İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə137/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   133   134   135   136   137   138   139   140   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

559 


 

Birləşmiş Millətlərin hər hansı bir problemə sinə  gərib-

gərmədiyini yalnız siz müəyyən edə bilərsiniz.  

 

Kofi  Annan  

Birləşmiş Millətlər Təşkilatının Baş katibi  

 

Baş Assambleya aşağıdakı Bəyannaməni qəbul edir: 

 

 

Birləşmiş Millətlərin Minillik Bəyannaməsi 

 

I. Dəyər və Prinsiplər 

 

1.



 

Biz, Dövlət və Hökumət başçıları 6-8 sentyabr 

2000-ci il tarixində, yeni minilliyin astanasında Birləşmiş 

Millətlərin Nyu Yorkda yerləşən Baş  Qərargahında 

tolaşmışıq ki, daha sülhsevər, çiçəkli və  ədalətli bir 

dünyanın vacib prinsipləri kimi bu Təşkilata və onun 

Nizamnaməsinə qarşı sədaqətimizi bir daha təsdiq edək.  

2.

 



Biz bilirik ki, hər birimizin öz cəmiyyətlərimiz 

üzrə daşıdığımız ayrı-ayrı öhdəliklərdən  əlavə, biz qlobal 

səviyyədə insan şəxsiyyəti, bərabərlik və obyektivlik kimi 

məsələlər üzrə ümumi cavabdehlik daşıyırıq. Rəhbər 

olmaqla biz eyni zamanda bütün dünya xalqları, xüsusilə də 

daha aztəminatlı  təbəqə  və daha dəqiq desək, gələcəyin 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

560 


 

sahibi olmalı olan dünya uşaqları qarşısında daha böyük 

cavabdehlik daşıyırıq.  

3.

 



Biz daimi və  bəşəri olaraq yaratdığımız Birləşmiş 

Millətlərin Nizamnaməsində irəli sürülən prinsip və məqsə-

dlərə sadiq qaldığımızı  təsdiq edirik. Əslində, dünya 

millətləri və xalqları bir birindən daha çox asılı və bir birləri 

ilə daha çox əlaqəli hala gəldikləri üçün yuxarıda göstərilən 

amillərin müvafiqliyi və ilham yaratma gücü daha da artıb.  

4.

 

Nizamnamədə göstərilən məqsədlər və  vəzifələrə 



əsasən biz bütün dünyada uzun-müddətli və ədalətli bir sülh 

şəraiti bərqərar etməliyik. Biz Dövlətlərin suveren 

bərabərliyini müdafiə etmək, onların  ərazi bütövlüyünə  və 

siyasi müstəqilliyinə hörmət etmək, münaqişələri sülh yolu 

ilə ədalət prinsipləri və beynəlxalq hüquqa müvafiq olaraq, 

həll etmək koloniya və xarici işğal  əsarətində qalan 

xalqların öz müqəddəratını  təyin etmə hüquqlarını, 

dövlətlərin daxili işlərinə qarışmamaq insan hüquqları  və 

fundamental azadlığa hörmət, irqindən, cinsindən, dilindən 

və dinindən asılı olmayaraq hər kəsin bərabər hüquqlarına 

hörmət, iqtisadi, sosial, mədəni və humanitar xarakterli 

beynəlxalq məsələlərin həllində beynəlxalq  əməkdaşlıq 

kimi amilləri dəstəkləməkdə 

əlimizdən gələni 

əsirgəməməliyik.  

5.

 



Biz inanırıq ki, bu gün qarşımızda duran əsas 

vəzifə qloballaşmanın bütün dünya insanlarının həyatında 

müsbət bir qüvvəyə çevrilməsini təmin etməkdən ibarətdir. 

Çünki qloballaşma insanlara böyük imkanlar təklif etdiyi 




İlham A.Mazanlı_________________________________________________________ 

 

561 


 

halda, hal-hazırda onun mənfəəti və  dəyərləri insanlar 

arasında bərabər  şəkildə bölüşdürülmür. Biz başa düşürük 

ki, inkişaf etməkdə olan və ya keçid dövrü iqtisadiyyatına 

malik olan ölkələr bu ümumi problemə sinə  gərməkdə 

böyük çətinliklərlə üzləşirlər. Ona görə də, yalnız geniş və 

davamlı cəhdlər hesabına bizim ümumi bəşəriyyət və onun 

bütün müxtəliflikləri  əsasında hamı arasında bərabər 

bölüşdürülmüş bir gələcək yaratmaqla qloballaşmanı hamı 

üçün tam ədalətli və obyektiv şəklə  gətirmək olar. Bu 

cəhdlərə qlobal səviyyədə  qəbul olunmuş, inkişaf etməkdə 

olan ölkələr və ya keçid dövrü yaşayan iqtisadiyyatların 

ehtiyaclarına cavab verən qayda-qanunlar və ölçülər daxil 

olmalı  və  həmin ölkələrin səmərəli iştirakı sayəsində 

formalaşdırılaraq icra olunmalıdır.  

6.

 



Biz müəyyən fundamental dəyərlərin iyirmi birinci 

əsrdə beynəlxalq münasibətlər sahəsində  əsas xarakter 

daşıyacağını nəzərə alırıq. Bunlar aşağıdakılardır:  

 

o



 

Azadlıq. Kişilər və qadınlar layiqli həyat tərzi keçir-

mək və öz uşaqlarını da bu tərzdə, aclıqdan və zorakılıq 

qorxusundan, təzyiqdən və ya ədalətsizlikdən uzaq 

böyütmək hüququna malikdirlər. Xalqların iradəsinə 

əsaslanan demokratik və  iştirak xarakterli hakimiyyət bu 

hüquqların ən yaxşı təminatçısıdır.  

o

 

Bərabərlik. Heç bir fərd və ya heç bir millət 



inkişafdan mənfəətlənmək imkanından məhrum edilməli 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

562 


 

deyil. Kişilər və qadınlar üçün bərabər hüquqlar və imkanlar 

yaradılmalıdır.  

o

 



Həmrəylik. Qlobal problemlər, obyektivlik və sosial 

ədalətin  əsas prinsiplərinə müvafiq olaraq mənfəətlərin və 

yüklərin bərabər paylanması  şəklində idarə olunmalıdır. 

Əzab çəkənlərə  və ya daha az mənfəət  əldə edənlərə daha 

çox mənfəət əldə edənlər yardım etməlidirlər.  

o

 



Dözümlülük.  İnsan varlıqları öz inanc, mədəniyyət 

və dil müxtəlifliklərinə baxmayaraq bir-birlərinə hörmətlə 

yanaşmalıdırlar. Cəmiyyətlər daxilində  və  cəmiyyətlər 

arasında mövcud olan fərqlər nə hədə qorxu, nə də təzyiqlə 

qarşılanmalı,  əksinə insanlığın qiymətli dəyərləri kimi 

qorunmalıdır. Sülh mədəniyyəti və bütün sivilizasiyalar 

arasında dialoq çox fəal şəkildə həyata keçirilməlidir.  

o

 



Təbiətə hörmət. Davamlı inkişaf amillərinə  əsasən 

bütün canlı varlıqların və  təbii resursların idarə olunması 

sahəsində yüksək ağıl və uzaqgörənlik nümayiş olunmalıdır. 

Yalnız bu yolla təbiətin bizə  bəxş etdiyi ölçüyə  gəlməz 

sərvətlər qorunub-saxlana və gələcək nəsillərə ötürülə bilər. 

Bizim və gələcək nəsillərin yaxşı yaşaması üçün hal-hazırda 

mövcud olan qeyri-davamlı istehsal və istehlak qaydaları 

dəyişdirilməlidir.  

o

 

Bölüşdürülmüş məsuliyyət. Ümumdünyəvi iqtisadi 



və sosial inkişafın idarə olunması üzrə  məsuliyyət, 

həmçinin, beynəlxalq sülh və  təhlükəsizlik sahəsindəki 

təhlükələr dünyanın bütün xalqları arasında bərabər 

bölüşdürülməli və çoxşaxəli tərzdə  həyata keçirilməlidir. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə