İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə47/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   43   44   45   46   47   48   49   50   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

179 


 

II FƏSİL 

Beynəlxalq həyat mövzusunun 

Azərbaycan KİV-ində işıqlandırılması 

təcrübəsindən: tarixi ekskurs 

Beynəlxalq təcrübəyə  əsaslanaraq birmənalı  şəkildə 

demək mümkündür ki, bu mövzu jurnalistikada milli 

paritetlərlə  və ölkənin milli təhlükəsizliyi ilə vahid 

kontekstdə  nəzərdən keçirilir. Bu paritetlər isə tarixin 

müəyyən dövrlərində beynəlxalq münasibətlər

dövlətlərarası  əlaqələr kimi anlayışlarla sıx bağlı olur, 

dünyada və regionda gedən geosiyasi proseslərdən asılı 

olur. Onların işıqlandırılması isə dövrün səciyyəvi 

xüsusiyyətlərinə uyğun olaraq KİV materiallarının məz-

mununa və yaradıcılıq amillərinə müəyyən korrektələr edir. 

Azərbaycan jurnalistikasında bu problemin tarixi köklərinin 

öyrənilməsini və mətbuatda izlənilməsini beş dövrə bölmək 

olar: 


 

I dövr – 1875-1918-ci illər. 

II dövr – 1918-1920-ci illər. 

III dövr – 1920-1985-ci illər. 

IV dövr – 1985-1991-ci illər. 

V dövr – 1991- ci ildən bu günə qədər olan dövr.  

 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

180 


 

Birinci dövr milli mətbuatın yaranmasından 

(“Əkinçi” qəzetinin nəşrə başlaması - 1875-ci il) Oktyabr 

inqilabınadək (1918-ci il, bəzi mənbələrdə çevriliş 

adlandırılır) olan müddəti  əhatə edir. Bu dövrdə çar 

Rusiyasının tərkibində olan Azərbaycanda “Əkinçi” (1875-

1877), “Ziya” (“Ziyayi Qafqaziyyə”) (1879-1884), “Kaspi” 

(1881-1919), “Şərqi-rus” (1903-1905), “Açıq söz” (1915-

1918), “Kəşkül” (1883-1891),

 “Həyat” (1906-1907), 

“Molla 


Nəsrəddin” (1906-1931), “Babayi-Əmir” (1915-1916),

 

“İrşad” (1906-1908), “Həqiqət” (1909-1910), “Tərəqqi” 



(1908-1909), 

“Füyuzat” (1906-1907), 

“Tazə  həyat” (1907-

1908), 


“Tuti” (1914-1917), “Zənbur” (1909-1910) kimi 

qəzet və jurnallar çap olunurdu.

 

Bu mətbu nəşrlər milli 



oyanış və özünüdərk proseslərində mühüm rol oynamışlar. 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Qafqaz bir sıra 

Avropa ölkələrinin maraq dairəsinə daxil olsa da, regionda 

gedən siyasi proseslərdə əsasən iki dövlət – Rusiya və İran 

dominantlıq edirdi. Bu da onların coğrafi parametrləri ilə 

bağlı idi və ənənəvi geosiyasətin şərtləri ilə izah olunurdu. 

1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinə əsasən, 

Azərbaycanın iki hissəyə bölünməsi başa çatdırılmış, Şimali 

Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə  İranın 

tərkibinə qatılmışdı. Müstəmləkə siyasəti ölkənin həyatının 

bütün istiqamətlərində olduğu kimi, milli mətbuatın 

yaranması  və  fəaliyyəti sahəsində  də özünün qara izlərini 

buraxırdı. Həm informasiya qıtlığı, həm də çar rejiminin 

tətbiq etdiyi ciddi senzura milli mətbuatda siyasət, 




İlham A.Mazanlı_________________________________________________________ 

 

181 


 

beynəlxalq münasibətlər və s. məsələlərin müstəqil  şəkildə 

işlənilməsinə və işıqlandırılmasına imkan vermirdi.  

Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” 

qəzetinə  də (22 iyul 1875-ci il) siyasi mövzuya toxunmaq 

qadağan edilmişdi. Milli qəzetlər,  ən yaxşı halda, yalnız 

Rusiya qəzetlərində verilmiş  məqalələrin surətini çap edə 

bilərdilər. Həsən bəy Zərdabi “Rusiyada əvvəlinci türk

105

 

qəzeti” məqaləsində yazırdı: “Əkinçi”yə ixtiyar vermişdilər 



ki, siyasi xəbərləri qeyri qəzetlərdən çap eləsin. Amma 

onların birisini də çap etməyə qoymadılar. ...Senzordan 

təvəqqe elədim ki, özü qeyri qəzetlərində siyasi xəbərləri də 

göstərsin ki, hansıları çap eləmək mümkündür. Ona da razı 

olmayıb, izin verdi ki, dövlət tərəfindən hər gündə  gələn 

telləri çap edim. ...onlardan seçib lazım olan qədərini də 

basdırmağa qoymadılar. Xülasə, siyasi xəbərləri basmaq 

mümkün olmadı. Jandarma ... hər gün məndən və 

“Əkinci”dən adsız donoslar göndərdilər. Jandarma tərə-

findən mənim üstümə qarovulçular qoyuldu. Onların birisi 

mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimin 

içində yatırdı. Birisi də küçə qapısında durub mən hər tərəfə 

gedəndə  məni aparıb-gətirirdi. O vaxt mən hər gecə kluba 

gedib bilyard oynayırdım və jandarma polkovniki də  bəzi 

vaxtlar mənim ilə oynayırdı. Onunla belə  həftədə bir neçə 

dəfə o polkovnik məni aparıb məndən cavab istəyirdi ki, 

                                            

105


 Azərbaycan 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

182 


 

doğrudurmu filan günü axşam filankəslərin yanına gedib, 

filan sözü demisən?”

106


  

XX  əsrin  əvvəllərində  əhalinin maarifləndirilməsini 

özünün ümdə  vəzifəsi hesab edən onlarla qəzet və jurnal 

nəşr olunurdu. Onların arasında demokratik mətbuatın ilk 

nümunəsi və Mirzə Cəlil Məmmədquluzadənin naşirliyi ilə 

çap olunan ilk satirik “Molla Nəsrəddin”  jurnalı  Şərqdə 

cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərə, Qərb 

ölkələrinin bu proseslərdə  iştirakına və münasibətinə aid 

daha cəsarətli materiallar dərc edirdi. 

Bu dövrdə regionda gedən siyasi prosesləri nəzarətdə 

saxlamaq və burada öz mövqelərini möhkəmləndirmək üçün 

bir sıra güclü dövlətlər bu ərazidəki ölkələri özlərinin nüfuz 

dairələrinə bölmüşdülər. Jurnal müəyyən forma və rubrika-

lardan istifadə edərək lakonik şəkildə Almaniyanın da 

bölgədə özünə istinadgah axtardığını diqqətə çatdırır. 

Jurnalın 1906-cı il 4-cü sayında “Molla Nəsrəddin”in gecə 

teleqramları” rubrikası altında “Berlin, 19 aprel- Germaniya 

dövləti islamlar ilə siğə qardaş oldu. Siğeyi-üxuvvət Qüdsi 

Xəlildə oxunacaqdır”

107


, həmin ilin 36-cı sayında isə 

“Teleqraf xəbərləri” rubrikasında “İstanbul - İran səfiri 

iranlıların qəbristan yerini almanlara altmış manata 

                                            

106

 “Həyat” qəzeti, 28 dekabr 1905-ci il, № 129, 3 yanvar 1906-cı il, № 



2. Azərbaycan mətbuat tarixi antologiyası. I cild, Bakı. 2010, səh.40.  

107


 «Molla Nəsrəddin» 12 cilddə, I cild-Bakı: Elm, 1988, səh.43.  


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə