İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə31/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   27   28   29   30   31   32   33   34   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

117 


 

tərkibində olarkən Azərbaycanda milli hissin həmişə özünü 

açıq  şəkildə büruzə verməsi, xüsusilə XX əsrin ikinci 

yarısında milli hərəkatın güclənməsi, millətlərarası 

ziddiyyətlərin dərinləşməsi, SSRİ-nin parçalanması  və s. 

məsələlər milli özünüdərki kəskin və müstəqil problem kimi 

həmişə ön plana çəkmişdir. Keçmişdəki müstəmləkə  və 

yarımmüstəmləkə ölkələrində millətçiliklə yanaşı, bütün 

yeni mütərəqqi mənəvi və ideoloji xarakter daşıyan 

faktorlar açıq-aşkar fəaliyyət göstərir, milli oyanışın 

yollarına və metodlarına daha çox təsir edirdi. Milli şüurun 

yüksək dərəcədə inkişafı  səviyyəsinə çatmış Avropanın 

əksər ölkələrində millətçilik son dərəcə mürtəce hərəkət 

kimi qiymətləndirilir. 

Müasir dövrdə millətçilik simasız, prinsipsiz, həm 

də bir növ qəsdən qəlizləşdirilmiş    məzmun kəsb edərək 

başqa şəraitə uyğunlaşa və başqa şəklə düşə bilən, eqoizmi 

və milli maraqlara zidd saxta vətənpərvərlik çağırışları ilə, 

milli maraq və  dəyərlərlə öz simasını gizlətməyə  cəhd 

göstərən bir təzahür kimi də özünü büruzə verir, milli rəmz 

və  şüarlarla milli xarakterli aksiyalar həyata keçirir, özünü 

milli şüurla eyniləşdirmək üçün xüsusi canfəşanlıq göstərir. 

Millətçilik həmçinin xalqlar arasında milli qırğın və 

yadlaşma münasibətlərini formalaşdıran bir amil kimi də 

nəzərdən keçirilir. Milli özünüdərk milli dirçəlişin və 

tərəqqinin həyata keçirilməsinin  şərtlərini və formalarını 

müəyyən edir və  dərk edir ki, milli tərəqqinin mənbəyi 

təkcə milli dəyərlər və milli özünüdərkin daxili potensiyası 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

118 


 

deyil, daha çox beynəlmiləlləşmə  və onunla şərtləşən 

inteqrasiya prosesləri, eyni zamanda transnasional 

əməkdaşlıq bu prosesin əsas hərəkətverici qüvvəsi hesab 

olunur. 

Milli  şüur və millətçilik bir-birinə tamamilə zidd 

təzahürlərdir. Millətçilik ümummilli maraqlar haqqında 

yalnız mənasız diskurslar irəli sürür, milləti tarixin ümumi 

inkişafından kənarda və sinfin fövqündə duran yüksək 

ictimai birlik forması kimi, onun tərkib hissəsi olan 

siniflərin və sosial qrupların maraqlarının oxşar harmonik 

birliyi kimi nəzərdən keçirir. Həqiqətdə isə o, ayrı-ayrı 

sosial qrupların dar, eqoist və s. bu kimi maraqlarının 

müdafiəçisi kimi çıxış edir, korporativ maraq və məqsədləri 

ümumilli ideologiyadan üstün tutur. Millətçilik milləti 

tənəzzülə və durğunluğa sürükləyir, xalqı siyasi və mənəvi 

həyatdan təcrid edir, başqa millətlərlə  əməkdaşlıq etmək 

kimi pozitiv və mütərəqqi bir prosesdən kənarda qoyur. 

Millətçilik bütün bunlara nail olmadıqda isə, cəmiyyətdə 

düşmənçiliyi yaymaq, qonşularla münaqişə  və ixtilaf 

yaratmaq və s. kimi zərərli manevrlər etməklə məşğul olur. 

Millətləri ixtilafa və toqquşmaya sövq edən, zorakılığa 

söykənən millətçilik cəmiyyət üçün böyük təhlükələr 

törədir.  

Öz millətinin qeyri-adiliyini, başqa millətlərdən 

üstünlüyünü təbliğ edən, xalqı haqqında layiq olmadığı 

müsbət təsəvvürlər yaradan gizli millətçilik cəmiyyət üçün 

daha təhlükəlidir. Öz xalqı haqqında reallıqdan uzaq, qeyri-




İlham A.Mazanlı_________________________________________________________ 

 

119 


 

elmi mülahizələr irəli sürmək, xalqının nümayəndələrinin 

anadangəlmə xüsusi keyfiyyətlərə  və fitri istedada malik 

olmaları, xalqının tarixinin və  mədəniyyətinin daha qədim 

və  zəngin olması  və s. bu kimi mövzular ətrafındakı 

polemikalar milli eqoizmdən başqa bir şey deyildir. 

Millətçilik müasir dövrdə tarixin inkarolunmaz faktlarını 

kənara atıb keçmişdə baş vermiş hadisə  və faktları, 

qonşularla mövcud olan çoxəsrlik qarşılıqlı əlaqələri nəzərə 

almadan və yada salmadan onları  təhrif olunmuş bir 

formada izah edir.  

Millətçiliyin psixoloji təzahür və xüsusiyyətləri daha 

qorxuludur. O, stereotipləri, irrasional, ağlazidd hissləri, 

neqativ halları  əvvəlcədən başqa xalqlara qarşı 

istiqamətləndirir, insanları “bizimkilər” və “onlar” kimi 

qruplara bölür və bilavasitə  KİV-in iştirakı ilə  rəqib, 

istismarçı, düşmən obrazı formalaşdırır.  İnsanların isə 

müəyyən bir hissəsi bu obrazları qeyri- şərtsiz qəbul edir, 

özlərinin praqmatik və eqoist məqsədləri üçün istifadə edir. 

Keçmiş SSRİ-də, eyni zamanda Avropanın keçmiş 

sosialist ölkələrində millətçilik ictimai-siyasi həyatı  kəskin 

şəkildə mürəkkəbləşdirən daha bir xüsusiyyət kəsb etmişdir. 

İqtisadi tənəzzül və sosial gərginliyin artması, milli və 

millətlərarası münaqişələrin çoxalması, demokratik institut-

ların və  ənənələrin dağılması, cəmiyyətin bütün qatlarında 

ideologiyasızlaşma prosesinin bərqərar olması  mənəviyyat 

sahəsində də müəyyən bir boşluq əmələ gətirmişdir. Adətən, 

millətçilik bu cür hallardan  istifadə edərək, özünün bütün 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

120 


 

komponentləri ilə bu boşluğa müdaxilə edə bilir və bunun 

da nəticəsində davakar millətçiliyin inkişafı üçün münbit 

şərait yaranır.  

Sosializmin süqutundan sonra meydana gəlmiş yeni 

siyasi qüvvələr və liderlər öz proqramları  və  şüarları ilə 

kommunist rejimindən sonra yaranmış vəziyyəti saxlamağa 

və möhkəmləndirməyə can atır, millətçilikdən öz 

hakimiyyətlərinin ictimai dayağı kimi istifadə etməyə 

çalışırlar. Müxalifətdə olan qüvvələr də millətçilik ruhunda 

tərtib olunmuş proqramlarla çıxış edirlər. Millətçilik, eyni 

zamanda, ciddi sosial münaqişələri söndürməyə (bu proses 

təcrübədə bir neçə  dəfə müşahidə olunmuşdur), gərgin 

ictimai-sosial ziddiyyətləri millətlərarası 

gərginlik 

istiqamətinə yönəltməyə də qadirdir. 

Millətçilik sovet hakimiyyətinin mövcud olduğu 

bütün illərdə  məişət səviyyəsində özünü daim nümayiş 

etdirmiş, siyasət sahəsində isə tam şəkildə aradan 

qaldırılmamışdır.  İmperiya təfəkkürünə  və ideyalarına 

qulluq edən bir siyasət və ideoloji cərəyan olan bolşevizmin 

isə qayəsini millətçilik təşkil etmiş, bəzi siyasi və ya da 

millətçi qüvvələr “millətçiliyə qarşı mübarizə” pərdəsi 

altında özlərinin məkrli məqsədlərini həyata keçirmişlər.  

Millətçiliyn “separatçı variantının meydana 

gəlməsinə qarşı mübarizə aparan” bolşevizm onun “sovet” 

variantını yaratmış, velikorus və hakim dövlətçilik oyunu 

oynamışdır. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə