İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə48/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   44   45   46   47   48   49   50   51   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

183 


 

satdı.”


108

 kimi, bir cümlədən ibarət məlumatları uğurlu üsul 

hesab etmək olar.  

“Molla Nəsrəddin”in sözügedən sahədə  fəaliyyətinin 

əsas istiqamətlərindən biri də güclü dövlətlərin istilaçılıq 

siyasətlərinin ifşa olunması idi. Xüsusilə, “Mıncıq” 

felyetonunda biz jurnalın daha cəsarətli addımının  şahidi 

oluruq:  

“Bəli, dörd yüz il irəli Amerikanın meşələrində çılpaq 

dolanan vəhşi insanlar qızıllarını aldanıb Yevropa lotularına 

verəndə genə  əvəzində iki qəpiklik mıncıq alırdılar, amma 

indi iyirminci əsrdə görürsən ki, dünyanın bir səmtində 

adamlar az qalırlar ki, ölünü diriltsinlər, az qalırlar ki, 

şeytana papaq tiksinlər, az qalırlar ki, havaya uçub aydan və 

ulduzlardan xəbər gətirsinlər, amma ... dünyanın o biri 

səmtində Qafqaz və  İran hindiləri öz əyallarının ruzisini 

növbənöv libasa girmiş quldurlara paylayanda bari əvəzində 

onlardan iki qəpiklik mıncıq da istəmirlər”

109



Jurnalın 1907-ci il 13-cü sayında dərc olunmuş 



“Həqiqət” məqaləsində imperializmin mahiyyətinin  əsarət 

və soyğunçuluqdan ibarət olması sadə bir dildə oxucuya 

çatdırılr: “Əzizim amerikalı, indi buyur görək, nə  qəsd ilə 

dünyanın o başından bu başına gəlibsən? Mənim yəqinimdir 

ki sənin xəyalında bir bijlik var. Məsələn, ya bu qəsdlə 

gəlibsən ki biz biçarə müsəlmanları tovlayıb axırda imtiyaz 

                                            

108


 Yenə orada, səh.299. 

109


 Yenə orada, səh.266. 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

184 


 

sahibi olasan və bizi fəhlə kimi işlədib bizim öz əlimiz ilə 

qazandığımız pulları doldurasan cibinə və axırda da Fərahan 

xalılarından, Buxara dərilərindən, Naxçıvan cecimlərindən, 

Şamaxı  şallarından, Tehran Sirü-xurşidlərindən bir yük 

tutub vətəninə sovqat aparasan və gedib Amerikada bir 

kitab yazasan və haman kitabda mollalarımızı 

tərifləyəsən”

110

.  



Maraqlıdır ki, bu gün beynəlxalq münasibətlər 

sistemində  mərkəzi yerlərdən birini tutan “enerji 

təhlükəsizliyinin təminatı” problemi hələ düz bir əsr bundan 

əvvəl “Molla Nəsrəddin” jurnalının tez-tez müraciət etdiyi 

məsələlərdən biri olmuşdur. “... Hətta biz də bu saat 

məətəlik. Bir tərəfdən, cənub neftini Londona daşıyırlar, bir 

tərəfdən də şimal neftini Amerikaya daşımaq istəyirlər”

111


.  

Enerji mənbələri uğrunda mübarizə ilə bağlı fikirlər 

jurnalın başqa bir nömrəsində “Xatirələr” başlıqlı 

felyetonda daha sərt  şəkildə qoyulmuşdur.  Ə.Əzimzadənin 

çəkdiyi və jurnalın birinci səhifəsində yerləşdirilmiş “Şimali 

İran nefti üçün mübarizələr “ adlı  şəkil də  İngiltərə  və 

Amerikanın İranda törətdiyi əməllərin əsl mahiyyətinin başa 

düşülməsi üçün əhəmiyyətlidir. Burada “Şimali  İran nefti” 

bir ceyran şəklində  təsvir edilmişdir. Ceyran iki tərəfdən 

ağızlarını geniş açmış iki əjdahanın pəncəsində  çırpınır. 

                                            

110


 Yenə orada, səh.426-427. 

111


 «Molla Nəsrəddin» jurnalı, № 8, 1925.  


İlham A.Mazanlı_________________________________________________________ 

 

185 


 

Ceyranı xilas etmək istəyən iranlıların  əlləri isə  zəncirlə 

bağlıdır

112


.  

“Molla Nəsrəddin” jurnalı siyasi çıxışlarına görə daim 

çar senzurasının təqiblərinə məruz qalırdı. “Demək olar ki, 

onun hər bir nömrəsi senzura yoxlanışından keçirdi. Höku-

mətin daxili və xarici siyasətinə toxunan məqalə, felyeton 

və şəkillərin çap olunmasına icazə verilmirdi. ... Mirzə Cəlil 

... qadağan olunmuş materialların,  şəkillərin yerini boş 

qoyur və üzərində çarpaz xətt çəkirdi. Və onların aşağısında 

belə yazırdı: “Bizdən asılı olmayan səbəblərə görə, bu yer 

qaldı”, “Buradakı şəkilə izn verilmədi” və s.

113

.  


Əsas ideya-siyasi xətti liberal xırda burjua 

ideologiyası olan “Babayi-Əmir”  satirik  jurnalı (1915-

1916-cı illərdə Bakı  şəhərində buraxılmışdır) siyasi 

məsələlərin işıqlandırılmasında məhdud islahatçılıq meylləri 

nümayiş etdirsə  və hökumətin siyasətinə qarşı açıq 

çıxışlardan çəkinsə  də, öz səhifələrində müharibə ilə bağlı 

mövzulara geniş yer verirdi. Jurnal əksər saylarında öz 

üslubuna uyğun olaraq müharibənin mahiyyətinin 

açılmasına, onun insanlara, ayrı-ayrı ölkələrə, bütövlükdə 

bütün dünyaya fəlakət gətirməsini  əks etdirməyə  səy 

göstərirdi. Jurnalda “Avropa müharibəsi” başlığı altında 

ayrıca bölmə yaradılmışdı. Bu başlıq altında müxtəlif 

                                            

112


 «Molla Nəsrəddin» jurnalы, № 21, 1925. 

113


 Rüstəmov A.R. Jurnalistika. Bakı Universiteti nəşriyyatı. Bakı, 2005, 

səh.26-27. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

186 


 

ölkələrdən müharibəyə aid alınmış  xəbərlər, məqalə  və 

felyetonlar dərc edilirdi. Müharibə mövzusunda verilən 

materiallar jurnalın satirik üslubuna uyğunlaşdırılır, ... 

müharibə xəbərlərinin maraqla oxunması üçün ondan sonra 

satirik şeirlər verilirdi.

114

  

 Jurnalın 1915-ci il 26-cı sayından bir neçə nömrəsi 



şəkillərlə çıxmağa başlayır ki, bu da müharibə mövzusunda 

yazıların insanların hisslərinə  təsirinin effektivliyini artırır, 

problemin daha aydın və  təsirli işıqlandırılmasına imkan 

yaradır. Görkəmli rəssam Əzim Əzimzadənin jurnalın 1915-

ci il 27-ci sayında oxucuya təqdim etdiyi şəkildə belə bir 

mənzərə təsvir olunur: bir tərəfdə “müharibəni başlayanlar” 

əlləri cibində qürurla dayanıb havadan hücuma keçən 

təyyarə və balonlara baxırlar, digər tərəfdə isə qan tökülür, 

amansız müharibə  səhnəsi aparılır.  Şəklin altında isə 

müharibə pərəstişkarlarnın bu sözlərini oxuyuruq: “Bir işdir 

tutmuşam, Allah xatirinə keç mənim üçün (sülhə dair).” 

Əlbəttə, bu sözlərin kinayə ilə deyilməsi açıq-aydın hiss 

olunur.  

Ə.Əzimzadənin jurnalda çap olunmuş başqa bir 

şəklində (9 dekabr 1915-ci il, № 33) Almaniyanın öz 

müttəfiqlərinin boğazına ip salıb onları darta-darta top 

qabağına apardığı  təsvir olunur. Şəklin altında isə “Haqq 

                                            

114

 Axundov N. Azərbaycan satirik jurnalları (1906-1920-ci illər). Bakı, 



1968, səh.110. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə