İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə45/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   41   42   43   44   45   46   47   48   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

171 


 

edirik. Bizi isə, əvvəlcədən tədqiqatımızın bəyan etdiyimiz 

elmi məqsəd və vəzifələrinə uyğun olaraq, millətlərarası və 

dövlətlərarası münasibətlərin tənzimlənməsində KİV-in yeri 

və rolu, bu sosial-siyasi institutlar arasındakı qarşılıqlı təsir 

problemləri maraqlandırır və biz təqdim olunan tədqiqat 

işinin a) millətlərarası münasibətlərin kəskinləşməsi 

şəraitində (Dağlıq Qarabağ  və onun ətrafında baş verən  

hadisələr dövründə) mərkəzi və regional KİV-in fəaliyyəti 

və  b)    millətlərarası  və dövlətlərarası münasibətlərin 

təkmilləşməsində  KİV-in səmərəliliyinin yaradıcılıq 

amilləri bölmələrində bu problemlərə yenidən qayıdacağıq.

 

Hələlik isə ... 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

172 


 

Birinci fəslə sözardı  

 

No Comment

. 

 

Birinci sözardı 

 

Sov.İKP MK-nın 1959-cu il iyun (26-29 iyun) 

Plenumunda Azərbaycanda milli siyasətin həyata 

keçirilməsində yol verilmiş “kobud  pozuntular”, iyunun  

30-da isə Sov.İKP MK-nın Rəyasət Heyətində Azərbaycan 

partiya təşkilatında yaranmış “arzuolunmaz vəziyyət” və ... 

“buraxılmış ciddi səhvlər”  müzakirə edilir. 

Məsələ ilə bağlı Sov.İKP MK-nın yaratdığı xüsusi 

komissiyanın sədri İ.Şikin məruzə edir.   

 

 



İ.Şikin: - “Millətçilik  əhvalının baş qaldırmasına partiya 

tarixi sahəsindəki işlərdə buraxılan səhvlər də təsir etmişdir. 

Azərbaycan Kommunist Partiyası tarixinin, inqilabi 

hərəkatın işıqlandırılmasında milli məhdudluq, özünə 

vurğunluq, keçmişin ideallaşdırılması, “Hümmət” kimi 

təşkilatın  şişirdilməsi halları özünü göstərir. N.Nərimanov 

kimi xadimlərin rolu şişirdilir. Guya ki, ona tərəddüdlər, 

səhvlər və yayınmalar yad imiş. Kommunist Partiyasının 

tarixinə aid kitablarda Serqo Orcanikidze, Stepan Şaumyan

Alyoşa Caparidze kimi xadimlərin nöqsanları, səhvləri 

göstərilirsə, Nəriman Nərimanovun nöqsanlarından bir 



İlham A.Mazanlı_________________________________________________________ 

 

173 


 

kəlmə  də deyilmir, lakin bizə  məlumdur ki, xüsusilə milli 

siyasət sahəsində onun böyük nöqsanları olmuşdur.”

96

  



 

1990-cı ildə Heydər  Əliyevin Moskvada jurnalist 

Elmira Axundovaya  verdiyi müsahibədən:   

     


 

 

 Heydər  Əliyev: - “Nəriman Nərimanov maarifçi-

demokratdan mətin bolşevik kimi çətin və keşməkeşli yol 

keçmişdir. ...Nəriman Nəcəf oğlu Nərimanov siyasi rəhbər 

və təşkilatçı kimi bütün bacarığını, qəlbinin bütün alovunu 

xalqın xidmətinə vermişdir ... 1970-ci ildə N. Nərimanovun 

100 illik yubileyi ərəfəsində materiallarla tanış olanda onun 

həyatının son dövrlərinin nə qədər faciəli olduğu məni çox 

ağrıtdı. Nərimanovun 100 illiyi 1970-ci ildə tamam oldu, 

yubileyini isə 1972-ci ildə keçirdik. Soruşa bilərsiniz niyə? 

Çünki bu yubileyi keçirmək üçün iki il mübarizə aparmaq 

lazım idi. Çünki N. Nərimanova “millətçi” damğası 

vurulmuşdu... Heç kəsə demədiklərimi indi sizə açıram. 

Qoy xalqım bilsin. Mənim sinəmdə çox sirlər var. Bəzilərini 

indi açıram.  İki dəfə Suslovun, Brejnevin yanına getdim, 

ancaq onlara Nərimanov barədə başqa informasiyalar 

vermişdilər.  Əjdər  İbrahimov  İsa Hüseynovla birlikdə 

                                            

96

 Президиум  ЦК  КПСС. 1954-1964. Черновые  протокольные 



записи заседаний. Стенограммы. Постановления, т. 1, с.367.      


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

174 


 

“Mosfilm”də N.Nərimanova həsr olunmuş  dəyərli film 

çəkmişdi. Bizdən qabaq həmin filmə Moskvada baxmışdılar 

və ermənilərin təsiri altında olan MK-nın bəzi məsul işçiləri 

həmin filmi qadağan etmişdilər. Nə yubileyi keçirməyə, nə 

də abidəni qoymağa imkan vermirdilər. Çalışdım, mübarizə 

apardım, neçə adamı inandırdım və axır ki, istəyimə nail 

oldum. MK-da N.Nərimanovun 100 illik yubileyinin 

keçirilməsinə dair qərara nail oldum, “Правда” qəzetində 

N. Nərimanovun yubileyinə  həsr olunmuş böyük məqaləm 

getdi. N. Nərimanovun yubileyini böyük təntənə ilə 

keçirdik. Bakıda möhtəşəm abidəsini ucaltdıq. N. Nərima-

nov haqqında gözəl filmə də icazə aldıq...

 Kim idi N. Nəri-

manovun ayağının altını qazanlar? Bizim azərbaycanlılar. 

Onun öz silahdaşları. Onlar (adlarını tarixçilərimiz daha 

düzgün deyə bilərlər) Levon Mirzoyanla, Mikoyanla, 

Sarkislə birləşib Kirovu da yoldan çıxarıb N. Nərimanov 

əleyhinə blok düzəltmişdilər. Bax, bizim xalqın  ən böyük 

bəlası bundan ibarətdir.”

97

 

 



Jurnalist E.Axundova: -  “1970-ci ildə mümkün 

olmasa da, iki ildən sonra Heydər  Əliyev N.Nərimanovun 

tam bəraitinə nail oldu. 1972 il iyun 6-da Bakıda 

N.Nərimanovun möhtəşəm abidəsi açıldı.  İyunun 29-da 

Opera və Balet Teatrında N.Nərimanovun 100 illiyinə həsr 

                                            

97

 Axundova E. Olub keçənləri düşünərkən. “Ulduz” jurnalı,  1990, № 



6.

 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə