İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə138/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   134   135   136   137   138   139   140   141   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

563 


 

Dünyada  ən universal və  ən geniş  təmsil olunmuş  təşkilat 

kimi Birləşmiş Millətlər bu işdə mərkəzi rol oynamalıdır.  

 

7.



 

Bu bölüşdürülmüş  dəyərləri icraya çevirmək üçün 

biz xüsusi əhəmiyyət verdiyimiz əsas vəzifələri müəyyən 

etmişik.  

 

II. Sülh, Təhlükəsizlik və Tərksilah 

 

8.



 

Biz öz xalqlarımızı, son onillik ərzində 5 

milyondan çox insan həyatına son qoyan Dövlətlər daxili və 

ya Dövlətlərarası müharibə  təhlükəsindən azad edəcəyik. 

Biz həmçinin, kütləvi qırğın silahlarının yaratdığı təhlükəni 

də aradan qaldırmağın yollarını axtaracağıq.  

9.

 

Beləliklə biz aşağıdakıları qət edirik: 



Milli işlərdə olduğu kimi beynəlxalq işlərdə  də 

qanunun aliliyinə hörməti gücləndirmək, xüsusilə  də 

Birləşmiş Millətlərin Nizamnaməsinə uyğun olaraq Üzv 

Dövlətlərin tərəflər kimi çıxış etdikləri halda Beynəlxalq 

Ədalət Məhkəməsinin qərarlarına  əməl etmələrinə  təminat 

yaratmaq.  

 

o

 



Birləşmiş Millətlərin sülh və təhlükəsizlik məsələlə-

rini daha səmərəli  şəkildə idarə etməsi üçün onu, 

münaqişələri sülh yolu ilə  həll etmək, sülhü qoruyub-

saxlamaq, münaqişələrdən sonra sülhü bərqərar etmək və 

yenidənqurma işləri aparmaq üçün lazım olan müvafiq 

alətlərlə  təmin etmək. Bu baxımdan biz Birləşmiş 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

564 


 

Millətlərin Sülh Əməliyyatları Qrupunun hesabatına istinad 

edərək Baş Assambleyadan onun məsləhətlərini təcili olaraq 

müzakirə etməyi xahiş edirik.  

o

 

Nizamnamənin 8-ci Fəsilinə müvafiq olaraq 



Birləşmiş Millətlərin regional təşkilatlarla  əməkdaşlığını 

gücləndirmək.  

o

 

Silahlara nəzarət və tərksilah, beynəlxalq humanitar, 



hüquq və insan hüquqları kimi sahələrdə  əldə olunmuş 

razılaşmaların Dövlətlər tərəfindən icra olunmasını  təmin 

etmək və bütün Dövlətləri Beynəlxalq Cinayət 

Məhkəməsinin Roma Statutunu imzalamağa və  təsdiq 

etməyə çağırmaq.  

o

 



Beynəlxalq terrorizmə qarşı razılaşdırılmış addımlar 

atmaq və bütün müvafiq beynəlxalq konvensiyalara tezliklə 

qoşulmaq  

o

 



Ümumdünya narkomaniya problemini aradan 

qaldırmaq sahəsindəki öhdəliklərin icrası yönümündə 

cəhdlərimizi ikiqat artırmaq.  

o

 



Transmilli cinayətin bütün aspektləri, o cümlədən 

qanunsuz silah satışı, kontrabanda və çirkin pulların 

yuyulması kimi işlərə qarşı mübarizə  cəhdlərini 

intensivləşdirmək.  

o

 

Birləşmiş Millətlərin iqtisadi sanksiyalarının günah-



sız insanlara mənfi təsirini azaltmaq, bu sanksiyalar 

recimini adi baxışlara tətbiq etmək və sanksiyaların üçüncü 

tərəflərə mənfi təsirini aradan qaldırmaq.  



İlham A.Mazanlı_________________________________________________________ 

 

565 


 

o

 



Kütləvi qırğın silahlarının, xüsusilə  də nüvə 

silahlarının ləğv olunmasına çalışmaq və bu məqsədə nail 

olmaq üçün bütün variantlardan, o cümlədən nüvə 

təhlükəsinin aradan qaldırılması yollarını müəyyən etmək 

üçün beynəlxalq konfrans çağırılmasının mümkünlüyündən 

istifadə etmək.  

o

 

Kiçik və yüngül silahların qanunsuz satışına son 



qoymaq məqsədilə  təcili addımlar atmaq, xüsusilə  də silah 

ötürülməsi prosesini daha şəffaf  şəkildə  həyata keçirməklə 

və regional tərksilah işlərini dəstəkləməklə, Kiçik və 

Yüngül Silahların Qanunsuz Satışı üzrə Birləşmiş 

Millətlərin qarşıdan gələn Konfransının bütün tövsiyyələrini 

nəzərə almaqla bu məqsədə nail olmaq.  

o

 

Bütün Dövlətləri Yerüstü Minaların İstifadəsi, Təda-



rükü və Ötürülməsinin Qadağan Edilməsi və Onların 

Zərərsizləşdirilməsi Konvensiyasına, həmçinin, şərti silahlar 

üzrə Konvensiyaya əlavə edilmiş minalar üzrə protokola 

qoşulmağa çağırmaq.  

 

10.


 

Biz Üzv Dövlətləri, fərdi və kollektiv şəkildə, 

həm indi, həm də  gələcəkdə Olimpik Barışıqlığa riayət 

etməyə  və Beynəlxalq Olimpiya Komitəsinin idman və 

Olimpiada oyunları vasitəsilə sülh və insan anlaşmasını 

gücləndirmək üçün göstərdiyi cəhdləri dəstəkləməyə 

səsləyirik.  

 

 



 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

566 


 

III. İnkişaf və Yoxsulluğun Aradan Qaldırılması 

 

11.



 

Biz kişiləri, qadınları və uşaqları misgin və qeyri-

insani yaşayış  şəraitindən və milyonlarla insanın düçar 

olduğu hədsiz kasıblıqdan azad etmək üçün əlimizdən 

gələni əsirgəməyəcəyik. Biz inkişaf hüququnun hər bir kəs 

üçün həqiqətə çevrilməsi və bütün bəşəriyyətin kasıblıqdan 

yaxa qurtarmasına çalışacağıq.  

12.


 

Buna görə  də biz həm qlobal, həm də milli 

səviyyələrdə elə bir mühit yaratmağa qərar vermişik ki, bu 

mühit inkişaf və yoxsulluğun aradan qaldırılması 

məqsədləri üçün əlverişli olsun.  

13.


 

Yeri gəlmişkən, bu öhdəliklərin uğurla yerinə 

yetirilməsi hər bir ölkə daxilində mövcud olan yaxşı idarə-

etmədən asılıdır. O həmçinin, beynəlxalq səviyyədə yaxşı 

idarəetmədən və maliyyə, pul və ticarət sistemlərindəki 

şəffaflıqdan asılıdır. Biz açıq, obyektiv, qaydalara 

əsaslanan, aşkar və ayrıseçkilik salmayan çoxşaxəli ticarət 

və maliyyə sistemlərinə əsaslanırıq.  

14.

 

Davamlı inkişaf sahəsində gördükləri işləri 



maliyyələşdirmək üçün lazım olan resursları  səfərbər 

etməkdə inkişaf etməkdə olan ölkələrin qarşılaşdıqları 

problemlər bizi narahat edir. Buna görə  də biz İnkişafın 

Maliyyələşdirilməsi üzrə Yüksəksəviyyəli Beynəlxalq və 

Dövlətlər-arası  tədbirin 2001-ci ildə keçirilməsi üçün 

əlimizdən gələni edəcəyik.  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə