KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
540
nazirlərinin Londonda görüşü keçirilir. İki
ölkənin prezidentlərinin fevralda Parisdə
görüşü barədə razılıq əldə edilir.
10-11 fevral
Parisin yaxınlığındakı Rambuye məntqə-
sndə Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü keçirilir. Görüş
nəticəsiz başa çatır.
4 iyun
Azərbaycan və Ermənistan prezidentlərinin
Buxarestdə “Qara dəniz- dialoq və
tərəfdaşlıq uğrunda” forumu çərçivəsində
bağlı qapı arxasında görüşləri keçirilir.
Qeyd:
2007-ci ildən bu günə qədər Ermnistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi müxtəlif səviyyələrdə və
formatda müzakirə edilməsinə baxmayaraq,
Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə,
problemin həlli istiqamətində hələlik elə bir ciddi
nəticə əldə edilməmişdir.
İlham A.Mazanlı_________________________________________________________
541
IV
ƏLAVƏ
1.
İdel-Ural Respublikası haqqında qisa
A R A Y I Ş
Ural-Voljski ştatı (tatarca İdel-Ural Ştatı) – tatar və
başqırd xalqlarnın öz milli dövlətlərini yaratmaq
istiqamətində baş tutmayan layihələrdən biridir. Layihənin
reallaşdırılması üçün göstərilən cəhdlər nəticəsində bu
respublika Kazan şəhərinin tatarlar yaşayan hissəsində cəmi
28 gün (1-28 mart 1918-ci il) mövcud olmuşdur.
Həmçinin, Daxili Rusiya və Sibir Türk-Tatar Mədəni-Milli
Muxtariyyətinin, Ural-Voljski Ştatının, Tatar-Başqırd Sovet
Sosialist Respublikasının yaradılması layihələri də
olmuşdur. Fevral çevrilişi tatar xalqının da siyasi fəallığını
artırmışdı. Tatar dövlətçiliyinin inkişaf yolları geniş
müzakirə olunurdu. İlkin dövrlərdə tatar xalqının həm ərazi,
həm də mədəni-milli muxtariyyət formaları təklif olunurdu.
I Ümumrusiya müsəlmanları qurultayı (may 1917,
Moskva ş.) ərazi muxtariyyəti və federativ quruluş haqqında
qərar qəbul edir. Millət Məclisi (20 noyabr (2 dekabr) 1917-
11(24) yanvar 1918, Ufa) Daxili Rusiya və Sibir Türk-
Tatar Mədəni-Milli Muxtariyyətinin Əlaqələndirmə Orqanı
haqqında qərar qəbul edir. Bu Əlaqələndirmə orqanı I
Ümumrusiya müsəlmanları qurultayı ilə I Ümumrusiya
Müsəlman Hərbi qurultayı və Ümumrusiya Müsəlman
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
542
Ruhanilərinin birgə iclasında (22 iyul (4 avqust) 1917-ci
ildə Kazanda seçilmişdi.
II Ümumrusiya Müsəlman Hərbi qurultayı [(Kazan),
8(21) yanvar – 18 fevral (3 mart)1918-ci il] RSFSR Ştatının
tərkibində İdel-Ural Ştatının yaradılması (bura bütün Ufa
quberniyası, Kazan quberniyasının bir hissəsi, Simbirsk,
Samara, Orenburq, Perm, Vyatsk quberniyaları dxil idi) və
üç nazirliyin (dini, maarif və maliyyə), həmçinin iki
komitənin (hərbi və xarici işlər) tərkibində onun
qanunvericilik orqanı olan “Milli idarə”nin və icra
orqanlarının formalaşması haqqında Qətnamə qəbul edir.
Qurultayda Müəssislər Məclisinə və Şuraya
münasibətə görə parçalanma baş verir. Sol fraksiya
qurultayı
tərk edir. Lakin, seçilmiş orqanların
(kollegiyaların) işi başladıqdan sonra, 16 (29) yanvar 1918-
ci ildə Kazanda Kollegiyanın elə birinci iclasında sədr
Q.Şərəf sol fraksiyanın təklifini (Qurultayın dəstəkləmədiyi)
təsdiq etməyi təklif edir. Əsasnamənin bu variantı böyük səs
çoxluğu ilə qəbul olununduqdan sonra Kollegiyanın üzvləri
Q.Qubaydullin və N.Xalfin etiraz əlaməti olaraq
kollegiyanın tərkibindən çıxırlar.
Həmçinin, layihələr müzakirə edilərkən başqırd
xalqının tatarların (“tatar xalqının”) tərkibinə daxil edilməsi
ətrafında da qızğın polemika gedir. Müəssislər Məclisi
bolşeviklər tərəfindən 1918-ci il yanvarın 5 (18)-də
dağıdıldıqdan sonra vəziyyət daha da gərginləşir. İdel-Ural
Ştatının öz müstəqilliyini elan edəcəyi 1918-ci il fevralın
İlham A.Mazanlı_________________________________________________________
543
15 (1mart) gününü əngəlləmək üçün Kazan Fəhlə, Əsgər və
Kəndli Deputatları Şurası fevraın 15-də (1 mart) şəhərdə
hərbi vəziyyət tətbiq edir və II Ümumrusiya Müsəlman
Hərbi qurultayının və Hərbi Şuranın rəhbərliyini həbs edir.
Hadisələrin sonrakı xronikası isə aşağıdakı kimidir:
-
15 (28) fevral – həbs olunanlar axşamayaxın
azad edilirlər.
-
II Ümumrusiya Müsəlman Hərbi qurultayı öz
iclaslarını Kazan şəhərinin tatar hissəsinə keçirir
-
15 fevral (1 mart) - Bulaki çayının o biri
sahilində Sovet Rusiyası tərkibində respublika -
İdel-Ural Muxtar Ştatı (sovet tarixşünaslığında
ən alçaldıcı bir adla – “Zabulaçni Respublikası” )
elan edilir.
-
15 fevral (1 mart) Qurultayın qərarları ilə
Sovnarkom yaradılır və inqilabi qərargah
tərəfindən silahlı drujinalar formalaşdırılır.
-
Sovnarkom “İdel-Ural olkəse” qəzeti vasitəsi ilə
Sovetləri tanıdığını, İdel-Ural
Ştatını
dəstəkləyən bütün təşkilatlarla əməkdaşlıq
etməyə hazır olduğunu bəyan edir.
-
15 fevral (28 mart) 1918 - “Zabulaçni
Respublikası” bolşeviklər tərəfindən məhv edilir.
Əməliyyatlarda Kazan qırmızıqvardiyaçıları,
Hərbi dənizçi dəstələri (Kazana M.Vahidovun
Dostları ilə paylaş: |