəb,  zərif  və  qüdrətli  maşın təki tam 

sürətlə  işləyirdi;  sözlər,  qərarlar, əməllər  saat  mexanizmində  olduğu 

kimi,  sürətlə  və  dəqiq  şəkildə  bir-  birini  əvəz  edirdi.  Səhmlər  və 

öhdəliklər,  istiqrazlar  və  fondlar,  girov  kağızlan  və  borclar  -  bütün 

bunlar  maliyyə  dünyası  demək  idi  və  bu  dünyada  nə  insana,  nə  də 

təbiətə yer yox idi. 

Nahar  fasiləsi  yaxınlaşdığından  işdə  bir  balaca  sakitlik  yaran-

mışdı. 


Maksuel əlləri kağız və teleqramlarla dolu halda öz iş stolunun 

yanında dayanmışdı; sağ qulağının arxasında həmişəki 

46 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə