İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə32/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   28   29   30   31   32   33   34   35   ...   135

HİMENEYİN SORĞU KİTABI 

Beləliklə, əgər siz sabah, ya da nə zamansa Rozada dayanmalı olsanız, 

missis  Prattın  -  keçmiş  missis  Sempsonun  yaraşıq  verdiyi  açıq-sarı  rəngli 

təzə,  gözəl  bir  ev  görəcəksiniz.  Əgər  onun  kandanndan  içəriyə  ayaq 

qoysanız,  bilin  ki,  qonaq  otağının  ortasındakı  mərmər  masanın  üstündə 

qırmızı  tumacla  yenidən  cildlənmiş,  insan  xoşbəxtliyinə  və  insan  zəkasına 

aid bütün suallara cavab verə bilən “Zəruri biliklərin Herkimer sorğu kitabı” 

var. 


downloaded from KitabYurdu.org


O.HENRİ 

PİMİYENT KÖKƏLƏRİ 

Biz  “Üçbucaq-O”  damğası  vurulmuş  mal-qara  sürüsünü  Frio 

vadisinə  apardığımız  zaman  dimdik  dayanmış  quru  ağac  budağı 

üzəngimə ilişdiyindən ayağım buıxuldu və bir həftə düşərgədə uzanıb 

qaldım. 

Məcburi  işsizliyin  üçüncü  günü  ərzaqla  dolu  furqona  san 

süründüm  və  düşərgənin  aşpazı  Cedson  Odomun  söz  yağışı  altında 

heç  bir  kömək  olmadan  arabanın  içində  uzandım.  Ced  monoloqlar 

ustası  kimi  doğulsa  da,  həmişə  olduğu  kimi  peşə  seçdiyi  zaman  da 

səhvə  yol  veımiş  və  ömrünün  çox  hissəsini  auditoriyadan  məhrum 

olmuşdu. 

Beləliklə, səhrada susmağa məhkum olunmuş Cedin səbirsizliklə 

gözlədiyi şəxsə çevrilmişdim. Vaxtaşın könlümdən xəstələrə məxsus 

təbii  bir  istək  -  bizim  ərzaq  payımıza  daxil  olmayan  nəsə  yemək 

keçirdi. Xəyalən özümü “acı təəssüflərin mənbəyi, ilk məhəbbət kimi 

şirin”  olan  anamın  mətbəxində  hiss  edirdim.  Belə  anlann  birində 

soruşdum: 

-

 



Ced, kökə bişirə bilirsən? 

Ced  antilop  ətini  əzməyə  hazırlaşdığı  altıgülləli  tapançasını 

kənara  qoyub  qarşımda  dayandı.  Onun  duruşu  mənə  hədələyici 

göründü.  Panltılı  mavi  gözləri  ilə  mənə  soyuq  və  şübhəli  baxdığı 

üçün onun nifrəti barədə təəssüratım bir az da artdı. 

-

 



Qulaq  as,  -  o,  təmkinlə  danışmağa  çalışsa  da,  açıq-aşkar 

qəzəbini  gizləyə  bilmirdi.  -  Lağ  edirsən,  yoxsa  dddi  soruşursan? 

Bəlkə,  uşaqlardan  kimsə  kökələrlə  bağlı  kələk  barədə  sənə  nəsə 

söyləyib? 

-

 

Nə danışırsan, Ced, dddi sözümdür. Mən hətta təpədəki atımı 



və  yəhərimi  də  yaxşı  qızardılmış  yağlı  kökə  ilə  bir  bardaq  təzə 

patkaya dəyişərdim. Məgər kökə ilə bağlı nəsə baş verib? 

Ced mənim eyhamsız danışığımı eşitdikdə yumşaldı. Furqondan 

qəribə  kisələr,  tənəkə  şüşələri  götürdü  və  kölgəsində  uzandığım 

kolun dibinə qoydu. Mən onun gətirdiyi əşyalan 

100 

downloaded from KitabYurdu.org




PİMİYENT KÖKƏLƏRİ 

tələsmədən  necə  yerbəyer  etdiyini,  çoxsaylı  ipləri  necə  açdığını  müşahidə 

edirdim. 

-

 



Yox, heç nə olmayıb, - Ced işinə davam edə-edə dedi, - bu, sadəcə, 

mənimlə Qotur Eşşək dərəsindən olan qırmızıgöz çoban, bir də miss Uillela 

Lirayt  arasında  yaşanan  məntiqi  bir  uyğunsuzluq  idi.  Nə  olar,  qoy  sənə 

danışım. 

0

 

vaxt  San-Miquelada  qoca  Bili  Tumanın  mal-qarasını  otarırdım. 



Hələ  bu  vaxta  kimi  bircə  dəfə  də  olsun  böyürməsəm  də,  mələməsəm  də, 

xortuldamasam  da,  məndə  konservləşdirilmiş  yemi  gəvələmək  istəyi 

yarandı. Beləliklə, öz cırtdanımın belinə sıçrayıb Nueses dərəsini adlayaraq 

Pimiyentə, Emsli Telfer əminin dükanına çapdım. 

Günorta saat üçə yaxın atın cilovunu ağacın budağına bağlayıb, Emsli 

əminin  dükanına  qədər  iyirmi  addımlıq  yolu  piyada  getdim.  Sıçrayıb 

piştaxtanın üstündə oturaraq ona bildirdim ki, bütün göstəricilər dünyadakı 

meyvələrin  məhvolma təhlükəsindən xəbər verir. Bir dəqiqədən sonra artıq 

bir kisə suxan, uzun dəstəyi olan qaşıq, içində ərik olan ağzı aglmış banka, 

ananas-  lar,  albalılar,  gavalılar  əldə  etmişdim.  Emsli  əmi  isə  yaxınlıqda 

əlləşir  və  balta  ilə  san  qapaqları  qırırdı.  Mən  özümü  alma  əhva-  latınacan 

olan  Adəm  kimi  hiss  edirdim.  Şporları  piştaxtaya  taxıb,  iyirmi  dörd 

düymlük  qaşığımla  silahlandığım  an  birdən  təsadüfən  Emsli  əminin 

dükanının  yaxınlığında  yerləşən  evinin  pəncərəsinə  baxdım.  Orada  bir  qız 

dayanmışdı  -  tam  təchiz  olunmuş  vəziyyətdə;  əlində  tutduğu  kroket  çəkici 

yelləyir,  meyvə  konservləşdirilməsi  sənayesində  mənə  məxsus  təşviqetmə 

üsulunu müşahidə edirdi. 

Mən piştaxtadan enib beli Emsli əmiyə verdim. 

-

 

Qardaşım  qızıdır,  -  o  dedi.  -  Miss  Uillela  Lirayt,  Palestina-  dan



1

 

qonaq gəlib. İstəyirsən, səni onunla tanış edim? 



“Müqəddəs  torpaqdan”,  -  öz-özümə  dedim  və  fikirlərim  tövləyə 

salınan qoyun sürüsü kimi bir-birinə qarışdı. Niyə də yox? Axı Palestinada 

da mələklər olub... 

-

 



Əlbəttə, Emsli əmi, - ucadan söylədim, - miss Liraytla tanış olmaq 

çox xoş olar. 



1

 

Palestina - söhbet hazırda Oklahoma ştatmdakı Amerika şeherindən gedir. 

101 


downloaded from KitabYurdu.org


O.HENRİ 

Emsli əmi məni həyətə apardı və bizi bir-birimizə təqdim etdi. 

Mən qadınlarla münasibətdə heç vaxt ağciyər olmamışam. Onu 

da  anlaya  bilməmişəm  ki,  nə  üçün  bəzi  kişilər  mustanqı  tez 

əhliləşdirməyi bacanr, qaranlıqda üzlərini qırxa bilir, örtülməsi zəruri 

olan yerə bürünmüş mitkoi parçasını gördükdə isə birdən iflic olmuş 

kimi,  Allah  bilir,  tərləyib  kəkələməyə  başlayırlar.  Səkkiz  dəqiqədən 

sonra miss Uiliala ilə birlikdə əmioğlu- əmiqızı kimi kroket şarlannı 

uçururduq. Qız məhv etdiyim meyvə konservlərinin sayına görə məni 

sanar,  mən  isə  bir  o  qədər  də  təşvişə  düşməyib  Həvva  adlı  birisini 

xatırlayır,  ilk  rastımıza  çıxan  otaqdaca  meyvələrə  görə  baş  verəcək 

səhnəni  xəyalım-  daca  quraşdınrdım...  “Elə  bil,  Palestinadayıq, 

düzdür?” - mən elə həlim və sakit söylədim ki, sanki, öz həmyaşıdımı 

kəməndə salmağa çalışırdım. 

Bax bu üsulla miss Uiliala Liraytda tezliklə özümə qarşı rəğbət 

yaratdım  və  getdikcə  dostluğumuz  daha  da  möhkəmləndi.  Qız 

Pimiyent  vadisində,  əslində,  yaxşı  olan  səhhətinin  düzəlməsi  üçün 

qırx dərəcə istiliyi hava şəraitinə görə yaşayırdı. 

Əvvəllər  onu  görmək  üçün  həftədə  bir  dəfə  buraya  gəlirdim. 

Sonra hesablayıb gördüm ki, səflərimin sayını iki dəflə artırası olsam, 

onunla iki dəfə artıq görüşə bilərəm. 

Necə  oldusa,  həftələrin  birində  üçüncü  görüş  üçün  vaxt  ayırası 

oldum.  Bax  elə  o  zaman  da  kökələrlə  qırmızıgöz  çobanın  oyununa 

düşdüm. 


Həmin  axşam  ağzımda  bir  şaftalı  və  iki  gavalı  piştaxtanın 

üstündə  oturmuşdum,  Emsli  əmidən  miss  Uillalanın  nə  etdiyini 

soruşdum. 

-

 



O,  -  Emsli  əmi  dedi,  -  Qotur  Eşşək  vadisindən  olan  Cekson 

Quşla at gəzintisinə çıxıb. 

Bir  şaftalı,  iki  gavalı  çəyirdəyini  udduqdan  sonra  aşağı  düşə 

bildim. Sonra dükandan çıxıb, atım bağlanan ağaca tərəf getdim. 

-

 

O, at gəzintisinə çıxıb, - mən artdanımın qulağına pıçıldadım, 



-  Quş  Ceklə  -  Çoban  vadisindən  olan  Qotur  Eşşəklə...  sən  bunun nə 

demək olduğunu anlayırsan, dostum? 

Çal atım özünəməxsus şəkildə ağladı. O, kovboy atı idi və qoyun 

çobanlannı sevmirdi. 

102 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə