İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə53/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   49   50   51   52   53   54   55   56   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

203 


 

mədəniyyət, səhiyyə, idman, ətraf, mühit və s. haqqında 

fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, rus və   

ingilis dilində  dəqiq və operativ informasiya buraxır. 

AzərTAc dünyanın 20-dən çox aparıcı informasiya 

agentlikləri ilə  əməkdaşlıq haqqında sazişlər imzalamışdır 

və bir çox milli informasiya agentlikləri assosiasiyalarının 

üzvüdür. 

Müstəqilliyin yenidən  əldə edilməsi geosiyasət, bey-

nəlxalq münasibətlər, xarici ölkələrlə və beynəlxalq təşkilat-

larla  əlaqələr mövzusunun KİV tərəfindən öyrənilməsinin 

və işıqlandırılmasının coğrafiyasını xeyli genişləndirmiş, bu 

da öz növbəsində sözügedən istiqamətdə KİV-in qarşısında 

duran vəzifə  və düşüncələrin həyata keçirilməsi üçün 

praktik Azərbaycan jurnalistikasına əlavə stimul vermişdir. 

Beləliklə, öyrənilən mövzu ilə  əlaqədar aparılan 

araşdırmalar bizə aşağıdakı nəticələrə gəlməyə əsas verir: 

 

 



      Çar  Rusiyası dövründə  mətbuat müstəmləkə 

sisteminin qorunub saxlanılması ideyasına xidmət 

edir. Milli mətbuata, o cümlədən Azərbaycan 

mətbuatına daxili və xarici siyasət, beynəlxalq 

mövzuda materiallar çap etmək qadağan olunur. 

 

     Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan 



sonra milli qəzet və jurnallar azadlıq ideyalarının 

inkişaf etdirilməsi, müstəqilliyin 

möhkəmləndirilməsi prosesində  fəal iştirak edirlər. 

Gənc Azərbaycan dövlətinin müstəqilliyinin 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

204 


 

möhkəmləndirilməsi, ölkənin  ərazi bütövlüyünün 

qorunub saxlanılması, dünya dövlətləri ilə qarşılıqlı 

sivil  əlaqələrin yaradılması, demokratiya və 

hürriyyətin bərqərar olması ideyalarının təbliği 

mətbuatın aparıcı mövzusuna çevrilir;  

 

     AXC  Rusiya  tərəfindən yenidən işğal edilərək 



Sovet  İttifaqının tərkibinə daxil edildikdən sonrakı 

dövrdə 


mətbuat yeni siyasi quruluşun 

“üstünlüklərini”, cəmiyyətin həyatında kommunist 

partiyasının “əvəzedilməz rolunu”, bu ölkənin xarici 

siyasətinin “humanistliyini” ciddi-cəhdlə təbliğ edir. 

Beynəlxalq həyat və beynəlxalq münasibətlər 

probleminin işıqlandırılmasının  əsasını “ideya 

düşməni”nin mövcud olması  və ona qarşı mübarizə 

təşkil edir; 

 

     İkinci Dünya müharibəsindən sonrakı ilk 



onillikdə 

KİV 


əsasən sosialist düşərgəsi 

ölkələrindəki vəziyyəti işıqlandırır. “Soyuq 

müharibə”, kapitalizm quruluşunun və düşmən hərbi 

blokun (NATO) tənqidi sovet mətbuatının 

fəaliyyətinin başlıca istiqaməti olur; 

 

1950-1985-ci illərdə sülh uğrunda mübarizə 



məsələləri KİV-in  əsas mövzusuna çevrilir. 

Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki 

müşavirəsi, dünya ölkələri arasında sülhün 

möhkəmləndirilməsi ilə  əlaqədar keçirilmiş digər 

tədbirlər ətraflı işıqlandırılır; 



İlham A.Mazanlı_________________________________________________________ 

 

205 


 

 

     Aşkarlıq və yenidənqurma dövründə  KİV-in 



fəaliyyəti Qərb üçün “açıq” xarakter alır. 

Materialların təqdim olunmasının yeni formaları 

yaranır, janrların yeni strukturlaşması prosesi gedir. 

Xarici ölkələrin auditoriyaları ilə yaradılan 

telekörpülər daha geniş tamaşaçı kütləsini toplaya 

bilir. Beynəlxalq mövzu dünya ölkələri ilə 

inteqrasiya prosesi çərçivəsində (amma, sovet 

ideologiyasına uyğun) işıqlandırılır.  

 

Ümumilikdə belə bir nəticəyə gəlmək mümkündür ki, 



sovet jurnalistikası, o cümlədən onun tərkib hissəsi olan 

Azərbaycan jurnalistikası (Azərbaycan Xalq Cümhuriyyəti 

dövrünü çıxmaq  şərtilə) beynəlxalq hadisələrə neqativ və 

mürtəce münasibətdən tutmuş, tam aşkarlığa, dünyanın və 

cəmiyyətdə gedən proseslərin ümumfəlsəfi mövqedən 

dərkinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. 

Hər bir dövr özünün spesifik sosial-siyasi 

xarakteristikası ilə  KİV-in bütün istiqamətlər üzrə, o 

cümlədən beynəlxalq həyat mövzusu ilə bağlı 

materiallarının məzmununa fərqli çalarlar verir. Bu 

baxımdan müasir dövr də istisnalıq təşkil etmir, əksinə 

dünyadakı hazırkı  geosiyasi vəziyyət və beynəlxalq 



münasibətlər KİV-ləri, KİV-lər isə öz növbəsində 

geosiyasi vəziyyəti və beynəlxalq münasibətləri özlərinə 

xas qarşılıqlı təsir imkanları ilə “təəccübləndirirlər”. 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

206 


 

Bir daha vurğulamaq istərdik ki, tədqiqatımızın  əsas 

məqsədi beynəlxalq münasibətlərin iştirakçılarını və onların 

bir-birindən üstünlüyünü və ya zəifliyini və yaxud da hansı 

xalqın daha güclü milli ruha və milli mənəviyyata malik 

olmasını  müəyyən etmək yox, kütləvi informasiya 

vasitələri ilə millətlərarası  və dövlətlərarası münasibətlər 

arasında qarşılıqlı 

təsir problemərini, beynəlxalq 

münasibətlər sistemində dövlət və hökumət, qeyri-dövlət və 

qeyri-hökumət təşkilatlarının yerinin və rolunun müəyyən 

edilməsində  KİV-in istifadə etdiyi forma və metodları 

araşdırmaq,  ən  əsası isə son bir neçə onillikdə - 

millətlərarası və dövlətlərarası münasibətlərin kəskinləşdiyi 

bir şəraitdə KİV-in fəaliyyətinin spesifik xüsusiyyətlərini və 

bu sahədəki problemlərin həllində KİV-in təsirliliyini təmin 

edən amilləri müəyyən etməkdən ibarətdir.  Bu məsələləri 

biz növbəti fəsillərdə  ətraflı  şəkildə  nəzərdən keçirəcəyik. 

Hələlik isə müasir dövrdə dünya siyasətində baş vermiş 

struktur dəyişiklikləri, bu dəyişikliklərin millətlərin və 

cəmiyyətlərin qarşılıqlı asılılığına təsiri və beynəlxalq 

münasibətlər sahəsində 

əmələ 

gəlmiş ciddi 



transformasiyalar  və onların dünya jurnalistikası  və milli 

jurnalistikaların fəaliyyətlərinə etdikləri korrektələrlə bağlı 

elmi ekskursların edilməsini tədqiqatımızın məqsədlərinə 

çatmaq üçün məqsədəmüvafiq hesab edirik. 

Müasir dünyada geosiyasətdə baş verən mürəkkəb 

proseslərin fonunda KİV qarşısında, o cümlədən 

Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq, 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə