İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə13/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   9   10   11   12   13   14   15   16   ...   135

YARIMÇIQ HEKAYƏ 

münasibətlərinə  layiq  olmayan  rüsvayçılıq  damğası  vuruldu.  Onu  təsvir 

etmək üçün yenə də heyvanlar aləminə müraciət etmək olar: Piqqidə siçovul 

ürəyi,  yarasa  xasiyyəti  və  pişik  cəsarəti  vardı.  O,  şıq  geyinən  və  yarıac-

yarıtox  həyatın  bilicisi  idi.  Mağazada  işləyən  satıcıya  baxıb  saatına  qədər 

dəqiqliklə  söyləyə  bilərdi  ki,  onun  çayla  pastiladan

1

  başqa  daha  qidalı  bir 



şey yediyi vaxtdan nə qədər ötüb. O, daim iri mağazaları dolaşar və qızları 

nahara  dəvət  edərdi.  Hətta  itlərini  gəzməyə  çıxaran  kişilər  belə  ona 

həqarətlə baxardılar. Bu, məlum bir tipdir: onun barəsində danışdıq - bəsdir; 

onun  kimiləri  təsvir  etmək  üçün  mənim  qələmim  acizdir:  mən  dülgər 

deyiləm. 

Yeddiyə  on  dəqiqə  qalmış  Delsi  hazır  idi.  O,  əyri  güzgüyə  baxıb 

özündən  razı  qaldı.  Heç  bir  bürüşüyü  olmadan  əyninə  oturmuş  tünd-göy 

rəngli  paltar,  qara  lələkli  şlyapa,  demək  olar  ki,  tamamilə  təzə  əlcəklər  - 

bütün  bunlar  məhrumiyyətin  şahidi  idi  (hətta  nahardan)  və  ona  çox 

yaraşırdı. 

Delsi  bir  anlığa  gözəlliyindən  və  həyatın  sirli  pərdəsinin  ətəyini 

qaldıraraq öz möcüzələrini ona göstərməyə hazır olmasından başqa hər şeyi 

unutdu. Bu vaxta kimi hələ heç bir kişi onu restorana dəvət etməmişdi. Bu 

gün o, bir anlığa rəngləri ilə gözqamaşdıran yeni aləmə nəzər sala biləcəkdi. 

Qızların dediyinə görə, Piqqi “bədxərcdir”. Deməli, qarşıda onu gözəl 

nahar  və  musiqi  gözləyirdi;  bir  də  bəzənib-düzənmiş  qadınları  görəcək  və 

elə  yeməklərdən  dadacaqdı  ki,  adətən,  rəfiqələrinə  bunlan  təsvir  etməyə 

çalışan qızların tərifləməkdən az qalırdı çənələri çıxsın. Şübhəsiz, Piqqi onu 

yenə nə vaxtsa restorana dəvət edəcək. 

Mağazalardan  birinin  pəncərəsində  o,  Çin  ipəyindən  tikilmiş  mavi 

rəngli paltar görmüşdü. Hər həftə on yox, iyirmi sent artıra bilərsə... dayan, 

dayan...  yox,  buna  bir  neçə  il  gərəkdir.  Amma  Yeddinci  küçədə  nimdaş 

geyimlər mağazası var və orada... 

Kimsə  qapını  döydü.  Delsi  açdı.  Mənzilin  sahibəsi  üzündə  saxta 

təbəssüm qapının ağzında dayanmış, oğurluq qazda bişirilmiş yeməyin iyini 

duymağa çalışırdı. 



l

Pastila - şirniyyat növü 

41 


downloaded from KitabYurdu.org


O.HENRİ 

 



Sizi  aşağıda  bir  centlmen  soruşur,  -  dedi,  -  soyadı  Yuq- 

qinsdir. 

Piqqini ciddi qəbul edən bədbəxtlər onu bu adia tanıyırdılar. 

Delsi  burun  dəsmalını  götürmək  üçün  komoda  sarı  çevriləndə 

yerindəcə donub-qaldı  və  alt dodağını dişlədi.  O,  güzgüyə  baxanda, 

nağıllar  diyarını  və  özünü  -  uzunmüddətli  yuxudan  təzəcə  ayılan 

şahzadəni  görürdü.  Amma  kədərli,  qəşəng,  dddi  gözlərini  ondan 

çəkməyən və davranışına görə onu alqışlaya, yaxud da qınaya bilən 

yeganə  şəxsi  unutmuşdu.  Hündür,  qədd-qamətli,  yaraşıqlı, 

melanxolik  sifətində  kədərli  qınaq  olan  general  Kiçener  qızıl 

çərçivədən heyrətlə ona baxırdı. 

Delsi qurulmuş oyuncaq təki sahibəyə tərəf çevrildi. 

-

 

Ona deyin ki, mən getmirəm, - o, ağır-ağır danışmağa başladı, 



-  deyin  ki,  xəstəyəm,  ya  da  başqa  bir  şey  söyləyin.  Deyin  ki,  çıxa 

bilməyəcəyəm. 

Sahibəni ötürüb qapını bağladıqdan sonra Delsi özünü üzü üstə 

yatağa elə atdı ki, gözünün qarası tamamilə yayıldı və düz on dəqiqə 

ağladı.  General  Kiçener  onun  yeganə  dostu  idi.  Nəzərlərində  o,  əsl 

cəngavər idi. Onun simasında müəmmalı bir kədər oxunurdu, bığı isə 

lap  onun  arzuladığı  kimi  idi  və  qız  onun  ciddi,  lakin  mehriban 

baxışlarından  bir  azca  qorxurdu.  O,  məsum  fantaziyaları  ilə  özünü 

əyləndirməyə  adət  etmişdi;  düşünürdü  ki,  general  nə  vaxtsa  bu  evə 

gəlib  onu  soruşacaq;  bu  zaman  onun  qılına  uzunboğaz  çəkmələrinə 

toxunub  taqqılda-  yacaq.  Bir  dəfə  bir  oğlan  zənciri  fənər  dirəyinə 

vurub cingildədərkən, o, pəncərəni açıb küçəyə baxdı. Amma yox! O 

bilirdi  ki,  general  Kiçener  uzaqda,  Yaponiyadadır  və  öz  ordusunu 

türklərə qarşı  müharibəyə  aparır.  O, heç  vaxt  öz qızılı çərçivəsindən 

çıxıb  onun  yanına  gəlməyəcəkdi.  Buna  baxmayaraq,  bu  axşam  o, 

bircə baxışı ilə Piqqiyə qalib gəldi. Bəli, məhz bu axşam. 

Doyunca  ağladıqdan  sonra  Delsi  qalxıb  öz  qəşəng  paltannı 

soyundu  və  əyninə  köhnə,  mavi  rəngli  xalat  geyindi.  Yemək 

istəmirdi.  “Sammi”dən  iki  bənd  zümzümə  elədi.  Sonra  bumunun 

üstündəki qırmızı ləkə ilə ciddi şəklidə məşğul olmağa başladı. Daha 

sonra  stulu  laxlayan  masaya  yaxınlaşdınb  kartlarla  fala  baxmağa 

başladı. 



42 

downloaded from KitabYurdu.org




YARIMÇIQ HEKAYƏ 

-

 



Əclaflığa  bir  bax,  həyasızlığa  bir  bax!  -  o,  ucadan  söylədi.  -  Mən 

ona nə bir sözümlə, nə də baxışlanmla belə düşünməyə əsas verməmişəm. 

Delsi  saat  doqquzda  sandıqdan  suxarı  yığılmış  tənəkə  qabı  və  moruq 

mürəbbəsi  olan  bardağı  çıxarıb,  özü  üçün  ziyafət  təşkil  etdi.  O,  general 

Kiçenerə  də  mürəbbə  yaxılmış  suxarı  təklif  etdi;  amma  o,  qıza  sfinks 

kəpənəyə - əlbəttə, əgər səhrada kəpənək olursa - baxan kimi baxdı. 

-

 

Yaxşı,  əgər  istəmirsinizsə,  yeməyin,  -  Delsi  dedi,  -  və  mənə  belə 



təkəbbürlü-təkəbbürlü,  belə  tənəli  baxışlarla  baxmayın.  Əgər  siz  də  həftə 

ərzində altı dollara yaşamalı olsaydınız, çətin ki belə məğrur görünərdiniz. 

Delsi  general  Kiçeneri  açıladı  və  bu,  yaxşı  heç  nə  vəd  etmirdi.  Sonra 

isə  o,  Benvenuto  Çellininin  üzünü  acıqla  divara  sarı  çevirdi.  Amma  bunu 

bağışlamaq  olardı,  çünki  Delsi  həmişə  onu  davranışını  qətiyyən 

bəyənmədiyi VIII Henrix hesab edirdi. 

Onun  yansında  Delsi  sonuncu  dəfə  portretlərə  nəzər  salıb  işığı 

söndürdü və yatağına girdi. General Kiçener, Vilyam Mel- dun, hersoginya 

Malboro  və  Benvenuto  Çellini  ilə  baxışaraq  vidalaşandan  sonra  yatağa 

uzanmaq çox qorxuludur. 

Hekayə  elə beləcə də  yarımçıq qaldı. O, nə vaxtsa bir müddət sonra - 

Piqqi  Delsini  təzədən  restorana  dəvət  edəndə  və  qız  özünü  lap  tənha  hiss 

edəndə və  general Kiçener təsadüfən üzünü yana çevirəndə tamamlanacaq: 

və o zaman... 

Artıq söylədiyim kimi, yuxuda gördüm ki, varlı mələklərdən bir qədər 

aralıda  dayanmışam  və  polis  məni  qanadının  altına  alıb  həmin  dəstədən 

olub-olmadığımı soruşur. 

-

 



Onlar kimdirlər ki? - mən soruşdum. 

-

 



Necə  yəni  kimdirlər,  -  o  dedi,  -  bu  adamlar  qızları  işə  götürən, 

onlara  həftədə  beş,  ya  altı  dollar  ödəyən  adamlardır.  Siz  onlann 

dəstəsindənsiniz? 

-

 



Yox, ölməz zati-aliləri, - mən cavab verdim. - Mən yalnız yetimlər 

evini  yandırmış,  bir  də  mis  pullan  qarət  etmək  məqsədi  ilə  kor  adamı 

öldürmüşəm. 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə