İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə29/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   25   26   27   28   29   30   31   32   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

109 


 

redemarkasiyası üzrə yekun sənədin imzalanmasından  

hamının böyük məmnunluq hissi keçirdiyini bildirir və 

sözünə davam edərək deyir ki, Sovet hökuməti SSRİ və İran 

arasında sərhəd məsələlərinin müvəffəqiyyətlə  həll 

olunmasına böyük əhəmiyyət verir və hesab edir ki, bu 

məsələlərin tənzimlənməsi Sovet-İran münasibətlərinin 

mehriban qonşuluq ruhunda daha da möhkəmlənməsinə 

yardım edəcəkdir. ... İranla sərhəd məsələlərinin 

tənzimlənməsi, heç şübhəsiz ki, mühüm siyasi əhəmiyyətə 

də malikdir. Qonşu olan Sovet İttifaqı  və  İran bu 

məsələlərin tənzimlənməsi nümunəsi ilə  qəti  şəkildə sübut 

etdilər ki, tərəflər səmimi qarşılıqlı  cəhdlər göstərdikləri 

zaman aralarında olan münasibətlərdə baş qaldıran 

məsələləri dostluq, hüquq bərabərliyi və  hər iki tərəfin 

maraqları ruhunda həll etmək üçün yollar tapa bilirlər.  

V.V.Kuznetsov daha sonra deyir ki, Sovet İttifaqı 

özünün  İranla münasibətlərində onun milli müstəqilliyinə, 

suverenliyinə,  ərazi bütövlüyünə  və daxili işlərinə 

qarışmamaq prinsiplərini rəhbər tutur və ölkələrimiz 

arasında  iqtisadi və  mədəni  əlaqələrin bərabərlik və 

qarşılıqlı maraq əsasında inkişafına tərəfdardır. O, dövlət 

sərhədinin demarkasiyası  və redemarkasiyası üzrə  işlərin 

uğurla başa çatması  və yekun sənədlərin imzalanması 

münasibəti ilə  əlaqədar olaraq müştərək sərhəd 

komissiyasına daxil olan iranlı nümayəndələri, 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

110 


 

ümumiyyətlə, bu işdə  zəhməti olan hər bir kəsi ürəkdən 

təbrik edir.   

V.V.Kuznetsov çıxışının sonunda sərhəd 

məsələlərinin müvəffəqiyyətlə  həllinin SSRİ ilə  İran 

arasında dostluq və mehriban qonşuluq münasibətlərinin 

inkişafı  və möhkəmlənməsi kimi xeyirxah bir işə xidmət 

edəcəyinə inandığını qeyd edir və göstərir ki, bu, bizim 

ölkələrimizin xalqlarının maraqlarına, Orta Şərqdə sülhün 

və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğundur.

62

 

Qəribə  məntiqdir. Başqa bir xalqın  əzəli və tarixi 



torpaqlarının iki işğalçı “dövlət arasında dostluq və 

mehriban qonşuluq münasibətlərinin inkişafı 

və 

möhkəmlənməsi” üçün tərəflərdən birinə  hədiyyə edilməsi 



hansı xeyirxahlığa uyğundur?  İnanırıq ki, bu problemin 

Azərbaycan tarixçiləri və hüquqçuları  tərəfindən tədqiqi 

özünü çox gözlətməyəcəkdir.  

Tədqiqat işinin qarşısında qoyulan məqsədlərə nail 

olmaq üçün kütləvi informasiya vasitələrinin millətlərarası 

və dövlətlərarası münasibətləri işıqlandırarkən tez-tez 

 

 

istifadə  etdiyi  şovinizm, beynəlmiləlçilik,  millətçilik



irqçilik və s. bu kimi terminlərin üzərində bir qədər ətraflı 

                                            

62

 Подписание  итоговых  документов  демаркации  и  редемаркации 



государственной границы между СССР и Ираном. Газета “Правда”, 

1957, 13 апреля. Газета “Правда”, 1957, 13 апреля. 

 



İlham A.Mazanlı_________________________________________________________ 

 

111 


 

dayanmağı vacib sayırıq.

63

 Əlbəttə, bu ifadələr metodoloji 



oriyentir dərəcəsinə tam qalxa bilməsələr də, millətlərarası 

və dövlətlərarası münsibətlər sistemində ayrı-ayrı 

dövlətlərin və xalqların yerinin və rolunun müəyyən 

edilməsində mühüm rol oynayır. Cəmiyyətdəki milli 

təzadları qabarıq  şəkildə  təsvir edərkən, adətən, 

beynəlmiləlçilik ifadəsinə zidd millətçilik ifadəsini 

işlədirlər.  Bütün dünyada beynəlmiləlçilik ifadəsi eyni cür 

başa düşülsə  də, millətçilik ifadəsi  ətrafında müxtəlif  

mövqelərin toqquşduğunun  şahidi oluruq. Hər hansı bir 

etnosun maraqlarının sıxışdırılmasına cavab olaraq milli 

ləyaqət hissinin  kəskinləşməsi, azsaylı xalqların özlərini 

qoruyub saxlamaq cəhdləri və həyəcanları, böyük etnosların 

azsaylı xalqlara laqeyd münasibət göstərmələri, onların 

mədəniyyətlərinə  və dillərinə  təkəbbürlə baxmaları  hələ 



şovinizmin tam cizgiləri deyil.  

Sovet dönəmində alimlər, partiya funksionerləri, 

eyni zamanda, kütləvi informasiya vasitələrinin əməkdaşları 

da belə hesab edirdilər ki, bizim ölkəmizdə “xalqlar 

dostluğu” möhkəm kök saldığından, burada şovinizmin, 

                                            

63

 Yuxarıda qeyd etdiyimiz və apardığımız tədqiqatla  əlaqəli olan 



anlayış və terminlərin dolğun, ən əsası isə elmi izahı  Azərbaycan Milli 

Elmlər Akademiyası  Fəlsəfə  və Siyasi-Hüquqi  Tədqiqatlar  İnstitutu 

tərəfindən hazırlanmış və 2007-ci ildə “Elm” nəşriyyatında çap olunmuş  

“Politologiya. Ensiklopedik lüğət”də öz əksini tapır. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

112 


 

xüsusilə də onun kəskin formada baş verməsi ümumiyyətlə 

mümkün deyildir. 

Azərbaycan alimlərinin və siyasətçilərinin, o 

cümlədən kütləvi informasiya vasitələrinin  anlamında 

şovinizmin cizgilərini aşağıdakı kimi qruplaşdırmaq olar:  

-

 

etnik (milli) xüsusiyyətlərin ön plana çıxarılması 



və  şişirdilməsi, onların cəmiyyətin və  hər bir 

fərdin xarakteristikasını müəyyən edən  əsas 

cizgilər kimi təqdim edilməsi;  

-

 



hansısa etnosun cəmiyyətdə xüsusi vəziyyətə, öz 

xalqının müstəsna hüquqa malik olması barədə 

iddiaların və başqa xalqlara inamsızlığın irəli 

sürülməsi; 

-

 

şəraitdən, inamsızlıqdan və beynəlmiləlçilik 



ideologiyası ilə ziddiyyət təşkil etməsindən asılı 

olmayaraq, milli həmrəyliyə çağırışların 

edilməsi. 

Elmi ümumiləşdirmələrə görə, şovinizm (fransızca - 



chanvinisme) - hərbi gücə arxalanmaqla sərsəmlik həddinə 

çatan vətənpərvərlik, avtoritarizm əlamətləri ilə qidalanan 

ifrat millətçilikdir. Bu termin Napoleon Bonaparta 

fanatikcəsinə bağlılığı  və  pərəstişi ilə  fərqlənən, Fransa 

Respublikasının I Ordusunda xidmət etmiş yarımifik fransız 

əsgəri Nikolya Şovenin (Nicolas Chauvin) adı ilə bağlıdır. 

O, öz çıxışlarında Fransaya və Napoleon Bonaparta olan 

hədsiz məhəbbətini pafosla və sadə xalq dilində ifadə edirdi. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə