İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə46/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   42   43   44   45   46   47   48   49   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

175 


 

olunmuş  təntənəli yığıncaq keçirildi. “Правда” qəzetində 

H.Əliyevin N. Nərimanov haqqında geniş  məqaləsi dərc 

edildi. “Doktor Nərimanov” filmi “Ulduzlar sönmür” adı ilə 

ekranlara çıxdı.”

98

     



 

İkinci sözardı 

 

 

1956-cı ilin avqust ayında Azərbaycan Respublikası 

Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə  İbrahimovun 

təklifi ilə  Azərbaycan dilinin dövlət dili kimi tətbiq 

edilməsi haqqında qanun qəbul olunur. 

1959-cu il iyunun  30-da Sov.İKP MK-nın Rəyasət 

Heyətində Azərbaycan partiya təşkilatının fəaliyyəti  

müzakirə edilərkən bu məsələyə də geniş yer ayrılır. 



Sov.İKP-nin Baş katibi N.Xruşşov: - “Azərbaycan 

dövlət dilinin Azərbaycan dili olması haqqında qərar 

düzgündür. ...dövlət dili Azərbaycan dili, yerli əhalinin dili 

olmalıdır. Görünür, burada, belə milli tərkib səbəbindən 

bunun praktik olaraq necə 

həyata keçirilməsi 

düşünülməlidir. Sadəcə Azərbaycan dili dövlət dilidir 

deyərək, Bakıda 65 (? – I.M.) faiz təşkil edən başqa 

millətləri görməməzliyə vurmaq lazım deyil. Düşünmək 

                                            

98

 

Axundova E.  Heydər  Əliyev.  Şəxsiyyət və zaman. II hissə. Bakı, 

2007, s. 263-264. 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

176 


 

lazımdır ki, idarəçilik işləri necə aparılmalıdır, hansı dildə 

olmalıdır.”

99

      



Azərbaycan KP MK-nın I katibi İ.Mustafayev 

(iki gün M.İbrahimovu müdafiə edir, lakin bunun mənasız 

olduğunu anladıqdan sonra): - “Mən  öz fəaliyyətimdə, 

xüsusilə bizim partiyanın Lenin milli siyasətinin həyata 

keçirilməsində bağışlanılmaz səhvlər buraxmışam, ayrı-ayrı 

şəxslərin, ilk növbədə Ali Sovetin Rəyasət Heyətinin 

keçmiş sədri, MK-nın büro üzvü yoldaş Mirzə İbrahimovun 

millətçi çıxışlarına və fikirlərinə lazımi siyasi qiymət 

verməmişəm. O, yaxşı yazıçı kimi böyük nüfuza malikdir, 

lakin eyni zamanda bizim partiyanın siyasi xəttini düzgün 

həyata keçirmir.”

100


 

N.Xruşşov (İ.Mustafayevin çıxışını kəsərək): - “Biz 

bunu qəbul etmirik. Əgər o, öz fəaliyyətini kommunistlərə 

qarşı yönəldibsə, yaxşı yazıçı  nə deməkdir? Bu ki bizim 

düşmənimizdir.”

101

       

Azərbaycan KP MK üzvlüyünə namizəd, Bakı 

Şəhər  Partiya Komitəsinin katibi  A.Kərəmyan: - 

“...Sov.İKP MK-dan gizlin dövlət dili haqqında qanunun 

qəbul edilməsi bütövlükdə Azərbaycan Kommunist 

                                            

99

 Президиум  ЦК  КПСС. 1954-1964. Черновые  протокольные 



записи заседаний. Стенограммы. Постановления, т. 1, с.370.      

100


 Президиум  ЦК  КПСС. 1954-1964. Черновые  протокольные 

записи заседаний. Стенограммы. Постановления, т. 1, с. 385 

101

 Президиум  ЦК  КПСС. 1954-1964. Черновые  протокольные 



записи заседаний. Стенограммы. Постановления, т. 1, с. 385 


İlham A.Mazanlı_________________________________________________________ 

 

177 


 

Partiyasının, Bakı partiya təşkilatının fikri deyildir. Bu, 

Mirzə  İbrahimov başda olmaqla, siyasi cəhətdən yetkin 

olmayan ziyalılar qrupu tərəfindən meydana atılan xırda 

burjua millətçiliyinin təzahürüdür. Sən “bizim 

respublikanın” (?! ?! ?! – İ.M.) xalqlar dostluğuna zərbə 

vurmusan, millətlər arasında qarşıdurma toxumu səpməyə 

cəhd göstərmisən və buna görə partiya nizamnaməsinə 

uyğun cavab verməlisən.”

102


 

 

Azərbaycanın xalq yazıçısı, ictimai 



xadim,  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 

(1954-1958), Azərbaycan Yazıçılar Birliyinin I katibi və 

sədri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, 

1937-1991-ci illərdə fasilələrlə SSRİ Ali Sovetinin deputatı 

və SSRİ Xalq deputatı olmuş    N.Xruşşovun “bizim 

düşmənimiz” və “qatı millətçi” adlandırdığı  İbrahimov 



Mirzə  Əjdər oğlu  1981-ci ildə  SSRİ-də  əməkdə 

fərqlənməyə görə verilən ən ali fəxri ada - Sosialist Əməyi 

Qəhrəmanı adına layiq görülür. “Oraq və  çəkic” qızıl 

medalını M.İbrahimova Sov.İKP MK Siyasi Bürosu 

üzvlüyünə namizəd (1982-ci ildən üzvü), Azərbaycan KP 

MK-nın birinci katibi Heydər  Əliyev  şəxsən özü təqdim 

etmişdir. 

103


 

                                            

102

 Azərbaycan KP MK-nın IX Plenumunun stenoqramı. 6-8.07.1959. \\ 



AR SPİHMDA, f.1, s.46, i.26, v.239-240. 

103


http://az.wikipedia.org/wiki/Mirzə_İbrahimov#M.C3.BCkafatlar.C4.

B1 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

178 


 

Üçüncü sözardı 

 

Böyük Azərbaycan  şairi  Hüseyn  Cavid  1939-cu     

ildə “xalq düşməni” adı ilə Sibirə (Maqadan) sürgün edilmiş 

və 1941-ci il  dekabrın 5-də  İrkutsk vilayəti Tayşet 

rayonunun   Şevçenko kəndində dünyasını dəyişmişdir. 

Hüseyn Cavidin qəbri 1982-ci il noyabrın 3-də 

vətəni Naxçıvana gətirilmiş və burada dəfn edilmiş, 1996-cı 

il oktyabrın 29-da şairin anadan olmasının 114 illiyi 

münasibəti ilə xüsusi layihə üzrə tikilmiş  məqbərəyə 

köçürülmüşdür. 

 

Heydər  Əliyevin Hüseyn Cavidin məqbərəsinin 

təntənəli açılış  mərasimində  çıxışından: - “Hüseyn 

Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan 

xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı 

azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün 

yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə 

çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, 

millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq 

sevmiş  və millətinə  həddindən artıq xidmət edən bir insan 

olmuşdur.”

104


 

 

                                            

104

 http://lib.aliyev-heritage.org/az/4325019.html 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə