İlham A.Mazanlı_________________________________________________________
555
10. Dövlət Televiziya Verilişləri Şirkəti Azərbaycanda
yaşayan azsaylı xalqların və etnik qrupların ədəbiyyatını,
folklorunu, əmək və həyatını işıqlandıran teleradioproq-
ramlar təşkil etsin, habelə ləzgi, talış və kürd dillərində
"Respublika yenilikləri", yerli radioqovşağı ilə azsaylı xalq-
ların dillərində gündəlik verilişlər getməsini təmin etsin.
11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Fərmanda göstərilən xalqların dil və mədəniyyətinə dövlət
yardımı tədbirlərinin maliyyələşdirilməsini təmin etsin.
12. Bakı, Sumqayıt, Lənkəran, Qusar, Zaqatala, Qəbələ icra
hakimiyyəti başçıları 1 ay müddətində slavyan, yəhudi,
ləzgi, talış, avar, udin və başqa azsaylı xalqların və etnik
qrupların milli mədəniyyət mərkəzlərini bina, yaxud
xidməti iş otağı ilə təmin etsinlər.
13. Azərbaycan Respublikası Prezidenti Aparatında
yaradılmış millətlərarası münasibətlər üzrə Məsləhət
Şurasına bütün millətlərin mənafeyini təmsil etməklə
yanaşı, millətlərarası münasibətləri təkmilləşdirmək, habelə
Prezident səlahiyyətinin həyata keçirilməsi bu Fərmandan
doğan əməli məsələlərin həlli üçün müvafiq tövsiyyələr və
tədbirlər hazırlanması tapşırılsın.
14. Azərbaycan Respublikasının Baş prokuroruna, Azər-
baycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
556
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə,
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın
ki, milli əlamətə görə ayrı-seçkiliyə, milli müstəsnalığın,
milli üstünlüyün bərqərar edilməsinə və ya milli
düşmənçiliyin qızışdırılmasına yönəldilən hər hansı bir
hərəkətin qanunla müəyyən edilmiş qaydada qarşısı alınsın
və günahkarlar qanuni məsuliyyətə cəlb olunsunlar.
AR-in Prezidenti Əbülfəz Elçibəy, Bakı, 1992-ci il
Fərmana edilmiş dəyişilik və əlavələrin
S İ Y A H I S I
18 iyul 2005-ci il tarixli 260 nömrəli Fərman
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, № 7, maddə 596) ilə 10-cu bənddə “Dövlət
Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar
Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, № 7, maddə 596.
İlham A.Mazanlı_________________________________________________________
557
VI ƏLAVƏ
BMT-nin Minillik Bəyannaməsi
ÖN SÖZ
Birləşmiş Millətlərin Minillik Bəyannaməsi yeni əsr
üçün tarixi sənəddir. 2000-ci il sentyabr ayının 6-dan 8-dək
Nyu Yorkda keçirilən Minillik Sammitində qəbul olunmuş
bu sənəd dünya rəhbərlərinin ən böyük yığıncağında iştirak
edən 147 Dövlət və Hökumət başçılarının, ümumilikdə isə
191 millətin maraqlarını təmsil edir.
Bu Bəyannamə uzun aylar boyu davam edən söhbət-
lərdən sonra, insanlarının səsinin eşidilməsinə imkan
yaradan regional müzakirələr və Minillik Forumu nəzərə
almaqla ərsəyə gətirilib. Mənim Minillik Hesabatımda təklif
etdiyim bir çox tapşırıq və vəzifələrin bu Bəyannaməyə
daxil edilməsini görmək mənim üçün çox xoşdur.
Sammitin keçirilməsini təklif etməkdə mənim istəyim
Minilliyin simvolik qüvvəsini dünyanın hər yerində yaşayan
insanların əsl ehtiyaclarını ödəmək işinə yönəltməkdən
ibarət olub. Dünya rəhbərlərinə qulaq asarkən və onların
qəbul etdikləri Bəyannaməni oxuyarkən mən
qarşılaşdığımız problemlər və bu problemlərin həlli yolunda
təcili addımlar atılmasına çağırış barədə onların
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
558
fikirlərindəki nəzərə çarpacaq dərəcədə oxşarlıqdan çox
təsirləndim.
Rəhbərlər hədsiz yoxsulluq içərisində yaşayan insan
təbəqəsinin sayının yarıyadək azaldılması, hamının təmiz su
və ilkin təhsillə təmin edilməsi, HIV/AIDS-in yayılmasının
qarşısının alınması və digər inkişaf yönümlü nailiyyətlərin
əldə olunması üçün xüsusi vəzifələr müəyyən ediblər. Onlar
Birləşmiş Millətləri sülh əməliyyatlarını gücəndirilməyə
çağırırlar ki, aztəminatlı insan təbəqələri ehtiyac duyduqları
anlarda bizlərə arxalana bilsinlər. Onlar eyni zamanda bizi
ədalətsizliyə və qeyri-bərabərliyə, terrora və cinayətlərə
qarşı mübarizə aparmağa və ümumi irsimizi, bəşəriyyəti
gələcək nəsillərin xatirinə qorumağa çağırırlar.
Bəyannamədə dünya rəhbərləri bu Təşkilatı yeni əsrə
uyğunlaşdırmaq üçün aydın istiqamətlər göstəriblər. Onlar
haqlı olaraq Birləşmiş Millətlərin səmərəliliyi ilə çox
maraqlanırlar. Onlar işlərin icra olunduğunu və ən əsası isə
bu işlərin nəticələrini görmək istəyirlər. Öz tərəfimdən onu
deyə bilərəm ki, mən və mənim bütün işçi heyətim bütün
cəhdlərini bu tapşırıqların həll olunmasına həsr edəcəyik.
Ancaq eyni zamanda onu da qeyd etmək lazımdır ki, elə
həmin dünya rəhbərlərinin özləri Birləşmiş Millətləri təşkil
edirlər. Qarşıya qoyduqları məqsədlərin əldə olunması
onların qüvvəsindən asılıdır və buna görə də elə onlar özləri
bu nailiyyətlər üçün cavabdehdirlər. Mən həmin rəhbərlərə,
onların seçicilərinə, bütün dünya xalqlarına deyirəm:
Dostları ilə paylaş: |