İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə39/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   35   36   37   38   39   40   41   42   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

147 


 

qarşılıqlı fəaliyyətə aid edilməməsinə, eyni zamanda bütün 

bu proseslərdə kütləvi informasiya vasitələrinin iştirakını  

tədqiq etməyə imkan verir.  

Beləliklə, elmi ədəbiyyatda millətlərarası  və 

dövlətlərarası  əlaqələrlə bağlı deyilən fikir və mülahizələri 

ümumiləşdirərək, beynəlxalq münasibətlərin istiqamətləri, 

növləri, səviyyələri və  vəziyyəti, KİV-in beynəlxalq 

münasibətlərin təkmilləşməsində  iştirakı barədə elmi 

polemika aparmaq mümkündür.   

Sosializm dönəmində sovet və  Şərqi Avropa elmi 

ədəbiyyatında xalqlar arasındakı münasibətlər sinfi 

meyarlar; hökmranlıq və tabelik; əməkdaşlıq və qarşılıqlı 

yardım; və keçid münasibətləri kimi növlərə ayrılır. Birinci 

növə feodal və kapitalist; ikinci növə sosialist ölkələri 

arasındakı münasibətlər; üçüncü növə müstəmləkə 

zülmündən azad olmuş  və inkişaf etməkdə olan ölkələr 

arasındakı münasibətlər aid edilirdi.

82

  

Lakin, beynəlxalq həyatın mənzərəsi bu bölgüyə heç 



cür uyğun gəlmirdi. Sosialist ölkələri arasındakı 

ziddiyyətlər, hətta silahlı münaqişələr belə, cəmiyyətdən 

gizlədilir, bu barədə informasiya verilmirdi. Həmçinin

kapitalist ölkələri arasındakı münasibətlərdə mövcud olan 

                                            

82

 Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və        Azərbaycanın 



xarici siyasəti. Dərslik – Bakı, “Azərbaycan” nəşriyyatı, 2005. s. 106-

121. 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

148 


 

əsl  əməkdaşlıq  əlaqələri də (ziddiyyətlər də daxil olmaqla) 

geniş auditoriyadan gizlədilirdi.  

Nəhayət, 1990-cı illərin  başlanğıcında  Şərqi 

Avropda baş verən hadisələr nəticəsində dünya sosializm 

sisteminin dağılması dövlət xadimlərini, siyasətçiləri, 

politoloqları, sahə mütəxəssislərini, o cümlədən,  kütləvi 

informasiya vasitələrini beynəlxalq münasibətlərin 

təsnifatında və  işıqlandırılmasında sinfi meyardan imtina 

edib, ümumi fəlsəfi yanaşma metoduna, “ümumbəşəri” 

meyara keçməyə vadar edir. Yeni elmi dövriyyədə 

beynəlxalq münasibətlərin iki növü: a) güc balansına və b) 

maraq balansına  əsaslanan növləri müəyyən edilir. 

M.S.Qorbaçovun “yeni siyasi təfəkkürünə” “aşiq” olanların 

da  əksəriyyətinin “elmi axtarışları” faktiki olaraq heç bir 

elmi əhəmiyyətə malik olmur və SSRİ süqut edəndən sonra 

isə tamamilə unudulmuşdur.

83

 



Ümumiyyətlə, beynəlxalq münasibətlərin təsnifatı ya 

ictimai həyatın sferalarına (münasibətlərin məzmunu nəzərə 

alınmaqla) – iqtisadi, siyasi, hərbi-strateji, mədəni, ideoloji 

və s., münasibətlərə, ya da bu münasibətlərin aktorlarına 

görə aşağıdakı kimi verilir: 

                                            

83

 Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və        Azərbaycanın 



xarici siyasəti. Dərslik – Bakı, “Azərbaycan” nəşriyyatı, 2005. s. 126-

202. 


 


İlham A.Mazanlı_________________________________________________________ 

 

149 


 

 



 

millətlərarası və dövlətlərarası münasibətlər; 

 

partiyalararası münasibətlər;     



 

nüfuzlu beyəlxalq təşkilatlar arasındakı 



münasibətlər; 

 



transnasional korporasiyalar arasındakı 

münasibətlər. 

 

Biz isə belə hesab edirik ki, kütləvi informasiya 



vasitələri arasındakı əməkdaşlıq əlaqələrinin də bu təsnifata 

daxil edilməsi məqsədəmüvafiq olardı. Bunu deməyə bizə - 

 

a) KİV-in millətlər və dövlətlər arasındakı 



münasibətlərin təkmilləşməsində oynadığı 

mühüm rol (qurucu və ya dağıdıcı faktor kimi);  

b) dövlətlər arasında ikitərəfli və çoxtərəfli 

danışıqlarda və razılaşmalarda tərəfləri təmsil 

edən KİV-lər arasında  əməkdaşlıq haqqında 

ayrıca maddələrin olması;  

c)  beynəlxalq təşkilatların egidası altında keçirilən 

nüfuzlu tədbirlərdə, sammitlərdə müzakirə 

olunan məsələlərin icrası ilə  əlaqədar ölkələrin 

öz üzərlərinə götürdükləri öhdəliklər sırasına 

sözügedən sahədə  KİV-in səmərəli fəaliyyət 

göstərməsi üçün lazımi  şəraitin yaradılması, 

jurnalistlərin, xüsusilə  də  əcnəbi jurnalistlərin 

imtiyazları  və mühafizəsi, onlara münasibətdə 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

150 


 

beynəlxaq humanitar hüququn tətbiq edilməsi ilə 

bağlı öhdəliyin də daxil edilməsi və s. faktlar 

əsas verir.

84

  

Beynəlxalq münasibətlər başqa bir göstəriciyə - 



inkişafına və intensivliyinə  görə yüksək, orta və  aşağı 

səviyyələrə bölünür. Bəzi  mütəxəssislər isə beynəlxalq 

münasibətlərin geosiyasi meyarlar əsasında bölünməsini 

daha düzgün hesab edirlər. Məsələn, qlobal və yaxud 

ümumplanetar, regional (Avropa, Asiya və s.), subregional  

səviyyəli beynəlxalq qarşılıqlı  təsiri buna misal göstərmək 

olar.      

Gərginlik dərəcəsinə görə isə beynəlxalq 

münasibətlərin aşağıdakı təsnifatını vermək olur: 

 

-



 

sabit və qeyri-sabit; 

-

 

inam və düşmənçilik; 



-

 

əməkdaşlıq və münaqişə; 



-

 

sülh və müharibə və s. 



 

Göründüyü kimi, beynəlxalq münasibətlərin təkcə 

gərginlik dərəcəsinə görə  təsnifatına nəzər yetirmək 

intersosial palitranın bir-biri ilə uyuşmayan  şoxsaylı 

rənglərdən, ziddiyyətli çalarlardan  ibarət olduğunu dərk 

etmək üçün kifayət edir. Əgər biz yalnız son 20-30 il zaman 

                                            

84

 Mazanlı  İ.A. Söz azadlığı  və informasiya təhlükəsizliyi: milli və 

beynəlxalq təminat. Terminlər və anlayışlar. Bakı, “UniPrint” nəşriyyatı, 

2005. səh. 105-156.



 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə